VeriLƏNLƏr bazalari ümumi məlumat


Verilənlərdən çoxməqsədli və birgə istifadə edilməsi



Yüklə 292,45 Kb.
səhifə7/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   44
C fakepathLav vsait

Verilənlərdən çoxməqsədli və birgə istifadə edilməsi.

Verilənlər bazasında müəyyən tətbiq sahəsinə aid müxtəlif tip verilənlər toplanır. Verilənlərin bu cür inteqrallaşdırılmış şəkildə saxlanması onlardan müxtəlif istifadəçilər tərəfındən müxtəlif məqsədlərlə birgə istifadə olunmasına imkan yaradır. Digər tərəfdən, istifadəçilərin və onların sorğularının sayı və müxtəlifliyi genişləndirilə bilər.

  1. Verilənlərin təhlükəsizliyinin qorunması.

Verilənlər bazasında saxlanan informasiya ondan istifadə edən müəssisə üçün ciddi əhəmiyyət daşıyır. İnformasiyanın təhlükəsizliyini təmin etmək üçün onu texniki və proqram pozuntularından, qəza və kriminal hadisələrdən qorumaq, ona icazəsiz müraciətlərin qabağını almaq lazımdır.

Verilənlərin təhlükəsizliyi dedikdə onları kənar istifadəçilərin təsadüfı və ya bilərəkdən müraciətetmə cəhdlərindən qorumaq, həmin istifadəçilər tərəfindən verilənlərin dəyişdirilməsinin və ya pozulmasının qarşısını almaq başa düşülür. Verilənlərin təhlükəsizliyi bir neçə amillərlə əlaqədar olduğundan, onun həlli müəyyən çətinliklərlə bağlıdır. Bu problemin həllində ən vacib məsələlər aşağıdakılardır:

-verilənlərin təhrifolunmalardan, oğurlanmaqdan və digər növ pozuntulardan qorunması;

-verilənlərin bərpasının təmin olunması, çünki, bəzən bütün cəhdlərə baxmayaraq, təsadüfı qəzalardan onlar pozula bilər;

-verilənlərə nəzarətin təmin olunması. Nəzarət vasitələrinin olmaması qəza hallarına gətirib çıxara bilər;

-icazəsi olmayan istifadəçilərin verilənlərə müraciətinin qarşısını almaq üçün mühafızə vasitələri olmalıdır;

-verilənlər bazasından istifadə edənlərin müəyyənləşdirilməsi üçün vasitələr olmalıdır. Bu cür müəyyənləşdirmə VB-yə icazəsiz müraciətləri aşkar etmək üçün lazımdır;

-istifadəçilərin VB-də apardıqları əməliyyatlar üzərində nəzarət qoyulmalıdır.

Göstərilən məsələlərin bu və ya digər səviyyədə həlli VBİS və VB-nin administratoru tərəfindən yerinə yetirilir.




  1. Yüklə 292,45 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə