4
Lakin, proses bununla tamamlanmayıb. Baxmayaraq ki, 21 dekabr 2015-ci il tarixli
bəyanat ilə Mərkəzi Bank Azərbaycanda məzənnə rejiminin dəyişdirilməsinə-tənzimlənən uzən
məzənnə rejiminə keçib, il ərzində adminstrativ müdaxilələr ən sərt formada davam etdirilib.
Ucuz neft dövrünün üzünmüddətli olması hökumətin manetar, fiskal və məzənnə siyasətinə
sarsıdıcı təsirini daha da dərinləşdirib. Qeyd edək ki, ötən ilin dekabr ayının ilk günlərindən
başlaraq valyuta bazarlarında növbəti gərginlik müşahidə edilir. Valyuta əlçatanlığı kifayət qədər
məhdudlaşdığı üçün manat son 3 ay ərzində rəsmi olaraq 10.7%, reallıqda isə 18% dəyər itirib
[bax: qrafik 1]. Həmin dövr ərzində illeqal valyuta bazarlarına qarşı mübarizə tədbirlərinin
sərtləşdirilməsi fonunda faktiki olaraq valyutaya çıxış imkanı yox səviyyəsinə düşüb və paralel
olaraq bu bazarda məzənnə daha da yüksəlib, marja kəskin artıb.
Qrafik 1: ABŞ dolları/ Manat
Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2017
Qrafik 1-dən göründüyü kimi, “manat” 2016-cı ilin 4 ayı ərzində möhkəmlənmə, 8 ayı
ərzində isə dəyərsizləşmə dinamikası nümayiş etdirib. Beləliklə valyuta bazarlarında 5 mühüm
dönüş anı olub. Məzənnə dinamikasında müşahidə edilən trend davamlılığı, bir çox hallarda
valyuta bazarı iştirakçılarının böyük əksəriyyətinin birtərəfli mövqe - “alış” və ya “satış”
seçməsinə səbəb olub. Nəticədə il ərzində məzənnə dinamikasında psixoloji faktorların təsiri
daha çox hiss edilib.
Qeyd edək ki, may ayının sonlarından etibarən “manat”ın məzənnəsində müşahidə edilən
zəifləmə sentyabr ayının əvvəllərində daha da sürətlənib. Nəticədə Mərkəzi Bank tərəfindən
keçirilən valyuta hərraclarında mövcud tələb artaraq təklifdən 12-14 dəfə cox oldu.Eyni zamanda
banklar tərəfindən valyuta alışında mübadilə qiymətlərinin hərrac qiymətlərindən daha artıq
müəyyənləşdirilməsi, valyuta satışına tətbiq edilən məhdudiyyət və daha sonra isə valyuta
satışının dayandırılması illeqal valyuta bazarının canlanmasına və faktiki olaraq 1 ABŞ
dollarının 1.85-1.95 manata təklif edilməsinə səbəb oldu. Qeyd edək ki, 2016-cı il ərzində
0.784
1.05
1.55
1.6456
1.49
1.64
1.597
1.704
1.7704
1.7867
0
0.2
0.4
0.6
0.8
1
1.2
1.4
1.6
1.8
2
31 yanvar
2015
26 fevral
2015
21 dekabr
2015
11 mart
2016
26 may
2016
9 sentyab
2016
18 oktyabr
2016
16 noyabr
2016
30 dekabr
2016
13 yanvar
2017
26.05.2016 – AZN/USD
məzənnəsi minimum
səviyyəsini test etdi
5
“manat” artıq ikinci dəfə idi ki, bu səviyyəni test edirdi ( 1-ci dəfə 2016-cı ilin yanvar ayında
müşahidə edilib).
Sentyabr ayının 8-də isə təşkil olunan valyuta hərracına Neft Fondu (200 milyon ABŞ
dolları ) və Mərkəzi Bank (100 milyon ABŞ dolları) birlikdə 300 milyon ABŞ dolları vəsait
çıxardı ki, nəticədə valyuta bazarlarında müşahidə edilən gərginlik qısamüddətli dövr üçün olsa
da sona çatdı. İlk sərt müdaxilədən 6 gün sonra təşkil olunan hərracda Neft Fondu tərəfindən
təklif edilən 150 milyon ABŞ dollarından 78 milyonu satıldı ki, bu da valyuta bazarlarında
psixoloji faktorların ciddi təsirə malik olmasına dəlalət edir. Qeyd etmək lazımdır ki, məhz bu
faktor növbəti iki valyuta hərracında da özünü göstərərək faktiki tələbin azalmasına səbəb oldu.
Beləki, sentyabr ayının 20-də keçirilən hərraclarda banklar tərəfindən 72.4 milyon ABŞ dolları,
22 sentyabrda isə 61.4 milyon ABŞ dolları valyuta alışı həyata keçirilib. Valyutaya tələbin
kəskin azalmasında yuxarıda qeyd edilən faktor (məzənnə dainamikasının qısamüddətli dövr
üçün asan proqnozlaşdırıla biləmsi) mühüm rol oynadı. Paralel olaraq yaranmış situasiya
valyuta bazarlarının rəsmi mövqeyə həsas münasibətini təzahürü kimi qiymətləndirilə bilər.
Onuda qeyd etmək lazımdır ki, manatın yenidən möhkəmləndirilməsi və Mərkəzi Bank
tərəfindən təşkil edilən manatla depozitlərin cəlbi hərraclarında faiz dərəcəsinin 12-15% arasında
müəyyənləşdrilməsi bu istiqamətdə tələbatın kəskin yüksəlməsinə səbəb olub. Nəticədə Mərkəzi
bank ilk dəfə 15 sentyabr 2016-cı il tarixində elan etdiyi məbləğ həcmində 50 milyon manatlıq
depozit cəlbini reallaşdıra bilib. Bu isə “manat”ın dövriyyədən kənarlaşdırılması yolu ilə valyuta
tələbinin məhdudlaşdırması üçün əlavə imkanlar yaradıb.
Sentyabr müdaxiləsi həmçinin maliyyə bazarlarının daralma səviyyəsini də aydın şəkildə
göstərdi. Beləki, sentyabr ayında Dövlət Neft Fondu valyuta bazarlarında 631.1 milyon ABŞ
dolları, Mərkəzi Bank isə 100 milyon ABŞ dolları satış edib ki, bu da ümumilikdə 731.1 milyon
ABŞ dolları olmaqla avqust ayı ilə müqayisədə cəmi 286.7 milyon manat artıq olub. Başqa sözlə
iyun-avqust ayların ərzində yaranan tələb-təklif fərqi sentyabr ayında 286.7 milyon ABŞ dolları
ilə kompensasiya edilib ki, bu da əslində 2015-və 2016-cı ilin ilk rübü ilə müqayisədə valyuta
bazarlarının həcminin ciddi kiçilməsi deməkdir. Səbəb isə ötən dövr ərzində dollarlaşma
səviyyəsinin maksimum sürətlə baş verməsi və Mərkəzi Bankın sərt pul kredit siyasətidir.
“Manat”ın məzənnəsində müşahidə edilən güclənmə trendi oktyabr ayının ikinci yarısınadək
davam edir.
18 oktyabr 2016-cı il tarixindən etibarən isə “manat” yenidən “itirən valyuta” dövrünə
başlayır. Bu dəyərsizləşmə daha çox siyasi amillərin təsiri ilə başlayır. Beləki, 2016-cı ilin
sentyabr ayı ərzində konsitusiyaya düzəliş referendumunun keçirilməsi və oktyabr ayının