V I F Ə S İ L
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SƏRHƏDİ
HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ
MƏSULİYYƏT
M a d d ə 4 0 . Azərbaycan Respublikasının dövlət sərhədi haqqın-da qanunvericiliyin
pozulmasına görə məsuliyyət
Azərbaycan Respublikasının dövlət sərhədini, sərhəd rejimini sərhədboyu rejimi və ya
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozmaqda və ya
pozmağa cəhd göstərməkdə, yükləri, materialları, sənədləri və başqa əşyaları Azərbaycan
Respublikasının dövlət sərhədindən qanunsuz keçirməkdə və ya qanunsuz keçirməyə cəhd
göstərməkdə, habelə Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunvericiliyin başqa
şəkildə pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
surətdə cinayət məsuliyyəti, inzibati və ya başqa məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı şəhəri, 9 dekabr 1991-ci il.
№ 13
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
20 iyun 1995-ci il tarixli 1066 nömrəli Azərbaycan Respublikasının Qanunu (
Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 282)
2.
23 iyun 1998-ci il tarixli 509-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 07, maddə 444)
3.
30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 02, maddə 57)
4.
05 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 04, maddə 199)
5.
2 oktyabr 2008-ci il tarixli 694-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, №
10, maddə 886)
6.
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
20 iyun 1995-ci il tarixli 1066 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 282) ilə 1-ci maddəsi yeni redaksiyada verilmişdir.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının quru və su ərazisini,
yer təkini, dəniz və hava fəzasını qonşu dövlətlərdən ayıran xətt və xətdən keçən şaquli
səthdir.
[2]
23 iyun 1998-ci il tarixli 509-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 07, maddə 444) ilə 2-ci maddəyə 2-ci bənd əlavə
edilmişdir.
[3]
20 iyun 1995-ci il tarixli 1066 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 282) ilə 2-ci maddəsi yeni redaksiyada verilmişdir.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə
2
. Azərbaycan Respublikası dövlət sərhədinin müəyyən edilməsi və onun
qorunmasının təmin olunması
Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikası Ali Sovetinin qərarları ilə,
habelə Azərbaycan Respublikasının bağladığı və təsdiqlədiyi dövlətlərarası müqavilələr müəyyən
edilir.
Azərbaycan Respublikasının Prezidenti dövlət sərhədinin və ərazisinin qorunması üçün tədbirlər
görülməsini öz səlahiyyəti daxilində təmin edir.
[4]
20 iyun 1995-ci il tarixli 1066 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 282) ilə 7-ci maddəsi yeni redaksiyada verilmişdir.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 7. Həmsərhəd dövlətlərlə sərhəd məsələlərinə dair qarşılıqlı münasibətlər
Həmsərhəd dövlətlərdə sərhəd məsələlərini Azərbaycan Respublikası bu Qanuna, Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının dövlətlərarası
müqavilələrinə uyğun olaraq qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında həll edir.
[5]
20 iyun 1995-ci il tarixli 1066 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 282) ilə 9-cu maddəsində “
sərhəd qarovulu” sözləri
“sərhəd qoşunları” sözləri ilə əvəz edilmişdir.
05 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 04, maddə 199) ilə 9-cu maddənin birinci
hissəsində "sərhəd mühafizə dəstəsinin" sözləri "sərhəd qoşunlarının" sözləri ilə əvəz edilmişdir.
05 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 04, maddə 199) ilə 9-cu maddənin birinci
hissəsində "Azərbaycan Respublikası Nazirlər Kabinetinin" sözləri "müvafiq icra hakimiyyəti
orqanının" sözləri ilə əvəz edilmişdir.
[6]
20 iyun 1995-ci il tarixli 1066 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 282) ilə 10-cu maddəsində “
sərhəd qarovulu” sözləri
“sərhəd qoşunları” sözləri ilə əvəz edilmişdir.
[7]
5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 04, maddə 199) ilə 10-cu maddənin ikinci hissəsində