Vii. Uluslararasi


VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə24/159
tarix06.05.2018
ölçüsü3,89 Mb.
#42938
1   ...   20   21   22   23   24   25   26   27   ...   159

 

VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ 

46 


 

Şirvan  tarixinin  ən  parlaq  dövrü  hökmdar  Böyük  III  Mənuçəhrin  adı  ilə 

bağlıdır.  III Mənuçəhr (1120-1160) ikinci Şirvanşahlar  sülaləsinin  – Kəsranilərin 

nümayəndəsi idi. Mənuçəhrin dövründə inşaat işləri fəallaşır, hökmdarın əmri ilə 

bütün ölkədə yeni kənd və qəsəbələr salınır, köhnə yaşayış məntəqələri yenidən 

abadlaşdırılırdı. Bakının ətrafında ucaldılmış qala divarları da bu hökmdarın  adı 

ilə bağlıdır. Hakim sülalənin sarayları onun adına layiq, cah-calallı bəzənməli idi, 

yerli emalatxanalarda istehsal olunan xalçalar da  bu tələblərə cavab verirdi. 

  Xəlifə  saraylarını  bəzəyən  metal  saplarla  bəzədilmiş  gözəl,  ipək 

xalçalar  Şamaxıda  hələ  erkən  orta  əsrlər  dövründə  istehsal  olunurdu.  III 

Mənuçəhrin      hakimiyyəti  dövrü xalçaları   bizim  dövrə    gəlib  çatmamışdır, lakin 

onların mövcud olması haqqında ədəbiyyatda kifayət qədər tutarlı dəlillər var. III 

Mənuçəhrin  saray  şairi  Xaqani  Şirvani  sarayda  ziyafət  təsvir  edərkən, iri  böyük 

şadorvan-xalı  haqqında bəhs edir.  

1254-cü  ildə  fələməngli fransiskant  rahibi  Gilom  de  Rubruk  fransa  kralı 

IX  Lüdovikin  tapşırığı ilə  Şamaxıya  səfər  etmişdi.  De  Rubruk  qeyd  edirdi  ki,  bu 

şəhərdə  yüksək keyfiyyətli xalçalar toxunurdu. Çox güman ki, həmin xalçaların 

arasında saray xalçaları da olub (2, Kеrimov L., c.III, s.23). 

Bakıdakı    Şirvanşalar  sarayı  (XIII-XVI  əsr)  Şirvanşahlar  hakim 

sülaləsinin    iqamətgahı  olub.  XII  əsrdə  Şirvanşahlar    öz    paytaxtını  dəniz 

limanına  yaxın  yerə-  Bakıya  köçürür.  Şirvanşahlar  saray  kompleksi  dənizin 

yaxınlığında,  stratejı  cəhətdən  əhəmiyyətli    təpədə  yerləşir.  Şəhərin  özəyi  olan 

Bakı    qalası  da  tarixən  burada  formalaşırdı.  Saray  kompleksi  saraydan,  Divan-

xana,  Dərviş məqbərəsi,   məqbərə-türbə,  saray  məsсidi,  hamam,  ovdandan və 

nəhayət, ayrı-ayrı  səviyyələrdə  meydançalarda  yerləşən daxili (iç) həyətlərdən 

ibarət idi.  Kompleks  qala divarları ilə əhatə olunub. Qala divarları kompleksdən 

sonra – XIX əsrin  birinci yarısında – tikilib. Sarayın, onun zallarının tərtibatında 

memarlıq  həcmlərinin  dəqiqliyi  və  lakonizmi  eksteryerin  incə  dekoru  ilə  gözəl 

vəhdət yaradır.  

XVI  əsrin  İngilis  səyyahı  A.Cenkinson  Şamaxı  bəylərbəyi  Abdulla xanın  

yay  iqamətgahında  qəbul  edildiyi  haqqında  belə  yazırdı:  “Kral  (şah),  qızıl  və 

gümüş    saplarla  çəkə  salınmış  zəngin  çadırda  əyləşmişdi.  Çadırın  döşəməsi 

gözəl  xalçalarla  örtülmüşdü,  hökmdar  özü  isə  qızıl  və  gümüş  saplarla  tikilmiş 

xalça  üstündə  əyləşmişdi,  xalçanın  üstünə  eyni  dəyərədə  olan  iki  mütəkkə 

qoyulmuşdu (3, З.Ямпольский, s.109).  

XVII  əsrdə  xalçaçılığın  yüksək  səviyyəsi  qalmaqda  idi.  Holland  dəniz 

səyyahı    Yan  Streys  Şamaxı  xanının  İsfahan  səfirini  qarşılamasını  belə  tsvir 

edirdi:  “Xan    gözəl,  çox  bahalı  at  belində  oturmuşdu.  At  incə  qızıl  saplarla 

toxunmuş  və  qiymətli  daşlarla,  mirvarilərlə  bəzədilmiş  çulla  örtülmüşdü  (3, 

З.Ямпольский,  s.  323).  Təqdim  olunan  dəlillər  göstərir  ki,  gözəl,  incə    xalçalar 

və  xalça  məmulatları  təkcə  Təbrizdə  və  Ərdəbildə  deyil,  Şamaxıda  da  istehsal 

olunurdu.  

Şirvan tarixən Azərbaycanın ən iri xalçaçılıq regiounu olub. Şirvanşahlar 

dövləti  dövrü  Şirvan xalçaçılığının,  o  cümlədən  saray  xalçaçılığının  çiçəkləndiyi 

dövr  olmuşdur.  XIX  əsrdə  saray  xalçaları  istehsalı  ənənəsi  hələ  də  qorunub 

saxlanılırdı.  Bu  Şamaxıda  və  başqa  şəhərlərdə  şəhər  mədəniyyətinin  mövcud 

olması  ilə  şərtlənirdi.  Şirvan  ənənəvi  olaraq  ipəkçiliyin  də  mərkəzi  idi,  burada  

gözəl ipək xalçalar  və yüksək keyfiyyətli  xalça məmulatları  istehsal olunurdu.  




 

VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ 

47 


 

Saray  üslublu  Şirvan  xalçasının  klassik  variantı  olan  “Şamaxı” 

xalçasında  öz  əksinin  tapmışdır.  Bu  xalça  həmçinin  “Yarpaq”  adı  ilə  tanınır. 

Vaxtilə L. Kərimov qeyd edirdi ki,  hal hazırda “Yarpaq” xalçaları toxunmur, onları 

yalnız    bəzi  ailələrdə  görmək  olar.  Eyni  zamanda,    XVII-XVIII  əsrlərdə  toxunan 

bu  xalça    nümunələri  Ermitaj  muzeyində  (Rusiya,  Sankt-Peterburq), 

“Benaki”muzeyində  (Yunanstan),  Metropoliten  Muzeyində  (ABŞ,  Nyu-York), 

Viktoriya  və  Albert  muzeyində  (London)  saxlanılır.  L.Kərimovun  fikrincə,  bu 

xalçalıar xalçaçılıq sənətinin  parlaq  əsərləridir (2, Kərimov L., c.III,   s.26-27). 

 

Xalça. “Şamaxı”. Şirvan. Azərbaycan.XX əsrin əvvəli. 



Yun, xоvlu tоxunuşlu, əl işi. Ölçüsü 135x302sm 

Azərbaycan Xalça Muzeyi, inv. .№ 6704 

 

 

Xalça. “Şamaxı”. Şirvan. Azərbaycan.XX əsrin əvvəli. 

Xalça. “Şamaxı”. Şirvan. Azərbaycan.XX əsrin əvvəli. 

Yun, xоvlu tоxunuşlu, əl işi. 



 

L.  Kərimov  yazır  ki    qocaman  xalçaçılar  “Yarpaq”  xalçalarının  əsas 

motivini, yəni palmet rəsmini üzüm yaxud əncir yarpağının şəkli hesab edirdirlər 

(2, Kərimov L., c.III, s.26). Oxşarlıq həqiqətən aydın görünür. Çox güman ki, XIX 

əsrdə  sənətkarlar bu kompozisiyanın mənşəyini unutmuşdular. E.Gülün fikrincə,  

“Yarpaq”  xalçasının  kompozisiyası  Heratla,  burada  saray  karxanalarında    XV 

əsrin sonunda professional rəssamların işləyib hazırladığı xalça ornamentləri ilə 

bağlıdır (Gül E., s.13).  Dekorun diqqətli təhlili herati motivi ilə bilavasitə əlaqəni 

üzə  çıxarır.  Herati  motivi  Behzadın  bilavasitə  iştirakı  ilə  yaranmışdı.  Beləliklə,  

“Yarpaq” 

xalçalarını 

saray 


(professional) 

ornament 

mədəniyyəti 

ilə 


əlaqələndirmək  məntiqi olardı. Bizcə, E. Gül bu xalçanı Herata aid olmasının da 


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə