Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə16/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   12   13   14   15   16   17   18   19   ...   412

baĢlamıĢdı: bu iri, qara, iyrənc bir hörümçək idi. Madmazel Batistina, qardaĢının bu sözləri 

söylədiyini eĢitmiĢdi: ―Bədbəxt məxluq! Onun bunda təqsiri yoxdur‖. 

Nə üçün də bu uĢaqcasına səmimi, bəlkə də, ilahi mərhəmətin təzahürlərindən danıĢmayaq? 

UĢaqlığımı? Qoy belə olsun, ancaq bu cür ülvi bir uĢaqlıq Assizli Fransiskdə də, Mark Avrelidə 

də vardı. Bir dəfə yepiskop qarıĢqanı tapdalamamaq üçün kənara çəkilmiĢ və yıxılıb ayağı 

çıxmıĢdı. 

Bu pak adam belə bir həyat sürərdi. O, bəzən öz bağçasında yuxuya gedərdi və bundan artıq 

pərəstiĢ təlqin edən bir mənzərə təsəvvür etmək mümkün deyildi. 

Deyilənlərə inanılarsa, monsenyor Byenvenü gəncliyində, hətta yaĢa dolduğu zamanda coĢqun 

və bəlkə də, ehtiraslı bir adam olmuĢdu. Onun tükənməz mərhəməti, bəlkə də, təbiətdən gəlmə 

bir xüsusiyyətdən daha çox həyatın özündən onun qəlbinə keçən və tədricən orada kök salan 

dərin etiqadın nəticəsi idi, çünki su damcısının deĢdiyi qayada olduğu kimi, insanın da 

xarakterində dərin yarıqlar əmələ gələ bilər. Bu cür yarıqları doldurmaq mümkün deyil. 

1815-ci ildə – deyəsən, yuxarıda bu barədə demiĢdik – yepiskopun yetmiĢ beĢ yaĢı tamam 

olmuĢdu, lakin zahirən ona altmıĢdan yuxarı yaĢ vermək olmazdı. O, orta boylu idi, bir qədər 

kökəlməyə meyili vardı, bunun qabağını almaq üçün, yepiskop piyada çox gəzməyi sevərdi, 

yeriĢi möhkəm idi, belini həmiĢə dümdüz tutardı – lakin bu təfsilatdan biz heç bir nəticə 

çıxarmaq niyyətində deyilik: XVI Qriqori səksən yaĢında ikən belini dümdüz saxlardı və daim 

gülümsərdi, lakin bununla belə pis bir yepiskop idi. Monsenyor B’envenünün isə qara camaatın 

dili ilə desək, ―mötəbər görkəmi‖ vardı, lakin üzünün ifadəsi o qədər xoĢ və nəvaziĢli idi ki, bu 

mötəbərliyi‖ belə unutdurardu. 

O, söhbət etdiyi zaman yuxarıda söylədiyimiz və onun ən cazibədar xüsusiyyətlərindən birini 

təĢkil edən uĢaq Ģənliyi adamların özünü onun yanında yüngül və sərbəst hiss etməsinə kömək 

edirdi, sanki, onun bütün varlığından Ģənlik yağırdı. Üzünün qırmızılığı, gülümsəyərkən 

parıldayan çox yaxĢı qalmıĢ ağ diĢləri onun üzünə bir Ģənlik, bir məlahət verirdi; bunun 

sayəsində belə adam haqqında, gənc isə, ―nə yaxĢı oğlandır‖, qoca isə ―nə mərhəmətli qocadır‖ 

deyirlər. Yadımızdadır ki, Napoleona da o, belə bir təsir bağıĢlamıĢdı. Doğrudan da, ilk baxıĢda, 

xüsusən, onu ilk dəfə görən adam üçün o, mehriban adam idi – vəssalam. Ancaq siz onunla bir 

neçə saat söhbət etməli olsaydınız və onun dalğınlığını seyr etsəydiniz, görərdiniz ki, bu 

mehriban adam gözünüzün qarĢısında dəyiĢilərək getdikcə ciddiləĢir, onun saçlarının ağarması 

sayəsində əzəmətli görünən uca, sakit alnı dalğınlıqdan daha əzəmətli olurdu. Öz Ģəfəqini 

saçmaqda davam edən bu mehribanlıqda, sanki, yüksək bir ideal var idi, siz qəlbinizdə elə bir 

həyəcan hiss edirdiniz ki, sanki, gülümsəyən bir mələk qarĢınızda qanadlarını yavaĢ-yavaĢ 

açaraq öz təbəssümü ilə sizin üzərinizə daim iĢıq saçır. YavaĢ-yavaĢ bütün varlığınıza 

ifadəedilməz bir hörmət hissi hakim olurdu, qəlbinizə soxulurdu və siz hiss edirdiniz ki, 

qarĢınızdakı adam qüvvətli, dünyagörmüĢ və hər Ģeyi bağıĢlayan simalardan biridir, bu cür 

adamlarda fikir o qədər dərindir ki, o, mülayim olmaya bilməz. 

Beləliklə, onun həyatının bütün günləri ibadətlə, kilsə ayinləri ilə, sədəqə paylamaq, məyus 

qəlblərə təsəlli vermək, bağçada iĢləmək, qardaĢcasına mərhəmət, pəhrizkarlıq, qonaqpərəstlik, 

fədakarlıq, Allaha yalvarmaq, elm və zəhmətlə keçirdi. Yepiskopun günü, doğrudan da, xeyirxah 

fikirlər, iĢlər və sözlərlə dolu idi. Lakin axĢam yatmamıĢdan qabaq hər iki qadın öz otağına çıxıb 

getdiyi zaman, yağıĢ olduğu üçün vaxtını iki-üç saat öz bağçasında keçirə bilməsəydi, gününü 

tamam saymazdı. Sanki, yuxudan qabaq ulduzlu səmanın əzəmətli mənzərəsi qarĢısında fikrə 

dalmaq onun üçün bir adət olmuĢdu. Bəzən hətta gecəyarısı, qarılar yata bilmədikləri zaman, 

onun xiyabanlarda aramla gəzindiyini eĢidərdilər. Orada o, daxili aləminə dalmıĢ halda sakitcə 

dolaĢar, öz-özü ilə tənha qalaraq, qəlbinin aydınlığını göylərin aydınlığı ilə müqayisə edərdi. Bu 

zülmət içərisində görünən ulduzların gözə görünən cah-calalı ilə Tanrının gözə görünməyən cah-

calalından mütəəssir olan yepiskop qəlbini məchulluq aləmindən gələn fikirlərə açaraq dərin 

düĢüncələrə dalardı. Belə anlarda, gecə çiçəklərinin ətri səmaya doğru yüksələn dəqiqələrdə o 

qəlbən yüksələr, ulduzlu gecədə yandırılmıĢ çıraq kimi baĢdan ayağa qədər iĢıq saçdığı halda 

kainatın hər Ģeyə nüfuz edən nuraniliyi qarĢısında, sanki, vəcddən əriyər və qəlbində nələr baĢ 

verdiyini ola bilsin ki, özü də deyə bilməzdi; o, hiss edirdi ki, ondan nə isə ayrılır və ona nə isə 




nazil olur. Ruhun sonsuzluğu ilə kainatın sonsuzluğu arasında gedən əsrarəngiz mübadilə. O, 

böyük və haqq olan Allah haqqında, gələcəyin əbədiliyi – bu qəribə sirr haqqında, keçmiĢin 

əbədiliyi – daha qəribə sirr haqqında, sonsuzluğun bütün dərinliyi və ölçüyə gəlməyən 

müxtəlifliyi haqqında düĢünərdi. O, Tanrını öyrənmirdi, ona heyran olurdu. O, materiyaya forma 

verən, qüvvənin mövcud olduğunu aĢkara çıxaran, onu cana gətirən, vəhdətdə xüsusiyyət, 

məkanda tənasüb, sonsuzluqda dərinliyi yaradan və iĢıq vasitəsilə gözəllik doğuran atomların 

qəribə toqquĢmaları haqqında düĢünərdi. Bu toqquĢmalar – bağlanma və açılmaların əbədi dövr 

etməsidir, həyat və ölüm də buradan əmələ gəlir. 

O, tənək sarmaĢan çürük köĢkə söykənmiĢ oturacaqda oturar və meyvə ağaclarının sısqa əyri 

budaqları arasından ulduzlara baxardı. Ətrafı mərək və anbarlarla əhatə olunmuĢ bu bir çərək 

desyatin torpaq onun üçün əziz idi və onu tamamilə təmin edirdi. 

Çox az olan boĢ vaxtını gündüz bağçada çalıĢmağa və gecə ulduzları seyr etməyə sərf edən 

qocaya daha nə lazım idi? Məgər tavanı göylərdən olan bu dar çəpərli yer Allaha ibadət etmək və 

onun yaratdığının əzəməti qarĢısında heyran olmaq üçün kafi deyildimi? Doğrudan da, hər Ģey 

bundan ibarət deyildimi? Daha nə arzu etmək olardı? Gəzinti üçün balaca bir bağça, xəyalat üçün 

hüdudsuz bir aləm. Ayaqları altında əkilib, məhsulu toplanıla biləcək yer, baĢı üstündə 

düĢünüləcək səma. Yerdə bir qədər çiçək, göydə isə bütün ulduzlar. 

 

 



ON DÖRDÜNCÜ FƏSĠL. 

Onun düĢündükləri. 

 

Daha bir neçə söz. 



Bütün bu təfsilat, xüsusilə bizim zəmanəmizdə, indi dəbdə olan təbirləri iĢlətsək, belə fikir oyada 

bilər ki, Din Yepiskopu bir növ ―panteist‖ idi və əsrimizə xas olan subyektiv fəlsəfə 

nəzəriyyələrindən birinə tərəfdar idi – bunun onun xeyrinəmi və ya zərərinəmi olması əlahiddə 

bir məsələdir, – bu cür nəzəriyyələr bəzən tənha adamların qəlbində əmələ gələrək, müəyyən 

Ģəkil alır və inkiĢaf edir ki, sonra orada dinin yerini tutsun. Buna görə də biz bütün qətiyyətlə 

bildiririk ki, monsenyor Byenvenünü yaxından tanıyanlardan heç kəs onun barəsində belə bir 

fikrə gələ bilməzdi. Bu adamın bilik mənbəyi onun qəlbi idi, onun hikməti də qəlbindən saçılan 

nurla iĢıqlanırdı. 

Nəzəriyyəsizlik – və iĢin çoxluğu. DolaĢıq fəlsəfədə səhvlər gizlənir, yepiskopun bir zamanlar 

mücərrəd fikirlərin sirrinə dalmağa cürət etdiyini heç bir Ģey sübut etmirdi. Apostol cəsarətli ola 

bilər, yepiskop isə cürətli olmalıdır. Görünür, monsenyor B’envenü yalnız böyük və qorxmaz 

adamların həll edə biləcəyi bəzi məsələlərin çox dərinliyinə varmazdı. Sirrin qapısında 

müqəddəs bir dəhĢət yaĢayır: bu qorxunc qapılar sizin üzünüzə açıqdır, lakin onun yanından 

keçən yolçuya nə isə deyir ki, oraya girmək olmaz. Vay o adamın halına ki, oraya girmiĢ olsun! 

Mücərrədlik dünyasının hüdudsuz dərinliklərinə dalan dahilər dinin ehkamlarından yüksəyə 

qalxaraq, öz ideyalarını Tanrıya izah edirlər. Onların ibadəti cəsarətlə mübahisəyə çağırır, 

onların sitayiĢi sualdır. Bu dinin heç bir vasitəçisi yoxdur, onun sıldırım yamaclarına 

dırmaĢmağa cəhd edənlər təĢviĢ və məsuliyyət hissi duyurlar. 

Ġnsan təfəkkürünün hüdudu yoxdur. O, cəsarət edib, öz korluğunu da tədqiq edir və öyrənir, 

hətta, demək olar ki, o, öz parıltısı ilə, sanki, təbiətin özünü də kor edir. Bizi əhatə edən sirli 

aləm aldığını bizə qaytarır və çox ehtimal ki, seyr edənlərin özlərini də seyr edənlər var. Hər 

halda, yer üzündə insanlar var ki, (görəsən, onlar insandırlar?) uzaq xəyal üfüqlərində absolyut 

yüksəkliklərini aydınca görürlər, gözə görünməyən dağın qorxunc Ģəkli onların gözü qarĢısında 

dayanır. Monsenyor Byenvenü dahi deyildi, hətta Svedenborq və Paskal kimi böyük insanları 

ağılsızlığa yuvarladan bu təfəkkür zirvələri onu qorxuda bilərdi. ġübhəsiz, bu əzəmətli xəyallar 

da müəyyən dərəcədə mənəvi fayda verir, adamlar da məhz bu çətin yollarla ideal kamilliyinə 

yaxınlaĢırlar. Din yepiskopu ən qısa bir yol seçmiĢdi ki, o da Ġncil idi. 

O, öz geyimini Xızrın əbasına bənzətməyə çalıĢmırdı; o, baĢ verən hadisələrin dumanlı 

gələcəyinə iĢıq salmağa cəhd etmirdi, kiçik iĢlərin iĢıldayan qığılcımlarını vahid bir alova 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə