22
Şəkildən də göründüyü kimi, neft qiymətlərində müşahidə edilən müsbət dinamika
Rusiya, Norveç və Qazağıstan kimi ölkələrin valyuta bazarlarında daha optimist
qiymətləndirmələrə səbəb olub. Nəticədə ötən il ərzində Norveç kronu 5.3%, Rusiya rublu 16%,
Qazağıstan tengesi isə 2% möhkəmlənib. Azərbaycan manatı isə əksinə dəyərini itirməkdə
davam edir və məzənnənin maksimum həddi məhz ilin son günündə müşahidə edilib (1USD =
1.7707 manat). Bundan başqa sadalanan valyutalar arasında ən çox dəyərsizləşən valyuta da
Azərbaycan manatı olub.
2017-ci il, “manat”ın məzənnəsi
2017-ci ildə monetar siyasət tam üzən məzənnə rejimi üzərində qurulacaq fikirlərinin
ötən ilin dekabr ayında təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi
üzrə Strateji Yol Xəritəsi”də yer alması
23
ölkə ictimaiyyətində və o cümlədən valyuta bazarı
iştirakçılarında haqlı narahatlığa səbəb oldu. Beləki, “manat”ın real məzənnəsini tapmadığı,
faktiki olaraq valyuta bazarlarında tələb və təklif arasında birincinin hesabına ciddi üstünlüyün
olduğu nəzərə alındıqda tam üzən məzənnə rejiminin milli valyuta üçün nələri vəd etdiyini
proqnozlaşdırmaq kifayət qədər çətin idi. Qeyd edək ki, paralel olaraq hökumət tərəfindən illeqal
valyuta dövriyyəsi ilə (qara bazar) mübarizəyə start verilmişdi və bu da valyuta əlçatanlığını
daha da zəiflətməklə bazar iştirakçılarında xüsusi ilə də biznes subyetlərində ciddi narahatlığa
səbəb oldu. Bütün bunlarla yanaşı ötən ilin dekabr ayında valyuta təklifi minimum səviyyəyə
azaldı [246 milyon ABŞ dolları, Neft Fondu]. İlin son iş günündə Mərkəzi Bank tərəfindən
yayılan 2017-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı tam
üzən məzənnə rejiminə keçid qərarını bir daha təsdiqləməklə 2017-ci ilin “manat” üçün çətin
olacağı qənaətini gücləndirdi.
Mərkəzi Bankın məhdud valyuta ehtiyatları, 2017-ci ilin dövlət büdcəsində Neft
Fondundan transfertin həcminin azaldılması, FES tərəfindən növbəti illər üçün bahalı pul siyasəti
vədi fonunda valyuta bazarlarında “manat” sadəcə OPEC və qeyri - OPEC ölkələri arasında neft
hasilatının tənzimlənməsi haqqında Vyana sazişindən dəstək ala bilirdi. Neftin bir barelinin
qiymətinin 55 ABŞ dollarından baha satılması hətta bir qrup bazar iştirakçısının satış mövqeyinə
keçməsinə səbəb oldu. Bütün bunlara baxmayaraq valyuta bazarlarında narahatlıq davam edir və
Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarında məzənnə gün bə gün azalırdı.
23
Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi-prezident.az, “Azərbaycan Respublikasının milli
iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, baxış tarixi: 21.01.2017
http://azertag.az/store/files/untitled%20folder/_STRATEJI%20YOL%20XERITESI_.pdf
23
Təsadüfi deyil ki, manat üçün ən aşağı məzənnə 2016-cı ilin son gününə təsadüf etdi [ 1 USD =
1.7707 manat ]. Ümumilikdə isə dekabr ayının son günlərində valyutaya çıxış imkanı minimum
həddə düşdü və nəticədə qara bazarda məzənə 1 ABŞ dolları = 1.95 manat səviyyəsinə yüksəldi.
Qeyd edək ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri 2016-cı ilin sonuna “manat”ın
məzənnəsini 1 ABŞ dolları = 1.93 manat səviyyəsində proqnozlaşdırırdı
24
. Beləliklə Azərbaycan
manatı 2017-ci ilə yuxarıda sadalanan faktorların təsiri altında daxil oldu.
2017-ci ilin ilk günlərində də mövcud qeyri-müəyyənlik davam edirdi. Faktiki olaraq
ölkə vətəndaşları minimum ehtiyaclarını (səfər, təhsil, səhiyyə və s.) qarşılamaq üçün valyuta
əldə edə bilmir, banklar yalnız alış mübadiləsi edir, valyuta satışına isə birmənalı şəkildə
məhdudiyyət tətbiq edilirdi.
Hökumət hərəkətə keçdi
Yanvar ayının ilk günlərindən etibarən hökumət məzənnə planının tətbiqinə start verdi.
Valyuta bazarları üçün ilin ilk mühüm informasiyası Azərbaycan Respublikası Prezidentinin 10
yanvar 2017-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi
haqqında” Fərmanı
25
oldu. Beləki, bu fərmanla ilk dəfə olaraq Neft Fondundan Mərkəzi Banka
7.5 milyard manata qədər [ 4.2 milyard ABŞ dolları] transfertin edilməsi nəzərdə tutuldu. Valyuta
bazarı iştirakçıları bu informasiyanı mövcud şərtlərin dəyişməsi və yaxud “il ərzində valyuta
təklifi artacaq” kimi qiymətləndirdi. Bundan bir gün sonra yanvar ayının 11-də Mərkəzi Bankda
təşkil edilən təcili toplantıda bankirlərə tam üzən məzənə rejiminə startın verilməsi xəbəri
verildi
26
.
Yanvar ayının 12-dən etibarən valyuta hərracları yeni qaydada keçirilməyə başladı və
mübadilə zamanı -/+4 faizlik marja tələbi ləğv edildi. Qeyd edək ki, tam üzən məzənnə rejiminə
keçid prosesi zamanı komunikasiya imkanlarından məharətlə istifadə edildi. Tam üzən məzənnə
rejiminə keçid xəbəri valyuta bazarlarında əvvəlcədən gözlənildiyinin əksinə olaraq kifayət
qədər aşağı volatilliyə səbəb oldu.
24
MeydanTV, “İlin sonunda manatı nə gözləyir?”, Həsənov Rəşad, 23.11.2016
https://www.meydan.tv/amp/az/site/politics/19229/%C4%B0lin-sonunda-manat%C4%B1-n%C9%99-
g%C3%B6zl%C9%99yir?.htm
25
Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi-prezident.az, “Azərbaycan Respublikası Dövlət
Neft Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”, 10.01.2017
http://www.president.az/articles/22421
26
APA informasiya agentliyi, “4%-lik marja ləğv olunur”, 11.01.2017
http://www.apa.az/iqtisadiyyat-xeberleri/birja-xeberleri/banklar-valyuta-mubadilesi-mezennesini-teleb-teklif-
esasinda-mueyyenlesdirecek.html
24
Şəkil 6: Tam üzən məzənnə rejimində “manat”ın performansı
Qeyd edək ki, “manat” ilk gün 0.7% olmaqla 12-19 yanvar tarixlərində[tam üzən
məzənnə rejimininin tətbiqi dövrü] cəmi 3.1% dəyər itirib. Lakin, yeni şərtlər daxilində təşkil
edilən hərraclarda məzənnənin dinamikası əvvəlki dövrlə müqayisədə daha ciddi faizlərlə ifadə
edilir. Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayev hesab edir ki, valyuta
bazarları yeni şəraitə-tam üzən məzənnə rejiminə adaptasiya gözlənildiyindən daha sakit gedir
27
.
Hesab edirik ki, tam üzən məzənnə rejiminə keçidin aşağı volatil ilə müşahidə
edilməsinin əsas səbəbi məhz Neft Fondundan Mərkəzi Banka təxminən 4.2 milyard ABŞ dolları
[7.5 milyard manat] dəyərində transfertin proqnozlaşdırılmasıdır. Bazar iştirakçıları hesab edir
ki, hökumətin bu addımı valyuta bazarlarında təklifi artmaqla manatın möhkəmləndirilməsinə
hesablanıb.
“Manat”ın dəyərsizləşməsi davam edəcək
Hökumətin tam üzən məzənnə rejiminə keçid cəhdinə baxmayaraq, bunun qeyd şərtsiz
baş tutması hələlik mümkün görünmür. Çünki, valyuta təklifinin əsas mənbəyi yenə də dövlətdir
(Mərkəzi Bank, Neft Fondu) və valyuta bazarlarının institusional infrastrukturu formalaşmayıb.
Bu isə adminstrativ təsirlərin davam edəcəyini deməyə əsas verir.
Ümumilikdə isə hesab edirik ki, hazırda müşahidə edilən proses ilk psixoloji həddin
(1ABŞ dolları = 2 manat) qırılmasına kifayət etməyəcək. Beləki, Mərkəzi Banka transfert
haqqında informasiya 2017-ci ilin birinci yarısında valyuta bazarlarında gərginliyin azalmasına
27
APA İnformasiya Agentliyi, “AMB: Üzən məzənnə rejiminə adaptasiya gözlədiyimizdən daha sakit gedir”,
19.01.2017
http://www.apa.az/maliyye_xeberleri/amb-uzen-mezenne-rejimine-adaptasiya-gozlediyimizden-daha-sakit-gedir-
ekskluziv.html
25
və əvvəlcədən proqnozlaşdırılan sərt dalğalanmaların təsirlərinin zəifləməsinə səbəb olacaq.
Lakin, hökumət strateji valyuta ehtiyyatlarını qorumaq məqsədi ilə qeyd edələn məbləğdə
transfertin edilməsində tərəddüd edə bilər ki, nəticədə milli valyutaya təzyiqlər yenidən arta,
bazar iştirakçıları “alış” mövqeyinə keçə və manat əvvəlcədən də proqnozlaşdırıldığı kimi bir
sıra xarici (neftin qiyməti, FES-in uçot dərəcəsi qərarı, BREXİT üçün müzakirələrin başlaması,
ABŞ prezidentinin davranışları və s.) və daxili (Mərkəzi Bankın intervensiya siyasəti, xaici
invesiyanın cəlbi, xaricə investisiyanın axını, istehlak gücündə müşahidə edilən dinamika və s.)
faktorların da təsiri altında 1 ABŞ dolları = 2.2 -2.5 manat səviyyəsinədək dəyərsizləşə bilər.
26
İstinadlar
1.
Azərbayca Respublikası Mərkəzi Bankı
2.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
3.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
4.
Azərbaycan Respublikası Dövlət Neft Fondu
5.
Azərbaycan Respublikası Mərkəzi Bankı,
“
Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və
maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 09.01.2017
http://www.cbar.az/assets/3665/BEYANAT-2015-SON.pdf
6.
NASDAQ, Latest Price & Chart for Crude Oil Brent, baxış tarixi: 13.01.2017
http://www.nasdaq.com/markets/crude-oil-brent.aspx?timeframe=10y
7.
Mərkəzi Bank, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri
haqqında BƏYANATI”, baxış tarixi 12.01.2017
http://www.cbar.az/assets/4254/2017-BEYANAT_-_SON.pdf
8.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal
büdcələri üzrə layihələrin təqdimatı”, baxış: 15.01.2017
http://www.maliyye.gov.az/sites/default/files/Budce-16-11-2016.pdf
9.
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və
maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 16.01.2017
http://www.cbar.az/assets/4005/B%C6%8FYANAT-2016-after._30.12.pdf
10.
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və
maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 16.01.2017
http://www.cbar.az/assets/4005/B%C6%8FYANAT-2016-after._30.12.pdf
11.
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Yekun Statistik Bulleten-2016-noyabr”, baxış tarixi: 17.01.2017
http://www.cbar.az/assets/4257/YEKUN_STATISTIK_BULLETEN_2016_NOYABR_SonVersiya.pdf
12.
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Faiz dəhlizinin parametrləri haqda”, 15.02.2015
http://www.cbar.az/releases/2016/02/15/on-parameters-of-interest-rate-corridor/
13.
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Uçot faiz dərəcəsi”, baxış tarixi: 17.01.2017
http://www.cbar.az/infoblocks/corridor_percent
14.
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit
hərracının keçirilməsi barədə”, 13.07.2016
http://www.cbar.az/releases/2016/06/13/on-cba-deposit-auction-to-raise-funds/
15.
Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Mərkəzi Bankının BƏYANATI,
21.12.2015
http://www.cbar.az/releases/2015/12/21/statement-of-the-central-bank-of-the-r-azerbaijan/
16.
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının
aparılması Qaydaları”nın təsdiq edilməsi barədə, 06.01.2016
http://www.cbar.az/assets/2035/mubadil%C9%991.pdf
17.
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Statistik bülleten 11/2016”, baxış tarixi: 17.01.2017
http://www.cbar.az/assets/4257/YEKUN_STATISTIK_BULLETEN_2016_NOYABR_SonVersiya.pdf
18.
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Statistik bülleten 01/2016”, baxış tarixi: 17.01.2017
http://www.cbar.az/assets/4056/BULLETEN-01-2016_AZERI_OK_.pdf
19.
Azərbaycan Respublikası Mərkəzi Bankı, bölüm: “Rəsmi valyuta ehtiyatları”, baxış tarixi: 18.01.2017
http://www.cbar.az/infoblocks/money_reserve_usd
20.
Mərkəzi Bank, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri
haqqında BƏYANATI”, baxış tarixi 12.01.2017
http://www.cbar.az/assets/4254/2017-BEYANAT_-_SON.pdf
21.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi, ““Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”,
baxış tarixi: 19.01.2017
http://www.maliyye.gov.az/sites/default/files/qanun%20budca.pdf
27
22.
ARDNŞ, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və
xərclərinə dair məlumat”, 12.10.2016
http://www.oilfund.az/az_AZ/news/1210/100/Azerbaycan-Respublikasi-Doevlet-Neft-Fondunun-2016-ci-ilin-
yanvar-sentyabr-aylari-uezre-gelir-ve-xerclerine-dair-melumat.asp#sthash.UHpNwau6.dpuf
23.
Fins.az, “Neft Fondu ötən il hərraca nə qədər dollar çıxarıb? – CƏDVƏL”, baxış tarixi: 19.01.2017
http://fins.az/bank/913706/neft-fondu-oten-il-herraca-ne-qeder-dollar-chixarib-cadval.html
24.
Trend New Agency, “Şahmar Mövsümov: ARDNF aktivlərinin indiki bölüşdürülməsi neft ehtiyatlarının uzun
müddətli qorunmasına kömək edir”, 27.12.2016
http://az.trend.az/business/2702974.html
25.
The Central Bank of the Russian Federation, “ForeignCurrencyMarket”, baxış tarixi: 21.01.2017
https://www.cbr.ru/eng/currency_base/dynamics.aspx?VAL_NM_RQ=R01235&date_req1=01.01.2014&
date_req2=21.01.2017&rt=1&mode=1
26.
Bloomberg.com, “Azerbaijan's Shift to Free Float Sends Manat to 20-Year Low”by Zulfugar Agayev,
21.12.2015
https://www.bloomberg.com/news/articles/2015-12-21/azerbaijan-moves-to-floating-exchange-rate-
letting-manat-tumble
27.
Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi-prezident.az, “Azərbaycan Respublikasının milli
iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, baxış tarixi: 21.01.2017
http://azertag.az/store/files/untitled%20folder/_STRATEJI%20YOL%20XERITESI_.pdf
28.
MeydanTV, “İlin sonunda manatı nə gözləyir?”, Həsənov Rəşad, 23.11.2016
https://www.meydan.tv/amp/az/site/politics/19229/%C4%B0lin-sonunda-manat%C4%B1-n%C9%99-
g%C3%B6zl%C9%99yir?.htm
29.
Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi-prezident.az, “Azərbaycan Respublikası Dövlət
Neft Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”, 10.01.2017
http://www.president.az/articles/22421
30.
APA informasiya agentliyi, “4%-lik marja ləğv olunur”, 11.01.2017
http://www.apa.az/iqtisadiyyat-xeberleri/birja-xeberleri/banklar-valyuta-mubadilesi-mezennesini-teleb-
teklif-esasinda-mueyyenlesdirecek.html
31.
APA İnformasiya Agentliyi, “AMB: Üzən məzənnə rejiminə adaptasiya gözlədiyimizdən daha sakit gedir”,
19.01.2017
http://www.apa.az/maliyye_xeberleri/amb-uzen-mezenne-rejimine-adaptasiya-gozlediyimizden-daha-
sakit-gedir-ekskluziv.html
Dostları ilə paylaş: |