9)
gəmi
bu
Qanunla
müəyyən
edilmiş
qaydaları,
Azərbaycan
Respublikasının dövlətlərarası müqavilələrini və ya hamılıqla qəbul olunmuş beynəlxalq
hüquq prinsiplərini və normalarını pozaraq Azərbaycan Respublikasının ərazi və ya daxili
sularında olduqda.
Xarici qeyri-hərbi gəmini tutmaq haqqında qərarı sərhəd qarovulu onu yoxladıqdan sonra
qəbul edir. həm də bu maddənin 2—9-cu bəndlərində göstərilən pozuntulara yol vermiş gəmi yol
verilən pozuntunun qəsdən törədildiyi müəyyən edildikdə və ya Azərbaycan Respublikasının
təhlükəsizliyinə, yaxud başqa mənafelərinə zərər vurduqda sərhəd qarovulu tərəfindən tutulur.
Sərhəd qarovulu bu maddənin 2—9-cu bəndlərində nəzərdə tutulan pozuntulara yol vermiş
Azərbaycan Respublikasının qeyri-hərbi gəmisini də tutmaq və onu ən yaxın limana və ya dikər
müvafiq məntəqəyə müşayiət etmək hüququna malikdir.
M a d d ə 3 2 .
Gəminin yoxlanması və ya tutulması protokolu
Qeyri-hərbi gəminin yoxlanması və ya tutulması barəsində protokol tərtib edilir; protokolu
sərhəd qoşunlarının nümayəndəsi və yoxlanmış, yaxud tutulmuş gəminin kapitanı imzalayırlar.
[38]
Gəmi tutulduqda Gəmi və yük sənədləri kapitandan alınır və protokola əlavə edilir.
Yoxlanmış və ya tutulmuş Gəminin kapitanı sərhəd qarovulunun hərəkətlərini düzgün
saymadıqda və ya protokolun məzmunu ilə razılaşmadıqda protokolun özündə və ya protokola
əlavə edilən ayrıca sənəddə hər hansı dildə öz qeydini yaza bilər. Kapitan protokolu
imzalamaqdan imtina etdikdə protokolda müvafiq qeyd yazılır.
M a d d ə 3 3 .
Xarici qeyri-hərbi gəmilərin tutulmasının nəticələri
Tutulmuş xarici qeyri-hərbi gəmilər müəyyən edilmiş qaydada müvafiq xarici dövlətlərin
səlahiyyətli nümayəndələrinə təhvil verilir, yaxud Azərbaycan Respublikasının ərazi sularından
çıxarılır və ya Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallarda məhkəmənin
qərarı ilə müsadirə edilir.
M a d d ə 3 4 . Azərbaycan Respublikasının sularında üzmək və olmaq qaydasını pozmuş
xarici hərbi gəmilərə tətbiq edilən qaydalar
Azərbaycan Respublikasının qanunlarını və ya Azərbaycan Respublikasının ərazi və daxili
sularında üzmək və olmaq qaydalarını pozmuş xarici hərbi gəmilər barəsində müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi qaydalar tətbiq olunur.
[39]
M a d d ə 3 5 .
hava hücumundan müdafiə qoşunlarının vəzifələri və hüquqları
Azərbaycan Respublikası dövlət sərhədindən qorunması sahəsində hava hücumundan müdafiə
qoşunlarının vəzifələri və hüquqları bu Qanunla və Azərbaycan Respublikasının digər normativ
aktları ilə müəyyən edilir.
M a d d ə 3 6 .
Azərbaycan Respublikası dövlət sərhədinin qorunması zamanı silahın və
döyüş texnikasının tətbiqi
Sərhəd qoşunları və hava hücumundan müdafiə qoşunları Azərbaycan Respublikasının dövlət
sərhədini qoruyarkən silahı və döyüş texnikasını tətbiq etmək hüququna malikdirlər. Zəruri hallar-
da Azərbaycan Respublikası dövlət sərhədinin qorunması zamanı Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin başqa növlərinin silahı və döyüş texnikası tətbiq edilə bilər.
[40]
M a d d ə 3 7 .
Sərhəd qoşunlarının silah və döyüş texnikası tətbiq etməsi qaydası
[41]
1) Sərhəd qoşunları Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi sahəsində
vəzifələrini yerinə yetirərkən Azərbaycan Respublikasının dövlət sərhədində real və potensial
təhdidləri dəf etmək, sərhədboyu zonada əhalini, mülkiyyəti bu cür əməllərdən qorumaq, onların
qarşısını almaq üçün silah və döyüş texnikası tətbiq edir.
[42]
Sərhəd qoşunları silahı və döyüş texnikanın aşağıdakı hallarda da tətbiq etmək hüququna
malikdir:
a) (çıxarılıb);
[43]
a) sərhədçilərin və ya əhalinin həyatı üçün təhlükə olduqda və bu təhlükəni başqa vasitələrlə
sovuşdurmaq mümkün olmadıqda silahlı şəxslərin basqınını dəf etmək və müqavimətini qırmaq
üçün;
b) Azərbaycan Respublikasının dövlət sərhədini pozanlar həmsərhəd dövlətin ərazisində
gizlənməyə və ya Azərbaycan Respublikası ərazisinin içərilərinə soxulmağa cəhd göstərərkən onu
tutmaq üçün başqa imkanlar kömək etmədikdə;
v) Azərbaycan Respublikasının dövlət sərhədini pozmaq üstündə tutulmuş şəxslər qaçmağa
cəhd göstərdikdə və bunun qarşısını başqa vasitə ilə almaq mümkün olmadıqda;
q) əhalinin, dövlət mülkiyyətini və vətəndaşların şəxsi əmlakını silahlı basqından, silahlı və ya
dikər fitnələrdən qorumaq üçün başqa
tədbirlər nəticə vermədikdə;
“a”, “b”, “v”, “q” yarımbəndlərində nəzərdə tutulan hallarda silah və döyüş texnikası bu şərtlə
tətbiq edilir ki, sərhədi pozan “dayan” çağırışından və havaya xəbərdarlıq atəşindən sonra sərhəd
qarovulunun tələblərini yerinə yetirməsin.
[44]
2)
Azərbaycan
Respublikasının
ərazi
və
daxili
sularında
sərhəd
qarovulunun
gəmiləri (katerlƏri) özlərinə və Azərbaycan Respublikasının başqa gəmilərinə silahlı basqını
dəf etmək və ya xarici gəmilərin Azərbaycan Respublikasının sahilboyuna, Azərbaycan
Respublikasının sualtı və suüstü obyektlərinə qarşı aşkar düşmənçilik hərəkətlərinə son qoymaq
üçün silah tətbiq edir, habelə aşağıdakı hallarda silah tətbiq, etmək hüququna malikdirlər:
a) Azərbaycan Respublikasının dövlət sərhədini pozan gəmilər Azərbaycan Respublikasının
ərazi və daxili sularında dayandırılarkən və tutularkən silahlı müqavimət göstərdikdə bu
müqavimətə son qoymaq üçün;
b) Azərbaycan Respublikasının dövlət sərhədini pozan gəmi və ya Azərbaycan Respublikasının
qanunlarını, yaxud Azərbaycan Respublikasının sularında üzmək və olmaq qaydalarını pozan
gəmi: dayanmaq; barəsində tələbləri yerinə yetirmədikdə, bu gəmi gizlənməyə cəhd göstərərkən
onu dayandırmaq üçün başqa imkanlar kömək etmədikdə. Bu halda silah xəbərdarlıq atəşindən
(küllə qatarı: buraxıldıqdan) sonra tətbiq edilir.
3) sərhəd qarovulunun təyyarələri və vertolyotları qoşun qruplarının və quldur dəstələrinin
Azərbaycan Respublikası ərazisinə silahlı basqınını və təcavüzünü dəf etmək, Azərbaycan
Respublikasının dövlət sərhədində silahlı fitnələrin qarşısını almaq üçün silah tətbiq edirlər.
Azərbaycan Respublikasının ərazi və daxili sularında sərhəd aviasiyası aşağıdakı hallarda silah
tətbiq etmək hüququna malikdir:
a) sərhəd qarovulunun gəmilərinə; (katerlərinə), Azərbaycan: Respublikasının başqa
gəmilərinə silahlı basqın zamanı onlara basqını dəf etməkdə kömək göstərmək üçün, xarici
gəmilərin Azərbaycan Respublikası sahilboyuna Azərbaycan Respublikasının sualtı və suüstü
obyektlərinə qarşı aşkar düşmənçilik hərəkətlərinə qoymaq üçün və ya Azərbaycan
Respublikasının dövlət sərhədini pozan gəmilərin silahlı müqavimətini qırmaq üçün;