Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə2/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   2   3   4   5   6   7   8   9   ...   44

5

kodu, yoxlama çığırları və dörd səs kanalı olur (şəkil 5). Betakam formatının 

daha  təkmilləşmiş  tipidir.  SP  abreviaturasını  (superior perfomance)  hərfi  mə­

nada  “əla  xarakteristika”  kimi  tərcümə  etmək  olar.  Betacam  və  Betacam  SP 

formatlarının avadanlığı öz aralarındakı videosiqnallara görə tamamilə bir­bi­

rinə  uyğundur.  Hər  ikisində  eyni  maqnit  lentləri  tipindən  istifadə  etmək  olar. 

Lakin Betacam SP­də əldə olunan müsbət keyfiyyətləri adi Betacamda almaq 

mümkün  deyil.  Betacam  yazılış  təsvirləri  Betakam  SP­yə  köçürüldükdə  key­

fiyyət yaxşılaşmır. 

Betamaks (betamakc) – yüksək sıxlılıq videoyazısı sistemi, yarım düyüm 

formatlı videokasetlərdir (şəkil 6).



Videonun əsasları. Videoçəkiliş aparmaq üçün videoaparat və aksesuarları, 

həmçinin  hazırlanmış  videofilmin  key fiy ­

yətini təmin etmək üçün əlavə ava dan lıqlar 

lazımdır. Birinci növbədə sizə videokamera, 

maqnit lentli kaset, video maq nitofon və te­

levizor qəbuledicisi lazım gə ləcək.

Beləliklə,  çəkiliş  üçün  hansı  video ka ­

mera  seçilməlidir.  Hər  şeydən  əvvəl,  vi­

deokameradan  hansı  məqsədlə  istifadə  et­

mə yi  müəyyənləşdirməlidir.  Əgər  ailə  məclislərini,  kiçik  ad  günü  şənlikləri, 

çıxdığınız  səyahətləri  və  ya  buna  bənzər  işlər  üçün  sadə,  kiçikölçülü,  çox  da 

bahalı  olmayan  kameralardan  istifadə  etmək  olar.  Amma  ciddi  işlər  görmək 

üçün – videofilm çəkmək üçün nisbətən yeni modelli videokamera və vi deo­

maqnitofonlardan istifadə etmək lazımdır.

Əvvəlcə videoformat seçilməlidir. Bunlardan ən çox yayılanı VHS və Vi deo 

8­dir.  VHS,  VHS­C,  S­VHS,  S­VHS­C  çəkiliş  formatlarında  12,6  mm­lik 

maqnit  lentləri  olur.  S­VHS­C  formatlı  yazılışa  S­VHS  formatlı  video maq­

nitofonların, VHS­C formatlı yazılışa isə VHS 

və ya S­VHS formatlı standart maqnitofonların 

köməyi ilə baxmaq olar.

Videokameranın əsas parametrlərindən bi  ri 

də onun lükslarla ölçülən həssaslığıdır. Ka me­

ranın həssaslığı nə qədər çox olsa, o ka mera ilə 

az  işıqlandırılmış  obyektləri  key fiy yətli  çək­

mək  imkanı  bir  o  qədər  artır.  Bu,  o  demək 

deyil ki, qaranlıqda həmin kameralarda yüksək 

keyfiyyətli  görüntülər  əldə  etmək  olar.  Yük­

səkkeyfiyyətli  görüntülər  əldə  etmək  üçün  çə­

kiləcək obyekti standart işıqlandırma (1400 lüks) ilə təmin etmək lazımdır. Əks 

halda  görüntülər  dəqiqliyini  itirəcək,  rənglər  isə  bir­birinə  qarışacaq.  Hazırda 

Şəkil 5.

Şəkil 6.



6

videokamera  istehsalçıları  100  lüksdan  aşağı  olmayan  minimal  işıq lan dır ma­

larda  yaxşı  keyfiyyətli  çəkilişlər  aparan  zəmanətli  videokameralar  is tehsal 

edirlər.


Videokameranı seçib alarkən aşağıdakılara diqqət yetirmək lazımdır: ka me­

ranın  korpusu  təmiz  və  zədəsiz  olmalı,  linzalar  ləkəli,  tutqun  olmamalı;  lin­

zanın şüşələrində hava qovuqcuqları olmamalıdır.

Kaset qəbuledicisinin qapağı artıq güc sərf etmədən sərbəst açılıb­bağ lan­

malıdır.

Kameranı  yoxlayarkən  onu  televizora  qoşmaq  lazımdır.  Video  axtarıcıya 

ba xın. Görüntü orada aydın və ziddiyyətli olmalıdır.

Kaset qəbulediciyə kaseti qoyub yazını yoxlayın. Görüntü zamanı şaqqıltı, 

uğultu olmamalıdır. Mühərrikin yüngül, hamar aşağı tonlu səsi hiss edilməlidir. 

Transfokasiya  (irəli,  geri)  dartmadan  rəvan,  səlis  hərəkət  etməlidir.  Görüntü 

şaquli,  vertikal  olmalı,  əsməməlidir.  Kameranı  işə  saldıqda  avtomatik  balans 

əsas rəngləri: ağ, qara, qırmızı, yaşıl, göy rənglərin göstərilməsini düzgün tə­

min  etməlidir.  Əgər  kameranın  üzərinə  işıqlandırıcı  quraşdırılıbsa,  bunu  da 

yox lamaq  olar.  Çəkiləcək  obyekti  3­4  m­dən  çəkiliş  edirsiniz.  Sonra  çəkilişə 

(gö rüntüyə)  kameranın  displeyində  baxırsınız.  Bu  zaman  görüntü  bütün  kadr 

bo yunca bərabər, parlaq işıqlanmalıdır.



Lazer yazısı

Lazer cəmləşdirilmiş işıq axınlarının alınması üçün cihazdır. Məc buri şüa­

lanma  nəticəsində  işığın  güclənməsi  xeyli  sayda  informasiya  məlu mat la rının 

işlənib  hazırlanması  və  sürətlə  ötürülməsi  üçün  ən  yeni  informasiya  tex­

nikasında geniş tətbiq edilən fövqəladə, intensiv istiqamətləndirilmiş işıq şüa­

ları axınları almaq üçün qurğudur. Lazer şüasının köməyi ilə təsvir almaq da 

olar.

Lazerin  informasiya  daşıyıcıları.  CD­ROM­ların  bir  çox  növləri  və  for­

matları mövcuddur. Videoyazı üçün is tifadə olunan kompakt disklərə baxaq.

CD­R  diskinə  informasiyanı  yalnız  bir  dəfə  kompüterin  köməyilə  xüsusi 

CD  rekorder  proqram  vasitəsilə  həyata  keçirilir.  CD­RİV­CD­ROM  kompakt 

diskinə informasiya dəfələrlə silinib yazılır və yenidən silinə bilər. Bunu 120 

də fə təkrarlamaq olar.

Kompakt  videodisk­kompakt  lazer  diskidir.  Kompakt  videodisk,  vi deo ka­

set lərlə müqayisədə daha yaxşı və uzunmüddətli səslənməni, lazımi fraq menti, 

eləcə də yüksək keyfiyyətli stop­kadrı daha asanlıqla və daha tez əldə etmək 

im kanı verir.



Videodisk sintetik materialdan ibarət olub, səthində müxtəlif tipli video in­

formasiyaların yazılışı üçün spiral, yaxud konsentrik cığırlara malik disk for­

ma  sında videofonoqramdır. Göstərilmə sistemindən və elementindən asılı ola­



7

raq  müvafiq  görüntü  anlayışlarını,  məsələn,  “mexaniki  videodisk”,  “optik  vi­

deodisk”, “həcmli videodisk” anlayışların köməyi ilə göstərilir.

Video-CD kompakt diskə VHS keyfiyyətli videogörüntü və Audio CD key­

fiyyətli stereosəs yazmaq mümkündür, daha doğrusu, 700 M bayt infor masiya 

yazmaq olar.

Super-VCD (S-VCD) kompakt diskə S­VHS keyfiyyətli video görüntü və 

Audio  CD  keyfiyyətli  stereosəs  yazmaq  mümkündür,  tutumu  700  M  baytdır. 

Bu  format  DVD­yə  yaxındır,  lakin  videoşəkillərin  keyfiyyəti  video­CD­dən 

çox yüksəkdir. 

Video­CD və S­VCD disk formatlarından təkcə kompüterlərdə deyil, eyni 

zamanda stasionar DVD pleyrlərdə də istifadə etmək olar.



DVD-R  rəqəmsal  universal  diskin  tutumu  4,7  GB­dir.  Bu  tip  disklər  bir 

dəfə  yazılış  üçün  nəzərdə  tutulub.  DVD­R  disklərində  tammetrajlı  filmlər, 

yüksək keyfiyyətli musiqilər yazmaq mümkündür. Onlar xüsusi DVD rekor der­

lərlə yazılır və DVD­ROM qurğularında ifadə olunur.



DVD-RV­ə dəfələrlə məlumat yazılıb silinə bilər, belə ki, bu diskə 1000 də­

fə informasiya yazılıb silinə bilər.



DVD – video kompakt diskə peşəkar videogörüntülər və dolby Digital key­

fiyyətli səslənməni yazmaq mümkündür. Tutumu 4,386 baytdır.



§3. Videotexnikanın istismarı

Televizora, videokameraya, videomaqnitofona və aksesuarlara yaxşı qulluq 

onların iş rejiminin keyfiyyətini saxlayar və ömrünü uzadar. Bunun üçün aşağı­

dakı qaydalara riayət etmək lazımdır.



Videokameranın istismarı

Aparatı mexaniki zədələrdən, korpusun daxilinə düşən tozdan və nəm lik­



dən qoruyun.

İlin soyuq hava mövsümlərində aparatı otağa gətirərkən onu 3­4 saat fut­



lyar dan çıxarmayın. Aparatı çəkilişdən qabaq isinməsinə imkan veril mə li­

dir.


Videokameranı açıq obyektlərlə günəşə sarı döndərməyin, bu maye kris tal 

displeyi sıradan çıxara bilər.

Nasazlıqları aradan qaldırmaq üçün özünüz təmirə cəhd göstərməyin, əks­



təqdirdə başqa detalları da sıradan çıxara bilərsiniz. Əgər nasazlıq hiss et­

səniz, mütləq usta mütəxəssisə müraciət edin.

Aparatın korpusunu təmizləmək üçün parça ilə silmək lazımdır. Çirk lən­



miş  yerlər  isə  şampunda  isladılmış  pambıqla  sürtülür  (şampun  qalıqları 

isə quruyana qədər yumşaq parça ilə silinir).

Aparatın fasiləsiz işləməsini təmin etmək üçün ayda 1 dəfədən az olma ya­



raq videokameranı işə salıb, onun iş rejimlərini yoxlamaq lazımdır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə