Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə23/137
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47444
1   ...   19   20   21   22   23   24   25   26   ...   137

47 
 
ağciyərlərə də daxil ola bilər. Bu bronx-ağciyərin zədələnməsinin inkişafına gətirib çıxarır, bu da 
atelektaz, sətəlcəm, limfohematogen səpələnmə ilə nəticələnə bilər. 
Perforasiya  yeri  müalicə  nəticəsində  bağlana  bilər.  Bu  zaman  bronx  divarındakı  toxuma 
defekti birləşdirici toxuma çapıqları ilə əvəz olunur. Ancaq bu perforasiya uzun müddət qalırsa, 
fistul formalaşır və bu, bronxoskopiya zamanı aşkar oluna bilər. 
Bronxoadenitlər zamanı  bir sira hallarda böyümüş limfa düyünlərinin bronxları  sıxması  ilə 
və  yaxud  limfa  düyünlərindən  kazeoz  kütlənin  yırtılaraq  bronx  boşluğuna  daxil  olması  ilə 
atelektazın  yaranması  baş  verir.  Atelektaz  zamanı  rentgenoloji  olaraq  ağciyər  toxumasının  çox 
vaxt  pay  sərhədlərində  və  hətta  bütün  ağciyər  boyunca  massiv  homogen  kölgəliyi  görünür. 
Yuxarı  payın  atelektazı  zamanı  sağ  tərəfdən  sərhədləri  yuxarı  çə-kilmiş  xətt  üzrə  gedir,  nəfəs 
alarkən  ürəyin  və  divar  aralığının  kölgəsi  atelektaza  sarı  yerini  dəyişir  (Qolksnext-Cakobson 
əlaməti). 
Diafraqmanın  hərəkəti  atelektaz  tərəfdə  paradoksal  olur.  Ağciyərin  sağlam  sahələrində 
şəffaflıq  görünür.  Atelektaz  olan  nahiyədə  fızikal  metodlarla  perkutor  səsin  kütləşməsi, 
auskultativ tənəffüsün isə zəifliyi müşahidə olunur. Əksər hallarda atelektaza uğramış nahiyədə, 
eyni  zamanda  ağciyərin  spesifik  prosesi  ola  bilir.  Atelektaz  uzun  müddət  sürərsə,  ağciyər 
toxuması  geriyə  dönməyən  sirrotik  dəyişikliklərə  uğrayır  və  burada  bronxoektazlar  inkişaf  edə 
bilir. 
Bronxoadenitin  kliniki  təzahürləri  rəngarəngdir.  O,  bir  müddət  yüksək  bədən  hərarətinin 
yüksəlməsi  ilə  müşahidə  olunur,  sonra  bədən  hərarəti  uzun  müddət  subfebril  formada  qalır. 
Xəstələrin əksəriyyətində bronxoadenit normal temperaturda, bəzən 37,2-37,6°C-yə qədər qalxa 
bilir.  Vərəmin  digər  formalarındakı  kimi  intoksikasiya  əlamətləri  zəiflik,  xüsusilə  gecələr 
tərləmənin  artması,  bədən  çəkisinin  azalması,  yuxunun  pozulması  və  s.-dir.  Bronxoadenitlərin 
diaqnostikasında  tuberkulin  sınaqları  müsbət  olur,  ağciyərlərdə  rentgenoloji  müayinələr 
vasitəsilə dəyişikliklər aşkar olunur və onları qeyri-infeksion mənşəli proseslərlə differensiasiya 
etmək lazım gəlir. Öskürək, konyuktivitlər, kökyanı infiltratlar qızılca və göyöskürək zamanı bir 
qədər  çaşqınlıq  yarada  bilər.  Ancaq  dəridə  xarakterik  səpkilər,  ağciyər  köklərinin  simmetrik 
zədələnməsi, yüksək leykositoz , limfositoz, tuberkulin sınaqlarının mənfı olması vaxtında vərəm 
diaqnozunu  inkar  etməyə  imkan  verir.  Bir  sıra  hallarda  bronxoadeniti  bronxial  astma,  xroniki 
interstisial  sətəlcəm  və  bronxitlərlə  differensiasiya  etməyə  ehtiyac  olur.  Bəzi  səbəblərdən 
hiperplaziyaya  uğramış  limfa  düyünlərinin  tezliklə  involyusiyaya  uğraması  prosesin  vərəm 
etiologiyasını  inkar  etməyə  əsas  verir.  Qalxanvari  vəzi  rentgenoqrammada  paratraxeal  limfa 
düyünlərinin  böyüməsinə  bənzər  kölgələr  yarada  bilər.  Kölgənin  yuxarı  retrosternal  sahədə 
olması, traxeyanın yerdəyişməsi və daralması, bəzən udma aktının çətinləşməsi, üzün sianozu və 
postoz  şişkinliyi  qalxanvari  vəzin  xəstəliyinin  olmasına  dəlalət  edir.  Qalxanvari  vəzin 
diaqnostikasında  aparıcı  rol  yandan  çəkilmiş  rentgen  müayinədir.  Bütün  kliniki  əlamətlərin  və 
laborator  müayinələrin  nəticəsini  nəzərə  almaqla  bronxoskopiya  xəstəliyin  etiologiyasının 
müəyyənləşməsinə kömək edir. 
Uzun müddət vərəmin bu forması ancaq uşaqlar  üçün xas olan bir proses sayılırdı. Ancaq 
xəstəliyin  patogenezi,  morfologiyası  və  klinikasını  geniş  öyrəndikdə  ilkin  birincili  vərəmin  və 
onunla bağlı formaların yeniyetmələrdə və hətta böyüklərdə də müşahidə olunduğu aşkar olunur. 
Böyüklərdə  döş  qəfəsidaxili  limfa  düyünlərinin  vərəminə  adətən  18-25  yaşlarında  təsadüf 
edilir.  Bronxoadenit  diaqnozunu  böyüklərdə  xarakterik  kliniki  əlamətlərin  olması  və  döş 
qəfəsidaxili limfa düyünlərinin böyüməsi ilə müəyyənləşdirmək olar. Bununla belə, buna oxşar 
digər xəstəlikləri də inkar etmək üçün müxtəlif müayinələr aparmaq lazım gəlir. Xəstəlik bəzən 


48 
 
bədən  hərarətinin  bir  qədər  qalxması  ilə  müşahidə  olunur.  Bronxoadenitli  xəstələr  bel 
sümükləriarası  nahiyədə  sızıldayan,  arası  kəsilməyən  ağrılardan  şikayət  edirlər.  Ağrılar 
periadenitin yaranması və prosesə plevranın qoşulması səbəbindən yaranır. 
Divar  aralığı  orqanlarının  böyümüş  limfa  düyünləri  ilə  sıxılması  əlamətləri,  ekspirator, 
təngnəfəslik,  döş  nahiyəsində  dərialtı  venoz  damarların  genəlməsinə  böyüklərdə  uşaqlara 
nisbətən  daha  az  təsadüf  edilir.  Bunu  onunla  izah  etmək  olar  ki,  böyüklərdə  uşaqlara  nisbətən 
limfa  düyünlərinin  çox  saylı  zədələnməsinə  daha  az  təsadüf  edilir.  Böyüklərdə  fizikal 
müayinələrin  nəticələri  diaqnostika  üçün  nisbi  əhəmiyyət  kəsb  edir.  Perkusiya  ilə  onlarda 
(uşaqlarda  olduğu  kimi)  5-6-cı  döş  fəqərələrindən  aşağı,  hər  iki  tərəfdən  parasternal  səsin 
kütləşməsi aşkar olunur. Qalan perkutor və auskultativ əlamətlər böyüklərdə demək olar ki, rast 
gəlinmir.  Ona  görə  də  əsas  diaqnostik  metod  rentgenoloji  müayinələr  sayılır.  İnfıltrativ 
bronxoadenitlərdə  ağciyər  kökünün  ölçülərinin  genişlənməsi  və  formasının  dəyişməsi  aşkar 
olunur.  Rentgenoqrammada  kökün  konturları  qabarmış,  yayılmış  olur,  intensivliyi  böyümüş, 
artmış olur. Damarların və bronxların uzununa və eninə kəsikləri differensiasiya olunmur, yəni 
müəyyənləşdirilmir. İnfiltrasiyaya uğramış kökün kölgəsi ürəyin kölgəsi ilə qarışır. Vərəm üçün 
differensial diaqnostik əlamətlər - deyilən dəyişikliklərin bir tərəfdə olması,  yaxud da müəyyən 
qrup limfa düyünlərinin ətrafında olmasıdır. 
Bronxoadenitlərin gedişi böyüklərdə uzunmüddətlidir. 
Müxtəlif ağırlaşmalar ola bilər. Döş qəfəsi  limfa düyünlərinin topoqrafik  yaxın  yerləşməsi 
nəticəsində  bronxların  tez-tez  vərəmlə  zədələnməsi  halları  müşahidə  olunur.  Belə  hallarda 
bronxların vərəm prosesinə cəlb olunması və vəzi-bronxial fistulların yaranması mümkün olur. 
Bronxların  böyümüş  limfa  düyünləri  ilə  sıxılması  onların  reflektor  spazmı,  boşluğunun  kazeoz 
kütlələrlə  tutulması  və  atelektazın  inkişaf  etməsi  ilə  nəticələnir  və  sonra  bronxoektazların 
yaranmasına  gətirib  çıxarır.  Kazeoz  dəyişiklikli  döş  qəfəsi  limfa  düyünləri  infeksiyanın 
ağciyərlərdə  və  başqa  orqanlarda  limfa  hematogen  yayılmasının  əsası  ola  bilər.  Böyüklərdə 
böyümüş  döş  qəfəsidaxili  limfa  düyünlərinin  aşkar  olunması  bir  sıra  başqa  qeyri-vərəm 
xəstəliklərinin  olmasını  da  düşünməyə  əsas  verir,  çünki  bunlar  kliniki,  rentgenoloji  şəkillərinə 
görə çox oxşardırlar. 
Limfaqranulomatoz  vərəmdən  fərqli  olaraq,  adətən  ikitərəfli  olur  və  periferik  limfa 
düyünlərini də zədələyə bilir. Limfa düyünləri limfaqranulomatozda kəskin böyümüş, bərk olur 
və  onların  əhatəsindəki  toxumalar  prosesə  cəlb  olunmur.  Bu  xəstəliyə,  adətən,  cavan  yaşlarda 
(20-40 yaşda) rast gəlinir. О da vərəm kimi kəskin, yaxud da tədricən başlayır və uzun illər sürə 
bilər. Hər iki halda bədən hərarəti qalxır, ümumi zəiflik, tez yorulma, quru yaxud selikli öskürək, 
irinli,  bəzən  qan  qarışığı  ilə  bəlğəm,  tərləmə,  arıqlama  müşahidə  olunur.  Limfaqranulomatozda 
da vərəmdəki kimi döş qəfəsi limfa düyünləri, periferik və qarın boşluğu limfa düyünləri, (bəzən 
ocaqlı) infiltrativ və interstisial, ağciyərlərdə dəyişikliklər, atelektaz, eksudativ plevrit, perikardit 
müşahidə  olunur.  Bununla  belə,  bir  sıra  əlamətəor  bu  xəstəlikləri,  yəni  vərəm  və 
limfaqranulomatozu bir-birindən ayırmağa imkan verir. 
Limfaqranulomatoz  zamanı  bədən  hərarəti  dalğavari  olur.  Ətraflarda,  oynaqlarda  və  döş 
qəfəsində  güclü  ağrılar,  dəridə  qaşınma  olur.  Dəri  səthinin  rənginin  bir  qədər  saralması  və 
dalağın  böyüməsi  müşahidə  olunur.  Vərəmdən  bir  qədər  çox  hallarda  anemiya,  leykositoz, 
neytrofilyoz, limfapeniya, eozinofiliya və EÇS-in  yüksək olması,  tuberkulin sınaqlarının  mənfı 
olması  müşahidə  olunur.  Xəstələrin  90-95%-ində  eyni  vaxtda  döş  qəfəsi  daxili  və  xarici  limfa 
düyünlərinin zədələnməsi müşahidə olunur. Vərəm zamanı belə birgə formalı limfadenitlərə az 
hallarda rast gəlinir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə