Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə5/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   2   3   4   5   6   7   8   9   ...   412

Ertəsi gün, o bədbəxti aparmağa gəldikləri zaman yepiskop onun yanında idi. O, əynində 

bənövĢəyi rəda, döĢündə yepiskop xaçı olduğu halda dustağın dalınca çıxdı və camaat qarĢısında 

qolları kəndirlə bağlı cani ilə yan-yana durdu. 

O, cani ilə birlikdə arabaya mindi və onunla bir yerdə eĢafota çıxdı. Bir gün əvvəl qəmgin və 

məyus olan məhkumun indi sifəti iĢıqlanmıĢdı. O, ruhunun sakitləĢdiyini hiss edirdi və Allaha 

ümid bağlamıĢdı. Yepiskop onu qucaqladı və gilyotinanın bıçağı enməyə hazır olan zaman ona 

dedi: ―Ġnsanlar tərəfindən öldürüləni Allah dirildir, qardaĢları tərəfindən qovulan özünə ata tapır. 

Dua et, inan, əbədi həyata qədəm qoy! Atamız oradadır! ―Yepiskop eĢafotdan düĢdüyü zaman 

gözlərində elə bir Ģey var idi ki, camaatı geri çəkilməyə vadar etdi. Onun üzünün solğunluğumu, 

yoxsa qayğısız sakitliyimi insanı heyrətə gətirdiyini söyləmək çətindir. O, zarafatla ―saray‖ 

adlandırdığı sadə evinə qayıtdığı zaman bacısına dedi: ―Mən indi təntənəli bir dəfn 

mərasimindən gəlirəm‖. 

Böyük və gözəl niyyətlər çox zaman baĢa düĢülmədiyindən Ģəhərdə yepiskopun hərəkətini 

bəyənməyən adamlar da tapıldı. Onlar deyirdilər: ―Bu, özünü göstərmək arzusudur‖. Ancaq bu 

söhbət yalnız salonlarda gedirdi. XoĢ əməllərə Ģübhə ilə baxmaq niyyətində olmayan camaat isə 

mütəəssir olmuĢ və heyran qalmıĢdı. 

Yepiskopa gəlincə, gilyotina mənzərəsi ona bir zərbə kimi təsir etmiĢdi və bu zərbədən o, uzun 

zaman özünə gələ bilməmiĢdi. 

Doğrudan da, eĢafot qurulub, qarĢıda durduğu zaman adamı, elə bil, qara basır. Nə qədər ki, siz 

gilyotinanı öz gözlərinizlə görməmiĢsiniz, ölüm cəzasına az-çox laqeyd münasibət bəsləyə 

bilərsiniz, öz rəyinizi söyləməyə bilərsiniz, ―hə‖ və ya ―yox‖ deyə bilərsiniz, lakin elə ki 

gilyotinanı gördünüz, sarsıntı o qədər dəhĢətli olur ki, siz onun əleyhinə və ya lehinə olduğunuzu 

qəti surətdə bildirməyə məcbursunuz. Bəziləri, de Mestr kimi, ona məftundur, bəziləri isə, 

Bekkari kimi, ona lənətlər oxuyur. Gilyotina – qanunun məğzidir, onun adı vindictadır1, o bitərəf 

deyil və sizin bitərəf qalmağınıza da yol vermir. Ġnsan onu görəndə titrəyir, onu anlaĢılmaz bir 

hiss bürüyür. Bütün ictimai problemlər gilyotina bıçağının ətrafında öz sual iĢarələrini qoyur. 

EĢafot kabusdur. EĢafot taxta səki deyil, eĢafot maĢın deyil, eĢafot – taxtadan, dəmirdən və 

kanatdan qayrılmıĢ və məĢum bir təĢəbbüsə malik canlı bir məxluqdur, elə bil, bu səki görür, bu 

maĢın eĢidir, bu mexanizm baĢa düĢür, elə bil, bu taxtanın, bu dəmirin, bu kanatların öz iradəsi 

vardır. EĢafotu görəndə insanın qəlbini ölüm dəhĢəti bürüyür və eĢafot öz gördüyü iĢin müdhiĢ 

və Ģüurlu iĢtirakçısı kimi görünür. EĢafot – cəlladın yoldaĢıdır o, insanı məhv edir, ətini yeyir, 

qanını içir. EĢafot – hakimin və dülgərin icad etdiyi bir əjdaha, saysız-hesabsız qurbanların 

ölümündən əmələ gəlmiĢ, nə isə dəhĢətli bir həyatla yaĢayan kabusdur. 

Yepiskopun aldığı təəssürat dəhĢətli və dərin idi: edamın sabahı günü və çox-çox sonra belə, o 

pəriĢan görünürdü. MəĢum dəqiqənin qeyri-təbii sakitliyi artıq yox olmuĢdu. Ġctimai məhkəmə 

kabusu onu daim təqib edirdi. Adətən, hər bir vəzifəsini ifa etdikdən sonra məmnun və fərəhli 

qayıdan bu din xadimi, sanki, indi nəyə görə isə özünü məzəmmət edirdi. Hərdənbir o, öz-özü ilə 

danıĢır və yavaĢ səslə ələmli monoloqlar söyləyirdi. O monoloqlardan birini burada qeyd edirik, 

onu bir dəfə axĢamüstü bacısı eĢitmiĢ və yadında saxlamıĢdı: ―Mən bunun bu qədər dəhĢətli 

olduğunu heç bir zaman düĢünməzdim. Ġnsan qanunlarını görməyəcək dərəcədə ilahi qanunların 

dərinliklərinə varmaq cinayətdir. Ölüm məsələsində yalnız tanrı hakimdir. Nə haqqa görə 

insanlar bu dərkedilməz aləmə əl atırlar?!‖ 

Zaman keçdikcə bu təsir zəifləmiĢ və ehtimal ki, onun xatirəsindən silinib getmiĢdi. Lakin 

adamlar görmüĢdülər ki, o gündən sonra yepiskop edam meydanından keçməkdən çəkinir. 

Yepiskop Mirieli gündüz və gecə – hər zaman bir xəstənin və ya can verməkdə olan bir adamın 

yanına çağırmalı olardı. O, baĢa düĢürdü ki, bu onun əsas vəzifəsi, həm də ən mühüm iĢidir. 

BaĢsız qalmıĢ ailələr onu çağırmağa belə ehtiyac duymurdular, o özü onların yanına gəlirdi. O, 

sevdiyi arvadını itirmiĢ bir kiĢinin və ya uĢağını itirmiĢ bir ananın yanında saatlarla dinməzcə 

oturmağı bacarardı. Lakin nə zaman sükut etmək lazım gəldiyini bildiyi kimi, nə zaman söz 

söyləmək lazım olduğunu da bilirdi. Ah, o, nə gözəl təsəlli verən bir adam idi! O, kədəri 

unutdurmağa çalıĢmazdı, əksinə, kədəri daha da dərinləĢdirib, sonra ümid verməklə onu 

dağıdardı. O deyərdi: ―Ölənlərə baĢqa nəzərlə baxmaqdan çəkinin. Torpağın altında çürüyən Ģeyi 




düĢünməyin. Diqqətlə baxın, göylərdə canlı bir iĢıq görəcəksiniz, o sizin əziz öləninizin 

ruhudur‖. O bilirdi ki, etiqad dərdə əlacdır. O, məyus olan adama təsəlli verməyə, onu sakit 

etməyə çalıĢır, öz qismətinə boyun əyən insanları ona nümunə göstərər və məzara doğru baxan 

kədəri ulduzlara doğru baxan kədərə çevirməyə çalıĢardı. 

 

 

BEġĠNCĠ FƏSĠL. 



Monsenyor B’envenünün öz cübbələrini həddindən çox geyib köhnəltməsi haqqında. 

 

Cənab Mirielin ailə həyatı da onun dünyagörüĢünü ailədən kənar həyatı kimi tamamilə əks 



etdirirdi. Din Ģəhəri yepiskopunun öz arzusu ilə keçirdiyi yoxsul həyat onu yaxından müĢahidə 

etməyə imkanı olan hər bir Ģəxs üçün maraqlı və eyni zamanda ibrətli bir tamaĢa idi. 

Bütün qocalar və mütəfəkkirlərin əksəriyyəti kimi o da az yatardı. Ancaq bu qısa yuxu çox dərin 

olardı. Səhər yepiskop bir saata qədər düĢüncəyə dalardı, sonra kilsədə və ya evində ibadət 

edərdi. Ġbadətdən sonra çovdar çörəyi ilə öz inəklərinin südündən bir qəlyanaltı edərdi. Sonra iĢə 

giriĢərdi. 

Yepiskop çox məĢğul adamdır. O, hər gün yeparxiyanın katibi olan keĢiĢi və öz baĢ vikarilərini 

qəbul etməlidir. O, ruhani cəmiyyətlərinin fəaliyyətinə nəzarət etməli, imtiyazları paylamalı, 

ayin, dua kitabları, kilsə katexizisi və sairə kimi dini ədəbiyyatı araĢdırmalı, keĢiĢ 

nəsihətnamələri yazmalı, moizələri təsdiq etməli, məhəllə keĢiĢləri ilə merləri barıĢdırmalı, 

ruhani və inzibati məktublar yazmalı – bir yandan dövlət, o biri tərəfdən Papa ilə rabitə saxlamalı 

idi, xülasə, min cür iĢ görməli olurdu. 

Bu cür iĢdən, kilsə ibadətlərindən və ayinlərdən qalan vaxtını, hər Ģeydən əvvəl, yoxsullara, 

xəstələrə və ürəyi dərdlilərə sərf edərdi, dərdliləri, xəstələri və yoxsulları ziyarət etmək vəzifəsi 

qurtardıqdan sonra qalan saatları da iĢə sərf edərdi: öz bağını belləyər və ya oxuyub yazardı. Bu 

iki iĢə o, bir ad vermiĢdi: ―Bağbanlıq etmək‖. O: ―Ağıl- bağdır‖ deyərdi. Günortaya yaxın, hava 

gözəl olduqda, o çıxıb Ģəhərdə, ya da Ģəhərin kənarında piyada gəzər və çox zaman yoxsul 

daxmalara girərdi. Pambıqla sarınmıĢ isti bənövĢəyi rədasına bürünmüĢ, ayağında da bənövĢəyi 

corab, qaba ayaqqabı, baĢında isə yoğun qızıl qotazları olan yastı üçguĢəli bir Ģlyapa, uzun 

əsasına dayana-dayana gözlərini yerə dikmiĢ, dərin düĢüncələrə dalmıĢ halda yalqız gəzərdi. 

O, haraya qədəm qoysaydı, orada bayram olardı. Sanki, o, özü ilə iĢıq və istilik gətirirdi. UĢaqlar 

və qoca kiĢilər onu qarĢılamaq üçün qapıya çıxardılar, sanki, onlar günəĢi qarĢılayırdılar. 

Yepiskop onlara, onlar da yepiskopa xeyir-dua verərdilər. Ehtiyac içində olanlara onun evini 

göstərərdilər. 

Hərdənbir o, dayanıb kiçik oğlan və qızlarla söhbət edər, analarının üzünə gülümsərdi. Pulu 

olanda yoxsulların yanına, qurtaranda isə varlıların yanına gedərdi. 

Cübbələrini uzun müddət geydiyindən və onların köhnəliyinin camaatın gözünə dəyməsini 

istəmədiyindən, pambıqlı bənövĢəyi rədasını geyinməmiĢ Ģəhərə çıxmazdı. Ġsti yay günlərində 

bu ona bir qədər ağırlıq edərdi. 

Gəzməkdən evə qayıtdıqda nahar edərdi. Nahar səhər yeməyinə bənzərdi. 

AxĢam saat doqquzun yarısında bacısı ilə bərabər Ģam edərdi, madam Maqluar isə masa baĢında 

onlara xidmət edərdi. Bu yeməklərdən sadə yemək ola bilməzdi. Lakin məhəllə keĢiĢlərindən biri 

Ģama qonaq qaldıqda, madam Maqluar fürsətdən istifadə edərək, yepiskop həzrətlərinə gözəl göl 

balığı və ya dağdan gətirilmiĢ təzə ov quĢundan ləzzətli xörək hazırlayıb süfrəyə qoyardı. Hər bir 

keĢiĢ yaxĢı Ģam etməyi üçün bir bəhanə idi və yepiskop buna mane olmazdı. Adi günlərdə isə 

yeməkləri suda biĢmiĢ tərəvəzdən və zeytun yağı ilə hazırlanmıĢ Ģorbadan ibarət idi. Buna görə 

də Ģəhərdə deyərdilər: ―Yepiskopumuzun keĢiĢ qonağı olmadıqda, özü rahib kimi nahar edir‖. 

AxĢam yeməyindən sonra o, yarım saata qədər madmazel Batistina və madam Maqluarla söhbət 

edərdi, sonra öz otağına girərək, gah ayrı-ayrı vərəqlər üzərində, gah da kitabların haĢiyələrində 

yazı yazmağa baĢlardı. Yepiskop çox oxumuĢ adam idi, hətta bir qədər də alim idi. Öləndən 

sonra yepiskopun beĢ, yaxud altı, olduqca maraqlı əlyazması qalmıĢdı. Bunların arasında 

müqəddəs kitabdan götürülmüĢ ―Ġbtidada ilahi ruh sular üzərində dolaĢardı‖ Ģeri haqqındakı 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə