Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə4/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   2   3   4   5   6   7   8   9   ...   412

Yeri gəldikdə o, zarafat etməyi sevərdi, ancaq onun yüngül istehzasında həmiĢə ciddi bir məna 

gizlənərdi. Bir dəfə pəhriz günlərinə Dinə gənc bir vikari gəlmiĢ və böyük kilsədə moizə etmiĢdi. 

O, yaxĢı bir natiq idi. Moizəsi mərhəmət məsələsinə həsr edilmiĢdi. Gənc vikari varlıları, 

qorxunc boyalarla təsvir etdiyi cəhənnəmdən yaxa qurtarmaq və gözəl, fərəhli Ģəkildə təsvir 

etdiyi cənnətə layiq olmaq üçün, yoxsullara yardım etməyə çağırırdı. Onu dinləyənlər arasında 

ticarət iĢlərindən uzaqlaĢmıĢ, lakin bəzən sələmçiliklə məĢğul olan cənab Jeboran adında zəngin 

bir alverçi vardı: o, qalın mahud, cürbəcür astarlıq parça və fəs hazırlamaqla iki milyon frank pul 

qazanmıĢdı. Jeboran ömründə bir dəfə də olsun dilənçiyə sədəqə verməmiĢdi. Bu moizədən 

sonra isə hər bazar günü kilsənin qapısında duran bir neçə qoca dilənçi qadına onun bir sual 

verdiyini görmüĢdülər. Bu sədəqə altı dilənçinin payına düĢürdü. Bir gün yepiskop onun sədəqə 

verdiyini görüb gülümsəyərək, hamısına dedi: ―Bax, cənab Jeboran bir su qiymətinə cənnəti satın 

alır!‖. 


Məsələ sədəqəyə gəldikdə, yepiskop rədd cavabından belə ruhdan düĢməzdi və bu kimi hallarda 

çox zaman elə sözlər tapardı ki, adamları fikirləĢməyə məcbur edərdi. Bir dəfə o, Ģəhər 

salonlarının birində yoxsullar üçün sədəqə toplayırdı, qonaqlar arasında markiz de ġantersye adlı 

zəngin və xəsis bir qoca da vardı. O, eyni zamanda həm ultraroyalist, həm də ultravolterçi idi, – 

o zaman belə hallar olurdu. Yepiskop markizə yanaĢaraq əlini onun çiyninə qoyub demiĢdi: 

―Cənab markiz, siz mənə bir Ģey verməlisiniz‖. Markiz üzünü ona çevirib quru cavab vermiĢdi: 

―Monsenyor, mənim öz yoxsullarım vardır‖. – Yepiskop isə: ―Onları mənə verin‖ – demiĢdi. 

Bir gün yepiskop böyük kilsədə belə bir moizə elədi: ―Əziz qardaĢlarım! Mehriban dostlarım! 

Fransada bir milyon üç yüz iyirmi min üç deĢikli, yəni iki pəncərəli və bir qapılı, bir milyon 

səkkiz yüz on yeddi min – iki deĢikli, yəni bir qapı ilə bir pəncərəli kəndli evi, nəhayət, üç yüz 

qırx altı min də birdeĢikli – birqapılı daxma vardır. Bunun səbəbi pəncərə və qapı vergisi deyilən 

Ģeydir. Bu evlərə yoxsul ailələrini, qarıları, kiçikyaĢlı uĢaqları köçürün, onda görərsiniz ki, isitmə 

xəstəliyi də, baĢqa xəstəliklər də belə yerlərdən törəyir! Heyhat! Allah insanlara yaĢamaq üçün 

hava vermiĢdir, qanun isə Allahın verdiyi havanı satır. Mən qanunu pisləmək istəmirəm, ―mən 

Allaha Ģükür və səna edirəm! Ġzerdə, Varda, Yuxarı və AĢağı Alp dağlarında kəndlilərin əl 

arabası belə yoxdur, onlar peyini dallarında daĢıyırlar: onlarda Ģam da yoxdur, qatranlı talaĢa və 

qatrana salınmıĢ ip yandırırlar. Yuxarı Dofine tərəflərindəki kəndlərdə bu bir adətdir. Kəndlilər 

altı ayda bir dəfə çörək biĢirirlər, yanacaq əvəzinə quru mal təzəyi iĢlədirlər. QıĢda həmin çörəyi 

balta ilə doğrayaraq, bütün günü suda isladırlar ki, yemək mümkün olsun. QardaĢlar, mərhəmət 

edin, bir görün ətrafınızdakı insanlar nə qədər əzab və əziyyət çəkirlər!‖. 

Yepiskop Provansda anadan olduğundan, bütün Cənubi Fransa Ģivələrini mənimsəmiĢdi və yeri 

gəldikcə AĢağı Langedok, AĢağı Alp və Yuxarı Dofine ifadələrini iĢlədirdi. Bu isə sadə 

kəndlilərə olduqca xoĢ gəlir və onun sözlərinin daha çox təsir etməsinə və ürəklərə yol açmasına 

səbəb olurdu. Daxmalar və dağlar onun öz evi kimi idi. O, ən yüksək fikirləri ən adi, xalqın 

anladığı bir dildə ifadə edə bilir, bütün Ģivələri bildiyi üçün, bütün ürəklərə yol tapırdı. 

Bunu da qeyd etmək lazımdır ki, o, istər zadəganlarla, istərsə də sadə adamlarla bir cür rəftar 

edərdi. 

O, vəziyyəti dərindən öyrənmədən heç kəsi təqsirləndirməzdı. O, deyərdi: ―Günahın keçdiyi yolu 

nəzərdən keçirək!‖. 

―KeçmiĢ günahkar‖ – o gülümsünərək özünü belə adlandırırdı. Çox sərtlik etməzdi, qəzəbli 

möminlər kimi qaĢlarını çatmadan öz fikirlərini tamamilə açıq təbliğ edərdi. Onun təlimini 

qısaca olaraq, təxminən, bu surətdə ifadə etmək olar: 

―Ġnsanın cismi vardır, bu cisim eyni zamanda onun üçün həm ağır bir yük, həm də vəsvəsədir. O, 

bu cismi sürüyür və ona tabe olur. 

O, öz cisminə ciddi fikir verməli, cilovunu çəkməli, susdurmalı və yalnız əlacsız qaldıqda ona 

tabe olmalıdır. Bu itaətkarlıqda da günah gizlənə bilər, lakin bu cür günah bağıĢlanacaq bir 

günahdır. Bu, yıxılmaqdır, ancaq dizi üstə yıxılmaqdır və ibadətlə qurtara bilər. 

Müqəddəs olmaq – müstəsna bir Ģeydir; ədalətli olmaq isə qaydadır. Yolunuzdan çıxın, yıxılın, 

günah iĢ görün, ancaq ədalətli olun. 



Mümkün qədər az günah etmək – insan üçün qanun budur. Heç günah etməmək mələklərin 

arzusudur. Yer üzündə nə varsa günaha tabedir. Günah cazibə qüvvəsinə malikdir‖. 

Bir məsələ üstündə hamı ucadan qıĢqırmağa və öz qəzəbini bildirməyə baĢladığı zaman yepiskop 

gülümsəyərək deyərdi: ―Oho! Yəqin, burada söhbət hamının iĢlədiyi böyük bir günah haqqında 

gedir. Buna görə vicdanı təmiz olmayanlar qorxmuĢlar və Ģübhəni özlərindən rədd etməyə 

tələsirlər‖. 

O, insan cəmiyyətinin ağır yükünü daĢıyan arvadlara və yoxsullara qarĢı çox mərhəmətli idi. O 

deyirdi ki, ―Arvadların, uĢaqların, nökərlərin, zəiflərin, yoxsulların və cahillərin xəta etməsində 

ərlər, atalar, ağalar, güclülər, varlılar və alimlər müqəssirdir‖. 

O, həmçinin deyərdi ki, ―Cahillərə bacardığınızı öyrədin, onlara pulsuz təhsil verməməkdə 

cəmiyyətin özü müqəssirdir, cəmiyyət yaydığı cəhalət üçün məsuldur. Qaranlıq içində olan 

qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır‖. 

Göründüyü kimi, müxtəlif Ģeylər haqqında o, qəribə və xüsusi bir tərzdə mühakimə yürüdərdi. 

Mən belə zənn edirəm ki, o, bu fikirləri Ġncildən iqtibas etmiĢdi. 

Bir dəfə o, istintaqı gedən və yaxın zamanda məhkəməsi təyin ediləcək bir cinayət iĢindən xəbər 

tutdu. Bədbəxt bir adam, bir qadını və o qadından olan uĢağını çox sevdiyindən, tamamilə pulsuz 

qaldığı zaman saxta pul kəsməyə baĢlayır. O zamanlar saxta pul kəsmək üçün ölüm cəzası 

verilirdi. Həmin qadın, sevgilisinin kəsdiyi birinci saxta pulu iĢə vermək istərkən tutulur. Onu 

həbs edirlər, lakin təkcə onun özünün təqsirini təsdiq edəcək sübutlar vardı. Yalnız o, öz etirafı 

ilə sevgilisini ələ verə bilər və məhv edə bilərdi. Qadın onun müqəssir olduğunu inkar edir. 

Ġstintaq davam edir. Qadın inadla susur. Bu zaman kral prokurorunun ağlına belə bir hiylə gəlir: 

o, qadının sevgilisinə böhtan ataraq, onu xəyanətdə təqsirləndirir və onun yazmıĢ olduğu 

məktublardan məharətlə seçdiyi parçaların köməyi ilə bu bədbəxt qadını inandırır ki, həmin 

adam onu aldatmıĢdır və baĢqasını sevir. Qadın qısqanclıqdan ağlını itirərək, sevgilisini ifĢa edir. 

Hər Ģeyi boynuna alıb təsdiq edir. KiĢi labüd məhv olacaq idi. Yaxın zamanda onu bu qadınla 

Eksdə mühakimə edəcəkdilər. Bu barədə hamı danıĢırdı və hamı prokurorun məharətinə heyran 

qalırdı. O, qısqanclığı iĢə salaraq, qəzəbdən həqiqət, intiqamdan isə ədalət doğurmuĢdu. 

Yepiskop bunları sükutla dinləmiĢ, sonra isə soruĢmuĢdu: 

– Bu kiĢini və bu qadını harada mühakimə edəcəklər? 

– Cinayət məhkəməsində, – cavabını aldıqda isə: 

– Kral prokurorunu harada mühakimə edəcəklər? – demiĢdi. 

Din Ģəhərində faciəli bir hadisə baĢ vermiĢdi. Bir nəfər adam öldürdüyü üçün, ölüm cəzasına 

məhkum edilmiĢdi. Bu yazıq nə çox oxumuĢ, nə də tamamilə cahil deyildi. Yarmarkada 

hoqqabazlıq və mirzəlik edərdi. Bütün Ģəhər əhli məhkəmə prosesini böyük maraqla izləyirdi. 

Edamdan bir gün əvvəl həbsxana keĢiĢi xəstələnir. Dustağın ömrünün son dəqiqələrində onun 

yanında olmaq üçün baĢqa bir keĢiĢ tapmaq lazım gəlir. Məhəllə keĢiĢinə müraciət edirlər. Lakin 

keĢiĢ rədd edir və deyir: ―Bunun mənə dəxli yoxdur, mənim bu ayinlə və bu kəndirbazla nə iĢim 

var? Mən də xəstəyəm. Bir də ki, ora ümumiyyətlə, mənim yerim deyil‖. Bu cavabı yepiskopa 

xəbər verirlər. O, ―Cənab küre haqlıdır, – deyir. – Bu yer onun deyil, mənimdir‖. 

O, dərhal həbsxanaya gedib kəndirbazın salındığı kameraya daxil olur, onu adı ilə səsləyir, 

əlindən tutub söhbət etməyə baĢlayır. O, yeməyini, yatmağını unudub, bütün günü həbsxanada 

məhkumun ruhu üçün Allaha ibadət etməklə və onu da ibadətə təĢviq etməklə keçirir. O, dustağa 

ən böyük və eyni zamanda ən sadə həqiqətlərdən danıĢır. O bu dustağın ağası, qardaĢı, dostu və – 

yalnız ona xeyir-dua vermək üçün – onun yepiskopu olur. O, dustağa təsəlli və ürək verməklə 

onun qəlbini iĢıqlandırır. Bu adam müsibətlə ölməli idi, ölüm onun təsəvvüründə bir uçurum idi. 

O bu uçurumun kənarında titrəyərək dayanmıĢdı və dəhĢətindən geri çəkilirdi. O, tamamilə 

laqeyd olacaq dərəcədə cahil deyildi. Ölüm hökmü onu çox bərk sarsıtmıĢ və sanki, bizi kainatın 

sirrindən ayıran və bizim həyat adlandırdığımız səddi yarmıĢdı. O bu məĢum yarıqlardan bu 

dünyanın hüdudu xaricində olan Ģeyləri görmək üçün daim baxır və orada yalnız zülmət görürdü. 

Yepiskop iĢıq görməkdə ona kömək etdi. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə