______________________________________________
25
dağıdıcı, pozucu, xalqımıza qarşı xəyanətkar hərəkətlərini davam etdirdilər.
Azərbaycan dövləti bu müddətdə respublikamızın dünya ictimaiyyəti
arasında, beynəlxalq aləmdə, beynəxalq təşkilatlarda nüfuzunun qaldırılması
üçün, ölkəmizin dünya birliyində layiqli yer tutması üçün lazımi tədbirlər
gördü və bunlar öz nəticələrini verdi. Müharibəyə son qoymaq,
respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün sülh danışıqlarına
başlandı. 1994-cü ilin mayında ilk dəfə atəşkəs haqqında etibarlı saziş əldə
olundu. 13 aydır ki, biz atəşkəs rejimində yaşayırıq və respublikamızı
müharibə şəraitindən çıxarmaq, müharibəyə son qoymaq, Azərbaycanın ərazi
bütövlüyünü, müstəqilliyini, suverenliyini tam təmin etmək üçün lazımi
tədbirlər görürük.
Bunlar əldə etdiyimiz böyük nailiyyətlərdir. Çünki atəşkəsin əldə
olunması, hərbi əməliyyatların dayandırılması ölkəmizin daxilində nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi üçün əlverişli şərait yaradıb. Eyni
zamanda bu, Azərbaycan Respublikasının sülhsevər bir dövlət olduğunu
bütün dünyaya nümayiş etdirib. Şübhəsiz ki, bunlar hamısı uzun müddətli
etibarlı sülh yaratmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, işğal
olunmuş torpaqların azad edilməsini təmin etməklə bağlıdır. Ona görə də biz
həmin dövrdən səmərəli istifadə etməyə və bu dövrdə respublikamızın
həyatında zəruri olan tədbirlərin həyata keçirilməsinə çalışmışıq, bir çox işlər
də görülüb.
Ancaq tam qətiyyətlə demək olar ki, belə bir şərait ölkəmizin
müstəqilliyinə, respublika daxilindəki xalqın əmin-amanlıqda yaşamasına
zidd olan ayrı-ayrı qüvvələr üçün əlverişli olmayıbdır. Ona görə də onlar həm
respublikamızda daxili vəziyyəti pozmağa çalışır, həm də atəşkəsin
pozulmasına cəhdlər göstəriblər.
Bu müddətdə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərdən biri" 1994-
cü il sentyabrın 20-də Böyük Neft Müqaviləsinin imzalanmasıdır. Artıq buna
"Əsrin müqaviləsi" adı veriblər. Ancaq bu müqavilə Azərbaycanın xarici
düşmənlərini çox narahat edib. Onun əleyhinə təbliğatlar gedir,
respublikamıza təzyiq göstərmək istəyən xarici qüvvələr var, bu müqavilənin
həyata keçirilməsinə mane olanlar var. Təəssüf hissi ilə qeyd etmək lazımdır
ki, onların hərəkətləri respublikamızın daxilində xalqımıza, ölkəmizə,
dövlətimizə düşmən mövqelərlə üst-üstə düşmüşdür.
______________________________________________
26
Məhz bundan sonra Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən
qüvvələr hərəkətə gəldilər və 1994-cü il oktyabrın əvvəllərində ölkəmizdə
dövlət çevrilişinə cəhd oldu. Xalqın gücü, iradəsi, respublikanın bütün
vətəndaşlarının həmrəyliyi ilə bu cəhdin qarşısı alındı. Respublikamız, onun
müstəqilliyi, dövlətçiliyimiz böyük bir sınaqdan keçdi. Düşünmək olar ki, bu,
artıq hamıya ibrət dərsi olmalı, hər kəs özü üçün nəticə çıxarmalı idi.
Təəssüflər olsun ki, belə olmadı. Həmin qüvvələr - adını müxalifət qoyan,
ancaq əslində qanuni, sivilizasiyalı müxalifət yox, xalqına, dövlətinə zidd
mövqedə duran qüvvələr bundan sonrakı dövrdə birləşib bu ilin mart ayında
yenidən dövlət çevrilişinə, Azərbaycanda vətəndaş müharibəsi salmağa,
ölkəmizi parçalamağa cəhd etdilər. Bunun da qarşısı alındı. Xalqımız öz
həmrəyliyini, müdrikliyini göstərdi, müstəqil Azərbaycan dövlətinin qüdrəti
nümayiş etdirildi, bu cəhdlərin qarşısı alındı.
Ancaq təəssüflər olsun ki, bundan sonrakı dövrdə həm xaricdə, həm də
daxildə respublikamıza düşmən olan qüvvələr öz çirkin niyyətlərindən əl
çəkməyiblər. Nəzər salın, son iki ildə respublikamızda nələr baş verib. Bir
tərəfdən 1993-cü ilin iyun ayından Azərbaycanda dövlətçilik ardıcıl, davamlı
olaraq möhkəmlənib, dövlət strukturları respublikanı idarə etmək qüdrəti
qazanıb. İndi müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər
əsasında fəaliyyət göstərən dövlət qurumları, dövləti var, dövlətçiliyi müdafiə
etməyə qüdrəti var. Amma eyni zamanda respublikamızda ictimai-siyasi
sabitliyi pozmaq istəyən qüvvələr də var.
1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinə
cəhd etmiş şəxslərin, adamların bir qismi cəmiyyətdən təcrid olunub, onların
haqqında istintaq aparılır. Bir qismi qaçıb respublikadan, Azərbaycandan
kənarda gizlənib. Onların əsas rəhbərləri isə Moskvaya toplaşıblar, orda
özlərinə sığınacaq tapıblar. Azərbaycanda sabitliyi pozmaq, dövlətçiliyimizə
qarşı yeni qəsd etmək üçün tədbirlər görürlər və bu fikirlərlə yaşayırlar.
Şübhəsiz ki, bunlar hamısı onlar üçün heç bir nəticə verə bilməz. Artıq iki
il müddətində Azərbaycan xalqı, vətəndaşları ağı qaradan seçməyə nail
olublar. Vətəndaşlarımızın tam əksəriyyətində müstəqil dövlətimizi və
ictimai-siyasi sabitliyi qoruyub saxlamaq əhval-ruhiyyəsi üstünlük təşkil edir.
Ancaq bunlarla yanaşı, yenə də respublikamıza xəyanət etmək məq-
______________________________________________
27
sədi ilə yaşayan qüvvələr var. Onlar təkcə xaricdə deyil, respublikanın
daxilində də mövcuddur.
Bunları nəzərə alaraq bu gün biz açıq-aşkar söhbət aparmalıyıq. Yəni
yaxın keçmişdə baş verən hadisələri, gedən prosesləri təhlil etməli, onlara
düzgün, obyektiv qiymət verməliyik. Həmin hadisələrdən çıxan nəticələri bu
gün təhlil etməliyik və bu il gələcəkdə müstəqil Azərbaycan Respublikasının
demokratiya yolu ilə inkişaf etməsi üçün lazımi tədbirlərin hazırlanmasına
aid fikirləri, mülahizələri, təklifləri dinləyib, ümumiləşdirib qarşıdakı dövrdə
onlardan istifadə etməliyik.
Bu gün ümumxalq nümayəndələri toplantısına dövlət strukturunun,
ictimai, elm, mədəniyyət təşkilatlarının, ziyalıların, gənclərin, veteranların,
siyasi partiyalalrı, mətbuatın, Azərbaycan Ordusunun nümayəndələri, bir
sözlə, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri dəvət
olunublar -şübhəsiz ki, salonumuzun tutduğu qədər. Əgər salonda bundan da
çox yer olsaydı, ola bilər, daha çox adam dəvət edilərdi. Ancaq güman
edirəm ki, bu gün bu salonda toplaşanlar respublikamızın cəmiyyətinin bütün
təbəqələrini təmsil edirlər.
Minnətdarlıq hissi ilə qeyd edirəm ki, xarici ölkələrin respublikamızdakı
səfirləri, beynəxalq təşkilatların nümayəndələri də dəvətimizi qəbul edib bu
toplantıya gəliblər.
1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Azərbaycan
Respublikasının dövlətçiliyinin qorunmasında rəşadət göstərmiş ordumuzun
döyüşçüləri, zabitləri bu salona dəvət olunublar. Həmin hadisələr zamanı
dövlətçiliyimizin qorunmasında qəhrəmanlıq göstərərək həlak olmuş
övladlarımızın valideynləri də bu toplantıya dəvət ediliblər, burada bizimlə
birlikdədirlər.
1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri zamanı respublikamızda
dövlət çevrilişinə göstərilən cəhdlərin qarşısının alınmasında fərqlənən
Azərbaycan övladlarının hamısı böyük hörmət və ehtirama layiqdir. Böyük
kədər hissi ilə qeyd edirəm ki, o günlər Azərbaycan xalqına qarşı cinayət
edənlərin atəşindən, gülləsindən xalqımızın mərd, igid, cəsur övladları həlak
oldular. Azərbaycan dövlətçiliyinin qorunması yolunda həlak, şəhid olan
övladlarımızın xatirəsini bu gün həmin hadisələrlə əlaqədar keçirilən
ümumxalq nümayəndələri toplantısında bir dəqiqəlik sükutla yad etməyi rica
edirəm.
Dostları ilə paylaş: |