Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə42/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   36   37   38   39   40   41   42   43   44

115

Montaj dedikdə, çəkiliş materialının gərəkli qaydada yerləşdirilmə prosesi 

nə zərdə tutulur. Çatdırılacaq informasiya və tamaşaçıda yaranacaq təəssürat gə­

rəkli qaydanı müəyyənləşdirir. Montaj prosesi zamanı materiala estetik qiymət 

veril məsi, eləcə də həmin qiymətlər əsasında çıxarılan qərarları yerinə yetirmək 

üçün texnoloji əməliyyatlar nəzərdə tutulur.



§35. Montajın rolu

Montajçı videomontaj sisteminin müstəqil işləyən, çəkiliş qrupuna daxil olan 

və rejissorun rəhbərliyi altında, yaxud sərbəst fəaliyyət göstərən əmək daş lardır. 

Montajçı  verilişin,  yaxud  filmin  bədii­texniki  cəhətdən  keyfiyyətli  mon ta jına 

cavabdehdir.  Kinoda  gələcək  filmin  bütün  pozitivləri  və  bütün  ya zılış  fonoq­

ramları montajçının ixtiyarında olur. O, bütün materialın sistem ləşdi ril məsini və 

mühafizəsini təşkil edir. Çəkiliş materialı istehsalsonrası mon tajı nə zərdə tutarsa, 

deməli, telekanalda görünəcək hər şey montajçının is teh salda nə dərəcədə mü­

hüm rol oynaması onun malik olduğu peşəkarlığın yaradıcılıq sər bəst liyinin key­

fiyyət  və  kəmiyyətindən  asılıdır.  TV­də  çalışan  montajçıları  iki  qrupa  ayırmaq 

olar:  proqramları  tərtib  edərkən  sərbəst  işlə məyi,  yaradıcılıq  pro sesində  qərar 

çıxar mağı bacaran müstəqil montajçı sə nətkar (yəni rejissor­montajçılar) və tabe­

likdəki montajçılar, yəni rejissorun verdiyi tapşırıqları icra edən lər.

Bədii montaj

Müstəqil montaj sənətçisi – teleproqramın yekun tərtibli prosesində ən mə­

sul qərar çıxarmaq hüququ olan adamdır. O, montaj texnikasına və montaj ava­

danlığına yaxından bələd olmaqla yanaşı, həm də montajın estetik prin siplərini 

dərindən  bilməlidir.  Belə  bir  vəziyyəti  asanlıqla  təsəvvür  etmək  olar:  montaj 

sənət çisinə  qısa  məzmun  yazılmış  kağız,  çəkiliş  materialları  ilə  dolu  onlarca 

kaset  ve rilir  –  o,  bunların  hamısından  təyin  edildiyi  verilişin  xarakterinə  və 

tipinə  uyğun  gələn  süjet  hazırlamalıdır.  O,  hansı  musiqi  və  səs  effektlərini 

seçmək,  yekun  varianta  hansı  fonoqram  fraqmentləri  və  çəkiliş  planları  ar­

tırmaq və hətta süjeti bütövlükdə necə qurmaq haqqında müstəqil qərar çıxara 

bilər. An caq  bir  qayda  olaraq  proqramın  quruluşçusu  və  rejissoru  bu  zaman 

“veto” hü ququnu özündə saxlayır.

“Şkalanın”  o  biri  tərəfində  ətraflı  ssenari  əsasında  işləyən  sənətkar­montajçı 

da yanır. Bu halda montajçının rolu xam materialı hazır ssenariyə uyğun şəkildə 

tər tib etməkdən ibarətdir. Hətta belə şəraitdə də montajçının xeyli yaradıcı azad lığı 

var. O, hər səhnənin müxtəlif rakurs və nöqtələrindən çəkilişi bir neçə dubl ilə iş­

ləyir. Ssenari əsas hadisənin göstərilmə strukturunun və hər səhnənin mətnini mü­

əy yənləşdirir. Ancaq  montajçı  zövqünə  görə,  ən  yaxşı  saydığı  dubl  və  planları 

seçərək yekun nəticənin necə olacağına önəmli dərəcədə təsir et mə yə qadirdir.



116

Texniki montaj

Montajçı­texnik çox vaxt ilk əvvəl montaj avadanlığından yerinə yetirilən 

əməliyyatların texnologiyasına, incəliklərinə yiyələnmiş texniki əməkdaş və ya 

mühəndisdir. O, başqalarının qəbul etdiyi qərarları gerçəkləşdirir.

Bir  çox  teleistehsal  şirkətlərinin  öz  avadanlığı  olmur,  onlar  həmin  ava­

danlığı bəzən xidmətlər üzrə ixtisaslaşmış digər şirkətlərdən icarəyə götürməyə 

üstünlük  verirlər.  Çox  vaxt  montaj  avadanlığı  da  icarəyə  götürülür.  Çoxsaylı 

müxtəlif montaj sistemləri olduğu üçün bu avadanlığı istehsalsonrası mon taj­

dan ötrü icarəyə verən şirkətlər vaxta və maddi məsrəflərə qənaət məqsədilə, 

bir  qayda  olaraq,  öz  xidmət  heyətini  də  bu  işə  cəlb  edir.  Xidmət  heyəti  ava­

danlıqla birgə icarəyə verilir. Belə hallarda materialın tərtibi üzərində ya radılan 

nəzarət proqramı quruluşçunun və ya rejissorun ixtiyarında qalır. Montaja tex­

nik, onların göstərişləri əsasında montaj əməliyyatlarını yerinə yetirir.

Montajçı­texniklərin  əksəriyyəti  montaj  texnologiyasından  əlavə  montajın 

estetikasını da gözəl bilirlər, yəni onlar nəyin yaxşı, nəyin pis montaj edildiyini 

bilirlər. Bədii və texniki montajlar arasındakı əsas fərq yekun nəticə üzərində 

yaradıcı  nəzarətin  hansı  səviyyədə  həyata  keçirilməsindən  ibarətdir.  Müstəqil 

montaj  sənətkarı  belə  nəzarəti  özü  gerçəkləşdirir.  Montajçı­texnik  isə  adətən 

yox.  Ancaq  tabelikdəki  ixtisaslı  montajçı­texniklərin  əksəriyyətinin  montajın 

estetik yönlərinə dair təkliflərini deməyə imkanı var və tamhüquqlu şəkildə ya­

radıcı prosesdə iştirak edirlər.

Bir çox vəziyyətlərdə hər iki funksiya birləşdirilir. Videoistehsalla məşğul 

olan kiçik şirkətlərdə bütün proqramı cəmi bir adam düşünüb səhnələşdirə bilər 

və texnologiyanı, həm də estetikanı anlamağın telequruluşçudan ötrü çox bö­

yük önəmi var. 

§36. Montajın növləri

Montaj üsullarını ümumi şəkildə iki yerə ayırmaq olar: ardıcıl və dinamik 

(mü rəkkəb, qəlizləşdirilmiş) montajlar. İstər ardıcıl, istərsə də dinamik montaj 

tiplərinə təcrübədə xalis şəkildə nadir hallarda rast gəlmək olur. Bir qayda ola­

raq  teleproqramın  montajında  onların  hər  ikisindən  istifadə  edilir.  Dinamik 

mon taj çarpaz, paralel, assosiativ montaj biçimlərini də əhatə edir. Ardıcıl (və 

ya mexaniki) montajdan, adətən xəbər və xəbər poetikasına söykənən infor ma­

tiv­publisistika proqramlarında istifadə edilir.

Rejissor ssenaridə və çəkiliş obyektində işə başlayarkən təsvirlərin son ra­

dan  necə  montaj  olunacağının  nəzərə  alınması  montajın  öncədən  düşü nül mə­

sidir. Bu halda uzlaşdırılması heç cür mümkün olmayan fraqmentlərin çə kilmə­

sinə yol verilmir. Xüsusi çəkiliş nöqtəsini dəyişərək hərəkəti təkrar len tə alanda 

montajı mümkün olmayan hallar baş verir.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə