6
ortalarında yeni seçkinin olmayacağı qənaətinin formalaşması Mərkəzi Bank və hökumətin son
məzənnə siyasətinə yenidən baxmasına səbəb oldu. Beləliklə “manat” 2016-cı il üçün son -
dəyərsizləşmə rallisinə başladı. Proses ilin sonunadək davam etdi və manat illik itkilərini 12 % -ə
çatdırdı.
2016-cı il ərzində “manat” ın məzənnəsinə təsir edən mühüm daxili
və xarici faktorlar
Qlobal iqtisadi faktorlar
İlk növbədə onu qeyd etmək lazımdır ki, 2016-cı il üçün dünyanın maliyyə və əmtəə
bazarlarında volatilliyin yüksək səviyyədə müşahidə edildiyi dövr olaraq xarakterizə edilir. Buna
qlobal iqtisadi artım gözləntilərinin doğrulmaması, Avropa Birliyinin genişlənməsi və gələcək
mövcudluğu baxımında ciddi narahatlıqlara səbəb olan “BREXİT” və paralel olaraq avro və funt
sterlinqin risklər fonunda dəyər itirməsi, Federal Ehtiyat Sistemi (FES) tərəfindən bahalı pul
siyasəti mesajına baxmayaraq ABŞ dollarının xüsusi ilə də ilin ilk yarısında gözlənildiyi qədər
möhkəmlənməməsi, neft istehsalçıları arasında fikir ayrılıqlarının tərəddüdlü enerji proqnozları
ilə paralel şəkildə əmtəə bazarlarında dalğalanma səviyyəsini yüksəltməsi, dünya valyutalarından
biri olan Yapon yeninin ilin ilk üç rübündə kəskin dəyər qazanması, ilin sonunda ABŞ
seçkilərinin gözlənilməz nəticələri və yeni prezidentin iqtisadi baxışlarına biznesin şübhəli
baxışları, noyabr ayında OPEC və qeyri-OPEC ölkələrinin hasilatın azaldılması razılığı, FES-in
yenidən uçot dərəcəsini artırması kimi faktorlar səbəb oldu.
Qeyd edək ki, 2016-cı il ərzində Türkiyədə dövlət çevrilişinə cəhd, Rusiya-Türkiyə
münasibətlərinin pisləşməsi və sonradan siyasi və iqtisadi barışığın əldə edilməsi, İranda uzun
sürən embarqoların təsirlərinin aradan qaldırılması və iqtisadi böyümənin sürətlənməsi kimi
hadisələr də bölgənin iqtisadi indikatorlarında təsirsiz olmayıb.
Neftin qiyməti - Azərbaycan iqtisadiyyatı və “manat”ın məzənnəsinə təsiri baxımında
yuxarıda sadalanan digər faktorlarla müqayisədə daha mühüm əhəmiyyətə malikdir. Beləki,
ölkənin əsas valyuta gəlirləri neft ixracatından formalaşdığı üçün qiymətlərin azalması valyuta
daxilolmalarını azaldan faktor olaraq tədiyyə balansında vəziyyəti “manat”ın zərərinə dəyişir.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayında neftin bir barelinin qiyməti son on ilin minimum
həddinə, 26 ABŞ dolları səviyyəsinədək ucuzlaşdı.
7
Şəkil 1: Neftin 1 barelinin qiymət dinamikası, illər üzrə
Mənbə: NASDAQ
2
, 2017
Göründüyü kimi neft qiymətlərinin 2016-cı il dinamikası kifayət qədər kəskin
dalğalanma nümayiş etdirib. İlin ilk günlərində 26 dollar səviyyəsinə qədər ucuzlaşan neft ilin
son aylarında 50 dollardan baha qiymətə satılıb. Ümumilikdə isə iqtisadi böyümə tempinin
zəifləməsi səbəbindən tələbin gözlənilən səviyyədə artmaması, bunun əksinə təklifdə baş verən
artım 2015-ci illə müqayisədə neft qiymətlərinin orta hesabla 16% ucuzlaşmasının şərtləndirdi.
İxracın mühüm elementi olan neft qiymətlərinin azalması Azərbaycan manatı üçün mənfi qlobal
şərtlərin formalaşmasına səbəb olub. Nəticədə tədiyyə balansının illik kəsiri 5 milyard ABŞ
dolları səviyyəsində proqnozlaşdırılır
3
. Uzunmüddətli müzakirələrdən sonra ötən ilin noyabrında
OPEC və qeyri-OPEC ölkələrinin Vyana görüşündə neft bazarında tələb-təklif disbalansının
tənzimlənməsi məqsədi ilə ilk konkret razılıq əldə edilib. Hazırda neftin qiyməti 1 barel = 55
ABŞ dolları ətrafında möhkəmlənmək istəyir ki, bu da hökumətin 2017-ci il icmal büdcə
layihəsində nəzərdə tutduğu qiymətdən (1 barel = 40 ABŞ dolları
4
) 37.5% yüksəkdir. Məhz bu
amili nəzərə alaraq qeyd edə bilərik ki, neftlə əlaqədar qlobal bazarlarda müşahidə edilən
mənzərə hökumətin 2017-ci il ərzində məzənnə və pul siyasətində manevr imkanlarını artıra
bilər.
2
NASDAQ, Latest Price & Chart for Crude Oil Brent, baxış tarixi: 13.01.2017
http://www.nasdaq.com/markets/crude-oil-brent.aspx?timeframe=10y
3
Mərkəzi Bank, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri
haqqında BƏYANATI”, baxış tarixi 12.01.2017
http://www.cbar.az/assets/4254/2017-BEYANAT_-_SON.pdf
4
Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələri üzrə
layihələrin təqdimatı”, baxış: 15.01.2017
http://www.maliyye.gov.az/sites/default/files/Budce-16-11-2016.pdf
8
Daxili iqtisadi faktorlar
Mərkəzi bankın pul siyasəti
“2016-cı ildə Mərkəzi Bank hökumətlə birgə sərəncamında olan imkanlardan istifadə
etməklə valyuta bazarının tarazlaşdırılmasına və bu əsasda kəskin məzənnə tərəddüdlərinin
hamarlanmasına çalışacaqdır”
5
fikri ilə yanaşı “2016-cı ildə manatın məzənnəsi başlıca olaraq
valyuta bazarında tələb və təklif nisbətini müəyyən edən fundamental amillərin təsiri altında,
“üzən məzənnə rejimi” çərçivəsində formalaşacaqdır”
6
ifadəsinin də yer aldığı Mərkəzi Bankın
2016-cı il pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri haqqında bəyanatı əslində
vəziyyətin heç də nəzarətolunan olmadığını deməyə əsas verirdi. Beləki, Mərkəzi Bank valyuta
bazarlarına birmənalı mesajlar verə bilmir, atılacaq addımların daha çox zərurətə əsaslanacağına
işarə edirdi. Həqiqətən də hesabat ilində valyuta bazarları ən müxtəlif formada adminstrativ
müdaxilələrə məruz qaldı. İlk olaraq məhdud manat kütləsi prinsipi qorundu [bax: qrafik 2].
Qrafik 2: Manat bazasının dinamikası (milyon)
Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2017
Baxmayaraq ki, 2015-ci ilin sonu ilə müqayisədə pul bazası 13.9% artıb, ancaq 2014-cü
ilin müvafiq dövrü ilə müqayisədə 31.8% və yaxud 3.68 milyard manat azdır. Məhdud manat
kütləsi valyuta bazarlarında təzyiqi azaldan faktorlardan hesab edilsə də sonda iqtisadi aktivliyə
də mənfi təsir edir. Təsadüfi deyil ki, kommersiya banklarının manatla kreditləşmədə maraqlı
olmaması və büdcə xərcləmələrində tətbiq edilən qənaət Mərkəzi Bankın sərt pul kredit
5
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə
sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 16.01.2017
http://www.cbar.az/assets/4005/B%C6%8FYANAT-2016-after._30.12.pdf
6
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə
sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 16.01.2017
http://www.cbar.az/assets/4005/B%C6%8FYANAT-2016-after._30.12.pdf
11743.6
11541.9
9109.9
5786.9
7860.5
0
2000
4000
6000
8000
10000
12000
14000
31,08,2014
31,12,2014
31,02,2015
31,01,2016
31,12,2016
Mart, 2016-ci il
minimum səviyyə
5.8 milyard
Dostları ilə paylaş: |