Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə412/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   404   405   406   407   408   409   410   411   412

Kozetta Jan Valjanın əllərini əlləri içinə alıb sıxdı, həyəcanla dedi: 

– Aman Allah! Sizin əlləriniz daha da soyumuĢdur! Siz kefsizsiniz? Ağrıyan yeriniz var? 

Jan Valjan: 

– Mənim? Yox, mən özümü çox yaxĢı hiss edirəm, – dedi. 

Ancaq... 

O susdu. 

– Ancaq nə? 

– Mən bu saat öləcəyəm. 

Kozetta ilə Marius diksindi. 

Marius çığırdı: 

– Öləcəksiniz? 

Jan Valjan: 

– Bəli, – dedi, – ancaq bunun heç bir mənası yoxdur. 

O ah çəkdi, gülümsədi, yenə danıĢmağa baĢladı: 

– Kozetta, sən indi danıĢırdın, yenə danıĢ. Deməli, o xırdaca quĢcuğaz öldü, danıĢ, sənin səsini 

eĢitmək istəyirəm. 

Marius, sanki, daĢa dönmüĢ halda qocaya baxırdı. 

Kozettanın qəlbindən ürək parçalayan bir fəryad qopdu: 

– Ata! Mənim atam! Siz yaĢayacaqsınız! Siz gərək yaĢayasınız! Mən istəyirəm ki, siz 

yaĢayasınız, eĢidirsinizmi? 

Jan Valjan baĢını qaldırıb pərəstiĢkarlıqla Kozettaya baxdı: 

– Ah, ölməyi qadağan elə. Kim bilir, bəlkə də, sənin sözünə qulaq asdım. Siz gələndə mən 

ölürdüm. Sizin gəlməyiniz bunun qabağını aldı, mənə elə gəldi ki, dirilirəm. 

Marius həyəcanla dedi: 

– Siz sağlam və qüvvətlisiniz! Yoxsa siz elə bilirsiniz ki, insanlar belə ölürlər, birdən? Sizin 

böyük dərdiniz vardı, bu dərd keçib getdi və daha qayıtmayacaq. Mən gərək sizdən üzr istəyəm, 

budur, diz çöküb sizdən üzr istəyirəm! Siz yaĢayacaqsınız, bizimlə yaĢayacaqsınız, uzun zaman 

yaĢayacaqsınız. Biz sizi özümüzlə aparacağıq. Mənim də, Kozettanın da bu gündən ancaq bir 

fikrimiz olacaq – sizin xoĢbəxtliyiniz! 

Kozetta göz yaĢını axıda-axıda dedi: 

– Budur, özünüz görürsünüz. Marius da deyir ki, siz ölməyəcəksiniz. 

Jan Valjan gülümsəyirdi. 

– Cənab Ponmersi, siz məni öz yanınıza aparsanız da, mən yenə əvvəlki adam olub 

qalmayacağammı? Biz düĢünən kimi Allah da düĢünmüĢdür, o öz qərarını dəyiĢmir; mən gərək 

gedəm. Ölüm – vəziyyətdən çıxmaq üçün ən yaxĢı yoldur. Bizə nə lazım olduğunu Allah bizdən 

yaxĢı bilir. Qoy cənab Ponmersi Kozetta ilə xoĢbəxt olsun, qoy gənclik aydın səhərlə birləĢsin, 

qoy yasəmənlə bülbüllər, mənim balalarım, sizə fərəh versin, qoy sizin həyatınız, çiçək açmıĢ 

çəmən kimi, günəĢlə dolu olsun, mən daha heç bir Ģeyə gərək deyiləm, mən ölməliyəm; belə 

lazımdır, bu yaxĢıdır. BaĢa düĢün, yaxĢı fikirləĢin, daha heç bir Ģey eləmək olmaz, mən hiss 

edirəm ki, hər Ģey bitmiĢdir. Bir saat bundan əvvəl mən özümdən getmiĢdim. Bu gecə dolçadakı 

suyun hamısını içmiĢəm. Sənin nə xoĢ təbiətli ərin var, Kozetta! Onunla bir yerdə olmaq, 

mənimlə bir yerdə olmaqdan sənin daha artıq xoĢuna gəlir. 

Qapının dalından səs gəldi. Həkim içəri girdi. 

Jan Valjan dedi: 

– XoĢ gördük, doktor. Budur mənim zavallı balalarım! 

Marius həkimə yaxınlaĢdı. Ona ancaq bircə kəlmə söz dedi: ―Cənab...‖ Lakin bu sözü deyiliĢində 

ifadə olunmamıĢ bir sual vardı. 

Həkim bu suala ancaq mənalı baxıĢla cavab verdi. 

Jan Valjan: 

– Bir Ģey bizim ürəyimizcə deyilsə, bu heç də Allahdan narazılıq eləməyə bizə haqq vermir, – 

dedi. 

Hamı susdu. Hamının qəlbində bir iztirab vardı. 




Jan Valjan Kozettaya sarı döndü. Ona elə diqqətlə baxdı ki, sanki, Kozettanın surətini əbədiyyətə 

aparmaq istəyirdi. Jan Valjan enməyə baĢladığı zülmətin elə bir dərinliyində idi ki, hələ 

Kozettanı görərkən ona valeh ola bilirdi. Sanki, Kozettanın iĢıq saçan zərif üzünün əksi onun 

solğun çöhrəsinə düĢmüĢdü. Qəbirin də öz sevinci var. 

Həkim onun nəbzini yoxladı. 

Sonra Kozetta ilə Mariusa baxdı: 

– Hə, o sizin fikrinizi çəkirdi! – Mariusun qulağına sarı əyilərək lap astadan dedi: 

– Çox gec gəlmisiniz. 

Jan Valjan gözünü bir anlığa Kozettadan çəkərək aydın nəzərlə Mariusa və həkimə baxdı. Güclə 

eĢidilən səslə pıçıldadı: 

– Ölməyin eybi yoxdur, yaĢamamaq dəhĢətdir. 

Birdən o yerindən qalxdı. Bədənə belə bir qüvvənin axıb gəlməsi çox vaxt canvermənin 

baĢlandığını göstərir. O, qəti addımlarla divara sarı getdi, ona kömək etmək istəyən Mariusla 

həkimi kənar edərək Ġsanın çarmıxa çəkilmiĢ, misdən düzəldilmiĢ xırdaca Ģəklini divardan 

götürdü, sağlam adam kimi sərbəst yeriyərək, gəlib yenə kresloda oturdu, Ġsanın Ģəklini stolun 

üstünə qoyub aydın səslə dedi: 

– Böyük müsibətkeĢ, bax, budur! 

Sonra onun çiyinləri aĢağı sallandı, ölüm Ģərabından məst olmuĢ kimi baĢı sinəsinə əyildi, o, 

əllərini dizləri üstə qoyaraq, dırnaqları ilə paltarını cırmaqlamağa baĢladı. 

Kozetta Jan Valjanın çiyinlərindən tutaraq ağlayır, onlar danıĢmaq istəyirdi, lakin danıĢa 

bilmirdi. Onun dərdli hönkürtüləri içərisindən ancaq bu sözləri eĢitmək olurdu: ―Ata! Bizi qoyub 

getmə! Biz sizi ona görə tapmadıq ki, yenə də itirək!‖ 

Canvermə, elə bil ki, ölən adamı dolanbac cığırlarla gah qabağa, gah geriyə, gah qəbirə yaxın, 

gah da həyata doğru aparır. O, sanki, kor kimi ölümə doğru hərəkət edir. 

Jan Valjan bu bayğınlıqdan sonra bir az özünə gəldi, baĢını silkələdi, – bununla, sanki, üzərinə 

enən kölgələri rədd etmək istəyirdi; onun Ģüuru yenə də aydınlaĢdı. Kozettanın qolunun ağzını 

azca qaldırıb öpdü. 

Marius çığırdı: 

– O cana gəlir! Doktor, o cana gəlir! 

Jan Valjan: – Siz ikiniz də çox mərhəmətlisiniz, – dedi. – Məni məyus eləyən nə idi – bunu sizə 

deyim. Cənab Ponmersi, məni məyus eləyən o idi ki, siz o pula toxunmaq istəmirdiniz. O pul, 

doğrudan da, sizin arvadınızdır. Mənim balalarım, bu saat mən bütün məsələni açıb sizə 

deyərəm, ancaq buna görə sizi görməyimə mən belə sevinirəm. Qara qaqatı Ġngiltərədən, ağ 

qaqatı Norveçdən gətirirlər. Bu barədə, bax, o kağızda yazmıĢam, onu oxuyarsınız. Mən 

qolbaqların döymə qarmaqlarını tökmə qarmaqlarla əvəz elədim. Bu daha qəĢəng, daha yaxĢı 

ucuz olur. Siz bilirsiniz bununla necə çox pul qazanmaq olar? deməli, Kozettanın sərvəti, 

doğrudan da, Kozettanın özünündür. Mən bu təfsilatı sizə deyirəm ki, siz sakit olasınız. 

Qapıçı arvad yuxarı qalxaraq yarıaçılmıĢ qapıdan içəri baxdı. Həkim ona çıxıb getməsini söyləsə 

də, bu, dərdə qalan qarıya gedərkən, ölən adama çığıra-çığıra bu sözləri deməsinə mane ola 

bilmədi: 

– KeĢiĢi çağırımmı? 

Jan Valjan: 

– Burada keĢiĢ var, – deyib barmağını yuxarı qaldırdı; o, sanki, baĢı üstündə kimi isə göstərir və 

onu ancaq özü görürdü. 

Həyatla bu ayrılıq çağında, bəlkə, keĢiĢ, doğrudan da, burada idi. 

Kozetta üsulluca onun dalına balıĢ qoydu. 

Jan Valjan yenə danıĢmağa baĢladı: 

– Cənab Ponmersi, sizi and verirəm, narahat olmayın. Bu altı yüz min frank, doğrudan da, 

Kozettanındır. Siz o pulu götürməsəydiniz, mənim bütün həyatım heç olub gedərdi! Biz ĢüĢədən 

bəzək Ģeyləri düzəltməkdə böyük məharət qazanmıĢdıq. Bunlar ―Berlin qaĢ-daĢı‖ deyilən bəzək 

Ģeyləri ilə rəqabət edə bilirdi. Heç onları almanların ĢüĢə muncuqları ilə yan-yana qoymaq 



olarmı? Bizimkinin bir qrosunun qiyməti cəmi üç frankdır, bir qrosda isə on iki düjün təraĢ 

edilmiĢ əla muncuq vardır. 

Əziz bir adamımız öləndə biz ona baxırıq, sanki, onu baxıĢımızla özümüzüə bənd etmək, tutub 

saxlamaq istəyirik. Kozetta ilə Marius bir-birinin əlindən tutaraq Jan Valjanın qabağında 

durmuĢdu: dərddən onların nitqi qurumuĢdu, ümidsizlik içində tir-tir əsir, ölümlə necə mübarizə 

edəcəklərini bilmirdilər. 

Jan Valjan get-gedə zəifləyirdi. Onun gözündə həyat iĢığı sönür, o get-gedə qüruba enirdi. Bir 

qayda ilə nəfəs ala bilmirdi, nəfəsi bəzən xırıldayaraq kəsilirdi. Əlini tərpətməyə çətinlik çəkirdi, 

qıçları taqətdən düĢürdü; lakin o zəiflədikcə, gücdən düĢdükcə, qəlbinin böyüklüyü üzündə daha 

aydın, daha bariz görünürdü. Axirət dünyasının ölgün iĢığı gözlərində əks olunurdu. 

Onun gülən üzü daha da solurdu. Həyat onun varlığında sönmüĢdü, lakin simasında baĢqa bir 

iĢıq parıldayırdı. Nəfəsi daha da zəifləyirdi, baxıĢları daha artıq durğunlaĢırdı. O indi, arxasında 

gözəgörünməz qanad olan bir ölü idi. 

Jan Valjan iĢarə ilə Kozettanı, sonra da Mariusu çağırdı. Görünür, onun həyatının son dəqiqələri 

çatmıĢdı. O, zəif səslə danıĢmağa baĢladı; bu səs, sanki, uzaqdan gəlirdi, elə bil ki, onların 

arasında bir divar yüksəlirdi. 

– Yaxın gəl, ikiniz də yaxın gəlin. Mən sizi çox sevirəm. Belə ölmək nə yaxĢıdır! Sən də məni 

sevirsən, mənim Kozettam. Mən bilirdim ki, sənin könlün həmiĢə mənə bağlıdır. Sən nə 

mehribansan, kürəyimin altına balıĢ qoydun! Sən mənim üçün ağlayacaqsan, eləmi? Ancaq çox 

ağlama. Mən istəmirəm ki, sən mənim üçün ürəkdən dərd çəkəsən. Siz gərək çox əylənəsiniz, 

mənim balalarım. Bir Ģey yadımdan çıxıb, sizə deməmiĢəm: mıxçasız toqqalar düzəldib satmaqla 

o biri Ģeylərdən daha çox pul qazanmaq olar. Qros, on iki düjün toqqa on franka baĢa gəlirdi, 

amma altmıĢ franka satılırdı. Bu, doğrudan da, faydalı bir iĢ idi. Buna görə də, cənab Ponmersi, o 

altı yüz min frankı qoy sizi təəccübləndirməsin. Bu, düz yolla qazanılmıĢ puldur. Siz təmiz 

vicdanla dövlətli ola bilərsiniz. Sizin gərək karetanız olsun, siz gərək teatrda hərdənbir loja 

tutasınız, sənə qəĢəng ziyafət paltarı lazımdır, mənim Kozettam, siz gərək öz dostlarınızı ləzzətli 

nahara qonaq eləyəsiniz, xoĢbəxt yaĢayasınız. Mən indicə bu barədə Kozettaya yazmıĢdım. O, 

mənim məktubumu tapar. Buxarının üstündə iki Ģamdan var, onları da Kozettaya verirəm. Onlar 

gümüĢdəndir, amma mənim üçün saf qızıldandır, brilyantdandır; onlara adi Ģam qoyulanda onlar 

mehram Ģamına çevrilir. Bilmirəm, onları mənə verən adam orada məndən razıdırmı. Mən 

əlimdən gələnin hamısını eləmiĢəm. Mənim balalarım, mən yoxsulam, bunu yaddan çıxartmayın, 

məni kənar yerdə basdırın, qəbrimin də üstünə bir daĢ qoyun ki, yerim məlum olsun. Mən belə 

istəyirəm. DaĢın üstünə ad yazdırmayın. Kozetta hərdən mənim üstümə gəlmək istəsə, mən 

bundan xoĢhal olaram. Bu sizə də aiddir, cənab Ponmersi. Mən bir Ģeyi etiraf etməliyəm: elə 

vaxtlar olub ki, mənim sizdən xoĢum gəlməyib, bunun üçün bağıĢlayın. Ġndi Kozetta ilə siz 

mənim üçün birsiniz. Mən sizə çox minnətdaram. Hiss edirəm ki, siz bilsəydiniz ki, onun zərif, 

al yanaqları məni necə sevindirirdi. Bu yanaqlar azca solsaydı, əhvalım pozulardı. Kamodun 

siyirtməsində beĢ yüz franklıq bir bilet var. Mən ona dəyməmiĢəm. Bu, yoxsullar üçündür. 

Kozetta, sən öz xırdaca donunu orada, yatağın üstündə görürsənmi? Onu tanıyırsanmı? O 

vaxtdan ancaq on il keçmiĢdir. Vaxt nə tez gəlib keçir! Biz necə xoĢbəxt idik! Hər Ģey qurtardı, 

Ağlamayın, uĢaqlar, mən çox da uzağa getmirəm, mən oradan sizi görəcəyəm. Gecələr siz 

qaranlığa baxsanız, görəcəksiniz ki, mən sizə baxıb gülümsəyirəm. Kozetta, Monfermeyl sənin 

yadındadırmı? Sən meĢədə idin, özün də çox qorxurdun. Yadındadırmı, mən vedrənin qulpundan 

qaldırdım, onda mənim əlim ilk dəfə sənin o müsibətlər görmüĢ xırdaca əlinə toxundu. Sənin əlin 

elə soyuqdu! Ah, xanım, onda sizin o xırdaca əlləriniz necə qırmızı idi, amma indi gör necə 

ağdır! O iri kukla da yadındadırmı? Sən ona Katerina deyirdin. Sən onu monastıra apara 

bilmədiyinə çox təəssüf elədin. Sən məni necə tez-tez güldürərdin, mənim əziz mələyim! 

YağıĢdan sonra suya çöp atardın, sonra da onun üzüb getdiyinə baxardın. Bir gün sənə söyüd 

çubuğundan bir fiĢəng, bir də sarı, göy, yaĢıl lələkli bir volan bağıĢladım. Bu, yəqin, sənin 

yadından çıxıb. Sən xırdaca, oynaq, Ģux bir qız idin! Oynamaqdan xoĢun gələrdi. Qulaqlarından 

albalı asardın. Bunların hamısı keçib getdi. Xırdaca qızımla keçdiyim meĢə də, altında gəzdiyim 

ağaclar da, gizləndiyimiz monastır da, oyunlar da, Ģən və uĢaq gülüĢləri də bir xəyal oldu. Amma 




mən elə bilirdim ki, bunlar hamısı mənimdir. Mənim səfehliyim də bunda imiĢ! Tenardyegil pis 

adamlardı. Onları əfv etmək lazımdır. Kozetta, ananın adını sənə demək vaxtı gəlib çatmıĢdır. 

Onun adı Fantina idi. Bu adı yadında saxla! Fantina! Nə vaxt onun adını çəksən, diz çök. O, çox 

əzab çəkmiĢdir. O, səni çox istəyirdi. Sən xoĢbəxt olduğun qədər o bədbəxt idi. Allahın təqdiri 

belə imiĢ. Allah göydədir, ulduzlar arasındadır, o bizim hamımızı görür, nə etdiyimizi bilir. Bəli, 

mənim balalarım, mən gedirəm. HəmiĢə bir-birinizi sevin. Bir-birinizi sevin – dünyada bundan 

ülvi Ģey yoxdur. Burada ölən zavallı qocanı da arabir xatırlayın. Ah, mənim Kozettam, ağlama, 

bu qədər vaxt səni görə bilmədiyimə mən müqəssir deyiləm; bu, mənim qəlbimi parçalayırdı; 

mən ancaq küçənin tininə qədər gedə bilirdim; adamlar, yəqin, məni səfeh hesab eləyirdilər; mən 

dəliyə oxĢayırdım; hətta bir gün evdən Ģapkasız çıxmıĢdım. Mənim balalarım, mən yavaĢ-yavaĢ 

pis görürəm. Mən gərək sizə daha çox Ģeylər söyləyəydim, ancaq nə fərqi var. Hərdən məni yada 

salın. Allah sizi öz pənahında saxlasın. Bilmirəm mənə nə oldu, mən iĢıq görürəm. Yaxın gəlin. 

Mən xoĢbəxt ölürəm. Əzizlərim, mənim istəkli balalarım, gəlin əllərimi sizin baĢınıza qoyum. 

Kozetta ilə Marius böyük müsibət içində, göz yaĢından boğula-boğula dizləri üstə düĢüb, onun 

əllərindən öpdülər. Lakin bu müqəddəs əllər daha tərpənmirdi. 

Jan Valjan kreslonun arxasına söykənmiĢdi, iki Ģamdan onun üzünə iĢıq saçırdı, onun solğun üzü 

göyə baxırdı. Kozetta ilə Marius onun əllərini dönə-dönə öpürdü, o buna mane olmurdu; o 

ölmüĢdü. 

Ulduzsuz, qaranlıq bir gecə idi, göz-gözü görmürdü. Yəqin ki, bu zülmət içində bir mələk 

qanadlarını açaraq uçan ruhu qəbul etməyə hazır durmuĢdu. 

 

 

ALTINCI FƏSĠL. 



 

Ot basır, yağıĢ yuyur. 

 

Pyer-LaĢev qəbiristanlığında, ümumi qəbirlərdən bir az kənarda, bu sərdabələr Ģəhərinin bəzəkli 



məhəlləsindən qıraqda, ölümün pis dəblərini əbədiyyət qarĢısında göstərən əcaib qəbir 

abidələrindən uzaqda, tənha bir yerdə, köhnə divar dibində, hündür qaraçöhrə ağacının altında 

sarmaĢıq sarınmıĢ, ətrafında alaq və mamır bitmir bir daĢ vardır.  

Zaman bu daĢa da, o biri daĢlar kimi, öz təsirini göstərmiĢdi: onun üstünü yosun və quĢ peyini 

basmıĢdır.  

O, yağıĢdan göyərmiĢdir, hava onu qaraltmıĢdır. Onun yan-yörəsində bircə cığır da yoxdur; heç 

kəs bu tərəfə gəlmək istəmir, çünki burada ot hündürdür, adamın ayağını islada bilər. Ancaq gün 

çıxanda bura kərtənkələlər yığıĢır. Ətrafda yabanı yulaf xıĢıldayır. Yaz gələndə ağacda birəbittən 

quĢları oxuyur. 

Bu, çılpaq bir daĢdır. Onu qəbirə görə yonub düzəlmiĢlər; ancaq bir Ģeyə çalıĢmıĢlar ki, daĢın 

lazımi qədər uzunluğu və eni olsun, qəbirdəki adamın üstünü örtə bilsin. 

Onun üstündə ad yoxdur. 

Ancaq bir çox illər bundan əvvəl kim isə daĢın üstündə dörd misra Ģeir yazmıĢdır; yağan 

yağıĢlar, toz-torpaq bu Ģeir parçasını görünməz etmiĢ, yəqin ki, indi o tamam silinib getmiĢdir: 

 

O yatır... QovmuĢsa da, tale qəddarcasına. 



YaĢamıĢ... AtmıĢsa da, mələk qəm dəryasına. 

Öldü. Vaxtı çatanda əcəl apardı onu. 

Necə ki axĢam çökür, yetir gündüzün sonu. 

 

 



 

Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   404   405   406   407   408   409   410   411   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə