World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə97/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   94   95   96   97   98   99   100   101   102

 199 
7.19
 
Məzunların  ixtisası  və  iqtisadiyyatın  strukturu  arasında  da  ciddi  uyğunsuzluq 
mövcuddur.  PeĢə  və  ali  təhsil  müəssisələri  pedaqoji  və  tibb  ixtisasları  kimi  nisbətən  məhdud 
məĢğulluq  imkanları  vəd  edən  sahələrdə  ifrat  sayda  mütəxəssis  hazırladıqları  halda,  məĢğulluq 
imkanlarının  əksər  hissəsini  təmin  edən  kənd  təsərrüfatı  və  xidmətlər  üzrə  çox  az  mütəxəssis 
buraxılır. Misal üçün, ali təhsil müəssisələrinin məzunlarının yarısı təhsil sahəsi üzrə ixtisaslaĢıb, 
halbuki bu sektor ümumi məĢğulluğun cəmi 8,6 faizini təĢkil edir və üstəlik qeyri-cəlbedici əmək 
haqqı səviyyəsinə malikdir. Buna əlavə olaraq, əmək bazarında peĢə bacarıqları olmayan, ümumi 
orta təhsilli iĢçi qüvvəsinin ―ifrat təklifi‖ mövcuddur: onlar ümümi iĢsiz əhalinin 70 faizini təĢkil 
edirlər, halbuki hal-hazırda bütün iĢlərin ancaq 60 faizi üçün ümumi orta təhsil tələb olunur
140

Bu,  ümumi  təhsili  olanların  arasında  iĢsizlik  səviyyəsinin  daha  da  yüksək  olmasına  gətirib 
çıxarır:  texniki  –  peĢə  bacarıqlarının  olmamağı  iĢçilərin  iĢə  düzəlmə  Ģanslarını  kəskin  Ģəkildə 
azaldır
141

7.20
 
ĠĢəgötürənlər bu uyğunsuzluğu anlayır. Misal üçün, kiçik və orta müəssisələr asanlıqla 
ixtisassız iĢçilər (onlar iĢə qəbul olunanların əksəriyyətini təĢkil edir) tapdığı halda, onlar ixtisaslı 
iĢçilərin  və  müvafiq  ticarət  iĢçiləri,  texniklər,  kompüter  biliklərinə  malik  iĢçilərin  və 
menecerlərin tapılmasında çətinliklə qarĢılaĢırlar
142
.  2007-ci  ilin  noyabr  ayında  keçirilmiĢ  Bakı 
Əmək  Yarmarkasında  təklif  olunmuĢ  7000  iĢ  yerinin  50  faizinə  müvafiq  iĢçi  tapılmamıĢdır
143

ƏƏSMN-nin  nəzdindəki  BaĢ  MəĢğulluq  Ġdarəsi  bu  nisbi  uğursuzluğun    səbəbinin  iĢ  yerlərinin 
çoxunun  təhsil proqramında o qədər də yaxĢı əhatə olunmamıĢ bacarıqlar (misal üçün, kompüter 
bacarıqları və ingilis dili bilikləri) tələb etməsi ilə izah edir. Ġxtisaslı iĢçilərin tapılması çətinliyi 
ilə dövlət sektoru və hər bir peĢəkar iĢçini ölkə daxilində və ya xaricdə təlimə göndərən xarici 
investorlar  da  üzləĢir.  Misal  üçün,  neft  sektorunda  əsas  investor  olan  British  Petroleum  (BP)  
Ģirkəti  özünün  dünya  təcrübəsində  ilk  dəfə  olaraq,  iĢçilərin  aĢağı  peĢəkarlıq  səviyyəsi 
probleminin öhdəsindən gəlmək üçün Azərbaycanda sıfırdan baĢlayaraq böyük treninq mərkəzi 
açmağa məcbur olmuĢdur.    
D.
 
Ə
MƏK BAZARI SIYASƏTLƏRININ VƏ TƏHSIL SISTEMININ TƏKMILLƏ
ġ
DIRILMƏSI
 
Hökumətin strategiyası 
7.21 
Hökumət  özünün  uzun  müddətli  iqtisadi  perspektivləri  üçün  insan  kapitalı 
probleminin  həllinin  zəruriliyini  qəbul  etmiĢdir.  Bu,  əsas  məqsədi  yoxsulluğun  azaldılması, 
iqtisadiyyatın diversifikasiyası,  regionların sosial  və iqtisadi inkiĢafı olan  2006  – 2015-ci  illər 
üzrə  Yoxsulluğun  Azaldılması  və  Davamlı  ĠnkiĢaf  Dövlət  Proqramında  öz  əksini  tapmıĢdır. 
2005-ci ildə Milli MəĢğulluq Strategiyası qəbul olunmuĢdur ki, bu da 2007-ci ildə qəbul olunmuĢ 
Milli  Tədbirlər  Planı  vasitəsilə  yerinə  yetirilir.  Strategiyanın  ―məğzi‖  ondan  ibarətdir  ki,  iĢ 
yerlərinin yaradılması Hökumətin deyil, özəl sektorun vəzifəsidir.  
7.22
 
 Milli  MəĢğulluq  Strategiyası  əmək  bazarı  institutlarında  və  siyasətlərində  islahatların 
aparılması,  peĢə  təhsilinin  modernləĢdirilməsi,  ömür  boyu  təhsil  prinsipinin  qəbul  olunması,  iĢ 
axtaranların  sosial  müdafiəsinin  yaxĢılaĢdırılması,  gənclərin  məĢğulluğunun  dəstəklənməsi, 
                                                 
140
 Dünya Bankı, 2008. 
141
 Rutkovski, 2007. 
142
 BMK-nın 2007-ci ildə apardığı Azərbaycanda KOM-lar üçün biznes mühitin vəziyyəti barədə hesabatın 
nəticələrinə və Kuddo (2005-ci il) və digərlərinin tədqiqatlarına bax. 
143
 Dünya Bankı, 2008. 


 200 
qadınların, əlillərin, qaçqın və məcburi köçkünlərin iĢlə təmin olması da daxil olmaqla, bir neçə 
prioriteti  müəyyən  etmiĢdir.  Gənclərin  məĢğulluq  problemlərinin  ünvanlanması  məqsədi  ilə, 
2003-cü  ildə  Azərbaycan  Hökuməti  könüllü  olaraq  BMT  Katibliyi  Gənclərin  Ümumi 
MəĢğulluğu  ġəbəkəsində  (YEN)  aparıcı  ölkə  oldu.  Hökumət    həmçinin  Beynəlxalq  Əmək 
TəĢkilatı  ilə  birlikdə  qadın  və  kiĢilərin  azadlıq,  bərabərlik,  təhlükəsizlik  və  insan  layaqətinə 
hörmət  Ģəraitində  Ģərəfli  və  səmərəli  iĢ  əldə  etmək  imkanlarını  dəstəkləmək  məqsədilə  ―2006–
2009-cu  illər  üzrə  Layiqli  ĠĢ  Ölkə  Proqramını‖  hazırlamıĢdır.  Həmçinin  beĢ  il  müddətində  600 
000  yeni  iĢ  yeri  yaratmaq  məqsədi  ilə  2004-cü  ildə  2004-2008-ci  illər  üzrə  Regionların  Sosial 
Ġqtisadi ĠnkiĢafı Dövlət Proqramı da qəbul olunmuĢdur ki, rəsmi statistikaya əsasən yaradılmıĢ iĢ 
yerlərini  təxminən  yarısının  müvvəqqəti  iĢ  yeri  olmasına  baxmayaq,  bu  məqsədə  nail 
olunmuĢdur. 
7.23
 
 Tənzimləmə sahəsində bu yaxınlarda irəliləyiĢ əldə olunmuĢdur. Azərbaycan ―Doing 
Business‖  hesabatının  2008-ci  il  buraxılıĢında  iĢə  qəbul  praktikası  üzrə  67-ci  yeri  tuturdusa, 
2009-cu il hesabatında 15-ci reytinqə sahib olmuĢdur. Müqayisə üçün Ermənistan 19-cu, Rusiya 
isə  54-cü  yeri  tutmuĢdur.  Bu  reytinq:  (i)  iĢçilərin  iĢdən  azad  edilməsi  xərclərinə;  və  (ii)  iĢə 
götürmənin  sərtliyi  indeksinə  (yəni  iĢə  qəbulun,  iĢ  saatlarının  və  iĢdən  azad  etmənin  çətinliyi) 
əsaslanır.  ĠĢdən  azad  etmə  sahəsində  Azərbaycanın  göstəricisi  22  həftə  müddəti  ilə  dəyiĢməz 
qaldığı  halda,  əmək  məcəlləsində  islahatlar  nəticəsində  məĢğulluq  qaydalarının  sərtliyi  indeksi 
31-dən 3,3-dək azalmıĢdır.        
Təhsil/treninq sisteminin islahatı 
7.24
 
 Bütün  Azərbaycanlıların  getdikcə  daha  da  çox  texnologiya  və  sürətli  məlumat 
mübadiləsinə  əsaslanan  dünyada  çiçəklənməsi  məqsədilə  tələb  olunan  bilik,  bacarıq  və 
yanaĢmanı  inkiĢaf  etdirilməsi  üçün  təhsil  sistemində  təcili  olaraq  böyük  dəyiĢikliklərin 
edilməsinə  ehtiyac  var.  Bu  əsas  bacarıqların  əldə  olunması  təhsil  sisteminin  əsas  məqsədi 
olmalıdır.  Əhalinin  məĢğulluq  imkanlarına  təsir  etmək  və  qeyri-neft  istehsalının  artması  üçün 
insan kapitalına yatırım həll edici faktor olacaqdır.  
7.25
 
 Hökumət  təhsilə,  xüsusilə  də  ali  təhsilə,  daha  çox  investisiya  yatırmalıdır.  Təhsil 
sisteminin  (Fəsil  3)  keyfiyyətinin  təmin  edilməsi  və  ali  təhsil  müəssisələrinə  qəbul 
göstəricilərinin yüksəlməsi məqsədilə təhsilin əsas amala çevrilə bilməsi üçün dövlət xərclərinin 
prioritetlərinə  yenidən  baxılmalıdır.  Bir  tərəfdən  müəllimlərin    əmək  haqlarının  yüksəldilməsi 
üçün  ciddi  səylərin  göstərilməsi  zəruridir,  bunun  bir  hissəsi  hal-hazırda  orta  təhsildə  mövcud 
olan  aĢağı  Ģagird  –  müəllim  nisbəti  hesabına  maliyyələĢdirilə  bilər  (ĠƏĠT  ölkələrində  mövcud 
olan  ortalama  14  ilə  müqayisədə  9,4).  Bu  səy  təhsil  sistemində  korrupsiyanın  azaldılmasına 
yönəldilmiĢ  tədbirlərlə  əlaqələndirilməlidir  ki,  diplomlar  yenidən  öz  dəyərlərini  qazansınlar. 
Digər  tərəfdən,  yeni  universitetlərin  yaradılması  və  ali  təhsil  müəssisələrində  mövcud  olan 
yerlərin  artırılması    məqsədilə  (xüsusi  ilə  də  Bakıdan  kənarda)  dövlət  xərclərinin  təhsilə 
yönəldilmiĢ hissəsi  tədricən qeyri-neft ÜDM-nin 1,1%-dək artırılmalıdır. Azərbaycan həmçinin 
xarici universitetləri və ya treninq Ģirkətlərini də cəlb etmək imkanlarını da araĢdıra bilər.  
7.26
 
 Təhsil  və  treninq  əmək  bazarının  ehtiyacları  ilə  əlaqələndirilməlidir.  MəĢğulluq 
imkanlarının  artırılması  məzunların  ixtisaslaĢdırılması  ilə  iqtisadiyyatın  strukturu  arasında 
mövcud olan uyğunsuzluq sahəsinə müdaxilə deməkdir.  Bu özəl sektor ilə əməkdaĢlığa, əmək 
bazarında  mövcud  olan  və  gələcək  ehtiyaclara  əsasən  əmək  və  təhsil  nazirlikləri  arasında 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə