17
həm quru, həm də dəniz akvatoriyasından çıxarılır. Quru ərazilərdən
mexaniki üsulla neft
çıxarılması 1847-ci ildən, dənizdən isə əsaslı surətdə yüz il keçdikdən sonra, 1949-cu ildən
başlanmışdır. Bütün dövrlərdə Azərbaycanda çıxarılan neftin təqribən 80%-i dəniz neft-qaz
yataqlarının payına düşür. Aşağıdakı cədvəldə Azərbaycanda neft-qaz hasilatının dinamikası
verilmişdir.
Cədvəl 5
1995 - 2002-ci illərdə Azərbaycanda neft-qaz hasilati
Quruda
Dənizdə
İLLƏR
Neft
/mln.ton/
Qaz
/mln.m
3
/
Neft
/mln.ton/
Qaz
/mln.m
3
/
1995
2,3 237 7,5 6407
1996
2,4 299 7,5 6066
1997
1,6 255 7,5 5712
1998
1,6 228 9,2 5338
1999
1,5 243 12,6 5754
2000
1,5 232 12,4 5427
2001
1,6 242 13,2 5293
2002
1,6 245 13,7 5582
Ümumiyyətlə, mütəxəssislərin fikrincə, respublikanın
Böyük və Kiçik Qafqaz, Talış
dağları istisna olmaq şərti ilə digər bütün əraziləri və həmçinin Xəzər dənizi neft-qaz cəhətcə
perspektivlidir. Odur ki, heç də təsadüfi deyildir ki, indi dünyanın bir çox iri neft şirkətləri
Xəzərdən neft-qaz çıxarılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
/
ARDNŞ/ ilə birlikdə fəaliyyət göstərirlər.
Azərbaycanda neft-qaz istehsalının inkişafı bir neçə mərhələdən keçmişdir.
Birinci
mərhələ 1806-1920-ci illəri əhatə edir. Bu dövrdə ilk neft quyusu Abşeronun Suraxanı kəndində
qazılmışdır.
Bu da heç də təsadüfi deyil, çünki Suraxanı kəndi ən qədim dövrlərdən özünün
«daimi odları» və ağ «müalicə» nefti ilə dünyada tanınmışdır. Hazırda Suraxanıda keçmiş
atəşpərəstlərin, dindarların məbədi sayılan «Atəşgah» qalmaqdadır. Ən qədim dövrlərdə İran və
Hindistan atəşpərəstləri buraya sitayiş etməyə gəlmişlər. Bu mərhələdə Bakı mədənlərində
birdən-birə elə neft fontanları olur ki, bu hər gün min tonlarla neft çıxarmağa imkan verir. Belə
hal Azərbaycanın milli burcuaziyasının güclü inkişafına səbəb olur və adi adamlar birdən-birə
milyonların sahibkarlarına çevrildilər. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi
Əsədullayev, Murtuz Muxtarov, İsabəy Hacınski və sair belə varlananlardan idi. Lakin,
yüksək
mənfəət götürmək ehtirası və neft yataqlarının vəhşicəsinə istismarı nəticəsində Azərbaycanda
neft hasilatı 7,7 miliyon tona endi /
1913/ və daha sonralar, yəni 1920-ci ildə 2,9 miliyon tona
qədər azaldı. Beləliklə, Azərbaycanda Sovet hakimiyyəti qurulması ərəfəsində neft sənayesi
bərbad vəziyyətdə idi. Minlərlə istismar quyuları dayanmış, bir çox sahədə neftli horizontları su
basmışdı.
Qazma işləri demək olar ki, aparılmırdı. Birinci mərhələdə Azərbaycanda neft
hasilatının dinamikası aşağıdakı cədvəldə verilmişdir.
Cədvəl 6
Azərbaycanda 1873-1920-ci illərdə neft hasilatinin dinamikasi
/
min ton/
İllər
Hasilat
İllər
Hasilat
İllər
Hasilat
1873
66 1889 3249 1905 6784
1874
82 1890 3737 1906 7452
1875
105 1891 4499 1907 7934
1876
183 1892 4658 1908 7815
1877
248 1893 5381 1909 8303
1878
329 1894 4808 1910 8232
1879
395 1895 6256 1911 7537
1880
343 1896 6365 1912 7799
18
1881
656 1897 6949 1913 7669
1882
818 1898 8014 1914 7101
1883
983 1899 8014 1915 7481
1884
1460 1900 9866 1916 7894
1885
1884 1901 10979 1917 6646
1886
1876 1902 10504 1918 3435
1887
2327 1903 9854 1919 3739
1888
2986 1904 10182 1920 2915
İkinci mərhələ 1921-1991-ci illəri əhatə edir. Bu dövrdə Azərbaycanın neft sənayesinin
bərpası və inkişaf etdirilməsi üçün mühüm tədbirlər işlənib hazırlanmış və həyata keçirilmişdir.
Geoloji-axtarış işlərinin böyük miqyas alması, kəşfiyyat-qazma işlərinin genişləndirilməsi,
yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, yeni texniki avadanlıqlardan
istifadə edilməsi,
neft-mədən proseslərinin başdan-başa elektrikləşdirilməsi nəticəsində neft hasilatı sürətlə
artmağa başladı. Beləliklə, 1927-1928-ci illərdə neft hasilatı 1913-cü il səviyyəsini ötüb keçdi.
Bu dövrdə Azərbaycanın Abşeron yarımadasında Qala, Qaraçuxur, Zığ, Puta, Korgöz və sair neft
yataqları kəşf edilib istismara verildi. 1940-cı ildə Azərbaycanda neft sənayesi keçmiş SSRİ neft
hasilatının 3/4-ü qədər neft verdi. Böyük Vətən müharibəsi illərində Azərbaycan neft sənayesi
qarşısında cəbhəni yanacaqla təmin etmək kimi ağır və şərəfli vəzifə qoyuldu. İndi
fərəhlə demək
olar ki, Azərbaycan neftçilərinin fədakarlığı nəticəsində 1941-ci ildə 23541 min ton neft
çıxarıldı. Azərbaycan alimlərinin və mühəndis-texnik işçilərinin gərgin əməyi ilə yüksək oktanlı
benzin alınması texnologiyası işlənib hazırlandı. 1941-1945-ci illərdə Azərbaycan neft sənayesi
ölkəyə 75 miliyon ton neft, 22 miliyon ton benzin və başqa neft məhsulları verdi. Müharibədən
sonra Azərbaycan neft sənayesinin inkişafında yeni dövr başlandı. 1948-ci ildə Xəzər dənizində
neft-mədən estakadaları tikilməyə başlandı. 1949-cu il noyabrın 7-də açıq dənizdə, Neft
Daşlarında qazılmış kəşfiyyat quyusundan neft güclü fontan vurdu. 1971-ci ildə Azərbaycanda 1
milyard ton neft çıxarıldı. Azərbaycan neft sənayesinin inkişaf perspektivləri dəniz yataqlarının
işlənilməsi ilə əlaqədardır. Dəniz neft mədənlərində çıxarılan neft Azərbaycanın
ümumi neft
hasilatının 2/3-ni verir. Bununla belə quruda da neft hasilatını artırmaq üçün işlər görülür.
Küryanı, Kür-İori çayları arası, Şamaxı-Qobustan, Xəzəryanı-Quba sahələrində axtarış-kəşfiyyat
işləri aparılır, köhnə neft-qaz quyularında hasilat artırılır, neftçıxarma texnologiyası
yaxşılaşdırılır, daha səmərəli metodlar tətbiq edilir, təsərrüfat mexinizmi təkmilləşdirilir və s.
Keçmiş SSRİ-də neft yataqlarının kəşfiyyatı, qazılması və işlənilməsi, mütərəqqi
texnikanın və texnoloji üsulların tətbiqinə dair bir çox yeniliklər ilk dəfə Azərbaycan neft
sənayesində həyata keçirilmişdir. Bu səbəbdəndir ki, Azərbaycan keçmiş SSRİ-də neft
elminin
mərkəzi sayılır, Bakı isə neft akademiyası adlandırılırdı. 1921-1990-cı illərdə neft hasilatının
dinamikası aşağıdakı cədvəldə verilmişdir.
Cədvəl 7
Azərbaycanda 1921-1990-ci illərdə neft hasilati
/min ton/
İllər
Hasilat
İllər
Hasilat
İllər
Hasilat
1921
2437
1946
11934
1971
19203
1922
2945
1947
13412
1972
18386
1923
3485
1948
13890
1973
18265
1924
4125
1949
14352
1974
17755
1925
4663
1950
14777
1975
17203
1926
5514
1951
15215
1976
15609
1927
6810
1952
15656
1977
14785
1928
7574
1953
15706
1978
14155
1929
8683
1954
15217
1979
13058
1930
10521
1955
15284
1980
13054
1931
13153
1956
15560
1981
12626