______________________________________________
22
"15-17 MART HADİSƏLƏRİ VƏ
AZƏRBAYCANDA İCTİMAİ-SİYASİ
VƏZİYYƏT" MÖVZUSUNA
OLUNMUŞ ÜMUMXALQ NÜMAYƏNDƏLƏRİ
TOPLANTISINDA
GİRİŞ NİTQİ
Respublika
Sarayı
23-24 iyun 1995-ci il
Əziz həmvətənlər!
Əziz bacılar, qardaşlar!
Hörmətli xanımlar, cənablar, xarici ölkələrin Azərbaycandakı
səfirləri,
beynəxalq təşkilatların
respublikamızdakı nümayəndələri!
Bu gün biz buraya - Respublika Sarayına ümumxalq nümayəndələri
toplantısına yığışmışıq. Məqsədimiz son illərdə Azərbaycanda gedən ictimai-
siyasi proseslərə, respublikamızın daxili və xarici vəziyyətinə aid olan
məsələlərə nəzər salmaq, onları təhlil etmək, xalqın fikirlərini nəzərə alaraq
ölkəmizin bu günü və gələcəyi üçün lazımi tədbirlərin hazırlanması və həyata
keçirilməsi yollarını müəyyənləşdirməkdən ibarətdir.
Bu il - 1995-ci il müstəqil Azərbaycan Respublikasının həyatında
dövlətçilik prosesləri ilə əlaqədar böyük ictimai-siyasi tədbirlər ili olacaqdır.
Respubukamızda bu proseslər artıq gedir. Müstəqil Azərbaycanda
demokratik hüquqi dövlət quruculuğu prosesi davam edir. İqtisadi
islahatların, aqrar islahatlar barədə qəbul olunmuş qanunların əməli surətdə
həyata keçirilməsinə başlanmışdır. İqtisadiyyatda inkişaf əldə etmək üçün
özəlləşdirməyə dair proqram hazırlanıb və bu günlərdə qəbul olunub Milli
Məclisin müzakirəsinə veriləcəkdir.
Respublikamızda ilk dəfə müstəqil Azərbaycanın demokratik
parlamentini yaratmaq üçün bu il noyabrın 12-də parlament seçkiləri təyin
olunub. Müstəqil Azərbaycan Respublikası demokratik dövlətinin
konstitusiyasının hazırlanması prosesi gedir. Nəzərdə tutulur ki, parlament
seçkiləri günü konstitusiya ümumxalq referendumu yolu ilə qəbul olunsun.
Şübhəsiz ki, bunlar hamısı respublikamızda daxili ictimai-siyası
vəziyyətin sabitliyini, bir müstəqil dövlət kimi Azərbayca-
______________________________________________
23
nın beynəxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsini tələb
edir. Bu proseslər gedir, dövlət orqanları tərəfindən lazımi işlər aparılır.
Ancaq bu işləri daha müvəffəqiyyətlə həyata keçirmək, daha doğru-düzgün
yolla getmək üçün və bütün bu tədbirlərin hamısının yerinə yetirilməsində
xalqın, ictimaiyyətin, respublikamızda cəmiyyətin bütün təbəqələrinin fikrini
nəzərə almaq üçün ümumxalq nümayəndələrinin belə bir toplantısının
keçirilməsi zərurəti meydana çıxıbdır.
Bugünkü ümumxalq nümayəndələri toplantısında, eyni zamanda, gələcək
üçün dəyərli proqramlar yaratmaqdan ötrü yaxın keçmişimizə nəzər
salmalıyıq, onu təhlil etməliyik, əvvəlki dövrdən indiyədək və bu gün də
gedən proseslərə doğru-düzgün qiymət verməliyik. Üç il yarımdır ki,
xalqımız dövlət müstəqilliyini əldə edib, Azərbaycan Respublikası müstəqil
dövlətdir. Tarixi nöqteyi-nəzərdən bu, böyük bir zaman deyil. Lakin həmin
müddətdə respublikanın həyatında o qədər ağır, çətin proseslər gedib ki, bu
üç il yarım demək olar ki, böyük bir dövrü əhatə edir. Birinci növbədə ona
görə ki, Azərbaycan xalqı müstəqilliyini bərpa edəndən, tam müstəqilliyini
qazanandan sonra müstəqil dövlət qurmaq, müstəqil yaşamaq üçün lazımi
şərait əldə etməli idi. Ancaq ötən dövr xalqımız üçün o qədər də əlverişli
olmayıb. Buna ən çox mane olan səbəb Azərbaycan Respublikasına qarşı
Ermənistan tərəfindən edilən təcavüz və yeddi ildən bəri gedən müharibədir.
Xalqımız məhz belə bir şəraitdə, yəni Ermənistanın Azərbaycana hərbi
təcavüzü artıq mövcud olduğu, torpaqlarımızın bir qisminin əldən getdiyi
zamanda öz dövlət müstəqilliyini qazanıb.
Müharibə davam edib, bunun nəticəsində də Azərbaycan itkilər verib,
böyük çətinliklərlə rastlaşıb. Aydındır ki, bunlar hamısı müstəqil Azərbaycan
Respublikasının öz qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsinə çox
böyük çətinliklər yaradıb. Ermənistanın Azərbaycana təcavüzü daxili
vəziyyətimizdən asılı olan bir şey deyil. Bu, sadəcə olaraq, təkcə
Ermənistanın yox, həm də onunla bağlı olan başqa qüvvələrin Azərbaycan
xalqını azadlıqdan məhrum etmək, respublikamızı parçalamaq, dağıtmaq və
onun ərazisinin bir hissəsini ələ keçirmək üçün hazırlanmış və davamlı
surətdə həyata keçirilən bir planıdır.
Belə bir şəraitdə, belə bir dövrdə xalqımız, Azərbaycan və-
______________________________________________
24
təndaşları bütün qüvvələrini, güclərini bu müharibənin qarşısının alınmasına
yönəltməli idi və yönəltməlidir, təcavüzün qarşısını birlikdə alıb Azərbaycanı
qorumalı idi və bu gün də qorumalıdır. Təəssüf ki, ötən illər onu göstərir ki,
belə olmayıbdır. Azərbaycan Respublikasının bir müstəqil dövlət kimi
yaşamasına, inkişaf etməsinə mane olan daxili amillər olub və ola bilər ki,
bunlar Ermənistanın təcavüzündən də çox çətinliklər yaradıb. Bunların
nəticəsində ötən üç il yarım müddətində Azərbaycan Respublikası bir
müstəqil dövlət kimi özünün iqtisadi, elmi, intellektual potensialından lazımi
səviyyədə istifadə etməkdə və özünə layiq dövlət qurmaqda çox çətinliklərə
rast gəlib. Biz bu həqiqəti bu gün etiraf etməliyik, deməliyik və bunlara
düzgün qiymət verərək gələcək planlarımızı, görülən işlərimizi daha da
etibarlı qurmalıyıq.
Bu dövrdə, xüsusən son iki ildə ölkəmizdə baş vermiş hadisələr, gedən
ictimai-siyasi proseslər respublikamızın tarxində mühüm yer tutur. Həmin
proseslər bir tərəfdən dağıdıcı qüvvələrin respublikaya vurduğu zərərlərdən,
ikinci tərəfdən də xalqın, ictimaiyyətin, Azərbaycan vətəndaşlarının və
dövlətin, dövlət orqanlarının bu dövrdə meydana gəlmiş təhlükəli hadisələrin
qarşısını almasından ibarətdir.
1993-cü ilin may-iyun aylarında Azərbaycanda dövlət böhranı baş verdi.
Bu böhran respublikanı vətəndaş müharibəsinə gətirib çıxardı. Vətəndaş
müharibəsi ölkəmiz üçün çox böyük təhlükəli şərait yaratdı. O, nəinki
xalqımıza zərərlər, zərbələr vuracaqdı, eyni zamanda, respublikamızın
parçalanması, dağıdılması prosesi mövcud idi. Bunların qarşısı alındı. Həyata
keçirilən tədbirlər respublikada əmələ gəlmiş dövlət böhranını və
qarşıdurmanı aradan götürdü, müəyyən sabitlik yarandı. Lakin təəssüf ki,
belə faciəli vəziyyətə gəlib çıxmış respublikamızda bu vəziyyəti yaradan
qüvvələr öz əməllərindən əl çəkmədilər.
Respublikamızda ictimai-siyasi sabitlik təmin edilərək dövlət quruculuğu,
ordu quruculuğu prosesi aparıldığı, müstəqilliyimizin möhkəmləndirildiyi,
ölkəmizin beynəlxalq aləmdə nüfuzunun qaldırılması sahəsində lazımi
tədbirlər görüldüyü bir vaxtda ayrı-ayrı qüvvələr yenə də Azərbaycanda
sabitliyi pozmağa, qarşıdurma yaratmağa və respublikamızı içəridən
dağıtmağa çalışdılar. Şübhəsiz ki, onların bu hərəkətlərinin qarşısı alınırdı.
Ancaq bu qüvvələr lazımi nəticə çıxarmadılar və öz
Dostları ilə paylaş: |