Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə43/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   36   37   38   39   40   41   42   43   44

117

Çəkiliş  prosesindən  sonra  montajı  müxtəlif  üsullarla  asanlaşdırmaq  olar. 

Mon tajı nəzərə almaqla aparılan çəkiliş zamanı əməl olunan qaydalar:

1.  Planların  son  həddinədək  qısaldılması  (yəni  lentin  üzərində  montaj  üçün 

“ara” qalmasından ötrü hərəkətin başlanğıc və sonunu həmişə artıqlaması 

ilə çəkilməsi).

2.  Ehtiyat montaj materiallarının çəkilməsi (montaj üçün həmişə ara plan lar, 

yəni  ətraf  şəraiti,  hadisə  yerinin  ümumi  görüntüsünü,  olay  şahidlərinin 

reak siyasını və s. əks etdirən planlar).

3.  Neytral ümumi planların  (olay yerinin ümumi ekspozisiyası “ünvan plan” 

və s.) çəkilməsi deməkdir.

Ardıcıl montaj

Ardıcıl montajın məqsədi zaman və məkan baxımından təhriflərə yol ver­

mədən ekranda söz­təsvir vasitələri aparılan təhkiyəni axıcı, rəvan şəkildə inki­

şaf  etdirməkdir.  Çəkilişdən  sonrakı  işin  xarakteri  nəzərə  alınmaqla  “montaj 

axa  rında” aparılıbsa, videoekranın ardıcıl montajı asanlaşır. Ancaq studi ya dan­

kənar  çəkilişdə  montajın  xarakteri  nəzərə  alınmasa  belə,  səmərəli  ardıcıllığa 

nail olmağa kömək edən müxtəlif montaj üsulları mövcuddur.

 

Planın kompozisiyasını qurmusunuzsa, onu pozmayın!

Ünvan  planları  montaj  prosesində  tamaşaçıları  hadisənin  yeri  və  hadisə 

işti rakçılarının nisbi yerləşdirilməsi ilə tanış edən ekspozisiya və ya kökləmə 

planıdır. Ünvanlı planların köməyi ilə hadisənin yerini seyrçilərə göstərəndən 

sonra məntiqi olaraq ardıcıl montajın bir sıra digər üsulları ortaya çıxır.



Montajın  keçidləri.  Öz  funksiyasına  görə  adətən  ümumi  və  orta  ünvan 

planları var. İri planın malik olduğu kompozisiya enerjisi və ya dinamikasına 

tək­tək hallarda həmin planlarda rast gəlmək olur. Bu səbəbdən ünvan planında 

hadisənin  yeri  bildiriləndən  sonra  standart  montaj  üsulu  hadisənin  hər  hansı 

detalının iri plana keçidi nəzərdə tutur.

Adətən, reportyor və müsahibə verənin ikili planından başlanan müsahibə 

çəkilərkən,  daha  sonra  çox  vaxt  müsahibəverənin  iri  planda  təsviri  verilir. 

Məhsul və ya texnikanı nümayiş etdirən çəkiliş zamanı ünvan planında onlarla 

yanaşı, hər hansı adamı göstərmək və sonra məhsulun və ya texnikanın ümumi 

planda  sezilməyən  mühüm  detalının  iri  planda  görüntüsünə  keçmək  olar.  Və 

əksinə, iri plana keçərək tamaşaçıları önəmli detalla tanış etdikdən sonra, çox 

vaxt xüsusən hərəkət başlayanda yenidən ümumi plana keçmək lazımdır. Buna 

qayıdış keçidi deyilir. 

İri plana keçərkən obyektlər kadrdakı nisbi vəziyyətlərini saxlamalıdır. Ar­

dıcıl  montajda  kəskin  montaj  ke çidləri  və  montaj  sıçrayışları  yolverilməzdir, 

çünki  görüntülərin  ardıcıl  nü mayişinin  axarını,  “calaqsızlığını” pozur.  Kəskin 




118

keçid və ya montaj “tul lanışları” o vaxt baş verir ki, montaj planının orta his­

səsi kəsilir və planın əvvəli ilə axırı bir­birinə yapışdırılır. Planın əvvəlində və 

sonunda kadrdakı çəkiliş obyektinin ölçüsü və vəziyyəti eyni olmayanda, seyr­

çiyə elə gələcək ki, obyekt ekranın bir hissəsindən digər hissəsinə “tul la nıb”.

Məsələn, təsəvvür edin ki, atın bağlanmasını orta planda montaj edirsiniz. 

İlk planda kovboy at bağlanan yerin çəpərinə söykənərək ekranın sol küncündə 

dayanıb. Bir neçə saniyədən sonra kovboy çəpəri aşaraq, ekranın sağ tərəfində 

ata minir. Kovboyun çəpəri aşdığı orta hissəni götürüb, əvvəlki planla sonuncu 

planı  yapışdırsaq,  elə  alınacaq  ki,  guya  çəpərə  söykənmiş  kovboy  qəfildən 

tullanaraq yəhərin üstünə çıxır. Bu, ifrat “tullanışa” misaldır.

Montaj  sıçrayışları  kəskin  keçidləri  xatırladır.  Rakursuna  və  çəkiliş  buca­

ğına görə oxşar olan, ancaq 100% üst­üstə düşməyən eyni obyektin iki planını 

bir­birinə yapışdıranda sıçrayış alınır. Bir plandan digərinə keçərkən çəkiliş ob­

yektinin vəziyyəti birdən dəyişir və görüntü, sanki, sıçrayır.  Dərhal gözə çarp­

dığı  üçün  tullanma  və  sıçrayışlardan  qaçmaq  lazımdır.  Hərəkətin  kadr  mə ka­

nında  inkişaf  axarını  pozduqlarından,  onlar  montaj  yanlışlığı  kimi  qavranılır. 

Çəkilən obyekt qəfildən, həm də heç bir səbəb olmadan ekranın digər küncündə 

pey da olursa, ardıcıl montaj effekti itir.

Hərəkət istiqamətini pozmayın

Fasiləsiz hərəkət istiqamətinə əməl edilməsi, yəqin ki, ardıcıl montajın ən 

önəmli üsullarından biridir. Şəklin obyekti kadrda yerini dəyişirsə, bir plandan 

digər  plana  keçərkən,  onun  hərəkət  istiqaməti  dəyişdirilməlidir. Təkcə  idman 

olay larını göstərəndə deyil, başqa hallarda da, həmin prinsip gözlənilməlidir.

Hər  montaj  vaxtı  hərəkət  istiqamətinin  pozulması,  ekranın  üfüqi  xətti  bo­

yunca ildırımsürətli hərəkət əks istiqamətə dəyişəndə xüsusən nəzərə çarpır.

Montaj zamanı iki qeyri­ardıcıl plandan faydalanmağımız vacibdirsə, onla­

rın  arasına  neytral  keçid  planı  salıb  yapışdırmaq  lazımdır.  Bu  neytral  planda 

obyekt  frontal  yöndən  göstərilməli,  ya  üzübəri  kameraya  yaxınlaşmalı,  ya  da 

kameradan uzaqlaşmalıdır. 

Şəkil 70. Kompozisiyanın pozulması



Solda – ikili plan, sağda – fərdi orta­iri plana keçid


119

§37. Dinamik montaj

Dinamik montaj iki əsas parametrinə görə, ardıcıl montajdan fərqlənir. O, 

düzümünə  görə  daha  mürəkkəbdir  və  dinamik  montajdan  daha  çox,  sadəcə, 

məlumat  vermək  üçün  yox,  həm  də  çəkiliş  materialının  təsirini  güc lən dir­

məkdən ötrü istifadə edilir. Beləliklə, dinamik montaj ardıcıl montajdan daha 

səmərəlidir. Yeri gəlmişkən, bundan heç də o nəticə çıxmır ki, ardıcıl montaj 

həmişə sönük və ya bəsitdir, yaxud dinamik montaj informasiya daşımır. Bu iki 

montaj üslubu arasındakı fərq mütləq xarakterdən çox, nisbi səciyyə daşıyır.

a)

b)

Şəkil 71. Fasiləsiz hərəkət istiqaməti:



 a) ardıcıl hərəkət 

istiqaməti; b) montajda hərəkət istiqamətinin pozulması




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə