6
IV HİSSƏ NEFT-QAZ İNDUSTRİYASININ MODERNİZASİYASININ
ALTERNATİV İQTİSADİ MEXANİZMLƏRİ
X FƏSİL Struktur islahatlari və milli biznesin inkişaf perspektivləri
10.1.İndustrial siyasət və struktur islahatları
162
10.2.Struktur modernizasiyası və iqtisadi inkişaf indikatorları
164
10.3.Biznes fəaliyyətinin formalaşma xüsusiyyətləri 167
10.4.Səmərəli biznes işinin təşkili problemləri
170
10.5.Azad İqtisadi Zonalar və
neft
biznesi
173
10.6.Neft-qaz sektorunda vençur kapitalı
178
10.7.Konsessiyon fəaliyyət
180
XI FƏSİL Fiskal siyasət və rentabelli fəaliyyət
11.1.Fiskal mexanizmlər və vergi sisteminin təkmilləşdirilməsi meylləri
182
11.2.Uçot sisteminin təkmilləşdirilməsi və konsaltinq sferasının
genişləndirilməsi
problemləri
184
11.3.Sessiya və faktorinq təyinatlı mexanizmlərin tədbiq
effekti
185
11.4.Neft-qaz industriyasında layihələrin təhlil metodikası
187
11.5.Neftin keyfiyyət bankı və onun milli neft sektorunda yaradılması labüdlüyü
188
XII FƏSİL Sosial-iqtisadi tərəqqi və təsərrüfatin ekologizasiyasi
12.1.Yeni sosial-iqtisadi infrastrukturun formalaşması xüsusiyyətləri
190
12.2.Ekoloji iqtisadiyyatın təşəkkül prinsipləri
191
12.3.İnnavasiyon tərqqi və inkişaf perspektivləri
192
Nəticələr
195
Əlavələr
197
Qaynaqlar
204
Neft iqtisadiyyati sferasinda geniş işlədilən spesifik istilah və
anlayışlar lüğəti
208
Резюме
250
Summaru
251
7
GİRİŞ
Karbohidrogen təyinatlı enerji resurslarının zəngin regionlarından biri kimi tanınan
Azərbaycanın milli neft industriyası yeni təbəllüdatlar ərəfəsindədir. Ölkənin dövlət
müstəqilliyinin bərpa edilməsi ötən əsrin son onilliklərində Xəzərdə aşkarlanan nəhəng
karbohidrogen yataqlarının beynəlxalq əməkdaşlıq çərçivəsində aktiv işlənməsini şərtli etmişdir.
Təzahür olunan geosiyasi reallıqlar fonunda qərarlaşan yeni neft situasiyasından milli və dövləti
mənafelərə uüğun olaraq maksimal bəhrələnmək missiyası isə prezident Heydər Əliyev
cənablarının üzərinə düşərək, onun təşəbbüsçüsü və rəhbəri olduğu vətən neft strategiyasında
dolğun əksini tapmışdır. Milli neft strategiyasının formalaşmasında məxsusi rolu və səyləri ilə
fərqlənən Azərbaycan Respublikasının baş naziri İ.H.Əliyevin cənablarının əməli
fəaliyyət və
elmi yaradıcılıq əzmindən qaynaqlanaraq ölkənin neft təsərrüfatında islahatlar prosesi
genişlənərək daha təkmil və sistemli məjraya istiqamətləndirmişdir. Gerçəkləşən strategiyanın
genişlənən həlqəsi çağdaş mərhələdə ölkə neft təsərrüfatının daha mütərəqqi sistem və
konstruksiyada modernizasiyasının elmi əsaslarının işlənməsi aktuallaşdırmışdır.
İstiqlala qovuşduqdan sonra neft-qaz sektorunda aparılan iqtisadi islahatların elmi
bazasının möhkəmləndirilməsi və təkmilləşməsi istiqamətində respublika hüdudlarında çoxsaylı
tədqiqatlar yerinə yetirilmiş, nəzəri və praktiki təyinatlı bir sıra qiymətli nəticələr əldə
olunmuşdur. Sahəvi elmi-tədqiqatlar sferasında gerçəkləşən nailiyyətləri bir daha dəyərləndirərək
müəlliflər mövcud monoqrafiyada milli neft strategiyasının prioritetləri əsasında
ölkədə
dərinləşən islahatların təkmilləşməsi, dövlət tənzimlənməsi, idarəetmə konsepsiyası, istehsalın
rasional təşkil problemlərini tədqiq edərək müvafiq sistemli, situasiyon yanaşma və analitik
araşdırmalar çevrəsində neft-qaz sektorunun modernizasiyasının alternativ iqtisadi bazar
mexanizmlərini işləyib hazırlamışlar.
Tədqiqat işində qarşıya qoyulan məqsədlərə müvəffəqolmada verifikasiya prinsipli çevrədə
karbohidrogen epoxası və müasir industrial iqtisadiyyatın təşəkkül və təsnifatı,
neft-qaz
resurslarının əhəmiyyət diapazonu, ehtiyatlar joğrafi yerləşməsi, dünya neft iqtisadiyyatının
inkişaf senarisi səciyyələndirilmiş, milli neft strategiyasının gerçəkləşməsinin iqtisadi əsasları,
elmi-nəzəri istiqamətləri tədqiq edilmişdir. Xəzərin neft-qaz resurslarının dəyərləndirilməsi,
onların, beynəlxalq enerji bazarlarına çıxış problemləri, mənfəət karbohidrogenlərinə çəkilən
xərclərin ödənilməsi, hasilatın pay bölgüsünün
normativ-hüquqi aspektləri, xam neftin və təbii
qazın emalı, onlardan alınan sintetik məhsulların iqtisadi səmərəliliyi tədqiqat işində geniş
araşdırma və təhlil obyektlərinə çevrilmişlər.
İndustrial siyasət, milli energetik təhlükəsizlik və energetik doktrina, neft strategiyasının
ideoloji aspektləri, sosial-iqtisadi tərəqqi, təsərrüfatın ekologizasiyası,
normativ-hüquqi təminat,
dövlət enerji müfəttişliyin təşəkkül zərurətləri tədqiqat işində milli neft-qaz sektorunun dövlət
tənzimlənməsi və idarəetmə konsepsiyasının strateji təməlini əsaslandıran istiqamətlərdə
ifadəsini tapmışdır.
Neft-qaz sektorunun modernizasiyasının alternativ iqtisadi bazar mexanizmlərinin təyinatı
sferasında aparılan araşdırmaların elmi əsaslarını möhkəmləndirmək məqsədi ilə tədqiqat işində
səmərəli və rentabelli fəaliyyət quruculuğu, dinamik iqtisadi inkişaf faktorları, neftqazçıxarma
kompleksinin müasir durumu, beynəlxalq neft kontraktları spektrində sahəvi infrastrukturdan
faydalanma perspektivləri,
investisiyon siyasət, institusional islahatlar, kompleksin bazar
iqtisadiyyatına adaptasiyası, audit xidməti, özəlləşdirmə, innovasiya, sanasiya ilə bağlı
problemlər də təhlil olunmuşdur. Tədqiqat işində həmçinin sahədə struktur islahatlarının
aparılması,
səmərəli biznes işinin təşkili, milli sahibkar fəaliyyətin genişləndirilməsi, Azad
İqtisadi Zonaların təşkili, fiskal siyasətin və uçot sisteminin təkmilləşdirilməsi, sessiya və
faktorinq təyinatlı iqtisadi texnologiyaların, konsaltinq işinin tətbiqi, neftin keyfiyyət bankının
yaradılması kimi məsələlər də neft-qaz təsərrüfatının iqtisadi modernizasiyasının
gerçəkləşdirilməsinin alternativ bazar mexanizmləri sırasındadır.