Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə37/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

103

Fərz  edək  ki,  siz  videoyazı  hazırlamalısınız  və  indi  ona  musiqi  fonu  əlavə 

etmək  istəyirsiniz. Yaxud,  tutalım,  vizual  fraqmentləri  vahid  məxrəcə  gətirən 

kadrarxası  mətn  artırmaq  niyyətiniz  var.  Demək  olar,  xırdaformatlı  istehsal 

sistemlərinin hamısı yazılı videolentə bir neçə üsulla səs əlavə etməyə imkan 

verir. 


Yenidən yazılma (yenidənyazı)

Xırdaformatlı  videomaqnitofonların  çoxunda  səsi  təzədən  yazmaq  müm­

kündür. Yenidənyazı tənzimləyicisi mövcud kanalların birinə təzə səs artırmağa 

imkan  verir.  Bu  tənzimləyici  işə  düşəndə,  videomaqnitofonların  səs  kanal­

larından biri səsyazma rejiminə keçir. Silici audiobaşlıq bu zaman həmin ka­

nala yazılmış köhnə səs siqnalını pozur, qeydəalıcı audiobaşlıqsa yeni siqnalı 

əlavə  edir.  Əgər  yeni  siqnal  müvafiq  girişə  qoşulursa,  bir  qayda  olaraq,  istər 

mikrofon, istərsə də xətti səviyyədə videomaqnitofona ötürülə bilər.    

Yenidənyazı ilə bağlı iki məlum çətinlik var. Birincisi, yenidənyazı yalnız 

uzununa  səs  cığırlarında  qeydə  alınır.  Əgər  sizin  videomaqnitofon,  yaxud  vi­

deokamera səsi “Hİ­Fİ” rejimində, fırlanan video (və ya audio) başlıqlarla və 

görüntü ilə birgə videolentin maili sətirlərinə yazırsa, belə fonoqramı təzədən 

qeydə almaq mümkün deyil. İkincisi, iki ayrı uzunlama cığıra səs yazan video­

maqnitofon,  yaxud  videokameradakı  yenidənyazı  tənzimləyicisi  o  cığırlardan 

yalnız biri üçün nəzərdə tutula bilər. Məsələn, VHS formatında təkcə 1­ci ka­

nalda yenidən mümkündür (yeri gəlmişkən, bu səbəbdən VHS formatı ilə iş­

ləyən bir çox quruluşçu səs fonoqramı 2­ci kanalda yazır. Sonra nəsə artırmaq 

istəyəndə, asanlıqla 1­ci kanala qeyd edirlər).

Yenidənyazı zamanı səsin şiddət və keyfiyyətini diqqətlə izləmək vacibdir. 

Əgər  musiqi  fonunu  yazırsınızsa,  musiqi  digər  kanala  yazılmış  səsi  ba tır ma­

malıdır. Volyumetrin  indikatoruna  göz  qoymaq  və  qulaqlıqla  fonoqramı  yox­

lamaq  yolu  ilə  zəruri  səs  səviyyəsini  təyin  etmək  olar.  Birləşdirilmiş  fo noq­

ramın keyfiyyətini mikşerin çıxışında yoxlamaq mümkündür. Sadəcə, səs pul­

tunun selektorunu “mikşerə” keçirin (məhz “mikşerə”, 1­ci, yaxud 2­ci kanala 

yox) və qulaqlığı qoşaraq qulaq asın. Musiqinin səviyyəsini elə tən zimləyin ki, 

o, ikinci planda səslənsin, mətnsə daha ucadan eşidilsin. 



§31. Səs əlavəsi rejimində montaj

Səs  əlavəsi  rejimində  montaj  yolu  ilə  əksər  videolent  formatlarında  olan 

uzun lama  cığırlara  da  təzə  səs  artırmaq  olar.  Səs  əlavəsi  rejimində  montaj  – 

elek tron montaj əməliyyatlarından biridir. Onu gerçəkləşdirmək üçün sizə ayrı­

ca montaj videomaqnitofonu gərəkdir.



104

Üstdənyazma səs

Adətən, yeganə səs kanallı VHS formatlı bəzi portativ video maq nitofon lar­

da  “üstdənyazma  səs”  adlanan  yenidənyazı  sistemi  var.  Üstdənyazı  artıq  ya­

zılmış  siqnala  yeni  səs  əlavə  etməyə  imkan  verir.  Üstdənyazı  adi  yeni dən ya­

zıdan önəmli dərəcədə fərqlənir. Yenidənyazı zamanı köhnə fonoqram ta ma mi­

lə pozularaq təzəsi ilə əvəz edilir. Üstdənyazıda isə köhnə siqnal təzədən da xil 

edilən səslə bir yerdə yenidən yazılır. Köhnə siqnal səs fonuna çevrilir (daha 

aşağı səviyyədə), təzə siqnalsa ön planda yazılır.

Üstdənyazma  səs  faydalı  yol  olsa  da,  iki  siqnalın  bir  yerə  cəmləşdirilmə 

keyfiyyətini nəzarətdə saxlamağa imkan vermir, çünki səs şiddəti avtomatik şə­

kildə  təyin  edilir. Ancaq  bu,  hər  halda  fonoqramı  dəyişmək  imkansızlığından 

da ha yaxşıdır. 



Gərəkli səsin mikşersiz tənzim edilib sezdirilməsi

Səsin  yazılış  səviyyəsini  nəzarətdə  saxlamağın  ən  yaxşı  yolu  mikşer  pul­

tundan  istifadə  olsa  da,  xırdaformatlı  videoquruluşçuların  heç  də  hamısının, 

xüsusən, həvəskarların pultu olmur. Ancaq hazırlıqlı adam səs qaynaqlarını bir 

çıxışda cəmləşdirərkən mikşersiz də ötüşə bilər. 

Mikşerin  istifadə  olunduğu  ən  tipik  hallardan  biri  mətnlə  musiqi  fonunun 

üst­üstə yazılmasıdır. Səs və musiqini mikşersiz necə tənzimləyib, tutalım, ay­

rıca səsi vurğulamaq olar? Bir az bəsit misal olsa da, fərz edək ki, “səs” de­

yəndə  kadrarxası  şərhi  nəzərdə  tuturuq.  Təbii  ki,  danışan  adam  kadrda  gö­

rünmür. 


Həmin  problem  asan  çözülür.  Öz  stereosisteminizi  götürüb,  musiqi  səs­

ləndirin  və  dinamikləri  kadrarxası  səsi  yazdıracaq  reportyorun  yanına  qoyun. 

Sonra mikrofonu elə qurun ki, ona həm reportyorun səsi, həm də dina miklər­

dən  yayılan  musiqinin  səsi  düşsün.  Səsin  yüksəkliyini  elə  tənzim  eləyin  ki, 

musiqi yalnız fon kimi eşidilsin. Səslə fon arasında istədiyiniz nisbətə nail ol­

maq üçün sizə bir neçə cəhd və sınaq yazısı lazım gələ bilər. Bütün bunlardan 

sonra kadrarxası şərhi musiqi fonunda birbaşa maqnitofon lentinə və ya mü va­

fiq vi deomaqnitofon kanalına yaza bilərsiniz. 

Bu üsul gərəkli səsi tənzimləyib vurğulamanın peşəkar səviyyəsinə uyğun 

olmasa da, mikrofonu düzgün qurduğunuz və kənar küylərin əngəl törətmədiyi 

hallarda tam yararlı səsyazısı ala bilərsiniz. 

§32. Səsyazmanın estetikası

Fonoqramın keyfiyyətinə səmərəli nəzarət səslənmənin texniki keyfiyyətini 

izləməklə bərabər, həm də bədii səviyyəsinə göz qoymağı nəzərdə tutur. Seyrçi 

qavrayışına təsir göstərən təkcə işığın dəyişməsi, kameranın vəziyyəti və plan­




105

la rın  kompozisiyası  deyil.  Səs  üzərində  işləmək  də  verilişin  necə  qav ran ma­

sında iz buraxır.

Səsin növləri

Səssiz televerilişlərə tək­tək hallarda rast gəlirik. Televerilişlərin səs sı ra sı­

na o qədər öyrənmişik ki, fonoqramlardakı bir­iki saniyəlik fasilə də bizdə təş­

viş doğurur. 

Bu fəslin əvvəlində də xatırlatdıq ki, “səs” deyəndə quruluşçunun niyyətinə 

görə, proqrama daxil edilən hər hansı akustik komponent nəzərdə tutulur. Küy­

şappıltı, tıqqıltı, tıppıltı, fışıltı, fısıltı, uğultu isə əksinə, fonoqrama düşən, an­

caq quruluşçunun arzulamadığı səsdir. Səs ünsiyyətə kömək edir; küysə həmin 

ünsiyyətə əngəl törədir. Teleistehsalda səs sırasının ən çox yayılan dörd növü 

bun lardır: mətn, təbii səs (interküy), musiqi və səs effektləri. 



Mətn

Mətn  –  teleproqramlarda  səs  sırasının  nisbətən  geniş  yayılmış  növüdür, 

çünki studiyadankənar çəkilişlərin əksəriyyəti müsahibələrdən ibarətdir. Mətn 

dialoqa  və  şərhə  ayrılır.  Dialoq  iki  adamın  (ya  da  bir  neçə)  söhbətidir,  im­

provizə edilə, yaxud ssenari əsasında ifadə oluna bilər. Ssenarilər, əsasən, bədii 

telequruluşlardan  və  ya  real  hadisələrin  aktyorlar  vasitəsilə  canlan dırıl ma sın­

dan  ötrü  yazılır.  Müsahibə  zamanı  mətn,  bir  qayda  olaraq,  improvizə  edilir. 

Şərh də mətnin son dərəcə geniş yayılmış növlərindəndir. Şərhlər kadrda və ya 

kadr arxasında oxuna bilər. Hər bir halda şərhçi ekranda baş verənləri açıq layır, 

proqramın fraqmentlərini vacib məxrəcə gətirir. Kadrarxası şərh zamanı ek ran­

da, adətən, mətndə haqqında söhbət açılan adam və ya nəsə başqa şey barədə 

videosıra  göstərir.  Kadrarxası  şərh  çox  vaxt  “kardarxası  mətn”  və  ya  “kadr­

arxası səs” də adlandırılır. Şərhçini (və ya danışan hər hansı başqa adamı) vi­

deo lentə çəkib, uyğun şəkildə ekranda göstərirlərsə (danışdığı müddətdə), şərhi 

lentə almağın belə üsulu səsli sinxron və yaxud kadrda şərh adlandırılır.

Təbii səs (interküy)

Təbii səs (interküy) studiyadankənar isehsalın olduqca mühüm kom po nen­

tidir. Hətta hökm şəklində də deyə bilərik ki, studiyadankənar istehsal stu diya 

istehsalından, məhz, təbii səs fonuna malik olması ilə fərqlənir. Çünki düzünə 

qalsa,  studiyada  yazılış  zamanı  təbii  küy  yoxdur  (işləyən  avadanlığın,  kondi­

sionerlərin və çəkiliş qrupu əməkdaşlarının səsini çıxmaq şərtilə). Təbii küyləri 

bəzən natura küyü də adlandırırlar, çünki belə səslər açıq hava çə kilişləri üçün 

səciyyəvidir.  Məsələn,  gəmi  tərsanəsindəki  qaynaqçı  ilə  müsahibə  zamanı  in­

terküy bu tərsanədəki fəhlələr və texnika, ya da qaynaq aparatının özü tərə findən 

törənəcək. Suda xizəksürmə haqqında süjetdə isə, qayıq motorlarının uğultusu 

və katerlə xizəklərin yaratdıqları su şırımlarının səsi interküy do ğu ra caq.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə