[35]
20 iyun 1995-ci il tarixli 1066 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 282) ilə 29-cu maddəsi çıxarılmışdır. Maddənin əvvəlki
redaksiyasında deyilirdi:
M a d d ə 2 9 . Sərhəd qarovulunun əsas hüquqları
Azərbaycan Respublikasının sərhədboyu zonasının sərhədboyu zolağının hüdudları daxilində,
dövlət sərhədinin buraxılış məntəqələrində, habelə sərhədboyu zonanın müəyyən edilmədiyi, lakin
Azərbaycan Respublikası dövlət sərhədinin qorunması üçün sərhəd qarovulunun tədbirlər gördüyü
ərazidə—Azərbaycan Respublikasının dövlət sərhədinə və ya Xəzər dənizinin sərhəd qarovulu
tərəfindən qorunan sahilboyuna bitişik rayon, şəhər, qəsəbə, kənd ərazisində, Azərbaycan
Respublikasının ərazi və daxili sularında sərhəd qarovulunun aşağıdakı hüquqları var:
1)
sərhədçi dəstələri saxlamaq, xidməti vəzifənin icrası zamanı ərazinin bütün sahələrində hərəkət
etmək, sənədləri yoxlamaq, nəqliyyat vasitələrini və bu vasitələrlə daşınan yükləri, başqa əmlakı
yoxlamaq, nəqliyyat vasitələrini sərhədçi dəstələri ilə müşayiət etmək;
2)
Azərbaycan Respublikası dövlət sərhədinin pozulması ilə əlaqədar işlər üzrə Azərbaycan
Respublikasının cinayət prosessual qanunvericiliyinə müvafiq surətdə təhqiqat aparmaq—lazımi
operativ-axtarış tədbirləri görmək, sərhədi pozanları tutmaq, yoxlamaq, axtarmaq, dindirmək və dikər
zəruri istintaq tədbirləri görmək;
3)
Azərbaycan Respublikasının sərhədboyu rejimini və ya dövlət sərhədinin buraxılış
məntəqələrində rejimi pozmuş şəxsləri protokol tərtib etmək üçün üç saat müddətinədək, zəruri
hallarda isə şəxsiyyəti müəyyənləşdirmək və hüquq pozuntusu hallarını aydınlaşdırmaq üçün tutulma
anından iyirmi dörd saat keçənədək prokurora yazılı məlumat verməklə üç gün müddətinədək, ya da
sərhədi pozanların şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda prokurorun sanksiyası ilə on gün
müddətinədək inzibati qaydada tutmaq; tutulmuşları üst-başını yoxlamaq, habelə onlarda olan əşyaları
yoxlamaq və lazım olduqda almaq;
4) Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş əcnəbi vətəndaşlara və vətəndaşlığı
olmayan şəxslərə qarşı cinayət işləri qaldırılması üçün kifayət qədər əsas olmadıqda onları bu
maddənin 3-cü bəndində nəzərdə tutulmuş müddətlərdə inzibati qaydada tutmaqla bu şəxsləri-
həmsərhəd dövlətin sərhəd orqanlarına təhvil vermək haqqında müəyyənləşdirilmiş qaydada
qərar qəbul edildikdə isə prokurorun sanksiyası ilə həmin şəxsləri təhvil verilmək üçün lazım olan
müddətdə tutmağı
5) inzibati qaydada tutulan şəxsləri tutulmuşlar üçün kameralarda və ya xüsusi olaraq bu məqsədlər
üçün düzəldilmiş başqa binalarda saxlamaq. Şəxsin inzibati qaydada tutulmasının, üst-başının
yoxlanmasının, onda olan əşyanın yoxlanmasının və alınmasının hər bir halı haqqında protokol tərtib
edilir;
6)
Azərbaycan Respublikası dövlət sərhədinin, sərhəd rejiminin, sərhədboyu rejimin və ya
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulması hallarının
aydınlaşdırılması üçün şəxsləri sərhəd qarovulu bölmələrinə dəvət etmək. Zərurət olduqda həmin
pozulma
halları
başqa yerlərdə
də
aydınlaşdırıla
bilər;
7)
Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin Azərbaycan Respublikasına
gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair sənədləri yoxlamaq, həmin
sənədlərdə müvafiq qeydlər etmək və zərurət olduqda bunları müvəqqəti almaq; Azərbaycan
Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair etibarlı sənədləri
olmayan şəxsləri onlar Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək hüququna dair
sənədləri lazımınca rəsmiləşdirənədək və ya Azərbaycan Respublikası vətəndaşlarının xaricdə
olduqları
dövrdə
öz
sənədlərini
itirməsi halları dəqiqləşdirilənədək və onların şəxsiyyəti
müəyyən edilənədək Azərbaycan Respublikasının dövlət sərhədindən buraxmamaq;
8)
Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin yüklərini və başqa əmlakını
müəyyən edilmiş qaydada müstəqil surətdə və ya gömrük idarələri ilə birlikdə yoxlamaq;
9)
Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan. Respublikasından aparılması qadağan
edilmiş əşyaları, habelə qaçaq malını müəyyən edilmiş qaydada almaq;
10)
Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından aparılması qadağan
edilmiş materialları, əşyaları və sənədləri, habelə qaçaq malını Azərbaycan Respublikasının; dövlət
sərhədindən keçirməyə cəhd göstərmiş şəxslərin Azərbaycan Respublikasına və ya Azərbaycan
Respublikasından buraxılması məsələsini yol verilmiş hüquq pozuntusunun ağırlığını və hallarını
nəzərə almaqla həll etmək;
11)
Azərbaycan Respublikasının dövlət sərhədindən keçən xarici nəqliyyat vasitələrini və
Azərbaycan
Respublikasına
məxsus
nəqliyyat
vasitələrini,
bu
vasitələrlə
daşınan
yükləri müəyyən edilmiş qaydada yoxlamaq
12)
xaricə gedən nəqliyyat vasitələrinin Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış
məntəqələrində dayanma (dayanacaq) yerlərini və müddətini əlaqədar müəssisələr, idarələr və
təşkilatlar ilə birlikdə müəyyən etmək;
13)
Azərbaycan Respublikasının ərazisi və daxili sularında üzərkən və olarkən, habelə Azərbaycan
Respublikasının limanlarında dayanacaq vaxtı hüquq pozuntusuna yol vermiş xarici gəmilərin heyət
üzvlərinin və gəmilərdə olan dikər şəxslərin sahilə çıxmasını və sahildə olmasını qadağan etmək;
14)
Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə* müvafiq surətdə aparılan
tikintilərdə görülən işlər, təbii fəlakətlər, xüsusilə təhlükəli yoluxucu xəstəliklər ilə əlaqədar tədbirlər
istisna edilməklə sərhədboyu zolaqda müxtəlif işlərin görülməsini şəraitin tələb etdiyi hallarda
məhdudlaşdırmaq;
15)
Azərbaycan Respublikası ərazisinə basqınların dəf edilməsi, Azərbaycan Respublikasının dövlət
sərhədində müxtəlif fitnələrin qarşısının alınması, Azərbaycan Respublikasının dövlət sərhədini
pozanların axtarılması və tutulması zamanı, habelə şəraitin tələb etdiyi dikər zəruri hallarda, müəyyən
edilmiş qaydada razılaşdırılmış şərtlərlə nazirliklərin, dövlət komitələrinin və baş idarələrin elektrik
rabitə vasitələrindən, müəssisələrin, idarələrin, təşkilatların nəqliyyat vasitələrindən istifadə etmək
16) Azərbaycan Respublikasının qanunlarına, habelə hamılıqla qəbul olunmuş beynəlxalq hüquq
prinsiplərinə və normalarına müvafiq surətdə Azərbaycan Respublikası dövlət sərhədinin qorunması
sahəsində başqa tədbirləri həyata keçirmək;
Azərbaycan Respublikasının dövlət sərhədini pozanların axtarılması və tutulması ilə əlaqədar zəruri
hallarda sərhəd qarovulunun Azərbaycan Respublikasının ərazisində-onlara verilmiş hüquqları
Azərbaycan Respublikası sərhədboyu zonasının və dövlət sərhədi buraxılış məntəqələrinin
hüdudlarından kənarda da həyata keçirmək hüququ var.
[36]
20 iyun 1995-ci il tarixli 1066 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 282) ilə 30-cu maddəsində “ sərhəd qarovulu” sözləri
“sərhəd qoşunları” sözləri ilə əvəz edilmişdir.
[37]
20 iyun 1995-ci il tarixli 1066 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 282) ilə 31-ci maddəsində “ sərhəd qarovulu” sözləri
“sərhəd qoşunları” sözləri ilə əvəz edilmişdir.
[38]
20 iyun 1995-ci il tarixli 1066 nömrəli Azərbaycan Respublikasının Qanunu (Ali Sovetin Məlumatı, 1995-
ci il, № 17-18, maddə 282) ilə 32-ci maddəsində “ sərhəd qarovulu” sözləri “ sərhəd qoşunları” sözləri ilə
əvəz edilmişdir.
[39]
5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 04, maddə 199) ilə 34-cü maddədə " Azərbaycan
Respublikası prezidentinin" sözləri " müvafiq icra hakimiyyəti orqanının " sözləri ilə əvəz edilmişdir.
[40]
20 iyun 1995-ci il tarixli 1066 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 282) ilə 36-cı maddəsində “sərhəd qarovulu” sözləri
“sərhəd qoşunları” sözləri ilə əvəz edilmişdir.
[41]
20 iyun 1995-ci il tarixli 1066 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 282) ilə 37-ci maddəsində “ sərhəd qarovulu” sözləri
“sərhəd qoşunları” sözləri ilə əvəz edilmişdir.
[42]
5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 04, maddə 199) ilə 37-ci maddənin 1-ci bəndinin
birinci abzası yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
1) Sərhəd qoşunları Azərbaycan Respublikası dövlət sərhədinin qorunması vəzifələrini yerinə
yetirərkən xarici dövlətlərin qoşun qruplarının və quldur dəstələrinin Azərbaycan Respublikası
ərazisinə silahlı basqınını dəf etmək, Azərbaycan Respublikasının dövlət sərhədində silahlı fitnələrin
qarşısını almaq üçün silah və döyüş texnikası tətbiq edir.
[43]
5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 04, maddə 199) ilə 37-ci maddənin 1-ci bəndinin "a"
yarımbəndi çıxarılmışdır, "b"-"ğ" yarımbəndləri müvafiq olaraq "a"-"q" yarımbəndləri, dördüncü-səkkizinci
abzaslar müvafiq olaraq üçüncü-yeddinci abzaslar hesab edilmişdir. Maddənin əvvəlki redaksiyasında
deyilirdi:
a) Azərbaycan Respublikasının dövlət sərhədini pozanların silahlı basqınlarını dəf etmək və silahlı
müqavimətini qırmaq üçün;
[44]
5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 04, maddə 199) ilə ilə 37-ci maddənin 1-ci bəndinin
yeddinci abzasında "b", "v", "q", "ğ" yarımbəndlərində" sözləri "a", "b", "v", "q" yarımbəndlərində" sözləri ilə
əvəz edilmişdir.
[45]
5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 04, maddə 199) ilə 37-ci maddənin 4-cü və 5-ci
bəndlərində "Azərbaycan Respublikası Nazirlər Kabinetinin" sözləri "müvafiq icra hakimiyyəti
orqanının" sözləri ilə əvəz edilmişdir.
[46]
5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 04, maddə 199) ilə 37-ci maddəyə səkkizinci-on
birinci abzaslar əlavə edilmişdir.
[47]
5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 04, maddə 199) ilə 37-1-ci maddə əlavə edilmişdir.
[48]
20 iyun 1995-ci il tarixli 1066 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 282) ilə 38-ci maddəsində “ sərhəd qarovulu” sözləri
“sərhəd qoşunları” sözləri ilə əvəz edilmişdir.
[49]
20 iyun 1995-ci il tarixli 1066 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 282) ilə 39-cu maddəsində “ sərhəd qarovulu” sözləri
“sərhəd qoşunları” sözləri ilə əvəz edilmişdir.
Dostları ilə paylaş: |