World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə92/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   88   89   90   91   92   93   94   95   ...   102

 189 
qismən  son  dövrlərdə  kreditləĢdirmənin  həcminin  sürətlə  artmasından  qaynaqlanır.  Hesabat 
hazırlandığı  dönəmdə  bank  sistemində  ehtiyat  proviziyasının  səviyyəsi  (orta  hesabla  QĠK-lərin 
100 faizindən çox) məqbul görünürdü;  16 bankda xüsusi ehtiyat proviziyasının QĠK-lərə nisbəti 
100 faizdən aĢağıdır, lakin heç bir bankda proviziyanın QĠK nisbəti 100 faizdən aĢağı deyil
130
.  
        
6.36.
 
Maliyyə  sektorunda  aktiv  və  öhdəliklərin  tərkibi  valyuta  uyğunsuzluğunun 
olduğunu  göstərmir.  Lakin  2008-ci  ildə  xarici  valyuta  ilə  borc  vermənin  daha  yuxarı 
səviyyədə olması dolayı kredit risklərini ciddi olaraq artırmıĢdır.  Bankların ABġ dolları ilə 
kredit qalıqlarının nisbəti 2004-2007-ci illərdə sürətlə azalaraq 64 faizdən 44 faizə enmiĢdir.  
 
6.37.
 
Bank  sistemi  2008-ci  ildə  daha  uzun  müddətli  perspektivə  istiqamətlənir.  Ümumi 
kreditləĢdirmədə  qısa  müddətli  kreditlərin  payı  2001-ci  ildəki  73  faizdən  2007-ci  ilin  sentyabr 
ayında 39 faizə, 2008-ci ilin sentyabrında 31 faizə enmiĢdir. Bu meyl yerli valyuta ilə kreditlərdə 
özünü  daha  bariz  Ģəkildə  göstərir  –  bu  əmsal  2008-ci  ilin  dekabrında  95  faizdən  36.9  faizə 
düĢmüĢdür.  Bir  daha  qeyd  etmək  lazımdır  ki,  artan  inflyasiya  bu  sağlam  meylin  qarĢısını  ala 
bilər.  
6.38.
 
Ümumi  bank  sektoruna  aid  indikatorlar  güclü  iĢ  səviyyəsinə  dəlalət  edir,  lakin 
xarici maliyyə mənbələrinə çıxıĢ tükəndikçə mənfəət təzyiqə məruz qala bilər.  2008-ci ilin 
ilk  doqquz  ayı  ərzində  aktivlər  üzrə  orta  mənfəət  2,8  faiz  təĢkil  etmiĢdir.  Bu  2007-ci  ildəki 
göstəricidən  (3  faiz)  bir  qədər  az  olsa  da,  beynəlxalq  standartlardan  iki  dəfə  artıqdır.  Bundan 
baĢqa 2008-ci ilin ilk doqquz ayı ərzində kapital üzrə mənfəət 21,6 faiz təĢkil etmiĢdir ki, bu da 
2007-ci ilin göstəricisindən (14,6 faiz) çox yüksəkdir. Banklar müddətsiz depozitlər üzrə dolayı 
inflyasiya  vergisindən  faydalanırlar,  çünki  onlar  bu  depozitlər  üzrə  faiz  ödəmirlər.  Bu  vəziyyət 
yüksək,  ümumi  kapitalın  təxminən  13  faizi  səviyyəsində  mənfəət  gətirir.  Lakin  qlobal  kredit 
böhranının  iĢığında  bunun  çox  davam  edəcəyi  gözlənilmir,  çünki  kreditlər  qıtlaĢır  və  xaricdən 
borc almaq bahalaĢır. 
 
6.39.
 
Narahatlıq  doğuran  məsələlər  əlaqəli  tərəflərə  verilən  kreditlər,  bazarda  dövlətin 
sahib  olduğu  bankın  dominantlığı,  xarici  borclanma  və  risklərin  qiymətləndirilməsi  ilə 
məĢğul olan əməkdaĢların azlığıdır. Əlaqəli tərəflərə kreditlər narahatlığın əsas mənbəyidir və 
AMB-nın bu məsələyə xüsusi diqqət yetirməsi tövsiyə olunur. Eyni zamanda, Moody‘s-in 2008-
ci ilin 9 iyul tarixli müĢahidəsi də diqqətə layiqdir. Orada deyilir ki, bankların balansının hər iki 
tərəfində  yüksək  təmərküzləĢmə  qeyri-əlveriĢli  ssenarinin  olduğu  halda  böyük  itkilərə  və 
likvidlik  problemlərinə  gətirib  çıxara  bilər.  Analoji  olaraq  Azərbaycanın  ən  iri  banklarının 
birində  əlaqəli  tərəflərə  kreditlər  bankın  kapitalının  demək  olar  ki,  43  faizinə  bərabər  olmuĢ, 
səhmdarların və bank rəhbərliyin depozitləri isə bankın öhdəliklərinin demək olar ki, 18 faizini 
təĢkil  etmiĢdir.  Bu  məsələ  bankın  beynəlxalq  auditorları  tərəfindən  diqqətə  çatdırılmıĢdır. 
Dövlətin  sahib  olduğu  bankların  dominantlığı  kredit  və  likvidlik  Ģərtləri  korlandığı  təqdirdə 
bütöv  bank  sisteminin  və  iqtisadiyyatın  sabitliyini  pozmaq  potensialına  malikdir.  Bir  çox  digər 
formalaĢmaqda  olan  bazarlarda  olduğu  kimi,  Azərbaycan  bankları  arasında  xarici  borclanma 
kəskin  artmıĢdı.  2008-ci  ilin  sonuna  bu  göstərici  3  mlrd  ABġ  dolları  səviyyəsində 
qiymətləndirilirdi.  Borcların  əksər  hissəsi  bir  neçə  bankda  cəmləĢsə  də,  cari  qlobal  böhran 
                                                 
130
 Xüsusi  proviziyalar  qeyri-standart  bank  aktivlərinin  mümkün  itkiləri  üçün  yaradılır.  Bank  aktivləri  iki 
kateqoriyadan  ibarətdir:  standart  və  qeyri-standart  aktivlər.  Standart  aktivlər  qənaətbəxĢ  və  nəzarət  altında  olan 
aktivlərdən ibarətdir. Qeyri-standart aktivlərə təhlükəli və ümidsiz aktivlər daxildir. 


 190 
Ģəraitində bu banklar və AMB belə öhdəlikləri maliyyələĢdirmək və kreditlərin uzadılması (roll-
over) risklərini azaltmaq üçün müvafiq resursların ayrılmasını təmin etməlidirlər.  
 
Sistem və idiosinkratik risklər  
 
6.40.
 
Azərbaycanda  sistem  riski  potensialı  aĢağıdır.  Multiplikatorların  aĢağı  səviyyəsini, 
böyük xarici valyuta ehtiyatlarıın və əlveriĢli fiskal mövqeni nəzərə alaraq Azərbaycanda sistem 
riskinin  ehtimalı  demək  olar  ki,  bütün  2008-ci  il  ərzində  nisbətən  aĢağı  olmuĢdur.  AMB-nın 
xarici valyuta ehtiyatları ABġ dolları ilə ifadə olunmuĢ depozitlərdən demək olar ki, altı dəfə, pul 
bazasından isə üç dəfə çoxdur. Lakin, dünya qiymətlərinin yuxarıda qeyd olunan kəskin azalması 
baĢ  verərsə  (qlobal  kredit  böhranı  səbəbindən  kapitalın  qiymətinin  artması  ilə  birlikdə) 
arxayınçilığa heç bir halda yol vermək olmaz.  
 
6.41.
 
Buna  baxmayaraq,  əgər  iqtisadi  vəziyyət  pisləĢərsə  ayrı-ayrı  banklar  ciddi 
problemlərlə  üzləĢə  bilər.  Nə  qədər  ki,  iqtisadiyyat  çox  yüksək  templə  artmaqda  davam  edir, 
kreditlərin  əksər  hissəsinin  icrasında  problem  olmayacaq.  Lakin,  nəzərə  almaq  lazımdır  ki,   
kreditləĢdirmənin  sürətli  artımı  və  risklərin  idarə  edilməsinə  məhdud  sayda  insan  resurslarının 
cəlb  edildiyi  Ģəraitdə  banklar  müĢtərilərin  kredit  qabiliyyətinin  qiymətləndirilməsinə  lazımi 
diqqət  yetirməmiĢlər.  Ölkənin  ikinci  ən  iri  bankı  Moody‘s  tərəfindən  2008-ci  ilin  iyulunda  B1 
reytinqi  almıĢdır  ki,  bu  da  defolt  ehtimalının  13  faizə  yaxın  olduğunu  nəzərdə  tutur.  Hesab 
olunur  ki,  qalan  bankların  da  reytinqi  B1-dən  yuxarı  ola  bilməz.  Nəticədə  ümumi  defoltun 
minimum gözlənilən ehtimalı 13 faiz ətrafında ola bilər.
131
  
 
6.42.
 
Hər iki halda idiosinkratik risk ümumi depozitlərin 20 faizi qədər ola bilər ki, bu da 
xarici  ehtiyatların  10  faizinə  bərabərdir.  Deyilənləri  ümumiləĢdirsək  aydın  olur  ki, 
idiosinkratik  risk  20  faizə  bərabər  olsa  da,  AMB-nın  beynəlxalq  ehtiyatlarının  həcmini  nəzərə 
alaraq  sistem  riski  ehtimalı  çox  aĢağıdır.  AĢağı  sistem  risk  ehtimalı  o  deməkdir  ki,  hər  hansı 
mümkün böhran uğurla tənzimlənə bilər, amma bu, böhranın baĢ verə bilmək ehtimalını aradan 
qaldırmır.  Paradoksal  olsa  da,  sistem  riskinin  ehtimalı  aĢağı  olsa  da  bank  nəzarəti 
gücləndirilməlidir.  
 
 
FƏSĠL 7. ĠXTĠSASLI  ĠġÇĠ QÜVVƏSĠNĠN VƏ ĠNSAN KAPĠTALININ DAHA YAXġI 
ĠSTĠFADƏSĠNĠN TƏMĠN EDĠLMƏSĠ  
Azərbaycan 1991-ci ildə müstəqillik qazanarkən yüksək səviyyəli təhsil sisteminə malik olsa da, 
sonradan təhsil sistemi ölkənin dəyişən iqtisadiyyatının ehtiyaclarına cavab vermirdi. Bu,  əsas 
etibarı ilə korrupsiya və investisiya çatışmazlığı problemləri ilə üzləşən ali təhsil sisteminə aid 
idi.  Bu  proseslər  təkcə  Azərbaycan  universitetlərindən  alınmış  diplomların  dəyərinin  azalması 
                                                 
131
 
Belə  təhlillə  bağlı  fərqli  fikirlər  mövcuddur.  Bir  yanaĢmaya  görə,  sistem  barədə  ümumi  informasiya  olmadığı 
Ģəraitdə  bank  sisteminin  minimum  defolt  ehtimalını  sistem  əhəmiyyətli  və  yaxĢı  idarə  edilən  bankın  vəziyyətini 
nəzərdən  keçirməklə  qiymətləndirmək  olar.  BaĢqa  təhlilçilər  isə  bildirirlər  ki,  defolt  ehtimalı  ölkənin  suveren 
reytinqinə əsaslanmalıdır.
   
 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə