5) Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının müvafiq icazəsi olmadan Azərbaycan
Respublikasının dövlət sərhədini keçmiş və ya Azərbaycan Respublikasının dövlət sərhədini uçub
keçmək qaydalarını başqa şəkildə pozmuş hava gəmiləri və digər uçuş aparatları.
Müvafiq icazə olmadan və ya müəyyən edilmiş qaydanı pozmaqla Azərbaycan Respublikasının
dövlət sərhədini hər hansı başqa texniki və ya dikər vasitələrlə keçmək də sərhədi pozmaq
deməkdir.
M a d d ə 2 1 . Azərbaycan Respublikasının sərhəd nümayəndələri
Azərbaycan Respublikasının dövlət sərhədi rejiminin qorunması ilə əlaqədar məsələləri həll
etmək, habelə sərhəd münaqişələrini nizama salmaq üçün müvafiq icra hakimiyyəti orqanı sərhəd
qoşunlarının zabitləri sırasından Azərbaycan Respublikası dövlət sərhədinin müəyyən hissələri
üzrə Azərbaycan Respublikasının sərhəd nümayəndələrini təyin edir.
[22]
Azərbaycan Respublikası dövlət sərhədinin Azərbaycan Respublikasının xüsusi təyin edilmiş
sərhəd nümayəndələri olmayan hissələrində onların funksiyalarını sərhəd qarovulunun müvafiq
hadisələrinin komandirləri yerinə yetirirlər.
Azərbaycan Respublikasının sərhəd nümayəndələri Azərbaycan Respublikasının qanunlarını,
Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrini, habelə Azərbaycan Respublikasının
səlahiyyətli orqanlarının qəbul etdikləri aktları rəhbər tuturlar.
Sərhəd nümayəndələri tərəfindən nizama salınmayan məsələlər diplomatik qaydada həll edilir.
I I I F Ə S İ L
SƏRHƏDBOYU REJİM
M a d d ə 2 2 .
Sərhədboyu zona və sərhədboyu zolaq
Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etmək məqsədilə müvafiq
icra hakimiyyəti orqanı sərhədboyu zona və sərhədboyu zolaq müəyyən edir.
Sərhədboyu zonanın hüdudlarını müvafiq icra hakimiyyəti orqanı sərhədyanı rayonların
ərazisində, yerli şərait-dən asılı olaraq müəyyən edir. Müəyyən edilmiş sərhədboyu zonanın
tərkibinə Azərbaycan Respublikasının ərazi və daxili suları da aid edilir.
Sərhədboyu
zonada
psixonevroloji
dispanserlərin
(xəstəxanaların) və
islah-əmək
müəssisələrinin yerləşdirilməsi qadağandır.
Eni 1 kilometrədək olan sərhədboyu zolaq bilavasitə Azərbaycan Respublikasının dövlət
sərhədi xətti boyunca quru hissələrdə və ya: sərhədboyu çayların, göllərin və başqa sututarların
sahilləri boyunca müəyyən-edilir. Azərbaycan Respublikası dövlət sərhədinin qorunması
naminə müvafiq icra hakimiyyəti orqanı texniki çəpərlərin düzəldilməsi, sərhədboyu yolların,
körpülərin çəkilməsi, başqa obyektlərin tikilməsi üçün sərhəd qoşunlarının müddətsiz istifadəsinə
həm sərhədboyu zolaqda, həm də onun hüdudların-dan kənarda 30—50 metr enində lazımi torpaq
zolaqları, habelə Azərbaycan Respublikasının dövlət sərhədi boyunca 5 metrlik zolaq verir.
[23]
M a d d ə 2 3 . Sərhədboyu rejim
Sərhədboyu zonada və sərhədboyu zolaqda sərhədboyu rejim qoyulur; sərhədboyu rejim bu
Qanuna və Azərbaycan Respublikasının dikər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan
Respublikası vətəndaşlarının və başqa şəxslərin kəlməsi, müvəqqəti yaşaması, bir yerdən başqa
yerə getməsi, işlərin görülməsi, motorlu və motorsuz gəmilərin yanalma körpülərində uçota
alınması və saxlanması Azərbaycan Respublikasının ərazi və daxili sularında onların üzməsi və
hərəkət etməsi qaydalarını tənzimləyir.
M a d d ə 2 4 . Sərhədboyu zonaya və sərhədboyu zolağa daxilolma. İşlərin görülməsi
1) Sərhədboyu zonada daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının pasportunda
daxili işlər orqanları xüsusi ştamp vururlar. Belə ştamp vurulmuş pasportu olan vətəndaşlar
Azərbaycan Respublikasının ərazisində bütün sərhədboyu zonanın hüdudları daxilində hərəkət
edə bilərlər;
2)
ali,
orta ixtisas və başqa təhsil
müəssisələrinin sərhədboyu zonadakı yaşayış
məntəqələrinin sakinləri olmuş tələbələri və şagirdləri bu yaşayış məntəqələrinə onların
təhsil
müəssisələrində
oxumasını təsdiq edən sənədlər və yerli idarəetmə orqanlarının arayışlarına—
sərhədboyu zonanın yaşayış məntəqələrindən onların təhsil almağa getdiyini təsdiq edən
arayışlara əsasən gedirlər;
[24]
3)
sərhədboyu zonaya girmək və orada olmaq hüququna dair buraxılışları daxili işlər
orqanları Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri üzrə, onların şəxsi ərizələri,
vəsatətləri və ya bu ərizələrin və vəsatətlərin əsaslı olduğunu təsdiq edən müvafiq sənədlər
əsasında verirlər;
valideynləri ilə və ya müşayiətçi şəxslərlə birlikdə sərhədboyu zonaya gedən 16 yaşınadək
uşaqlar bu şəxslərin buraxılışlarına
daxil edilir;
4) sərhədboyu zonada yaşamayan vətəndaşlar qrupu sərhədboyu zonaya getdikdə onlar üçün
buraxılış
qrupun
rəhbərinin
adına
verilə-bilər.
Bu
zaman
buraxılışda
onunla
gedən şəxslərin sayı göstərilməlidir.
Belə hallarda onların getdiyi yerdəki əlaqədar müəssisələrin, idarələrin və ya təşkilatların
vəzifəli şəxslərinin imzası və gerbli möhürü ilə təsdiqlənmiş və daxili işlər orqanlarında qeydə
alınmış adbaad siyahılar buraxılışa əlavə edilir. Siyahılarda göstərilən şəxslər sərhədboyu zonaya
onların şəxsiyyətini təsdiq edən sənədlərə əsasən daxil olurlar;
5) sərhədboyu zolaqda və dövlət sərhədi ilə sərhəd qoşunlarının texniki çəpər xətti arasındakı
ərazi zolağında daimi yaşamayan şəxslər oraya yalnız istehsalat və ya xidmət zərurəti
olduqda buraxılırlar. həmin vətəndaşların göstərilən yerlərə buraxılması və orada müvəqqəti
qalması qaydasını, habelə orada sudan istifadə edilməsi, kənd təsərrüfatı işləri və başqa işlər
görülməsi qaydasını sərhəd qarovulu yerli idarəetmə orqanları ilə razılığa əsasən müəyyən
edir.
[25]
Müəssisələrin, idarələrin, təşkilatların rəhbərləri görüləcək işlərin vaxtı və yeri haqqında sərhəd
qarovulu bölmələrinə qabaqcadan məlumat verməli, müəyyənləşdirilmiş sərhədboyu rejimə
işləyən vətəndaşlar tərəfindən əməl olunmasını təmin etməlidirlər;
6)
sərhədboyu zonada yerləşən müəssisə, idarə, təşkilat rəhbərlərinin sərhədboyu zonaya
daxil olmağa və orada yaşamağa icazəsi olmayan şəxsləri işə (götürməsi qadağandır;
7)
sərhədboyu zonada yerləşən yaşayış məntəqələrinə müəyyən edilmiş qaydada ezam
olunan vətəndaşlar həmin zonaya onların şəxsiyyətini təsdiq edən sənədlərə və ezamiyyət
sənədlərinə əsasən gedirlər, həm də ezamiyyət sənədləri onların getdiyi yerdəki daxili işlər
orqanlarında hökmən qeydə alınmalıdır;
8)
hərbi
qulluqçular
və
prokurorluq orqanlarının prokurorları,
müstəntiqləri sərhədboyu zonaya onların şəxsiyyətini təsdiq edən sənədlərə və xidməti
göstərişlərə, ezamiyyət və məzuniyyət sənədlərinə, yol vəsiqələrinə əsasən daxil olurlar;