VeriLƏNLƏr bazalari ümumi məlumat


Verilənlərin tipləri ve modelləri



Yüklə 292,45 Kb.
səhifə10/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   44
C fakepathLav vsait

2. Verilənlərin tipləri ve modelləri

2.1. Verilənlərin tipləri

Məlumdur ki, kompüter və proqramlaşdırma dilləri əsasən 4 tip verilənləri dəstəkləyirlər:



  • tam (məsələn: 1,10,-10);

  • həqiqi (məsələn: 0,43,43E-2, 5E+2);

  • simvol (hərif-rəqəm) (məsələn: «bazar», «proqramçı», «qrup 650»);

  • məntiqi: FALSE -yalan, TRUE-doğru.

Təbiidir ki, VBİS-lərin hamısında göstərilən tip verilənlər dəstəklənir.

Yeni tətbiq sahələrində xüsusi təyinatlı informasiya sistemlərinin yaradılması (məsələn, geoinformasiya sistemləri, video təsvirlərin emalı sistemləri və s.) nəticəsində VBİS-lərə verilənlərin yeni tiplərinin daxil edilməsi zərurəti qarşıya çıxdı. Bunlara aşağıdakıları aid etmək olar:

- vaxt və/və ya tarix haqqında informasiyanı saxlamaq üçün nəzərdə tutulan vaxt və tarix-vaxt tipli verilənlər. Məsələn: 31.12.05 (tarix), 12:30:15 (vaxt), 20.01.2006 10:00 (tarix və vaxt);

- böyük uzunluqlu mətni (məsələn, sənədi) saxlamaq üçün dəyişən uzunluqlu simvol tipli verilənlər;

- qrafık obyektləri, audio- və video-informasiyanı, fəza tipli, xronoloji və digər xüsusi informasiyanı saxlamaq üçün ikilik verilənlər. Belə tipə misal olaraq MS ACCESS sistemində verilənlər bazasında BMP (Bitmap) formasında qrafik verilənləri saxlamaq və əks etdirmək üçün «OLE (Object Linking and Embedding) obyekt sahəsi» verilənlər tipini göstərmək olar;

- verilənlər bazasından kənarda, məsələn, İnternet şəbəkəsində, İntranet tipli korporativ şəbəkədə və ya kompüterin sərt diskində yerləşən müxtəlif resurslara (qovşaqlara, fayllara, sənədlərə və s.) istinadları (müraciətləri) saxlamaq üçün hiperistinadlar (hyperlinks). Məsələn:

http://www.microsoft.com

http://www.google.com

Müxtəlif modelli müasir VBİS-lərdə verilənlərin baxılan tiplərinin hamısından istifadə oluna bilər.


Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə