World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə96/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   92   93   94   95   96   97   98   99   ...   102

 197 
Cədvəl 7.4: 2006-cı ildə təhsil səviyyəsinə görə məĢğul və iĢsiz əhalinin strukturu, % 
YaĢ 
Ümumi 
Daxil olmaqla: 
Ali 
Natamam ali və 
orta ixtisas  
PeĢə 
Orta ümumi 
Ümumi orta 
təhsildən 
aĢağı 
25-34 
100.0 
18.3 
 9.2 
4.2 
64.1 
4.2 
35-44 
100.0 
19.0 
12.3 
6.1 
60.0 
2.6 
45-54 
100.0 
24.0 
15.2 
6.8 
50.7 
3.3 
Mənbə: DSC/ƏƏSMN: LFS 2006 
 
7.15
 
 Orta  ümumi  təhsil  icbari  olduğu  halda,  ali  təhsil  ocaqlarına  qəbul  aĢağı  və  qeyri-
bərabər  olaraq  qalır.  Təhsildə  iĢtirakın  ümumi  meylləri  aĢağıdakı  kimidir:  məktəbəqədər 
müəssisələrə qeydiyyat çox aĢağıdır, ondan sonrakı ibtidai və orta məktəblərə (məktəblərin çoxu 
dövlətə  məxsusdur)  təxminən  100  faiz  qeydiyyat  müĢahidə  olunur  və  ali  təhsilə  uyğun  yaĢda 
təhsil  almanın  kəskin  halda  azalması  qeyd  olunur  (ali  təhsil  ocaqlarına  qəbul  orta  məktəb 
məzunlarının  cəmi 15%-i təĢkil edir). Beləliklə,  Azərbaycan ibtidai və orta təhsil səviyyəsində 
təhsilə  bərabər  çıxıĢ  imkanlarını  təmin  etmək  məqsədinə  sadiqliyini  davam  etdirdiyi  halda, 
məktəbəqədər  və  ali  təhsil  səviyyəsində  məyusedici  dərəcədə  geri  qalır.  Bundan  əlavə,  maddi 
imkandan  və  yaĢayıĢ  yerindən  asılı  olaraq  əhali  arasında  ali  təhsilə  çıxıĢ  imkanlarında  böyük 
bərabərsizliklər mövcuddur.  
7.16
 
 Bundan  baĢqa,  müxtəlif  əhali  qrupları 
arasında  ali  təhsilə  cəlb  olunma  qeyri-
bərabərdir.  Əhalinin  ən  zəngin  20  faizinin  ali 
təhsilə  cəlb  olunma  səviyyəsi  ən  yoxsul  20  faizə 
nisbətən iki dəfə artıqdır. Buna bənzər olaraq, 2005-
ci  ildə  kənd  sakinlərinin  ali  təhsil  ocaqlarına  daxil 
olma  göstəriciləri  Bakı  sakinlərinin  ali  təhsil 
ocaqlarına  daxil  olma  dərəcəsindən  üç  dəfə, 
Bakıdan  fərqli  Ģəhər  yerləri  ilə  müqayisədə  isə  iki 
dəfə az olmuĢdur. Bunu da qeyd etmək vacibdir ki, 
tələbat və ali təhsil ocaqlarında mövcud olan yerlər 
arasında  artan  fərq  mövcuddur.  1992-ci  ildən 
etibarən  ali  təhsil  ocaqlarına  qəbul  üçün  müraciət  edənlərin  sayı  3  dəfə  artdığı  halda,  mövcud 
olan  yerlərin  sayı  dəyiĢməz  olaraq  qalmıĢdır:  2006-cı  ildə  bir  yerə  beĢ  abituriyent  müraciət 
etmiĢdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cədvəl 7.5: Dövlətin ümumi təhsil xərcləri 
 
ÜDM %  Ümumi 
dövlət 
xərclərinin 
%  
Ġllik 
artım 
2000 
3.9 
23.8 

2001 
3.5 
23.8 
2.3 
2002 
3.2 
20.5 
2.8 
2003 
3.3 
19.0 
22.8 
2004 
3.4 
19.6 
25.3 
2005 
3.0 
17.4 
26.7 
2006 
2.7 
12.6 
28.6 


 198 
7.17
 
 Sovet  dövrü  bitdikdən  sonra  Azərbaycanın  təhsil  xərclərinin  ÜDM-də  payı 
azalmıĢdır (1993-cü ildə ÜDM-in 7,6 faizdən 2006-cı ildə ÜDM-in 2,7 faizi, bax Cədvəl 7.5). 
2003-cü  ildən  etibarən  təhsil  xərclərinin  ikili  rəqəmlə  artmasına  baxmayaraq,  bu  ümumi  dövlət 
xərclərinin  artımı  ilə  müqayisədə  daha  azdır.  2006-cı  ildə  dövlətin  təhsil  xərcləri  orta  olaraq 
ÜDM-in  5,2  faizini  təĢkil  etdiyi  ĠƏĠT  ölkələri  ilə  müqayisədə  Azərbaycanın  təhsil  xərcləri  çox 
aĢağıdır. Bundan əlavə olaraq, Azərbaycan ÜDM-in ancaq 0.2 faizini ali təhsilə xərcləyir, bu da 
ki, ―AĠ 25‖ qrupuna daxil olan ölkələrdəki orta 1,14 faizin beĢdə bir hissəsindən azdır. Dövlətin 
təhsil  xərcləri  azaldıqca,  ailələrin 
təhsilə daha çox vəsait xərcləməsi 
güman  olunur  ki,  bu  da  ki,  kasıb 
ailələrdən 
olan 
uĢaqların 
təhsilinə,  xüsusilə  də  qeyri-icbari 
təhsil  pillələrində,  öz  mənfi 
təsirini  göstərir:    fərdi  təhsil 
xərclərinin  40  faizi  əhalinin  ən 
varlı  20  faizinin  payına  düĢdüyü 
halda,  fərdi  təhsil  xərclərində 
əhalinin  ən  yoxsul  20  faizinin 
payı  yalnız  10  faizdir.  Beləliklə 
zəngin və yoxsul qruplar arasında 
olan  uçurum  vaxt  ötdükcə 
böyümüĢdür. 
 
  
Təhsilin keyfiyyətinin aĢağı olması  
7.18
 
 Azərbaycanda təhsilin keyfiyyəti narahatlıq doğurur. ĠƏĠT-ın təhsilin keyfiyyətini və 
nəticələrini öyrənmək üçün istifadə olunan  PĠSA araĢdırması Azərbaycanda ümumi orta təhsilin 
zəif olduğunu göstərir. 2006-cı il məktəb məzunlarının nəticələrinin təhlili  göstərir ki, riyaziyyat 
üzrə  göstəricilər  orta  olaraq  Rusiya  və  ĠƏĠT  ölkələrinə  yaxın  olduğu  halda,  qiraət  və  təbiət 
elmləri  üzrə  göstəricilər  çox  aĢağıdır  (Cədvəl  7.3).  Bu  nəticələr  göstərir  ki,  Azərbaycanda 
məktəb  məzunlarının  əksəriyyəti  ali  təhsil  almaq  üçün  zəruri  bacarıqlara  malik  olmaya  bilər. 
Bundan baĢqa universitetlərə qəbul imtahanlarının  müsabiqə yolu ilə aparılmasına baxmayaraq, 
özəl və dövlət ali təhsil ocaqlarının əksəriyyətinin fəaliyyət standartlarının aĢağı olması ehtimal 
olunur. Ümumi vəziyyətin belə qane edici olmaması digər səbəblərlə  yanaĢı keyfiyyətə təminat 
sisteminin  olmaması,  tədrisin  keyfiyyətsiz  olması  və  korrupsiya  kimi  səbəblərlə  izah  olunur. 
Xüsusilə də, müəllimlərin maaĢlarının kəskin Ģəkildə azalması və məktəb mühitinin korlanması 
nəticəsində  müəllim  Ģtatının  keyfiyyəti  pisləĢdi.  Bu  amillər  ən  yaxĢı  müəllimlərin  bir  qismini 
sektoru tərk etməyə vadar etmiĢ və qalan müəllim Ģtatını da ruhdan salmıĢdır. AĢağı əmək haqqı 
həmçinin  professor-müəllim  heyəti  arasında  korrupsiya  imkanlarına  da  yol  açır.  Təhsildə 
korrupsiyanın geniĢ yayıldığı hesab olunur. Bu səbəbdən diplomlar həqiqi bilik və səriĢtənin real 
ölçü vahidi kimi qəbul olunmur.  
Diaqram 7. 3:  AdambaĢına ÜDM və Bilik Ġqtisadiyyatı 
Ġndeksi arasında əlaqə (2007) 
 
 
 
Mənbə: Dünya Bankının hesablamaları 
0
100
200
300
400
500
600
Minimum (ölkələrin ən aĢağı orta rəqəmi)
Qırğızıstan
Azərbaycan
Türkiyə
Bolqarıstan
Rusiya
OECD (orta)
Estoniya
Maksimum (ölkələrin ən yuxarı orta rəqəmi)
Dəqiq fənlər üzrə Ģaqirdlərin orta göstəricisi
Oxu üzrə Ģaqirdlərin orta göstəricisi
Riyaziyyət üzrə Ģaqirdlərin orta göstəricisi


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə