Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə8/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   4   5   6   7   8   9   10   11   ...   412

– Dua oxuya-oxuya öz yolu ilə gedən qoca bir keĢiĢimi? Bəsdir, bəsdir! Bu onların nəyinə 

lazımdır? 

– Aman ya rəb! Birdən onlara rast gəlsəniz nə olar? 

– Mən onlardan yoxsullarım üçün sədəqə istərəm. 

– Monsenyor, Allah xatirinə, getməyin! Siz həyatınızı təhlükəyə salırsınız. 

– Cənab mer, məgər bütün məsələ elə bundadır? Mən bu dünyada öz həyatımı qorumaq üçün 

yaĢamıram, insanların ruhunun qayğısına qalmaq üçün yaĢayıram. 

Nəhayət, mer yepiskopdan əl çəkməli oldu. O, yola düĢdü. Yol göstərmək üçün onu yalnız bir 

ulaq müĢayiət edirdi. Yepiskopun bu inadı bir çox gurultuya səbəb oldu və bütün mahalı böyük 

təĢviĢə saldı. 

Yepiskop nə bacısını, nə də madam Maqluarı özü ilə bərabər aparmaq istəməmiĢdi. O, qatır 

belində heç kəsə rast gəlmədən, dağlara qalxdı və sağ-salamat ―mərhəmətli dostlarının‖ – 

çobanların yanına çatdı. O, iki həftə onların yanında yaĢadı, moizələr söylədi, lazım olan ayinləri 

icra etdi, nəsihətlər verdi. Yola düĢməzdən əvvəl təntənəli günorta ibadəti düzəltmək istədi. O 

bunu kənd keĢiĢinə söylədi. Lakin nə etməli? Yepiskop libası yox idi. KeĢiĢ ona yalnız saxta 

gümüĢ baftalı köhnəlmiĢ ipəkdən bir neçə geyim verə bilərdi. 

Yepiskop dedi: 

– Eybi yoxdur, cənab küre, hər halda, ibadət olacağını kafedradan elan edək. ĠĢ birtəhər düzələr. 

QonĢu kilsələrdə axtarmağa baĢladılar, lakin bu yoxsul kilsələrin bütün sərvəti bir yerə 

toplandıqda belə, hətta kilsə müğənnisi üçün də səliqəli bir paltar düzəltmək olmazdı. 

Bu axtarıĢlar zamanı iki naməlum atlı kənd keĢiĢinin evinə yepiskop üçün böyük bir qutu gətirib 

qoymuĢ və dərhal çıxıb getmiĢdi. Qutunun içindən ipək rəda, brilyantlarla bəzədilmiĢ mitra 

arxiyepiskop xaçı, gözəl əsa çıxdı; bütün bu yepiskop geyimi bir ay bundan əvvəl Ambren 

Notrdam kilsəsindən qarət edilmiĢdi. Qutunun içindən çıxan bir vərəq kağızın üzərində bu sözlər 

yazılmıĢdı: ―Monsenyor B’envenüyə Kravatdan‖. 

Yepiskop dedi: 

– Mən demədimmi hər Ģey düzələcək? 

Sonra gülümsəyərək əlavə etdi: ―Sadə keĢiĢ cübbəsi ilə kifayətlənən adama Tanrı arxiyepiskop 

rədası göndərir‖. 

KeĢiĢ baĢını yırğalayaraq, istehza ilə dedi: 

– Bilmirəm, monsenyor, Tanrımı göndərmiĢ, yoxsa Ģeytan. 

Yepiskop keĢiĢin üzünə diqqətlə baxdı və qəti bir səslə təkrar etdi: 

– Tanrı! 

Yepiskop ġatelara qayıdarkən bütün yoluzunu və ġatelarda qabağına çoxlu camaat çıxdı. Hamı 

öz yepiskopuna baxmaq istəyirdi. Madmazel Batistina ilə madam Maqluar onu keĢiĢin evində 

gözləyirdi. Yepiskop bacısına dedi: ―Mən haqlı deyildimmi? Yoxsul keĢiĢ yoxsul dağlıların 

yanına əliboĢ getdi, əlidolu qayıtdı. Mən yalnız Allaha təvəkkül edərək yola düĢdüm, ancaq 

böyük bir kilsənin bütün sərvətini gətirdim‖. 

AxĢam, yatmamıĢdan qabaq, yepiskop dedi: ―Heç bir zaman nə oğrulardan, nə də qatillərdən 

qorxmaq lazım deyil. Bu yalnız zahiri və cüzi bir təhlükədir. Ġnsan öz-özündən qorxmalıdır. Əsl 

oğru xurafatdır, əsl qatillər isə – qəbahətlər. Ən böyük təhlükə bizim özümüzdədir. Həyatımıza 

və cibimizə təhlükə törədən bir Ģeyin qeydinə qalmağa dəyərmi? Yalnız ruhumuza təhlükə 

törədən Ģey haqqında düĢünək!‖. Sonra bacısına müraciətlə: ―Bacım, – dedi, – keĢiĢ heç bir 

zaman insanlardan ehtiyat etməməlidir. Ġnsanlar nə edirsə, hamısı Allahdandır. Təhlükənin bizə 

tərəf gəldiyini hiss etdikcə, ibadətlə kifayətlənək. Özümüz üçün deyil, qardaĢımız üçün ibadət 

edək ki, bizim üstümüzdə günaha batmasın‖. 

Lakin Yepiskopun həyatında hadisələr az olmuĢdu. Biz yalnız bildiyimiz hadisələri təsvir edirik: 

ümumiyyətlə götürüldükdə isə, onun həyatı yeknəsəq keçirdi: hər gün, müəyyən vaxtlarda o, bir 

gün əvvəl gördüyü iĢləri təkrar edərdi. Bu hal ildən-ilə, aydan-aya davam edərdi. 

Ambren kilsəsinin ―sərvətlərinə‖ gəldikdə, onların nə olduğu sualına doğru cavab verməkdə 

çətinlik çəkirik. Bunlar çox gözəl, çox cazibədar, onları oğurlamaq fikrinə düĢən bədbəxtlər üçün 

çox yararlı və faydalı Ģeylər idi. Onlar, hər halda, oğurlanmıĢdı da. ĠĢin yarısı görülmüĢdü; yalnız 




bu oğurlanmıĢ Ģeylərdən baĢqa bir məqsədlə, yoxsulların xeyrinə, istifadə etmək lazım gəlirdi. 

Lakin bu barədə biz qəti bir Ģey deyə bilmərik. Məlum olan yalnız budur ki, yepiskopun kağızları 

arasında kiçik bir qeyd tapılmıĢdı. Bu qeyd çox dumanlı yazılmıĢdı, lakin ola bilsin ki, bu 

məsələyə aid idi. Qeydin məzmunu belə idi: ―Məsələ bundadır ki, bunları haraya qaytarmaq 

lazımdır – kilsəyəmi, yoxsa xəstəxanayamı?‖. 

 

 



SƏKKĠZĠNCĠ FƏSĠL. 

ġərab içərkən fəlsəfə. 

 

Yuxarıda adını çəkdiyimiz senator vicdan, and, ədalət və insanlıq borcu kimi maneələrlə 



hesablaĢmadan öz məqsədinə doğru birbaĢa gedən, yüksəliĢ və mənfəət yolunda bir dəfə belə 

büdrəməyən ağıllı bir adam idi. O, istefaya çıxmıĢ prokuror idi, müvəffəqiyyət qazanması 

sayəsində yumĢalmıĢdı, heç də kinli deyildi, yeri gəldikdə oğullarına, kürəkənlərinə, 

qohumlarına və hətta dostlarına həvəslə hər cür xırda qulluq göstərən, həyatın yaxĢı 

tərəflərindən, xoĢ təsadüfdən, gözlənilməyən müvəffəqiyyətdən məharətlə istifadə edən bir adam 

idi. Yerdə qalan hər Ģey onun nəzərində bir heç idi. O, həqiqətdə Piqo-Lebrenin yetiĢdirməsi olsa 

da, özünü Epikurun ardıcılı hesab edəcək dərəcədə hazırcavab və bilikli bir adam idi. O, 

sonsuzluq və əbədiyyətə, habelə ―sadədil yepiskopun sair hədyanlarına‖ gülərək istehza etməyi 

sevərdi. Bəzən bu Ģeylərə hətta yepiskop Mirielin özünün hüzurunda belə cəsarət və mərhəmətlə 

gülərdi. 

Bir dəfə yarırəsmi bir ziyafət münasibətilə qraf (həmin senator) ilə yepiskop Miriel prefektin 

evində bir yerdə nahar edirdilər. Desert zamanı bir qədər kefli olan, lakin vüqarını pozmayan 

senator birdən-birə qıĢqırdı: 

– Vallah, cənab yepiskop, gəlin bir az laqqırtı vuraq! Senatorla yepiskopun bir-birinə göz 

eləmədən bir-birinin üzünə baxmaları mümkün deyil. Sizinlə biz – iki kahinik. Bu saat mən sizə 

bir Ģeyi etiraf edəcəyəm. Bilirsinizmi, mənim öz fəlsəfəm vardır. 

– Siz haqlısınız, – deyə yepiskop cavab verdi. – Hər kəsin fəlsəfəsi necədirsə, həyatı da elədir. 

Yatağın necədirsə, yatmağın da elə olar. Siz atlaz yataq içində yatırsınız, cənab senator. 

Bu sözlərdən Ģirnikən senator sözünə davam etdi: 

– Gəlin açıq danıĢaq. 

– Lap açıq danıĢaq, – deyə yepiskop razı oldu. 

– Mən sizə bildirirəm ki, markiz d’Arjans, Pirron, Qobbs və Nejon heç də fırıldaqçı deyildirlər. 

Mənim bütün filosoflarımın əsərləri qızıl yazılı cildlərdə rəflərə düzülmüĢdür. 

– Onlar sizə bənzəyirlər, cənab qraf, – deyə yepiskop onun sözünü kəsdi. 

Senator yenə sözünə davam edərək dedi: 

– Mən Didroya nifrət edirəm. O, xəyalpərəst, boĢboğaz və inqilabçıdır, ürəyində isə Allaha 

inanır və Volterdən daha artıq riyakardır. Volter Nidgemə gülür, özü də nahaq yerə gülür, çünki 

Nidgemin ilan balıqları Allahın faydasız olduğunu isbat edir. Bir qaĢıq xəmirin içindəki bir 

damcı sirkə tiot luxu1 əvəz edir. Damcını bir qədər iri, qaĢığı isə böyük təsəvvür etsəniz, dünya 

əmələ gələr. Ġnsan ki var, ilan balığıdır. Madam ki belədir, əzəli Allah kimə lazımdır? Cənab 

yepiskop, Yəhva haqqındakı fərziyyə mənim zəhləmi aparmıĢdır. O, yalnız boĢ xəyallara qapılan 

arıq adamlar yaratmaq üçün yarayır. Rədd olsun mənim zəhləmi aparan bu böyük Küll! YaĢasın 

məni rahat buraxan. Sıfır! 

Öz aramızda qalsın, cənab yepiskop, ürəyimdə nə varsa, hamısını sizə açıq demək və siz ruhani 

atamın qarĢısında lazımınca tövbə etmək üçün sizə etiraf edirəm ki, mən ağlı baĢında olan bir 

adamam. Mən sizin hər addımda dünyadan əl çəkməyi və qurban verməyi təbliğ və vəz edən 

Ġsanıza məftun deyiləm. Bu, xəsis adamın dilənçilərə verdiyi məsləhətdən baĢqa bir Ģey deyildir. 

Dünyadan əl çəkmək! Nə üçün? Qurban vermək! Nədən ötrü? BaĢqa bir canavarın səadəti üçün 

özünü qurban verən bir canavar görməmiĢəm. Elə isə təbiətə sadiq qalaq. Biz dağın 

zirvəsindəyik, ona görə də ali fəlsəfəni mənimsəməməliyik. Öz yaxın adamının burnunun 

ucundan o tərəfi görmürsənsə, dağın təpəsində durmağın nə mənası vardır! Gəlin Ģən həyat 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə