Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə7/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   2   3   4   5   6   7   8   9   10   ...   412

çevrilməmiĢdən əvvəl Ģəhər əhalisinin yığıncaq yeri imiĢ. Bu rəsmlər də o vaxtdan divarlarda 

qalıbmıĢ. Otaqların döĢəməsi qırmızı kərpicdən idi və hər həftə yuyulurdu, çarpayıların 

qarĢısında yerə həsir döĢənmiĢdi. Ümumiyyətlə, demək lazımdır ki, bu iki qadın bütün evi 

olduqca təmiz saxlayırdı. Təmizlik yepiskopun yol verdiyi yeganə zinət idi. O deyərdi: 

―Təmizliyin yoxsullara ziyanı yoxdur‖. 

Lakin etiraf etmək lazımdır ki, yepiskopun əvvəlki sərvətindən altı gümüĢ xörək dəsti, bir də 

xörək çəkən gümüĢ qaĢıq qalmıĢdı; madam Maqluar bunların hər dəfə qaba kətan süfrə üzərində 

parladığını gördükcə, fərəhlənirdi. Biz Din yepiskopunu həqiqətdə olduğu kimi təsvir etdiyimiz 

üçün bunu da gizlətməməliyik ki, o tez-tez: ―GümüĢ qaĢıq və gümüĢ çəngəllə yemək adətindən 

mən asanlıqla əl çəkə bilməzdim‖, – deyərdi. 

Bu gümüĢ qablardan baĢqa, yepiskopun iki böyük gümüĢ Ģamdanı da vardı ki, nənəsindən ona 

miras qalmıĢdı. Mum Ģam keçirilmiĢ bu Ģamdanlar yepiskopun yataq otağında, buxarının üstündə 

olardı. Evdə qonaq olanda isə madam Maqluar Ģamdanları yandırıb masanın üstünə qoyardı. 

Yenə orada, yepiskopun yataq otağında, onun çarpayısının baĢ tərəfində kiçik bir divar Ģkafı 

asılmıĢdı; madam Maqluar hər axĢam altı gümüĢ xörək dəstini və xörək çəkən qaĢığı oraya 

qoyardı. Qeyd etmək lazımdır ki, Ģkafın açarı həmiĢə üstündə olardı. 

Yuxarıda dediyimiz biçimsiz tikintilərdən görkəmi bir qədər pozulan bağda dörd xiyaban vardı; 

bu xiyabanlar bağın ortasında olan çirkab quyusunun yanından xaç Ģəklində ayrılırdı. Bağı əhatə 

edən ağ hasar boyunca da bir xiyaban keçirdi. Xiyabanların arasındakı dörd kvadratın ətrafında 

ĢümĢad ağacları əkilmiĢdi. Bu kvadratların üçündə madam Maqluar tərəvəz əkərdi, 

dördüncüsündə isə yepiskop çiçəklik düzəltmiĢdi. Bağda bir neçə meyvə ağacı da vardı. Bir dəfə 

madam Maqluar zarafatyana demiĢdi: ―Monsenyor, siz istəyirsiniz ki, hər Ģey fayda versin, 

ancaq bağın bu hissəsi heç bir fayda vermir. Burada çiçək əvəzində kahı əkilsə idi, daha yaxĢı 

olardı‖. Yepiskop ―Yanılırsınız, madam Maqluar, – demiĢdi. – Gözəllik də faydalılar qədər 

faydalıdır‖ Bir qədər susduqdan sonra isə əlavə etmiĢdi: ―Bəlkə, daha faydalıdır‖. 

Üç və ya dörd ləkə bölünmüĢ bu bir parça yer yepiskopu kitablarından az məĢğul etmirdi. O, 

həvəslə burada bir-iki saat vaxt keçirər, bitkilərin ucunu vurar, alaq otlarını çıxarar, yer qazar, 

toxum əkərdi. Lakin həĢərata qarĢı həqiqi bağbanlar qədər düĢmənçilik etməzdi. Bunu da qeyd 

etmək lazımdır ki, o, özünü heç də bitkiçi hesab etmirdi. Onun təsnifatdan və solidizmdən baĢı 

çıxmaz, Turneforla təbii üsul arasında heç bir fərq qoymaz, kisəli bitkiləri ləpəlilərdən üstün 

tutmaz, nə Jüsəyenin lehinə, nə də Linneyin əleyhinə danıĢmazdı. O, bitkiləri öyrənməzdi, 

sadəcə olaraq çiçəkləri sevirdi. Alimlərə qarĢı dərin bir hörmət bəsləyər, lakin heç bir Ģey 

bilməyənlərə daha artıq ehtiram edər və onlara da, bunlara da hörmətində davam edərək hər yay 

axĢamı yaĢıl tənəkə suçiləyəni ilə öz ləklərini sulayardı. 

Evin qapılarının heç biri açarla bağlanmırdı. Yemək otağının birbaĢ kilsə meydanına çıxan qapısı 

vaxtilə bir zindan qapısı kimi sürməli və kilidli idi. Yepiskop gələn kimi bu sürmələri və kilidləri 

çıxarmağı əmr etdiyindən, bu qapı gecə-gündüz yalnız sürgü ilə bağlanardı. Hər bir yolçu gecə-

gündüz istədiyi vaxt bu qapını sadəcə itələməklə aça bilərdi. Qapının belə açıq qalması əvvəllər 

hər iki qadını çox narahat edərdi, lakin Din yepiskopu onlara: ―Siz istəyirsinizsə, öz otaqlarınıza 

sürmə düzəltdirin‖, – demiĢdi. Nəticədə yepiskopun arxayınlığı onlara keçmiĢdi, hər halda, onlar 

da özlərini elə göstərməyə çalıĢırdılar. Yalnız madam Maqluarın ürəyinə bəzən qorxu düĢərdi. 

Yepiskopa gəldikdə isə, onun bu xüsusdakı fikrini Tövratın bir səhifəsi kənarında yazmıĢ olduğu 

bu üç sətir izah və ya Ģərh edir: ―Burada çətinliklə gözə çarpan bir nöqtə var: həkimin qapısı heç 

bir zaman bağlı olmamalı, keĢiĢin qapısı da daim açıq olmalıdır‖. 

―Tibb elminin fəlsəfəsi‖ adlı baĢqa bir kitabda da yepiskop belə bir qeyd etmiĢdi: ―Mən də onlar 

kimi həkim deyiləmmi? Mənim də xəstələrim var: əvvələn, onların xəstə adlandırdıqları adamlar, 

ikincisi, mənim bədbəxt adlandırdığım adamlar‖... 

Kitabın baĢqa bir yerində də belə yazılmıĢdı: ―Sizdən sığınacaq istəyən adamın adını 

soruĢmayın. Məhz öz adını gizlədən adamın sığınacağa xüsusi ehtiyacı vardır‖. 

Bir dəfə hörmətli bir küre, – onun Kulubru küresi, yaxud Pompyeri küresi olduğu yadımda deyil, 

– madam Maqluarın xahiĢinə görə monsenyor Byenvenüdən soruĢmuĢdu ki, monsenyor gecə və 

gündüz qapını içəri girmək istəyən hər adamın üzünə açıq qoymaqla bir qədər ehtiyatsızlıq 




etmədiyinə tamamilə əmindirmi? Bu qədər pis mühafizə edilən evdə bir bədbəxtlik üz verə 

biləcəyindən qorxmurmu? Yepiskop bu sualı verən keĢiĢin çiyninə toxunub, mülayim, lakin 

ciddi bir tərzdə demiĢdi: ―Nisi Dominus custodierit domum, in vamum vigilant qui custodiunt 

eam1‖. Bu sözdən sonra monsenyor söhbəti dəyiĢib, baĢqa məsələlərə keçmiĢdi. 

O, tez-tez təkrar edirdi: ―KeĢiĢ də draqun2 polkovniki qədər cəsarətli olmalıdır. Ancaq Sizdəki 

cəsarət sakit cəsarət olmalıdır‖. 

 

 

YEDDĠNCĠ FƏSĠL. 



Kravat. 

 

Burada bir hadisəni də xatırlatmağın yeridir, onun üstündən keçmək olmaz, çünki Din Ģəhəri 



yepiskopunun necə bir adam olduğunu bu cür hadisələr daha yaxĢı göstərir. 

Oliula dərələrini tamamilə var-yoxdan çıxarmıĢ Qaspar Benin quldur dəstəsi məhv edildikdən 

sonra, onun ən yaxın köməkçilərindən biri olan Kravat dağlara qaçmıĢdı. O bir müddət Qaspar 

Benin dəstəsindən qalmıĢ bir neçə yoldaĢı ilə Nitsa qraflığında gizlənmiĢ, sonra ―Pemonta 

keçmiĢ və birdən-birə yenə Fransaya qayıdaraq, Barseloneta yaxınlığında görünmüĢdü. Əvvəlcə 

o, Joz’eyə, sonra isə Tüilə baĢ vurmuĢdu. O Juq-de l’Eql mağaralarında gizlənmiĢdi, oradan da 

Ġbayya və Ġbayeta çaylarının dərələrindən keçərək, tez-tez kəndlərdə görünürdü. Bir dəfə gecə 

vaxtı Kravat lap Ambrenə qədər gəlmiĢ, böyük kilsəni qarət etmiĢdi. Onun qarətləri bütün ölkəni 

var-yoxdan çıxarırdı. Onu tutmaq üçün jandarmlar göndərilirdisə də, heç bir nəticə vermirdi. O 

həmiĢə əldən çıxır, bəzən də açıqcasına müqavimət göstərirdi. Kravat cəsur bir cani idi. Hamı 

vahimə içərisində ikən, ġatelyar vilayətini gəzən yepiskop o yerlərə gəldi. Mer onun yanına 

gələrək geriyə qayıtmasını məsləhət gördü. Kravat ArĢa qədər və ArĢdan o yana olan dağları 

tutmuĢdu. Hətta mühafizə dəstəsi ilə də yola çıxmaq təhlükəli idi – bu, üç, yaxud dörd nəfər 

bədbəxt jandarmın həyatını təhlükəyə salmaq demək idi. 

Yepiskop dedi: 

– Elə ona görə də mən mühafizəsiz getmək fikrindəyəm. 

– Siz nə danıĢırsınız, monsenyor! – deyə mer etiraz etdi. 

– Mən hər Ģeyi ətraflı fikirləĢmiĢəm, jandarmları qətiyyən aparmayacağam, bir saat sonra yola 

düĢəcəyəm. 

– Yola düĢəcəksiniz? 

– Bəli, yola düĢəcəyəm. 

– Tək? 


– Tək. 

– Yox, yox, monsenyor! Siz bunu etməzsiniz. 

Yepiskop dedi: 

– Qulaq asın, o dağlarda balaca yoxsul bir kənd var, mən üç ildir ki, oranı görməmiĢəm. Orada 

mənim mehriban dostlarım – dinc və namuslu çobanlar yaĢayırlar. Otardıqları hər otuz keçidən 

ancaq biri onlarındır; onlar yundan olduqca gözəl, əlvan qaytan toxuyurlar və altı deĢikli balaca 

tütəklərdə dağ havaları çalırlar. Ara-sıra tanrı sözünü eĢitməyə onların da ehtiyacı var. Bəs onlar 

hər Ģeydən qorxan bir yepiskop haqqında nə fikirdə ola bilərlər? Mən onların yanına getməsəm, 

nə deyərlər? 

– Bəs quldurlar, monsenyor, quldurlar? 

Yepiskop dedi: 

– Doğrudan da, mən onları az qala unutmuĢdum. Siz haqlısınız. Mən onlara rast gələ bilərəm. 

Çox ehtimal ki, onların da bir nəfərdən tanrı sözü eĢitməyə, ehtiyacları vardır! 

– Monsenyor, axı onlar bütöv bir quldur dəstəsidir, canavar sürüsüdür! 

– Cənab mer, bəlkə, bu sürüyə çoban olmağı mənə Ġsa əmr edir? Qəzavü-qədəri bilmək olmaz! 

– Monsenyor, onlar sizi qarət edərlər. 

– Mənim heç bir Ģeyim yoxdur. 

– Onlar sizi öldürərlər. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə