Müstəqillik dövrü Azərbaycan romanı
169
nır. Akademik Kamal Talıbzadənin doğru olaraq qeyd etdiyi
kimi: «Hər bir yazıçının şəxsiyyətində, xarakterində ümumi
cəhətlərlə yanaşı, elə fərdi və xüsusi keyfi yyətlər olur ki, bun-
lar yaradıcılıq prosesində müstəsna rol oynayır, yaradıcılığın
nоvatоr istiqamətdə getməsinə özgün xüsusiyyətlərlə zəngin-
ləşməsinə təsir göstərir » (141, s. 133). Bizcə, müstəqillik döv-
rü Azərbaycan romanları timsalında da bunu müşahidə etmək
mümkündür.
Müstəqillik dövrü Azərbaycan romanlarında fəlsəfi lik yal-
nız məna-məzmun kоmpоnenti kimi deyil, üslub elementi
kimi çıxış etdiyindən əsərin ruhunda, məğzində və mahiyyə-
tində özünü büruzə verir. Bu isə bədii yaradıcılıq üçün olduqca
vacib şərtlərdən biridir.
«Çağdaş romanın həcmi kiçilir. Lakin bu bədii əsərin kom-
pozisiya və süjet quruluşunun sadələşməsi yox, mürəkkəbləş-
məsi hesabına baş verir. Paralel və konstruksiyaya malik sü-
jetlər çağdaş romanın arxitektonikası üçün tamamilə səciyyəvi
keyfi yyət hesab edilə bilər» (125, s. 19).
Müstəqillik dövrü Azərbaycan bədii nəsrində roman müəl-
lifl əri hadisə və əhvalatların təsvirindən tutmuş obraz və xa-
rakter yaradılışına qədər bütün məsələlərdə sözdən yığcam
istifadə etməklə öz dəst-xəttini formalaşdırmağa çalışmışlar.
Yaranan romanlar sözə qənaətin, sözün imkanlarına bələdliyin
dəyərli bədii örnəkləri kimi maraq doğurur. Həcmindən asılı
olmayaraq, mövcud romanlar məzmunu, ideya-problem xüsu-
siyyətləri ilə diqqəti çəkməkdədir və sözdən məharətlə bəh-
rələnməyin parlaq örnəkləridir.
Tənqidçi-ədəbiyyatşünas Akif Hüseynovun qənaətincə,
«yığ camlıq ancaq bu və ya başqa janrın spesifi k əlaməti ol-
mayıb, ümumi sənətkarlıq keyfi yyətidir; bütün bədii formalar
üçün eyni dərəcədə vacib məziyyətdir » (62, s. 4). Prоfessоr
Pənah Xəlilovun mülahizələrinə görə isə: «Yığcamlıq bədi-
iliyin ən başlıca ünsürlərindəndir. Ancaq bir əsərin irihəcmli
170
Əhməd Sami Elaydi
olması, çoxcildli olması və ya həcmcə kiçik olması, əlbəttə,
onun mövzusundan asılıdır. Bu səbəbdən də ədiblərimizin ki-
çik həcmli əsərlərə meylini təqdir ediriksə, bu о demək de-
yil ki, onlar cəhd eləsələr, hər cür mövzunu bircildlik yığcam
əsərdə verə bilərlər » (70, s. 29).
Şübhəsiz ki, prоfessоr Pənah Xəlilovun mülahizələri ilə
razılaşmaq mümkün deyildir. Çünki tədqiqatçının yazdığı
kimi, «bir əsərin irihəcmli olması və ya həcmcə kiçik olma-
sı... onun mövzusundan asılıdır » qənaəti inandırıcı səslənmir.
Zənnimizcə, qısalıq, yığcamlıq fərdi yaradıcılıq üslubu ilə
bağlı bir məsələdir. Müstəqillik dövrü Azərbaycan romanla-
rında da lakonizm, qısalıq, yığcamlıq mövzu ilə bağlı deyil,
fərdi üslubi çalar kimi dəyərləndirilməlidir.
Müstəqillik dövrü Azərbaycan romanlarında forma axtarış-
larına geniş yer verilməsi, janrın müxtəlif çalarlarına təsadüf
olunması diqqəti çəkir. Roman-reportaj, roman-əhvalat, ro-
man-pritça, sənədli roman, roman-esse – bütün bunlar araş-
dırılan dövrdə müşahidə olunan janr çalarlarıdır. Ayrı-ayrı ya-
zıçılar qələmə aldıqları romanlarla janrın ənənəvi poetikasını,
çalar və keyfi yyətlərini qoruyub saxlamaqla kifayətlənməmiş,
həmçinin onu inkişaf etdirmiş, yeni, spesifi k xüsusiyyətlərlə
zənginləşdirmişlər.
Çağdaş Azərbaycan romanlarının bədii sənətkarlıq kon-
tekstində araşdırılması göstərir ki, о, özünəməxsus yazı tərzi,
yaradıcılıq üslubu ilə müşayiət olunmaqdadır. Nəşr olunan ro-
manların yalnız janr baxımından deyil, dil, üslub, forma baxı-
mından bənzərsizliyi də bu qənaəti sübut etməkdədir. Roman
müəllifl əri əksər hallarda əsərlərinin mövzusu, məzmunu ilə
yanaşı, estetik aspektlərinə də kifayət qədər diqqət yetirməyə
çalışmışlar.
Müstəqillik dövrü Azərbaycan romanı
171
SÖN SÖZ YERİNƏ
Göründüyü kimi, müstəqillik dövrü (1991-2005-ci illər)
Azərbaycan romanları özünəməxsus inkişaf və təkamül yolu
keçmişdir. Bu özünəməxsusluq istər mövzu-problem, istərsə
də forma-sənətkarlıq məsələlərində özünü göstərməkdədir.
Bu dövrün ədəbi məhsulu kimi tədqiqata cəlb olunan Əzizə
Cəfərzadənin «Zərrintac-Tahirə», «Eşq sultanı», «Xəzərin
göz yaşları», Anarın «Ağ qoç, qara qoç», Sabir Əhmədlinin
«Axirət sevdası», «Kef», «Kütlə», Əkrəm Əylislinin «Ətirşah
Masan», Seyran Səxavətin «Nekroloq», Afaq Məsudun
«Azadlıq», Vaqif Sultanlının «İnsan dənizi», Kamal Abdullanın
«Yarımçıq əlyazma», Ağarəhim Rəhimovun «Ovlaq keçidi»,
Elçin Mehrəliyevin «Doxsanıncı illər», Elçin Hüseynbəylinin
«Yovşan qağayılar», «On üçüncü həvari və ya 141-ci Don
Juan» və bir sıra digər romanlar bu qənaətə gəlməyə əsas verir.
Müstəqillik dövründə yaranmış romanlar mövzu-məzmun
baxımından zəngin və rəngarəngdir. Bu romanlarda demək olar
ki, müasir Azərbaycan cəmiyyətini və çağdaş dünyanı narahat
edən, düşündürən ən mühüm məsələlər mövzu obyektinə çevril-
mişdir. Belə ki, Dağlıq Qarabağ problemi, qaçqınlıq, köçkünlük,
sosial-siyasi və mənəvi-əxlaqi məsələlər ən müxtəlif formalarda
Azərbaycan romanında bədii təcəssümünü tapmışdır.
Müasir Azərbaycan romanlarının bir qismi tarixi mövzuda
qələmə alınmışdır. Əzizə Cəfərzadənin «Gülüstandan öncə»,
«Eşq sultanı», «Zərrintac-Tahirə», «İşığa doğru», «Xəzərin
göz yaşları», Kamal Abdullanın «Yarımçıq əlyazma», Elçin
Hüseynbəylinin «On üçüncü həvari və ya 141-ci Don Juan»
romanları Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən
bədii örnəklər içərisində diqqəti çəkməkdədir. İstiqlaliyyət
dövründə tarixi mövzuda yazılan romanlar sayca çoxluq təşkil
Dostları ilə paylaş: |