Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə1/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
  1   2   3   4   5   6   7   8   9   ...   412


VĠKTOR HÜQO. 

 

 



SƏFĠLLƏR. 

 

 



BĠRĠNCĠ FƏSĠL. 

Cənab Miriel. 

 

1815-ci ildə ġarl-Fransua-B’envenü Miriel Din Ģəhərinin yepiskopu idi. Miriel yetmiĢ beĢ 



yaĢında bir qoca olub, 1806-cı ildən bəri Dində yepiskopluq taxtında əyləĢmiĢdi. 

Cənab Mirielin yeparxiyaya gəlməsi ilə doğan bütün dedi-qoduların danıĢacağımız əhvalat üçün 

heç bir cəhətdən əhəmiyyəti olmasa da, hər Ģeyi dürüst anlamaq üçün bunları qeyd etmək, bəlkə 

də, faydasız deyildir. Adamların yaydıqları Ģaiyələr həqiqət, yaxud yalan da olsa, hər halda, 

insanın həyatında, xüsusən, onun sonrakı taleyində, onun öz əməlləri qədər əhəmiyyətli rol 

oynayır. Cənab Miriel Eks də məhkəmə palatası müĢavirinin oğlu idi və, deməli, məhkəmə 

aristokratiyasına mənsub idi. Belə deyirdilər ki, onun atası öz vəzifəsini irsən oğluna vermək 

istədiyindən məhkəmə məmurları arasında çox yayılmıĢ olan bir adət üzrə onu çox tez, on 

səkkiz-iyirmi yaĢında ikən evləndirmiĢdi. Lakin Ģaiyələrə görə, ġarl Miriel evlənəndən sonra da 

bir çox dedi-qodulara səbəb olmuĢdu. O, boyu bir az qısa olsa da, təndürüst, zərif, çevik, zəkalı 

bir gənc idi, ömrünün birinci yarısını bütünlüklə kübar həyatına və eĢq macəralarına sərf etmiĢdi. 

Nəhayət, inqilab baĢlandı. Hadisələr sürətlə bir-birini təqib edirdi, məhkəmə məmurlarının 

seyrəlmiĢ, təqib edilən ailələrinin hərəsi bir yana qaçıb dağıldı. Miriel inqilabın hələ ilk 

günlərində Ġtaliyaya mühacirət etdi. Arvadı çoxdan bəri düçar olduğu döĢ xəstəliyindən orada 

öldü. UĢaqları yox idi. Bəs Mirielin sonrakı həyatı necə quruldu? Köhnə Fransa cəmiyyəti artıq 

süqut etmiĢdi. Mirielin öz ailəsi məhv olmuĢdu. 93-cü ildə ümidləri üzülən mühacirlərin 

nəzərində uzaqdan daha dəhĢətli görünən faciəli hadisələr baĢ vermiĢdi. Mirielin tərki-dünya 

etməsinə və yalqızlığa çəkilməsinə səbəb, bəlkə də, bunlar olmuĢdu? Yaxud, bəlkə də, eĢqbazlıq 

və əyləncələr içində ömür sürərkən o, varlığını qıran və maddi rifahını pozan ictimai sarsıntılar 

qarĢısında dayanmağa qadir insanın bəzən lap ürəyinə dəyib, onu yerlə yeksan edən gizli və 

dəhĢətli zərbələrdən birinə düçar olmuĢdu? Bu suallara heç kəs cavab verə bilməzdi: yalnız bu 

məlumdur ki, Miriel Ġtaliyadan qayıtdıqda artıq keĢiĢ idi. 

Cənab Miriel 1804-cü ildə Brinyolda məhəllə keĢiĢi olmuĢdu. O, artıq qocalmıĢdı və tək-tənha 

yaĢayırdı. 

Tacqoyma mərasimindən bir az əvvəl öz məhəlləsinə aid cüzi bir iĢ – bu iĢin nədən ibarət 

olduğunu indi təyin etmək artıq mümkün deyildi, – onu Parisə getməyə məcbur etmiĢdi. Öz 

məhəllə adamlarının xahiĢləri üçün müraciət etdiyi hökumət adamlarından biri də kardinal FeĢ 

idi. Bir dəfə imperator öz əmisini ziyarət etmək üçün gəldiyi zaman qəbul otağında gözləyən 

möhtərəm küre imperator həzrətləri ilə üz-üzə gəlmiĢdi. Napoleon qocanın onu maraqla 

nəzərdən keçirdiyini görüb, geri dönmüĢ və kəskin bir səslə soruĢmuĢdu: 

– Mərhəmətli insan, niyə mənə elə baxırsan? 

– Əlahəzrət, siz qarĢınızda mərhəmətli bir insanı görürsünüz, mən isə böyük bir insanı seyr 

edirəm. Hər birimiz bu tamaĢadan özü üçün müəyyən bir fayda ala bilər, – deyə Miriel cavab 

vermiĢdi. 

Ġmperator həmin axĢam kardinaldan bu keĢiĢin adını soruĢmuĢ, bir müddət sonra isə cənab 

Miriel özü belə gözləmədən Din Ģəhərinin yepiskopluğuna təyin olunduğunu eĢitmiĢdi. 

Lakin cənab Mirielin həyatının birinci yarısı haqqında söylənilənlərin nə dərəcədə doğru 

olduğunu heç kəs bilmirdi. Ġnqilabdan əvvəl Mirielin ailəsi o qədər də məĢhur deyildi. 

Cənab Miriel, boĢboğazları çox, ağıllı adamları az olan balaca bir Ģəhərə təzə köçmüĢ hər bir 

adamın düçar olduğu bir vəziyyətə düĢmüĢdü. O, yepiskop olmasına baxmayaraq, daha doğrusu, 

məhz yepiskop olduğu üçün bu qismətdən yaxasını qurtara bilməmiĢdi. Lakin onun adı ətrafında 



gedən danıĢıqlar Ģaiyə, dedi-qodu, boĢ söz və hətta cənubluların ifadəli dili ilə demiĢ olsaq, 

sadəcə, cəfəngiyatdan baĢqa bir Ģey deyildi. 

Hər halda, yepiskop Din Ģəhərində doqquz il qaldıqdan sonra ilk zamanlar balaca Ģəhəri və 

balaca adamları həmiĢə məĢğul edən bütün bu danıĢıqlar və dedi-qodular tamamilə unuduldu. 

Ġndi heç kəs onları təkrar etməyə, xatırlamağa cürət etməzdi. 

Cənab Miriel Din Ģəhərinə özündən on yaĢ kiçik olan bacısı, yaĢı ötmüĢ və hələ ərə getməmiĢ 

madmazel Batistina ilə birlikdə gəlmiĢdi. 

Onların yeganə qulluqçusu, madmazel Batistinanın yaĢıdı olan madam Maqluar, əvvəllər ―cənab 

kürenin xidmətçisi‖ ikən indi həm ―madmazel Batistinanın qulluqçusu‖, həm də ―yepiskop 

həzrətlərinin ev müdirəsi‖ olmuĢdu. 

Madmazel Batistina ucaboylu, solğun, arıq, mülayim bir adam idi, o, ―hörmətə layiq‖ sözlərinin 

təĢkil etdiyi idealı təcəssüm etdirirdi, çünki bizcə ―möhtərəm‖ adlanmaq üçün qadınlara ancaq 

analıq haqqı verə bilər. O, heç bir zaman gözəl olmamıĢdı, lakin bütün ömrü boyu yaxĢı iĢlər 

gördüyündən üzündə nə isə bir ağlıq, bir nur vardı, onun siması ―mərhəmət gözəlliyi‖ adlandırıla 

bilən bir gözəllik kəsb etmiĢdi. Gəncliyində arıq idisə, yaĢa dolduqda, bu arıqlıq, sanki, Ģəffaflığa 

çevrilmiĢdi və bu Ģəffaflıq içərisində, elə bil, mələk görünürdü, O bir bakirə, daha doğrusu, 

ruhun özü idi. O, elə bil, kölgədən toxunmuĢdu, cinsiyyətini bildirmək üçün lazım olan qədər 

cismi var idi, bir parça cism içində, sanki, bir nur parıldayırdı, iri gözləri daim yerə baxırdı, 

sanki, ruhu yer üzündə yaĢamaq üçün bəhanə axtarırdı. 

Madam Maqluar balacaboylu, ağsaçlı, dolğun, hətta ĢiĢman çalıĢqan bir qarı idi, daim hərəkətdə 

olduğundan həm də nəfəs darlığı xəstəliyinə mübtəla olduğundan həmiĢə tövĢüyürdü. 

Cənab Miriel Ģəhərə varid olduğu zaman onu imperatorun verdiyi dekret üzrə böyük ehtiramla 

yepiskop sarayına gətirdilər. Bu dekretə əsasən yepiskoplar rütbə və Ģöhrət etibarilə, general-

mayordan sonra birinci yeri tuturlar. Mer və məhkəmə sədri onu birinci olaraq ziyarət etdilər, 

generalın və prefektin yanına isə birinci olaraq Miriel özü getdi. 

Yepiskop öz vəzifəsinə baĢladıqda bütün Ģəhər yepiskopun iĢdə özünü necə göstərəcəyini 

gözləyirdi. 

 

 



ĠKĠNCĠ FƏSĠL. 

Cənab Miriel dönüb monsenyor B’envenü olur. 

 

Dindəki yepiskop sarayı xəstəxanaya bitiĢik idi. 



Bu, keçən əsrin əvvəllərində Paris darülfünunun ilahiyyat elmləri doktoru və 1712-ci ildə Din 

Ģəhərində yepiskop olmuĢ Simor abbatı monsenyor Anri Püje tərəfindən daĢdan tikilmiĢ gözəl və 

geniĢ bir bina idi. Bu bina, həqiqətən, bir knyaz sarayı idi. Burada hər Ģey: yepiskopun otaqları 

da, qonaq otaqları da, olduqca geniĢ və qədim Florensiya zövqündə tikilmiĢ rəsmi qəbul otaqları 

da, tağlı qalereyaları olan həyət də, gözəl ağaclar əkilmiĢ bağçalar da çox əzəmətli bir görünüĢə 

malik idi. AĢağı mərtəbədə yerləĢən və bağçaya baxan uzun və dəbdəbəli qalereyadakı yemək 

otağında monsenyor Anri Püje, 1714-cü il iyulun 29-da Ambren knyazı arxiyepiskop ġarl Brülar 

de Janlis, kapusin1 və Qras yepiskopu Antuan de Meqrin’i Fransanın böyük prioru Filipp de 

Vandom, abbat Sent-Onore de Leren, yepiskop Van baronu Fransua de Berton de Kril’on, 

hökmdar Qlandev yepiskopu Sezar de Sabran de Forkalk’e və bratori presviteri kralın saray 

vaizi, hökmdar Senez yepiskopu Jan Soanen üçün rəsmi ziyafət düzülmüĢdü. Bu yeddi 

möhtərəm zatın portreti yemək otağının divarlarını bəzəyirdi və əlamətdar 1714-cü il 29 iyul 

tarixi qızıl hərflərlə ağ mərmər lövhə üzərində yazılmıĢdı. 

Xəstəxana qarĢısında balaca bağçası olan ikimərtəbəli, alçaq, darısqal bir binada yerləĢmiĢdi. 

Yepiskop, gəldiyindən üç gün sonra xəstəxanaya baĢ çəkdi, sonra isə xəstəxana müdirindən 

xahiĢ etdi ki, onun yanına gəlsin. 

– Cənab müdir, bu saat xəstəxanada neçə xəstəniz vardır? – deyə ondan soruĢdu. 

– Ġyirmi altı, monsenyor. 

– Bəli, mənim hesabıma görə də o qədərdir, – deyə yepiskop təsdiq etdi. 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə