Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə38/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

106

İnterküy studiyadankənar videoyazıya ayrıca önəm daşıyan həyati dürüstlük 

gətirir. Studiyadankənar şəraitdə yazılmış videosıraya interküyü olmayan fono­

qram artırsanız, həmin fonoqram dayaz, həm də ölgün təsir bağışlayacaq. Yə­

qin ki, siz də bazar günləri göstərilən və adətən ovçuluqdan, yaxud balıq ovun­

dan bəhs edən idman televerilişlərinə baxmısınız. Həmin verilişlərdə dik torun 

kadrarxasından oxuduğu mətn idman olayından səssiz səhnələri müşayiət edir. 

Belə təqdimat texnikası verilişə gerçəkdən uzaq, yarımçıq bir səciyyə gətirir və 

bu, heç cür diqqətdən yayınmır. Şüurlu, ya da qeyri­şüurlu, seyrçilər nə yinsə 

çatmadığını hiss edirlər. Çatmayan nədir? Ovçu ilə yanaşı oturacağımız halda, 

mütləq eşidəcəyimiz səslər. Həyatda gözlə gördüklərimizdən qalan bəlli təəs sü­

ratların həmişə özünəuyğun akustik təəssüratları da olur və biz alış dı ğımız gö­

rüntünü izləyəndə, həmin təbii səsləri eşitmək istəyirik.

Musiqi

İnterküyün  gətirdiyi  dürüstlük  və  həyatiliklə  təzad  yaradan  musiqi,  tele­

viziya  proqramının  nisbətən  süni  –  sonradan  yapılan  –  qurulma  ele ment lə­

rindəndir.  Həyatda  musiqi  sədaları  altında  çoxmu  iş  görürsünüz?  Ancaq  nə 

qədər  qəribə  olsa  da,  musiqisiz  teleproqram  çox  vaxt  interküysüz  televeriliş 

qədər dayaz, ölgün və qeyri­təbii alınır! Musiqinin iştirakının təbii görün mə­

sinin əsas səbəbi odur ki, kino və televiziya bizi videosıranın musiqili mü şa­

yiətinə öyrəşdirib. Musiqidən istifadə teleseyrçilərin lap çoxdan alışdığı şərti­

lik dir. Tutalım  ki,  təqib  və  ya  izləmə  səhnəsini  gərginliyi  artıran  musiqi  mü­

şayiəti olmadan ağlımıza da gətirmirik!

Musiqi, başlıca olaraq, xatırlatdığımız təqib səhnəsindəki kimi, ovqat yarat­

maq və ya müəyyən ovqatı vurğulamaq üçün istifadə edilir. Musiqi vasitəsilə  

hadisənin yer və zamanını bildirən vacib məlumatı da çatdırmaq mümkündür. 

Musiqinin izləmədiyi səhra görüntüsü adi səhradır. Ancaq uyğun musiqi fonu 

verməklə,  həmin  görüntünün  Amerikanın  Uzaq  Qərbindəki  səhraya,  qədim 

Asiya köçərilərinin səhrasına, Aydakı səhralara və yaxud elmi­fantastik biçimli 

kosmik mənzərəyə çevirmək olar. 

İnterküy kimi, musiqinin də önəmi proqramın audiovizual strukturuna onun 

daha  bir  keyfiyyət  artırmasıdır.  Belə  keyfiyyətlər  çoxaldıqca,  proqramlara  da 

daha maraqla baxılır. Məsələn, musiqinin köməyilə uzadılmış və qeyri­ifadəli 

təsir bağışlayan səhnəyə enerji və ya coşqun ehtiras gətirmək mümkündür. 

Musiqi tematik baxımdan da teleproqramlarda tez­tez istifadə edilir. Proq­

ramları  anonslaşdıran  musiqili  köklənti  planları  (“заставка”  kimi  tanıyırıq) 

diq qəti xüsusən cəlb edir və onların faydasını heç kim dana bilməz. Biz dövlət 

başçısının müsahibəsinə, bəlkə də, musiqi fonunda baxmaq istəməzdik, amma 

xəbərlər proqramında buraxılışın başlanğıcında səslənən musiqiyə ləzzətlə qu­

laq  asırıq.  Həmin  müsahibə  xəbər  proqramının  bir  hissəsi  deyilmi?  Məsələ 



107

burasındadır ki, musiqi burada çox vacib verilişin başlamasından xəbərdar edir. 

Köklənmə planının komponenti kimi seyrçilərin diqqətini cəlb edir və bununla 

da öz funksiyasını uğurla gerçəkləşdirir.

Bənzər yolla proqram daxilində də, musiqi vurğularından faydalanmaq olar. 

Səssiz səhnəyə baxarkən, qəfildən səslənən musiqi, sanki lap indilərdə ye ni nə 

isə olacağını, yaxud izlədiyimiz səhnədə nə isə mühüm dəyişiklik baş verəcəyini 

bizə çatdırır. Üstəlik, musiqi, sadəcə ekranda baş verənləri vur ğu la ya bilər.



Səs effektləri

Studiyada çəkiliş zamanı səs effektləri çox vaxt nəzərdə tutulan çəkiliş ye­

rinin təbii küylərini yamsılamaqdan ötrü istifadə olunur. Əgər studiyada, guya 

bürkülü yay günü şəhərkənarı evin şüşəbəndində baş verən bir səhnə çəkilərsə, 

səs  effektlərinin  köməyi  ilə  fonoqram,  tutalım,  quşların  cəh­cəhini  artırmaq 

mümkündür.  Studiyadankənar  çəkilişdə  belə  səs  fonu  çəkiliş  yerində  təbii 

iştirak etdiyindən, interküy kimi yazılacaq.

Hadisənin kadr arxasında qalan inkişafı haqqında təsəvvür yaratmaq üçün 

həm  studiya,  həm  də  natura  çəkilişlərində  səs  effektlərindən  geniş  istifadə 

edilir.  Kamera  qarşısında  səhnələşdirilməsi  mürəkkəb  olan  partlayışları, 

avtomobil  qəzalarını,  raket  uçuşlarını  və  digər  həmin  miqyaslı  olayları 

kadrarxası səs effektləri vasitəsilə  canlandırmaq mümkündür.

Səs effektlərinin səmərəli olması üçün seyrçi publikası onlara inanmalıdır. 

Səs  effekti  yamsıladığı  hadisə  və  ya  olayın  həqiqi  səsini  səliqə­sahmanda 

canlandıranda, nəticə inandırıcı olur. Deməli, səs effekti göz qabağında həmin 

hadisəni canlandırmalı, o hadisənin səs mənzərəsini və sürəklilik dərəcəsini əks 

etdirməlidir.  Bir­birinə  çarpan  avtomobillərin  səsi  yerə  dəyib  sınan  şüşənin 

səsindən  fərqlənir:  minik  maşınlarının  mühərrik  səs­küyü  yarış  avto mo bil­

lərinin  səsinə  bənzəmir.  Effektli  səs  səciyyəsi  əsl  səsin  səciyyəsindən  fərq­

lənirsə,  bu  effekt  komik  təəssürat  bağışlayır.  Məsələn,  adadovşanı  ekranda 

toyuq kimi qaqqıldasa, seyrçilər mütləq güləcəklər.

§33. Akustik perspektiv və səsin iştirakı

Akustik  perspektiv  –  çəkiliş  obyektindən  kamerayadək  olan  məsafənin 

qay nağından mikrofonadək olan məsafəyə uyğunluq effektidir. Uzaqdan işaran 

qatar ekranda balaca görünür və həmin qatarın səsi asta eşidilir. Qatar ya xın laş­

dıqca onun ekrandakı görüntüsü böyüyür və səsi də buna uyğun şəkildə şid dət­

lənir. Bax perspektiv deyilən şey budur.

Göz qabağında olan prinsipdir, ona əməl edilməsi də bəsit görünür. Ancaq 

təcrübədə heç də belə deyil, çox tez­tez həmin prinsip pozulur. Məsələn, çə ki­

liş də  uzaq  plandan  iri  plana  keçirik,  gəl  ki,  tək­tək  hallarda  perspektivi 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə