9
siyasətinin nəticələri olaraq ortaya çıxır. Beləliklə, 2016-cı ilin noyabrında ölkə üzrə
iqtisadiyyata kredit qoyuluşları 2015-ci ilin sonu ilə müqayisədə 5.5 milyard manat və yaxud
25.1% azalaraq 16.27 milyard manat
7
olub.
Uçot faiz dərəcəsinin kəskin artırılması
Paralel olaraq Mərkəzi Bank manatın dəyərsizləşməsini önləmək məqsədi ilə uçot
dərəcəsinin artırılması siyasətini həyata keçirir. Nəticədə maliyyə bazarlarının iştirakçıları 2016-
cı ili 3 faizlik uçot dərəcəsi ilə başlasalar da 15 faizlə bitirməli oldular. Başqa sözlə hesabat
ilində uçot dərəcəsi 5 dəfə artırıldı.
Qrafik 3: Uçot faiz dərəcəsinin dinamikası
Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2017
Qrafik 3-dən göründüyü kimi, ilk dəfə 2016-cı ilin fevral ayında uçot dərəcəsinin
artırılması haqqında qərar qəbul edilib. Mərkəzi bank artım qərarını “Milli valyutaya olan
etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında
formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait
yaratmaq üçün Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı il tarixindən uçot dərəcəsini 5%,
likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində
müəyyən etmək barədə qərar qəbul etmişdir”
8
fikirləri ilə izah edib. Mart ayının əvvəlində edilən
növbəti artımla uçot dərəcəsi 7% olub ki, sonradan “manat”ın mart-may möhkəmlənməsində bu
addımın az da olsa təsiri qeyd edilməlidir. 2016-cı ilin mayından sonra valyuta bazarlarında
“manat” yenidən dəyərsizləşməyə başlayıb ki, bu hal avqust aylarında həmin ilin yanvar ayından
7
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Yekun Statistik Bulleten-2016-noyabr”, baxış tarixi: 17.01.2017
http://www.cbar.az/assets/4257/YEKUN_STATISTIK_BULLETEN_2016_NOYABR_SonVersiya.pdf
8
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Faiz dəhlizinin parametrləri haqda”, 15.02.2015
http://www.cbar.az/releases/2016/02/15/on-parameters-of-interest-rate-corridor/
3%
5%
7%
9.50%
15%
0%
2%
4%
6%
8%
10%
12%
14%
16%
13,07,2015
15,02,2016
04,03,2016
08,08,2016
14,09,2016
Mərkəzi Bank 2016-cı il
ərzində 4 toplantıda uçot
faiz dərəcəsini artırıb
10
sonra ikinci panika vəziyyətinin yaşanmasına səbəb olub. Xüsusi ilə də “qara bazar”da 1 ABŞ
dolları = 1.9 manat səviyyəsi müşahidə edilib. Mərkəzi Bank yenidən uçot dərəcəsinin 2.5 faiz
bəndi artırılması qərarı qəbul edib. 2016-ci il ərzində son faiz artımı isə 14 sentyabr tarixində baş
verib. Beləki, daha çox siyasi faktorlar səbəbindən məzənnənin müvəqqəti möhkəmləndirilməsi
qərarı verən hökumət sentyabr ayının 8 - də valyuta hərraclarına müşahidə edilən orta məbləğdən
6 dəfə artıq yaxud 300 milyon valyuta təklif edərək bazarların ehtiyacını təmin etdi. Bir neçə gün
sonra uçot dərəcəsinin 5.5 faiz bəndi artırılaraq 15%
9
-ə çatdırılması yolu ilə valyuta bazarlarında
“manat” üçün növbəti dəstək verildi.
Mərkəzi Bankın manatla depozit hərracları
Uçot dərəcəsinin artırılmasında məqsədlərdən biri isə “manat”la əmanət və depozitlərə,
istiqrazlara tətbiq edilən faiz dərəcələrini artırmaq və manata güvəni təşviq etmək idi. Paralel
olaraq valyutada əmanət, depozit və istiqrazlarda təklif edilən şərtlər zəiflədildi.
Qeyd etmək lazımdır ki, ilk dəfə 13 iyun 2016-cı ildə Mərkəzi Bank depozit hərraclarının
keçirilməsinə qərar verdi
10
.
Şəkil 2: Depozit hərracı haqqında elan
Depozit hərracları manatla depozitlərin cəlb edilməsi məqsədi ilə həyata keçirilir. Bu
yolla Mərkəzi Bank aşağıdakı məqsədlərə nail olmağa çalışır:
9
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Uçot faiz dərəcəsi”, baxış tarixi: 17.01.2017
http://www.cbar.az/infoblocks/corridor_percent
10
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi
üzrə depozit
hərracının keçirilməsi barədə”, 13.07.2016
http://www.cbar.az/releases/2016/06/13/on-cba-deposit-auction-to-raise-funds/
11
i)
manatı dövriyyədən kənarlaşdırmaq,
ii)
manatın gəlirliyini təmin etmək yolu ilə ona inamı gücləndirmək,
iii)
bank sektoruna inamsızlıq səbəbindən geri çağırılan depozitləri nəzarətə
götürmək.
Qeyd edək ki, ötən altı ay ərzində keçirilən depozit hərraclarının dinamikası və
iştirakçıların statusu onu göstərir ki, manatla depozitlərin cəlb edilməsi müxtəlif müsbət təsirlərlə
yanaşı bir çox kredt təşkilatlarının vəsaitləri Mərkəzi Banka yerləşdirməsinə, nəticədə isə
kreditləşməyə marağın azalmasına səbəb olub. Bankları buna sövq edən kredit bazarında
müşahidə edilən narahatlıq və real sektorun resesiyası hesab edilir. Beləki, banklar əllərində olan
“manat” aktivlərini daha az gəlirlə lakin, minimum risklə Mərkəzi Bankda yerləşdirməyə
üstünlük verir.
Ümumilikdə isə 2016-cı il ərzində Mərkəzi Bank 26 depozit hərracı təşkil edib.
Valyuta mübadiləsi haqqında
21 dekabr 2015-ci il tarixli ikinci sərt devalvasiya qərarı
11
səbəbindən 2016-cı ilin ilk
günlərində valyuta bazarlarında volatil maksimum səviyyəyə yüksəldi. Xüsusi ilə də valyuta
bazarlarında təktərəfli təklifçisi olan Mərkəzi Bank işləmədiyi günlərdə obyektiv və subyektiv
səbəblərdən valyuta əlçatanlığı minimum səviyyəyə azalır, valyuta dəyişmə məntəqələri isə
yaranmış vəziyyətdən istifaadə edərək, maksimum marja tətbiq edirdilər. Nəticədə psixoloji
gərginlik daha da artırdı. Nəzarət imkanlarının artırılması məqsədi ilə 2016-cı il yanvarın 6 –da
Mərkəzi Bank “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması
Qaydaları”na dəyişiklik edərək
12
banklardan kənarda fəaliyyət göstərən valyuta dəyişmə
məntəqələrinin lisenziyalarını geri çağırdı, sənəd tələb etmədən valyuta satışının yuxarı həddi isə
10 dəfə azaldılaraq 500 ABŞ dolları ekvivalentinə endirildi. İki gün sonra isə kommersiya
bankları üçün valyutanın mübadilə məzənnəsinin hədləri həmin gün üçün rəsmi məzənnədən
maksimum +/- 4% məbləğində müəyyən edildi. Məqsəd ”manat”ın məzənnəsinin adminstrativ
alətlərdən istifadə yolu ilə nəzarətə götürülməsi idi.
11
Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Mərkəzi Bankının BƏYANATI, 21.12.2015
http://www.cbar.az/releases/2015/12/21/statement-of-the-central-bank-of-the-r-azerbaijan/
12
Azərbaycan Respublikası Mərkəzi Bankı, “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması
Qaydaları”nın təsdiq edilməsi barədə, 06.01.2016
http://www.cbar.az/assets/2035/mubadil%C9%991.pdf