Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə15/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   11   12   13   14   15   16   17   18   ...   412

harada isə ―südəmər keĢiĢ‖ adlandırmıĢdı, həyatın hər bir sahəsinin öz qismət axtaranları vardır 

ki, bunlar həyatda artıq müvəffəqiyyət qazanmıĢ adamların məiyyətini təĢkil edirlər. Özünün 

yaxın adamları olmayan iĢ baĢında duran, öz saray adamları olmayan tale sevimlisi yoxdur. 

Gələcəyi axtaranlar indiki gözəl zamanın ətrafında qasırğa kimi hərlənirlər. Hər yeparxiyanın öz 

qərargahı vardır. Hər bir az-çox nüfuzlu yepiskopun ətrafında bir dəstə qəĢəng seminariya uĢağı 

vardır ki, bunlar yepiskop sarayında keĢik çəkir, qayda-qanuna göz yetirir, monsenyorun 

təbəssümünü marıtlayırlar. Yepiskopu razı salmaq – keĢiĢ vəzifəsinə çatmaq üçün birinci 

pillədir. Hər kəs özü üçün yol açmalıdır, – övliyalar da gəlirli yerdən çəkinməzlər. 

Ġstər cəmiyyətin, istərsə kilsə aləminin öz nüfuzlu adamları var. Bunlar sarayın mərhəmətini 

qazanmıĢ varlı, yaxĢı mədaxili olan, zirək, yüksək cəmiyyət tərəfindən qəbul olunmuĢ, Ģübhəsiz 

ki, dua etməyi, lakin eyni zamanda onlara lazım olan Ģeyi unutmadan istəməyi də bacaran 

yepiskoplardır: bunlar bütöv bir yeparxiyanı təcəssüm etdirməklə bərabər, birisinin dəhlizində 

gözləməkdən utanmayan və ruhanilərlə diplomatiya arasında vasitə olan, keĢiĢdən artıq abbat, 

yepiskopdan artıq prelat olan yepiskoplardır. Bunlarla yaxınlıq edə bilən adam xoĢbəxtdir! Bu 

nüfuzlu adamlar öz əlaltılarına, sevdikləri adamlara və onlara qulluq etməyi bacaran bütün bu 

gənclərə varlı kilsələr, kilsə əmlakından gələn mədaxili, baĢ keĢiĢ və baĢqa mənfəətli kilsə 

vəzifələrini səxavətlə paylayırlar ki, bunlar da tədricən bu adamları yepiskop mənsəbinə çatdırır. 

Özləri yüksəldikcə, öz dallarınca müridlərini, tərəfdarlarını da aparırlar. Bu, eynilə hərəkətdə 

olan günəĢ sistemini xatırladır. Onların parıltısı ətrafındakıların da üzərinə Ģəfəq salır. Onların 

xoĢbəxtlik süfrəsindən yaxın adamlarının payına isti yerlər düĢür. Himayəçinin yeparxiyası 

böyük olduqca, onun yaxın adamlarının gəliri də çox olur. Roma isə lap yaxındadır! BaĢ 

yepiskop rütbəsinə çatmıĢ olan yepiskop, kardinal rütbəsinə çatmıĢ olan baĢ yepiskop kardinal 

qulluqçusu kimi sizi kardinallar məclisinə aparır, siz Roma divanxanasına daxil olursunuz, 

omofor alırsınız; budur, artıq siz divanxana üzvüsünüz, budur, siz kamerarisiniz, daha sonra 

monsenyorluğa çatırsınız. Monsenyorluqdan kardinallığa isə bir addımdır. Kardinallıqla papalığı 

isə yalnız yandırılan seçki biletinin tüstüsü ayırır. Hər bir skufya1 tiaraya2 çevrilmək arzusuna 

düĢə bilər. Bizim zəmanəmizdə keĢiĢ qanuni yolla taxta çıxa biləcək yeganə adamdır, həm də 

necə taxta! Hökmdarlar hökmdarı taxtına! Bunun əvəzində seminariya necə ümidlər məskənidir! 

Nə qədər qızaran müğənnilər, nə qədər cavan abbatlar baĢlarında Peretta kuzəsi gəzdirirlər! 

ġöhrətpərəstlik çox zaman özünü məslək kimi qələmə verir və kim bilir, bəlkə də, öz-özünü 

aldadaraq, bunu səmimiyyətlə edir. XoĢ inananların halına! 

Təvazökar, yoxsul, bir qədər də qəribə adam olan monsenyor B’envenü bu cür ―nüfuzlular‖ 

sırasına daxil edilməmiĢdi. Onun ətrafında gənc keĢiĢlərin olmaması bunu göstərirdi. Hamı 

görürdü ki, Parisdə onun ―iĢi gətirməmiĢdir‖. Gələcəyi olan heç bir kəs bu qocaya yaxınlaĢmağa 

səy etmirdi. Hər hansı bir yetiĢməmiĢ Ģöhrətpərəst o qədər ağılsız deyildi ki, onun kölgəsi altında 

kök salsın. Onun kanonikləri və baĢ vikariləri saf qəlbli, özü kimi bir qədər kəndlisayağı qocalar 

idi. Onlar da yepiskopun özü kimi yeparxiya xaricinə çıxmaz, kardinal sarayı ilə heç bir əlaqə 

saxlamaz və öz yepiskoplarına bənzərlərdi. Fərq yalnız bunda idi ki, onlar ömürlərini keçirmiĢ, 

yepiskop isə kamil bir insan idi. Monsenyor Byenvenünün vasitəsilə yüksək vəzifəyə çatmağın 

mümkün olmadığı o qədər aydın idi ki, seminariyanı qurtarıb keĢiĢ vəzifəsinə təyin edilmiĢ 

gənclər buradan getməyə tələsir və zəmanət üçün Eks, yaxud OĢ arxiyepiskoplarına müraciət 

edirdilər. Çünki hər kəs artmaq üçün kömək istəyir – bunu bir daha təkrar edirik. Həyatını ancaq 

baĢqalarına həsr etmiĢ bir zahidin qonĢuluğu təhlükəli ola bilər: ondan adama əlacsız bir 

yoxsulluq keçə bilər, yüksəlmək, müvəffəqiyyət qazanmaq üçün lazım olan üzvlərin iflici yoluxa 

bilər və ümumiyyətlə, sizin istədiyinizdən daha çox fədakarlıq arzusu sirayət edə bilər, bu cür 

sirayətedici fəzilətdən hamı qaçır. Monsenyor Byenvenünün yalqızlığı da bununla izah edilir. 

Biz zülmətə bürünmüĢ bir cəmiyyətdə yaĢayırıq Müvəffəqiyyət – bəĢəriyyətin baĢı üstünü almıĢ 

tamahkarlıq buludlarından damcı-damcı düĢən ən yüksək hikmət budur. 

Müvəffəqiyyətin əslində nə qədər iyrənc bir Ģey olduğunu ötəri qeyd edək. Onun zahirən 

ləyaqətə bənzəməsi insanları aldadır. Müvəffəqiyyət camaat üçün, demək olar ki, üstünlük kimi 

bir Ģeydir. Ġstedadla əkiz olan müvəffəqiyyət yalnız tarixi azdıra bilər. Yalnız Yuvenal və Tasit 

onun barəsində bir qədər deyinirlər. Bizim zəmanəmizdə az-çox rəsmi olan hər cür fəlsəfə 




müvəffəqiyyətə xidmət edir, onun livreyasını daĢıyır, qarĢısında nökərçilik edir. Müvəffəqiyyət 

qazanın – nəzəriyyə belədir! Varlanmaq, guya, qabiliyyətdəndir. Lotereyada udsanız, sizi ağıllı 

hesab edəcəklər. Qalib gələnlərə təzim edirlər. ĠĢ burasındadır ki, anadan gərək xoĢbəxt 

doğulasan! Bəxtiniz gətirdimi – hamı sizi böyük bir insan hesab edər. Bütöv bir əsrə parlaqlıq 

verən beĢ və ya altı nəfər istisna edilərsə, müasirlərin bütün məftunluğu yalnız onların uzağı 

görmədikləri ilə izah olunur. Qızıl suyuna çəkilmiĢ bir Ģeyi qızıl zənn edirlər. Yoldan ötən də 

olsan, bunun maneçiliyi yoxdur, təki qarĢına uğur çıxsın. Bayağılıq özü-özünə vurulmuĢ və 

bayağılığı alqıĢlayan qocalmıĢ Nərgizdir. Ġnsanı Musa, Esxil, Dante, Mikel, Ancelo, yaxud 

Napoleon edən o böyük istedadı camaat dərhal və yekdilliklə hər sahədə olursa-olsun, öz 

məqsədinə çatmıĢ adama xas edir. Bir notarius deputat olarsa, yalançı Kornel ―Tirdata‖ yazarsa, 

bir hərəm ağası hərəmxana sahibi olarsa, axmaq bir hərbçi Prüdom öz dövrü üçün həlledici 

əhəmiyyəti olan bir vuruĢmada təsadüfən qalib gələrsə, bir aptekçi Sambr və Maas 

departamentindəki ordu üçün karton çəkməaltı icad edərək, bunu gön əvəzinə satmaqla dörd yüz 

min livr gəlir verən bir kapital qazanarsa, bir çərçi sələmçi bir qadınla evlənərsə və bu nikahdan 

yeddi, yaxud səkkiz milyon doğularsa, bir vaiz öz boĢboğazlığı sayəsində yepiskop mənsəbinə 

çatarsa, ticarət evinin müdiri iĢdən çıxarıldıqdan sonra çox varlı olduğuna görə maliyyə naziri 

təyin edilərsə – insanlar Musketonun zahirində Gözəllik, Klavdinin boynunda isə əzəmət 

gördükləri kimi, bütün bunlara da Dahilik adını verərlər. Onlar ördək ayaqlarının yumĢaq palçıq 

üzərində buraxdığı ulduza bənzər izləri göyün dibsiz dərinliklərində ulduzlar topası hesab 

edirlər. 

 

 

ON ÜÇÜNCÜ FƏSĠL. 



O nəyə inanırdı. 

 

Biz Din yepiskopunun nə dərəcədə mömin olması məsələsinin dərinliklərinə varmayacağıq. Bu 



cür insanlara biz yalnız pərəstiĢ edə bilərik. Pak adamın sözünə inanmaq lazımdır. Bundan 

baĢqa, biz belə zənn edirik ki, bəzi müstəsna adamlarda, dini görüĢlərin bizimkindən fərqli 

olmasına baxmayaraq, insan fəzilətlərinin bütün formaları ahəngdar surətdə inkiĢaf edə bilər. 

Filan dini mərasim, yaxud ehkam haqqında yepiskop nə fikirdə idi? Bu sirri yalnız ruhların 

çılpaq getdikləri məzar bilir. Bizim üçün yalnız bir Ģey Ģübhəsizdir. Mübahisəli dini məsələləri o, 

heç bir zaman riyakarlıqla həll etməzdi. Almazın çürümək qorxusu yoxdur. Cənab Miriel 

qəlbinin dərinliklərinə qədər dindar idi. ―Cerdo in Patrem‖1 deyə, o, tez-tez təkrar edirdi. Həm 

də xeyir iĢlərdən o bir vicdanın insana ―Tanrı səninlədir!‖ sözlərini yavaĢdan söyləməsi üçün 

lazım olan qədər məmnun qalırdı. 

Bunu da qeyd etmək borcumuzdur ki, yepiskopda imandan və necə deyərlər, fövqəlimandan 

baĢqa bir Ģey də vardı ki, o da məhəbbətin artıqlaması ilə olması idi. Məhz buna görə, ―quia 

multum amavi‖2 onu, eqoizmin pedantizmə sözsüz tabe olduğu cəmiyyətimizin sevdiyi təbirlə 

―ciddi adamların‖, ―ağıllı simaların‖, ―müsbət xarakterlərin‖ içərisində zəif hesab edirdilər. Bəs 

bu məhəbbət artıqlığı nə ilə ifadə olunurdu? Yuxarıda göstərdiyimiz kimi, insanlara qarĢı, yeri 

gəldikdə isə cansız əĢyaya qarĢı sakit xeyirxahlıqla. O, heç kəsə nifrət etməzdi. O, Tanrının 

yaratdığı hər Ģeyə qarĢı mərhəmətli idi. Hər bir adamın, hətta ən yaxĢı adamın da qəlbində 

heyvanlara qarĢı qeyri-Ģüuri bir qəddarlıq gizlənmiĢdir. Din yepiskopunda bir çox keĢiĢlərə xas 

olan bu qəddarlıq qətiyyən yox idi. O, brahmanlar qədər ifrata varmasa da, Ekkleziastın bu hədisi 

üzərində, ehtimal ki, çox düĢünərdi. ―Heyvanların ruhunun haraya getdiyini kim bilir?‖. Zahiri 

çirkinlik, instinkt pozğunluğu onu pərt etməz, onda nifrət hissi oyatmazdı. Əksinə, bu onda 

həyəcan oyadar, onu mütəəssir edərdi. Sanki, o, dərin fikrə dalaraq, zülmün kökünü axtarmaq, 

anlamaq və ya ona bəraət tapmaq istərdi. Bəzən o, sanki, cəzanın yumĢaldılması haqqında Allaha 

dua edərdi. O, köhnə perqamenti tədqiq edən bir dilçi alim kimi sakitcə, heç bir kin hiss 

etmədən, təbiətdə hələ də mövcud olan hərc-mərcliyin qalıqlarını öyrənirdi. O, bu cür fikirlərə 

dalarkən bəzən qəribə Ģeylər danıĢardı. Bir dəfə səhər bağçada gəzindiyi zaman bacısının daldan 

gəldiyini görməyib, birdən dayanmıĢ və yerdəki bir Ģeyi diqqətlə nəzərdən keçirməyə 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə