World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə94/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   90   91   92   93   94   95   96   97   ...   102

 193 
formal  sektordan  aralanması  və  iĢçilərin  məhsuldarlığı  aĢağı  olan  iĢlərdən  daha  yüksək  əlavə 
dəyərə malik olan iĢlərə yönəlməsi üçün iĢçi qüvvəsinin ixtisasının yüksəldilməsi zəruridir. Bu, 
həmçinin,  insanlara  əmək  bazarında  öz  dəyərlərini  artırmağa  imkan  verərək  onlara  daha  çox 
qazanc  əldə  etməyə  Ģərait  yaradacaq  və  eyni  zamanda  yoxsulluğun  azaldılmasına  töhfə 
verəcək
134
.  Yekun  olaraq  qeyd  etmək  lazımdır  ki,  insan  resursları  dayanıqlı  inkiĢafın  təmin 
olunması  üçün  zəruri  olan  dövlət  sektorunda  potensialın  artırılması  üçün  vacib  amildir. 
Beləliklə, insan kapitalı Azərbaycanın inkiĢaf strategiyasının zəruri hissəsi və ölkənin gələcəyi 
üçün prioritet sərmayədir.   
B.
 
Ə
MƏK BAZARININ INKIġAFI
 
Sürətlə artan əmək resursları 
7.5.
 
Nisbətən  yüksək  fertillik  səviyyəsinə  və  əhalinin  əlveriĢli  yaĢ  strukturuna  görə, 
Azərbaycanın  iĢ  qabiliyyətli  (15-64)  əhalisinin  sayı  sürətlə  artmaqdadır.  O,  1999-cu  ildə 
4,99 milyon təĢkil etmiĢ, 2006-cı ildə 5,77 milyonadək və yaxud 16% artmıĢdır (illik artım 
2,1  faiz). BMT-nin əhali proqnozunun ortamüddətli ssenarisinə görə 15-64 yaĢ arasında olan iĢ 
qabiliyyətli  əhalinin  sayı  2015-ci  ilə  qədər  6.55  milyona  qədər  artacaqdır.  Əhalinin  artımı 
məĢğulluq  üçün  rəqabəti  stimullaĢdıracaq.  Digər  tərəfdən,  1990-cı  illərdə  doğum  səviyyəsi 
kəskin  azalmıĢdı.  Bununla  da,  həmin  dövrdə  doğulmuĢ  gənc  nəsil  əmək  bazarına  daxil  olduğu 
zaman 15-24 yaĢlıların sayı 2006-cı ildəki 1,74 mln nəfərdən 2015-ci ildə 1,54 mln nəfərə, 202-
ci ildə isə 1,19 mln nəfərədək azalacaq. Bu iĢçi qüvvəsinin yaĢlanmasına gətirib çıxaracaq.  
7.6.
 
 Miqrasiya  da  əhaliyə  öz  təsirini    göstərir:  qeyri-rəsmi  hesablamalara  görə  xalis 
emiqrasiya  kifayət  qədər  yüksəkdir  və  keçid  dövründə  bu  rəqəm  təxminən  1  milyon  təĢkil 
etmiĢdir.
135
 Miqrantlar əsasən Almaniya, Rusiya və Türkiyəyə üz tutmuĢlar. Məlumatlara əsasən 
gənclərin  əksəriyyəti  iqtisadi  səbəblərə  görə  daha  çox  kommersiya  və  qeyri-formal  sahələrdə 
müvəqqəti olaraq iĢləmək üçün Rusiyaya miqrasiya etmiĢlər. Azərbaycanda iqtisadi vəziyyət və 
əməkhaqqı  səviyyəsi  yaxĢılaĢdıqda,  əmək  miqrantlarının  bir  hissəsi    ölkəyə  dönə  bilər  və 
bununla əmək bazarında əlavə təzyiqlər yaranar. 
7.7
 
Eyni zamanda, iqtisadi cəhətdən aktiv əhalinin sayı da mühüm dərəcədə artmıĢdır. 
2006-cı  ildə  15  və  daha  yuxarı  yaĢlı  əhalinin  əmək  bazarında  iĢtirak  səviyyəsi  66,4%-ə 
çatmıĢdır  (1999-cu  ildəki  64,7%-dən).  Eyni  zamanda,  2006-cı  ildə  iqtisadi  cəhətdən  aktiv 
əhalinin  sayı  1999-cu  illə  müqayisədə  25,8  faiz  artaraq  4,28  milyona  çatmıĢdır.  Qadınların 
əmək prosesində iĢtirakı 1999-cu ildəki 57%-dən 2006-cı ildə 60%-ə çatmıĢdır; kiĢilərin iĢtirak 
dərəcəsi isə dəyiĢməz olaraq qalır. Qadınlar əmək bazarına daxil olmağa davam etsələr və bəzi 
iĢ  axtarmayan  iĢçilər  iqtisadiyyat  inkiĢaf  etdikcə  iĢ  axtarmağa  baĢlasalar,  o  zaman  iĢtirak 
dərəcələri daha da arta bilər.    
ĠĢsizlik, iĢ yerlərinin yaradılması və qeyri-formal sektor  
7.8
 
Yeni iĢ yerlərinin açılması ilə bağlı olaraq iĢsizlik səviyyəsi aĢağı olaraq qalmaqdadır, lakin 
iĢsizlik uzunmüddətlidir. Ġqtisadi cəhətdən aktiv əhalinin sayının artmasına baxmayaraq, iĢsizlik 
                                                 
134
 Azərbaycanda təhsilin nəticələrinin kəmiyyət təhlili üçün bax Dünya Bankı (2007), Azərbaycan: Bilik 
İqtisadiyyatının Çətinlikləri: Təhsil Sisteminin Vəziyyəti
135
 Bax: Avropa Təlim Fondu 2006 


 194 
aĢağı olaraq qalır: 2006-cı ildə 15 yaĢ və 15 yaĢdan yuxarı əhalinin 6,8%-i (15-64 yaĢ arasında 
əhalinin  7,1%-i).  Bu  nailiyyətin  əldə  olunmasına  məĢğulluğun  surətli  Ģəkildə  artması  imkan 
yaratmıĢdır: 2003-2006-cı illər ərzində 608,000 yeni iĢ yeri yaradılmıĢdır.
136
 Bununla belə qeyd 
etmək  lazımdır  ki,  iĢ  axtaranların  üçdə  ikisi  12  aydan  artıq  iĢsiz  qalmıĢlar.  ĠĢçi  qüvvəsinin 
iĢtirakına  dair  olan  məlumat  regionlar  üzrə  ciddi  bərabərsizliyin  olduğunu  göstərir:  Naxçıvan 
iqtisadi zonasında demək olar ki, iĢsizlik yoxdur. AbĢeron, Aran və ġəki-Zaqatala rayonlarında 
da iĢsizlik dərəcəsi orta göstəricidən aĢağıdır. Bakıda bu göstərici orta (6,8%) rəqəmə yaxındır. 
Bunun əksi olaraq, Kəlbəcər-Laçın (21,2 faiz) və Quba-Xaçmaz (13,5 faiz) rayonlarında iĢsizlik 
dərəcəsi çox yüksəkdir.  
Cədvəl 7.1: 2003-cü və 2006-cı illərdə aparılmıĢ ĠQM-ə görə məĢğulluq dinamikası  
 
Ümumi məĢğulluq 
ġəhər yerlərində 
məĢğulluq 
Kənd yerlərində 
məĢğulluq 
 
2003 
2006 
2003 
2006 
2003 
2006 
MəĢğullar - ümumi 
3,377.8 
3,985.9 
1,715.2 
1,984.2 
1,662.6 
2,001.7 
     bundan: 
 
 
 
 
 
 
Dövlət müəssisələri və təĢkilatları  
988.7 
984.0 
740.7 
694.4 
248.0 
289.6 
Qeyri-dövlət müəssisələri və təĢkilatları  
369.0 
470.6 
318.0 
404.8 
51.0 
65.8 
Kənd təsərrüfatı fermaları  
918.5 
1,379.0 
130.1 
79.2 
788.4 
1,299.8 
Öz-məĢğulluq, fiziki Ģəxslər tərəfindən iĢə 
alınmıĢ və istehsal kooperativlərində məĢğul 
olanlar  
1,101.7 
1,152.3 
526.4 
805.9 
575.3 
346.4 
Mənbə: DSK/ƏƏSMN ĠQS 2003 və 2006  
7.9  ĠĢ  yerlərinin  artmasında  son  dövrlərdə  müĢahidə  olunan  sıçrayıĢ  əsasən  kənd 
təsərrüfatında  məĢğulluğun  artması  ilə  bağlıdır.  2003-2006-cı  illər  ərzində  yaradılmıĢ  iĢ 
yerlərinin  76  faizi  (465  000  iĢ)  kənd  təsərrüfatında,  əsasən  də  Ģəxsi  ev  təsərrüfatlarında 
yaradılmıĢdır  (Cədvəl  7.1).  MəĢğulluq  növlərinə  görə,  hal-hazırda  kənd  təsərrüfatı  əsas 
―iĢəgötürəndir‖. Qeyri-dövlət müəssisələri də təxminən 100 000 yeni iĢ yeri yaratmıĢlar. Fərdi 
əmək  fəaliyyəti  və  fiziki  Ģəxslər  tərəfindən  muzdlu  iĢçilərin  cəlb  olunması  təxminən  50  000 
yeni  iĢ  yeri  yaratmıĢdır.  Eyni  dövr  ərzində  dövlət  müəssisə  və  təĢkilatlarında  məĢğulluq 
göstəriciləri o qədər də  dəyiĢməmiĢdir.  ĠĢçilərin  sayı  984,000 təĢkil etmiĢdir ki,  bu da ümumi 
məĢğulluğun 25%-i təĢkil edir. 
7.10.
 
Əmək  bazarının  strukturunun  deformasiyaya  məruz  qalması  özünü  sektorlar 
arasında  məĢğulluq,  əmək  haqqı  və  məhsuldarlıqda  olan  ziddiyyətdə  təzahür  etdirir. 
ÜDM-in (və iqtisadi artımın) əsas hissəsini təmin edən sektorlar heç də ən əmək tutumlu sahələr 
deyil (Cədvəl 7.2). ÜDM-in 52 faizi mədən sektorunda yarandığı halda bu sektor məĢğulluğun 
yalnız 1 faizini təmin edir. Kənd təsərrüfatı sektoru isə ÜDM-də cəmi 7 faiz paya malik olduğu 
halda  (2006-cı  ildə),  məĢğulluğun  39  faizini  təmin  edir  ki,  bunun  da  50  faizi  kənd  yerlərinin 
payına düĢür. Kənd təsərrüfatında bir iĢçi tərəfindən istehsal olunmuĢ Ģərti xalis məhsul sənaye 
və ya tikintidə çalıĢan iĢçinin istehsal etdiyi məhsulun altıda bir hissəsindən, qaz və neft emalı 
sənayesində çalıĢan iĢçinin istehsal etdiyi Ģərti xalis məhsulun bir faizindən azdır. Ölkənin iĢçi 
qüvvəsindən yalnız 44 000 nəfər neft sektorunda yüksək məhsuldar və yüksək maaĢlı iĢlərə cəlb 
olunmaq imkanına malikdir; iĢçi qüvvəsinin qalan hissəsi qeyri-neft sektorunda aĢağı məhsuldar 
                                                 
136
 2003 və 2006-cı illərdə BƏT və BMTĠP-in texniki və maliyyə dəstəyi ilə Azərbaycan Dövlət Statistika Komitəsi 
tərəfindən iĢçi qüvvəsinin müayinəsi aparılmıĢdır. Bu ĠQM-lər Azərbaycanda əmək dinamikası üzrə informasiyanın 
ən etibarlı mənbələri hesab oluna bilər.  


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə