VeriLƏNLƏr bazalari ümumi məlumat



Yüklə 292,45 Kb.
səhifə9/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   44
C fakepathLav vsait

Xərclərin azalması.

İqtisadi-statistik təhlillər nəticəsində sübut edilmişdir ki, VB konsepsıyası ilə hazırlanan sistemlərə qoyulan xərclər ayrı-ayrı fayllarla hazırlanan sistemlərə nisbətən 50% az olur. Xərclərin azalması VB-nin yuxarıda sadalanan prinsipləri və xarakteristikaları nəticəsində əldə edilir.
1.3. Verilənlər bazası və iş prosesinin təşkili

Verilənlər bazası ilə işləyən zaman sistemdə baş verən proseslərin təşkilinə ümumi hal üçün bir kompüterdə bütöv VBİS-lə işləyən lokal İS-də baxaq (şək. 1).

İstifadəçilər verilənlər bazası ilə işləyərkən VB üzərində aşağıdakı əməliyyatları yerinə yetirirlər: verilənlərin seçilməsi, əlavə edilməsi, dəyişdirilməsi və kənarlaşdırılması. Bu əməliyyatların hamısında verilənlərin (yazıların) axtarıb tapılması tələb olunur. Bu əməliyyatın yerinə yetirilməsi zamanı sistemdə baş verən proseslər və verilənlər mübadiləsi şəkil 1-də göstərilmişdir. Burada adi xətlərlə idarəetməyə görə əlaqələr, ikitərəfli yönəldilmiş xətlərlə isə informasiya əlaqələri işarələnmişdir. Tətbiqi proqram köməyilə istifadəçinin verilənlər bazası ilə qarşılıqlı əlaqələr dövrünü aşağıdakı mərhələlərə ayırmaq olar:


  1. Tətbiqi proqramla dialoq prosesində terminalın (1) istifadəçisi müəyyən verilənləri VB-dən almaq üçün sorğu formalaşdırır (2).

  2. Tətbiqi proqram (3) verilənlərlə əməliyyat dilinin (SQL) vasitələri ilə sorğunu (4) formal şəklə salıb, VBİS-ə müraciət edir.

  3. Özünün idarəetmə bloklarından və cədvəllərdən istifadə etməklə, VBİS verilənlər lüğətinin köməyilə tələb olunan verilənlərin yerini təyin edir və onları əldə etmək üçün əməliyyat sisteminə (ƏS) müraciət edir (5).

  4. ƏS-in fayl sisteminin proqramları seçilən verilənləri xarici yaddaşdan oxuyur və VBİS-in sistem buferlərində yerləşdirir (6).

  5. VBİS alınan verilənləri tələb olunan formata çevirərək, onları tətbiqi proqramın uyğun sahəsinə köçürür (7) və əməliyyatın qurtarması haqda müəyyən formada siqnal verır (K) (məsələn, geri qayıtma kodu şəklində).

6. Tətbiqi proqram (3) VB-dən seçilən verilənləri istifadəçinin terminalinda (1) əks etdirir (9).



Şəkil 1. Verilənlər bazasi ilə iş proseslərinin və verilənlər mübadiləsinin sxemi

İstifadəçinin VBİS-lə dialoq rejimində işləməsi zamanı (tətbiqi proqramsız) VB ilə istifadəçinin qarşılıqlı əlaqə dövrü sadələşir və aşağıdakı mərhələlərdən ibarət olur:



  1. Terminalın (10) istifadəçisi (14) sorğu dilində (məsələn, SQL, QBE) sorğunu formalaşdırır və verilənlərin seçilməsi tələbi ilə VBİS-ə müraciət edilir (11).

  2. VBİS tələb olunan verilənlərin yerini müəyyənləşdirir və onların seçilməsi üçün ƏS-ə müraciət edir (5). ƏS seçilən verilənləri xarici yaddaşdan oxuyub VBİS-in sistem buferlərində yerləşdirir (6).

3. Sistem buferlərindəki verilənlər lazımi formata çevrildikdən (12) sonra istifadəçi terminalında (10) əks etdirilir (13).

Əgər kompüter və əməliyyat sistemi çoxistifadəçi iş rejimini dəstəkləyirsə, bu cür hesablama sistemində çoxistifadəçili VBİS fəaliyyət göstərə bilər. Bu halda VBİS bir neçə istifadəçiyə eyni vaxtda xidmət edir.

Hesablama sisteminə uzaq məsafəli istifadəçilər də qoşula bilər. Rabitə vasitələri ilə VBIS-ə qoşulan bu cür istifadəçi xüsusi proqram vasitəsilə adi lokal istifadəçi kimi emulyasiya oluna və xidmət edilə bilər.

Çoxistifadəli VBİS-də müxtəlif əməliyyatların icrası zamanı şəkil l-də təsvir edilən proseslər paralel yerinə yetirilir. Bir neçə paralel sorğular mənbələrinə xidmət edərkən VBİS öz resurslarını və kompüter resurslarını elə planlaşdırır ki, sorğuların yaratdıqları əməliyyatlar bir-birindən asılı olmadan yerinə yetirilir.

Çoxistifadəçili VBİS əsasən meynfreymlərdə (MainFrame) reallaşdırılır. Fərdi kompüterlərdə istifadəçi adətən bir neçə proqramla tək işləyir. Bu proqramlar VBİS-in müxtəlif proqramları və ya eyni VBİS-in müxtəlif nüsxələri ola bilər. Məsələn, Microsoft Access vasitəsilə müxtəlif VB ilə işləmək olar.

İstifadəçinin bir neçə proqramla işləməsi texnologiyası Windows sistemində reallaşdırılmışdır. Burada icra olunan hər bir proqram istifadəçi ilə əlaqə yaratmaq üçün özünün pəncərəsinə malik olur və proqramdan proqrama keçid üçün əlverişli vasitələr mövcuddur. Windows sistemi ilə işləyən zaman VBİS istifadəçi ilə bir neçə iş seansını təmin etməkdən azad olunur.



Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə