World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə98/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   94   95   96   97   98   99   100   101   102

 201 
əməkdaĢlığın artmasına, tələbələrə karyeraya dair məsləhətlər vasitəsilə iĢəgötürən sahə və təklif 
olunan  maaĢlar  barədə  daha  ətraflı  məlumatın  verilməsinə,  dövlət  universitetlərinin  və  peĢə 
məktəblərinin tədris proqramlarının yenidən  baxılmasına gətirib çıxarır. 
7.27
 
 ĠĢçilərə  iĢəgötürənlər  və  qlobal  iqtisadiyyat  tərəfindən  tələb  olunan  bacarıqları 
öyrədəcək müasir peĢə təhsili və ixtisasartırma (ömür boyu təhsil) sisteminin yaradılmasına 
ehtiyac  var.  Bura  regional  treninq  mərkəzləri  və  peĢə  təlimi  məktəbləri  Ģəbəkəsinin 
geniĢləndirilməsi,  həmçinin  Ümumi  Keyfiyyət  Atestasiya  Çərçivəsi  və  standartlaĢdırılmıĢ 
bacarığa əsasən ixtisas sisteminin yaradılması da daxildir. Belə etməklə, Azərbaycan Macarıstan 
kimi bəzi ĠƏĠT ölkələrinin yeni təcrübəsindən faydalana bilər. 
Diaqram 7. 4:  Əmək münasibətləri iĢgüzar fəaliyyətlə məĢğul olmada problem kimi
BEEPS sorğusu, faizlə ( %) respondetlər 
 
 
Mənbə: BYĠB – Dünya Bankı  
 
MəĢğulluq siyasətlərinin təkmilləĢdirilməsi 
7.28
 
 ĠĢəgötürənlər  arasında  əmək  qanunvericiliyinin  sərtliyinə  dair  nisbətən  az  Ģikayət 
olduğu halda, sosial  təminat ödəmələri  və qeyri  rəsmilik yüksək olaraq qalır.  2005-ci ildə 
yerli iĢəgötürənlər arasında aparılmıĢ BEEPS sorğusu iĢəgötürənlərin ancaq 8 faizinin biznes ilə 
məĢğul  olmaq  üçün  maneə  kimi  əmək  qaydalarını  qeyd  etdiyini  göstərmiĢdir  (Cədvəl  7.4). 
BMK-nın  2008-ci  ildə  apardığı  sorğu  bunu  bir  daha  təsdiqləmiĢdir  (sorğuda  iĢtirak  edənlərdən 
ancaq  1  faizi  əmək  məcəlləsini  biznes  ilə  məĢğul  olmağa  əsas  üç  maneədən  biri  kimi  qeyd 
etmiĢdir). Əmək bazarının hal-hazırkı zəif tənzimlənməsi məĢğulluğun çevikliyinə kömək etmiĢ 
ola  bilər,  lakin  bu,  eyni  zamanda  iqtisadiyyatın  qeyri-formallaĢmasının  (boyun  qaçırmaq 
vasitəsilə)  təĢviqi,  iĢçilərin  aĢağı  səmərəliliyi,  aĢağı  maaĢlar,  əməkhaqqının  ödənilməsində 
natural  əvəzedicilərin  artması  və  əməkhaqqı  borcları  kimi  fəsadlara  da  gətirib  çıxarır.  Qeyri-
rəsmilik  həmçinin  sosial  ödəmələrinin  nisbətən  yüksək  olmasından  da  qaynaqlana  bilər 
(Gürcüstan və Ermənistanda müvafiq olaraq 20% və 18%-lə müqayisədə 25%).   
7.29
 
 Azərbaycanda  yayılma  miqyasını  nəzərə  alsaq,  bəyan  edilməmiĢ  iĢ  məsələsi  həll 
olunmalıdır.  Bəyan  edilməmiĢ  iĢin  həcmi  sosial  təminat  ödəmələrini  azaldır  və  qeydiyyata 
alınmıĢ iĢlərin vergi yükünün çoxalmasına gətirib çıxarır. Yuxarıda dördüncü bölmədə müzakirə 
 
 
0
 
10
 
20
 
30
 
40
 
50
 
60
 
AMA
 
Bolqarıstan 
 
Rumıniya 
 
Macarıstan 
 
Polşa
 
Çexiya 
 
Türkiy
ə
 
 
Erm
ə
nistan 
 
Gürcüstan
 
2005
 
2002
 


 202 
olunduğu  kimi,  qeyd  olunmamıĢ  iĢin  azaldılması  üçün  effektiv  strategiyalar  ―kökə‖ 
(rəsmiləĢdirmənin  asanlaĢdırılması  üçün  islahatlar  və  tədbirlər,  xərclərin  azaldılması  və 
rəsmiləĢdirmədən  əldə  olunacaq  faydanın  artırılması)  və  ―qamçı‖  (bu  cür  qanunların  və 
qaydaların obyektiv Ģəkildə həyata keçirilməsi) prinsiplərinin kombinasiyasını tələb edir.  
7.30 
Mövcud  əmək  qanunlarının  qeyri-kafi  həyata  keçirilməsi  iĢ  Ģərtlərinin  və  peĢə 
təhlükəsizliyinin  korlanmasına  gətirib  çıxarmıĢdır.  Bir  sıra  müəssisələr  əmək  təhlükəsizliyi 
standartlarını geniĢ miqyasda nəzərə almırlar. Bundan baĢqa son illərdə yeni texnologiyalara və 
ya mövcud olanların təkmilləĢdirilməsinə çox az investisiya  yatırılmıĢdır. Bu səbəbdən, maĢın-
avadanlıq  çox  tez  sıradan  çıxır,  maĢınların  bəziləri  isə  hətta  təhlükəli  olurlar.  Bir  çox  hallarda 
müəssisələr  tərəfindən  yeni  texnologiya  alınmıĢdır,  lakin  bunun  idarə  olunması  üçün  təlimin 
yetəri  olmaması  səbəbindən  bu  həmçinin  iĢlə  bağlı  bədbəxt  hadisə  hallarının  artması  ilə 
nəticələnmiĢdir. Sənayedə baĢ verən bədbəxt hadisələrin hamısı barədə məlumat verilməməsinə 
və bəzi  hallarda iĢəgötürənlərin  bu  hadisələrə  görə ―ödəmələrinə‖ baxmayaraq, rəsmi statistika 
hər  il  ancaq  sənaye  sahəsində  50  –  80  iĢçinin  həlak  olduğunu  deyir.  Bu  səbəbdən  Əmək 
MüfəttiĢliyinin əmək qanunlarının həyata keçirilməsi üçün potensialının artırılması əmək bazarı 
institutlarının həlledici islahatıdır.  
7.31
 
 ƏƏSMN/BMĠ  fəal  əmək  bazarı  siyasətləri  hazırlaya  bilər.  ĠĢsizlərin  yüksək 
keyfiyyətli  məĢğulluq  xidmətlərinin  köməyi  ilə  fəallaĢdırılması  benefisiarların  və  digər  iĢ 
axtaranların  daha  yaxĢı  iĢ  tapmaq  imkanlarının  olmasının  təmin  edilməsinə  yardım  edə  bilər. 
Azərbaycanda  bunun  üçün  əvvəlki  proqramların  daha  yaxĢı  qiymətləndirilməsi  və  əmək 
bazarının benefisiarlarının xüsusiyyət  və ehtiyaclarına uyğun olaraq daha  yaxĢı  tərtib olunması 
vasitəsilə  iĢ barədə ilkin konsultasiyaların verilməsinin yaxĢılaĢdırılması, əmək yarmarkalarının 
keçirilməsi,  treninq  proqramları,  dövlət  iĢləri  layihələri  tələb  olunur.  Bu,  həmçinin  sosial 
xidmətlərlə, səhiyyə xidmətləri, ev tikintisi sahəsi və icmalarla əlaqənin yaradılmasına gətirir. 
7.32
 
 Əmək bazarı siyasətləri müasir peĢə təsnifatlarından və standartlarından, həmçinin 
əmək bazarının təkmil monitorinqindən faydalana bilər. MəĢğulluq tələblərinə (misal üçün, 
giriĢ səviyyəsi, təcrübəli iĢçi səviyyəsi, orta texniki səviyyə, və sair) müraciət edə bilmək üçün 
əsas  amil  kimi  Azərbaycanın  sənaye  sektoru  daxilində    və  yaxud  ayrı-ayrı  iĢlərdə  müasir  peĢə 
təsnifatlarına və standartlarına ehtiyacı var. Misal üçün, burada ĠSCO--/ĠSCO-08 standartları ilə 
bağlı peĢə standartlarının beynalxalq uyğunluğu/Ģəffaflığı yoxdur. Nəticə olaraq, iĢçilərin formal 
və  ya  qeyri-formal  kanallar  vasitəsi  ilə  əldə  etdikləri  bacarıqları  iĢəgötürənə  və  ya  məĢğulluq 
idarələrinə  çatdıra  bilmək  üçün  heç  bir  vasitələri  yoxdur.  ĠĢəgötürənlərin  də  peĢə  üçün  hansı 
bacarıqların tələb olunduğunu ifadə etmək və  ya  iĢ  üçün müraciət etmiĢ  Ģəxslərin  bacarıqlarını 
qiymətləndirmək  üçün  heç  bir  vasitələri  yoxdur.  Əmək  bazarının  monitorinqinə  gəldikdə  isə, 
əmək  bazarı  üzrə  sorğular  və  əməkhaqqı  barədə  statistikanın  təkmilləĢdirilməsinə  ehtiyac  var. 
Bunlara  cari  və  planlaĢdırılmıĢ  əmək  bazarı  Ģərtləri  (faktiki  və  yaradılması  planlaĢdırılan  iĢ 
yerləri, iĢə qəbulun və iĢdən azad olmanın əsas amilləri) barədə iĢəgötürənlər arasında aparılmıĢ 
sorğunun,  təhsil  və  əmək  bazarı  arasında  olan  əlaqəni  təhlil  edə  bilmək  üçün  məzunların 
izlənməsinə  yönəldilmiĢ  tədqiqat  iĢlərinin  də  əlavə  olunması  faydalı  olardı
144
.  Bu  siyasətin 
müəyyən  edilməsinə  və  siyasətlərin  əmək  bazarı  Ģərtlərinin  cari  və  gələcək  dəyiĢikliklərinə 
uyğunlaĢdırmasına kömək edərdi.   
                                                 
144
 Dünya Bankı, 2008. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə