______________________________________________
13
Ona
görə də mən Ramiz Mehdiyevə, Elçin Əfəndiyevə, Fatma
Abdullazadəyə tapşırıram ki, müzakirələr aparsınlar, bu layihələr qonşu
salona qoyulsun, gəlib-gedənlər də baxsın. Mən özüm də sakit bir vaxtda
axşam gəlib baxacağam. Bir sözlə, biz qısa müddətdə layihəni seçməli,
müəyyənləşdirməli və Naxçıvanda bu məqbərənin inşasına başlamalıyıq. Bu
məqbərə Hüseyn Cavidin anadan olması günündən də bir xeyli qabaq,
sentyabrın axırında hazır olmalıdır.
Qəbir məqbərənin içində olmalıdır. İndi Ömər Eldarov burada bir
heykəltəraşlıq nümunəsi göstərdi. Ona da baxmaq olar, yaxud başqa bir
nümunə də hazırlamaq olar. Hər halda məqbərənin içində heykəl, yaxud büst
olsun. Hüseyn Cavidin surəti məqbərənin içində mütləq olmalıdır. Xahiş
edirəm bunu da nəzərə alasınız. Elə olmasın ki, məqbərənin içində tək qəbir
daşı olsun. Xatirimdədir, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsində də
Vaqifin büstü var idi...
Bu barədə fikirlərimizi dedik. Bəs ev-muzeyi barədə nə çətinlik var. Bu
barədə kim nə deyə bilər?
* * *
Şübhəsiz ki, mən sizin bu çıxışlarınızı və verdiyiniz hədiyyələri
gözləmirdim. Ancaq fürsətdən istifadə edib deyə bilərəm ki, mənim
mədəniyyətə münasibətim məlumdur. Bu, sadəcə söz deyil. Mən
mədəniyyətə öz münasibətimi əməlimlə, işimlə həmişə bildirmişəm. Vaxtilə
memarlarla da dəfələrlə görüşmüşəm və memarlığa xüsusi hörmətim var.
Burada işlədiyim dövrdə tikilən binalarda, yaranan şəhərlərdə Azərbaycan
memarlığının inkişaf etdirilməsinə çalışmışam. Bakının və ayrı-ayrı digər
şəhərlərimizin tikilməsi, inkişaf etdirilməsi ilə əlaqədar layihələrə memarlarla
birlikdə baxıb öz mülahizələrimi bildirmişəm. Hətta zavod tikiləndə,
məsələn, Bakı kondisionerlər zavodu tikiləndə də mən onun memarlıq
cəhətdən gözəl olmasına çalışırdım. Həmin zavodda olanlar da görüblər ki,
onun xarici görünüşü memarlıq cəhətdən dəyərlidir. Ona görə mən mütləq
vaxt tapıb memarlarla görüşəcəyəm.
* * *
Vaxt var idi, Hüseyn Cavidi həbs etdilər və onun bütün əsərlərini qadağan
etdilər. Hüseyn Cavid həbs olunandan, hətta dünyasını dəyişəndən sonra onu
millətçi, pantürkist, antiso-
______________________________________________
14
vet adam adlandırırdılar. Amma Hüseyn Cavidin əsərləri yaşadı. Zaman
keçdi və biz Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, onun irsinin təbliğ
olunması üçün bu gün buraya toplaşmışıq. Güman edirəm ki, Azərbaycan
üçün də bu ağır günlər keçib gedəcəkdir. Necə ki, repressiya olunmuş
adamlar, onların ailələri üçün repressiya illəri nə qədər uzun olsa da keçib
getdi, o ailələr, o insanlar tamamilə bəraət qazandılar, hətta tarixi şəxsiyyət
kimi tanınırlar və təbliğ olunurlar, hörmət və ehtiramla yad edilirlər.
Güman edirəm, müstəqil Azərbaycanın həyatındakı bu ağır dövr də keçib
gedəcək və biz şəhərlərimizi, qəsəbələrimizi, hər yeri abadlaşdırıb tikəcəyik.
Mən vaxt tapıb memarlarla görüşəcəyəm, indi isə sizin vasitənizlə
Azərbaycanın bütün memarlarına öz hörmət və ehtiramımı, salamlarımı
çatdırıram.
Mənə bağışlanan miniatür kitabdan çox razı qaldığımı bildirirəm. 1981-ci
ildə SSRİ Rəssamlıq Akademiyasının Azərbaycanda keçirilmiş tarixi
sessiyası yadıma düşdü. Oradakı çıxışımı xatırlayıram. Bu çıxış çox geniş
yayılmışdı. Hətta bundan sonra Moskvaya səfər edərkən SSRİ Memarlar
İttifaqının sədri məndən çox xahiş etdi və mən orada da çıxış etdim. O zaman
mən Azərbaycan miniatür rəssamlıq sənətinin çox dəyərli olduğunu və onun
inkişaf etdirilməsi məsələsini ortaya atdım. Doğrudan da belədir. Əgər
keçmişi götürsək, rəngkarlıq Azərbaycanda XX əsrdə yaranıb. Ancaq
Azərbaycan rəssamlıq məktəbi çox zəngin, böyük bir məktəbdir və o da
miniatür rəsmlər məktəbi, Sultan Məhəmməd məktəbidir. Sultan
Məhəmmədin 500 illiyinin qeyd edilməsi haqqında qərar var. Vaxtilə onun
haqqında Azərbaycanda Kərim Kərimovun monoqrafiyası nəşr olunub. Ona
görə də miniatür məktəbinin Azərbaycanda yenidən inkişaf etməsi məni
sevindirir. Arzu edirəm ki, bu, daha da inkişaf etsin.
Gələcəkdə bizim mədəniyyət sahəsində görəcəyimiz işlər çoxdur.
Fürsətdən istifadə edib xatırlatmaq istəyirəm ki, Füzulinin 500 illik yubileyi
məraslmlərinin bəziləri keçirilib, amma bəziləri qalır. Gərək ki, Elçin
Əfəndiyev həmin komissiyanın sədr müavinidir. Ona görə sən də bu barədə
düşün və proqram ver ki, qalan tədbirləri necə keçirəcəyik. Gərək həmin
tədbirləri də bu il başa çatdıraq. Digər tədbirlər də keçirəcəyik. Sağ olun.
______________________________________________
15
RUSİYA FEDERASİYASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ BORİS NİKOLAYEVİÇ
YELTSİN CƏNABLARINA
Möhtərəm Boris Nikolayeviç!
Rusiya Federasiyasının milli bayramı - Dövlət suverenliyi haqqında
Bəyannamənin qəbul edilməsi günü münasibətilə Sizi və Sizin simanızda
bütün rusiyalıları şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmim-
qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Rusiya xalqına isə keçid
dövrünün bütün çətinliklərini tezliklə aradan qaldırmağı, firavanlıq və tərəqqi
arzulayıram.
Əminəm ki, Azərbaycan ilə Rusiya arasındakı çoxəsrlik əlaqələr, dostluq
və əməkdaşlıq xalqlarımızın mənafeyi naminə, regionda sülh və sabitlik
naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
12 iyun 1995-ci il