19
Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı, 2017
Göründüyü kimi kommersiya banklarının xarici borc yükü ötən 7 ayda ardıcıl olaraq artıb
ki, bu da öhdəliklər üçün xidmət xərclərini artırır və nəticədə bankların valyuta tələbatını daha da
dərinləşdiri.
Neft ölkələri ilə müqayisədə Azərbaycan manatının performansı
Neft qiymətlərinin ucuzlaşması Azərbaycanda olduğu kimi digər neft ölkələrində də
makroiqtisadi tarazlığın pozulmasına və nəticədə mühüm iqtisadi indikatorlar üzrə sürətli
geriləmənin müşahidə edilməsinə səbəb olub. Neftin dəyərsizləşməsi ilk növbədə bu ölkələrin
valyuta daxilolmalarının azalmasına və milli valyutalar üzərində təzyiqin artmasına səbəb olub.
Şəkil 4: Bəzi neft ölkələri üzrə milli valyutanın performansı
2031.5
-1026.6
-1582.7
-2082.1
-2395
-2628.5
-2692.3
-3690
-4000
-3000
-2000
-1000
0
1000
2000
3000
Aprel 2016
May 2016
İyun 2016
İyul 2016
Avqust 206
Sentyabr
2016
Oktyabr 2016 Noyabr 2016
USD/SAR
USD/RUB
USD/KZT
USD/AZN
20
Mənbə: Bloomberg Agentliyi, 2017
Dünyanın ən iri neft hasil edən ölkəsi kimi baş verənlər – neft qiymətini itirməsi -
Səudiyyə Ərəbistanının gəlirlərində kəskin azalmaya səbəb oldu. Buna baxmayaraq bu ölkə ötən
dövr ərzində valyutanın devalvasiyasını həyata keçirməyib və xalq baş verənlərdən təsirlənmir.
Qeyd edək ki, bu ölkənin valyuta ehtiyyatları valyuta bazarlarında uzunmüddətli intervensiya
imkanı yaradır.
Digər neft ölkələrindən fərqli olaraq Rusiya rublu müvafiq dövrdə iki mühüm
istiqamətdən təzyiqlə üzləşdi. Beləki, 2014-cü ilin əvvəlində Krımın ilhaqı Rusiya
iqtisadiyyatına beynəlxalq sanksiyaların tətbiqinə və xarici investisiyanın geri axınına səbəb
oldu. Həmin ilin ikinci yarısından neft qiymətlərinin ucuzlaşması isə ölkənin valyuta gəlirlərinin
kəskin azalmasına və rublun sürətlə devalvasiyasına, nəticədə Rusiya Mərkəzi Bankının üzən
məzənnə rejiminə keçid qərarı verməsinə səbəb oldu.
Şəkil 4: Rusiya rublu
Mənbə: Rusiya Mərkəzi Bankı, 2017
Göründüyü kimi, rubl 2014, 2015-ci illərdə ardıcıl olaraq dəyərini 41.9% və 22.8% itirib.
Lakin, 2016-cı il ərzində yenidən dəyər qazanmağa başlayıb. Beləki, 2016-cı ilin yanvar ayında
dünya bazarlarında neftin rekord səviyyədə (1barel=26.3 USD) ucuzlaşması ilə, 1 USD = 83.6
RUB
21
olmaqla tarixi maksimumu test etməsinə baxmayaraq il ərzində 16% mökəmlənib (1
USD = 60.65 RUB). Qeyd edək ki, hazırda rublun dəyəri üzən valyuta bazarlarında tələb-təklif
də daxil olmaqla real bazar şərtləri əsasında formaşır. Umumilikdə isə rubl 2014-cü illə
müqayisədə 45% dəyərsizləşib.
Regionun Azərbaycanla bənzər iqtisadiyyatlarından olan Qazağıstan tengesi neft
qiymətlərinin azalmasına manatla müqayisədə daha erkən reaksiya verdi. 2015-ci ilin avqust
21
The Central Bank of the Russian Federation, “ForeignCurrencyMarket”, baxış tarixi: 21.01.2017
https://www.cbr.ru/eng/currency_base/dynamics.aspx?VAL_NM_RQ=R01235&date_req1=01.01.2014&date_req2
=21.01.2017&rt=1&mode=1
21
ayında Qazağıstanda uzən məzənnə rejimi tətbiq edilməyə başladı. Üzən məzənnə rejiminə keçid
qərarının psixoloji təsirləri və neft qiymətində ucuzlaşmanın davam etməsi 2016-cı ilin yanvar
ayında 1USD=384.81KZT səviyyəsini test etməsi ilə nəticələndi. Daha sonra isə Qazağıstan
Mərkəzi Bankı tərəfindən həyata keçirilən monetar siyasət və neft qiymətlərində bahalaşma,
xarici investisiya üçün daha liberal mühitin təmin edilməsi kimi şərtlər fonunda tenge yenidən
dəyər qazanmağa başlayıb. Beləki, tarixi maksimumdan – yanvar ayından sonra tenge 2016-cı il
ərzində 13%, 2015-ci ilin sonuna olan göstərici ilə müqayisədə isə 2% dəyər qazandı. Beləliklə
də müvafiq dövr ərzində tenge 43.4% dəyər itirib.
Neft ölkəsi olduğu üçün qiymətlərin kəskin ucuzlaşması Norveç kronunun dəyərinə də
mənfi təsir edib. Beləki, 2014-cü ilin may ayı ilə müqayisədə 2016-cı ilin yanvar ayında kron
dəyərini 33.4% itirib. Lakin, 2016-cı ilin ikinci rübündən etibarən neftin qiymətində muşahidə
edilən müsbət dinamika kronun məzənnəsinin 5.3% möhkəmlənməsinə səbəb olub. Nəticədə
kron müvafiq dövrdə ümumilikdə 29.7% dəyər itirib.
İxracın 93%-i neft, neft məhsulları və qaz satışından ibarət olan Azərbaycanda isə neft
qiymətləri ucuzlaşmağa başladıqdan 5 ay sonra 2015-ci ilin fevral ayında birinci 25.7%, həmin
ilin dekabr ayında isə ikinci 32.2% olmaqla ümumilikdə 49.6% devalvasiya edildi. Nəticədə
2015-ci il ərzində “manat” dünyada ən zəif performansı ilə diqqəti çəkdi
22
. Qeyd edək ki, manat
2016-cı ildə ərzində də dəyərini qoruya bilmədi. 2015-ci ilin sonu ilə müqayisədə 2016-cı ilin
sonunda manat yenidən 12.2% dəyərini itirməklə ümumi itkilərini 57%-ə yüksəltdi.
Göründüyü kimi ötən dövr ərzində yuxarıda statistik təhlili aparılan 4 ölkənin valyutası
ilə müqayisədə manat daha dayanıqsız olub.
Şəkil 5: Valyuta məzənnələrinin müqayisəli dinamikası
Mənbə: Bloomberg Agentliyi, Rusiya Mərkəzi Bankı və Azərbaycan Respublikası Mərkəzi
Bankının məlumatları əsasında müəllif tərəfindən hazırlanıb, 2017
22
Bloomberg.com, “Azerbaijan's Shift to Free Float Sends Manat to 20-Year Low”by Zulfugar Agayev, 21.12.2015
https://www.bloomberg.com/news/articles/2015-12-21/azerbaijan-moves-to-floating-exchange-rate-letting-
manat-tumble