VəLİyev dünyamali əMİr oğLU



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə18/173
tarix14.04.2018
ölçüsü3,58 Kb.
#38395
1   ...   14   15   16   17   18   19   20   21   ...   173

 
33 
vasitəçilik  edir,  xidmətləri  müqabilində  hər  iki  tərəfdən  də  kommisiyon  haqqı  alırlar.  Brokerlər, 
ümumiyyətlə  banklararası  əməliyyatlara  vasitəçilik  edir  və  valyuta  məzənnəsinin  formalaşmasında 
mühüm rol oynayırlar.  
Valyuta  bazarlarında  sövdələşmə  alətləri  əhəmiyyətli  dəyişikliklərə  məruz  qalmışdır. 
Monometalizm dövründə beynəlxalq hesablaşmalarda kredit vasitələrindən istifadə olunması əsasında 
nəqdsiz  beynəlxalq  ödəmələr  üstünlük  təşkil  edirdi.  Beynəlxalq  ödəmələrdə  qızıl  son  vasitə  hesab 
edilirdi.  
Valyuta  məzənnəsi  qızıl  nöqtəsinə  çatdıqda  borclu  üçün  öz  borcunu  qızıl  ilə  ödəmək  daha 
əlverişli  idi.  Bu  vaxt  valyuta  əməliyyatları  aləti  köçürülə  bilən  kommersiya  vekselləri  (tratta),  yəni 
ixracatçı  yaxud  kreditorun  idxalatçı  və  ya  borcluya  yazılmış  tələbi  idi.  Banklar  inkişaf  etdikcə  onlar 
bank  vekselləri  və  çeklər,  X1X  əsrin  ikinci  yarısından  isə  köçürmələr  tərəfindən  sıxışdırılırdı.  Bank 
vekseli - yerli bank tərəfindən öz xarici müxbirinə yazılmış vekseldir. Bu vekselləri milli bankdan satın 
alan  borclular  (idxalatçılar)  onları  kreditorlara  (ixracatçılara)  göndərirlər.  Bu  yolla  onlar  öz  borc 
öhdəliklərini ödəmiş olurlar. Bank vekselləri də tədricən bank çekləri vasitəsilə sıxışdırılır. Bank çekləri 
-  xaricdə  hesabı  olan  sahibkarın  təmsil  olunduğu  bankın  xaricdəki  müxbirinə  onun  cari  hesabdan 
müəyyən məbləğin çeki təqdim edənə köçürülməsi haqqında yazılı əmrdir. Belə çekləri olan ixracatçılar 
onları öz banklarına satırlar.  
Müasir  beynəlxalq tədiyə  dövriyyəsində bank  köçürmələri  - poçt,  xüsusən, teleqraf  köçürmələri 
geniş istifadə olunur. Köçürmə - bankın başqa ölkədəki öz müxbir bankına müştərisinin göstərişi üzrə, 
onun  hesabından  müəyyən  məbləğ  valyutanın  köçürülməsi  haqqında  əmrdir.  Köçürmə  zamanı  bank 
müştəriyə - xarici valyutanı milli valyuta müqabilində satır.  
60-cı  illərin  axırlarından  valyuta  bazarlarında  TMŞ-in  rolu  sürətlə  artır.  Onların  fəaliyyətində 
xarici  valyuta  sövdələşmələri  mühüm  yer  tutur.  TMŞ-in  valyuta  bazarında  apardığı  əməliyyatlar 
aparıcı valyuta məzənnələrinin dəyişməsində əhəmiyyətli amillərdən biridir.  
Valyuta bazarı əməliyyatlarının böyük hissəsi spot (nəqdi) əməliyyatlardan ibarətdir. Onun az bir 
hissəsi  müddətli  sövdələşmələrdə  (forward  transactions)  aparılır.  Ona  görə  birinci  növ  əməliyyatların 
formalaşdığı  bazarlar  spot  bazar  və  burada  mövcud  olan  məzənnəyə  isə  spot  məzənnə  deyilir.  İkinci 
növ  əməliyyatların  üstünlük  təşkil  etdiyi  bazarlara  isə  müddətli  bazar  (forward  market)  və  oradakı 
məzənnələrə isə müddətli məzənnə (forvard exshanqe rates) deyilir.  
Məlum olduğu kimi, spot əməliyyatlar - milli valyuta alqı-satqısının, prinsip etibarilə aparıldığı 
əməliyyatlardır.  Bank  hesablarından  tapşırıq  şəklində  aparılan  əməliyyatlarda  isə  ödəmə  müddəti 
(settlement date), bir qayda olaraq, müqavilə imzalandıqdan sonrakı iki iş günüdür. Bu müddət hər iki 
tərəfə əməliyyatı aparmaq üçün lazım olan vəsaitin əldə edilməsi üçün verilir.  
Müddətli təhvil əməliyyatları müxtəlif şəkildə özünü göstərir. Bu əməliyyatlar aparılarkən bank 
ilə valyuta alqı-satqısı müqaviləsi bir gündə bağlanır. Lakin valyuta və onun müqabilində ödəniləcək 
milli  pulun  təhvili  30,  60  və  ya  90  gün  olmaqla,  məlum  müddətdən  sonra  həyata  keçirilir.  Beləliklə, 
müqavilənin  bu  gün  bağlanması  ilə  nəzərdə  tutulan  müddətin  sonunda  tətbiq  ediləcək  məzənnə  də 
indidən  müəyyən  edilir.  Elektron  texnologiyasının  tətbiqi  sayəsində  valyuta  ticarətinin  iki  əsas 
istiqaməti formalaşmışdır. Birincisi - elektron broker sistemi.  
BVF-in məlumatlarına əsasən beynəlxalq avro maliyyə mərkəzlərində elektron broker sistemi ən 
fəal şəkildə cüt valyuta ticarətində (dollar-marka, dollar-ien, dollar-fst. və s. ) özünü göstərir. 1996-cı 
ilin yalnız aprel ayında Tokioda elektron broker ticarətində dollar-ien əməliyyatları üzrə broker bazarı 
əməliyyatlarının 50%-i həyata keçirilmişdir.  
Valyuta əməliyyatlarında beynəlxalq mərkəz London (əməliyyatların 30%-i), Nyu-York (16%) və 
Tokiodur (10%).  
Dünya maliyyə bazarı əməliyyatlarının strukturunda forvard əməliyyatları spot əməliyyatlarına 
nisbətən üstunlük təşkil edir.  
Valyuta əməliyyatlarında ən çox istifadə olunan valyuta dollar olmaqda davam edir. XX əsrin 
sonunda  onun  payına  bütün  valyuta  əməliyyatlarının  50%-i  düşürdü.  Müasir  şəraitdə  avro  dolların 
mövqeyini ciddi sıxışdırmışdır.  
Valyuta məzənnəsi. Məlum olduğu kimi, xarici valyutanın qiymətinə valyuta məzənnəsi deyilir. 
Ümumi  şəkildə  ifadə  etsək,  valyuta  məzənnəsini  iki  müxtəlif  valyuta  arasındakı  mübadilə  nisbəti  də 
adlandırmaq olar.  
Valyuta  məzənnələri  təcrübədə,  adətən,  xarici  pul  vahidi  əsas  götürülərək,  yəni  bir  vahid  xarici 
valyutanın  milli  valyuta  ilə  qiyməti  kimi  müəyyən  edilir.  Məsələn,  1dollar  =  4100  manat.  Buna  birbaşa 
kotirovka (direct quotation) deyilir. Dolayı kotirovka da (indirect quotation) mövcuddur. Bu zaman xarici 
valyutanın miqdarı milli pul ilə ifadə olunur. Əksər ölkələr birbaşa kotirovkadan istifadə edirlər.  


 
34 
Burada, adətən özünü göstərən bir məsələyə diqqət yetirməyi vacib hesab edirik. Məlum olduğu 
kimi,  hər  hansı  bir  milli  pul  vahidinin  dəyəri  valyuta  məzənnəsi  ilə  ölçülür.  Müvafiq  olaraq,  milli 
valyuta xarici valyutaya nisbətən dəyərini itirməsi (devalvasiyası), həmin xarici valyutanın milli valyuta 
ilə dəyərinin artması deməkdir. Bu isə, müvafiq valyutanın milli valyutanın qiymətinin yüksəlməsi ilə 
eynidir.  Bizə  məlum  olan  kotirovka  anlayışına  da  aydınlıq  gətirmək  lazımdır.  Belə  ki,  hər  hansı  bir 
bankın  kotirovka  etdiyi  valyuta  alış  (və  ya  satış)  məzənnəsi,  həmin  bankın  özünün  bu  məzənnə  ilə 
valyuta almağa (satmağa) hazır olduğunu ifadə edir. Təbiidir ki, müştərilər üçün bu məzənnə məcburi 
deyildir.  Əgər  müştərilər  bu  məzənnəni  az  hesab  edərək,  valyutanı  satmaqdan  imtina  etsələr,  bank 
bazar  şərtlərinə  əsasən  daha  real  satış  məzənnəsi  müəyyən  etməyə  məcbur  olur.  Bu  baxımdan, 
kotirovka  edilən  məzənnələr  əməliyyatın  mütləq  aparılıcağı  məzənnə  deyil,  əməliyyat  üçün  təklif 
olunan məzənnədir.  
Məlum olduğu kimi, banklar və valyuta ticarəti ilə məşğul olan digər maliyyə qurumları, adətən, 
valyuta  sövdələşmələrindən  kommisiyon  almırlar.  Bunun  əvəzinə,  valyuta  məzənnələrinin  alış 
məzənnəsi (bid rate) və satış məzənnəsi (ask rate) olmaqla, ayrı-ayrı müəyyən edirlər. Alış məzənnələri, 
satış  məzənnələrindən  aşağı  olur  və  aradakı  fərq  bank  mənfəətini  təşkil  edir.  Bank  əməliyyatları 
apararkən gündəlik alış və satış məzənnələrini olduğu kimi müştərilərə bildirir.  
Alış  və  satış  məzənnələri  arasındakı  fərqə  məzənnə  marjası  (spread)  deyilir.  Lakin  marjanın 
hamısı  bank  mənfəətini  təşkil  etmir.  Çünki  onun  tərkibinə  bank  məsrəfləri  də  daxildir.  Məzənnə 
marjasını faiz dərəcəsi, mənfəət norması və bu kimi digər göstəricilərlə müqayisə etmək üçün onun də 
faiz dərəcəsi hesablanır. Bu məqsədlə aşağıdakı sadə formuladan istifadə edilir: 
Məzənnə marjası faizi: 
  
100


Ps
Pa
s
    
Burada,  Ps  və  Pa  müvafiq  olaraq,  bankın  satış  və  alış  məzənnələrini  ifadə  edir.  Nəzərə  almaq 
lazımdır  ki,  marja  ödəmələrinin  müddəti  çox  qısadır.  Ona  görə  də  onlar  illik  göstəricilərə  əsasən 
hesablandıqda olduqca yüksək nəticə görünə bilər.  
Adətən, bazarda çox alınıb satılan valyutalar üzrə marja az, çox işlənməyən valyutalar üzrə isə, 
əksinə,  çox  olur.  Alqı-satqı  çox  olduqda  marja  təbii  olaraq,  azalır.  Bazarlarda  qeyri  sabitlik 
yarandıqda marjalar artır. Çünki bu zaman bank riski də artır.  
Diqqəti  cəlb  edən  digər  bir  mühüm  cəhət  odur  ki,  marja  miqdarı  nəqd  və  nəğdsiz  valyuta 
mübadiləsində  müxtəlif  olur.  Daha  doğrusu,  nəqd  valyutalar  nəğdsiz  valyutalara  nisbətən  banklar 
tərəfindən ucuz alınıb satılır. Bunun da səbəbi nəqdi valyuta mübadiləsinin kiçik məbləğlərdən ibarət 
olmasıdır. Başqa bir səbəbi isə, bank kassalarında olan nəqdi valyutaların heç bir gəlir gətirməməsidir. 
Bank  hesablarında  olan  valyuta  isə  gəlir  gətirir.  Nəqd  valyutalar  adətən,  turistlərdən  daxil  olur. 
Müxtəlif  ölkələrdən  gətirilən  bu  valyutaların  yenidən  mənşə  ölkəsinə  qaytarılması  əlavə  xərclər  tələb 
edir. Ona görə də banklar nəqdsiz valyuta mübadiləsinə üstünlük verirlər.  
Valyuta  arbitrajı.  Valyuta  daşınan  əmlak  və  ya  mal  istehsal  amilləri  kimi  iqtisadi  varlıqların 
qiymətlərində  eyni  anda  mövcud  olan  fərqlərdən  faydalanmaq  üçün  paralel  şəkildə  həyata  keçirilən 
alqı-satqı  əməliyyatlarına  arbitraj  (arbitraqe)  deyilir.  Göründüyü  kimi,  arbitraj  bütün  iqtisadi  və 
maliyyə dəyərlərində tətbiq edilən geniş əhatəli anlayışdır. Fərqləndirici cəhəti, eyni anda qiymətlərdə 
mövcud  fərqlərdən  faydalanmaq  istəyidir.  Belə  əməliyyatı  həyata  keçirərkən  heç  bir  riskə  gedilmir. 
Risksiz olması onu möhtəkirlikdən fərqləndirən əsas cəhətidir.  
İki  uclu  arbitraj.  Yer  arbitrajı:  Arbitrajın  bir  neçə  növü  vardır.  Hər  şeydən  əvvəl,  eyni  valyuta 
növünün  müxtəlif  bazarlarda  eyni  vaxtda  məzənnələrinin  biri  o  birindən  fərqlənməsi  nəticəsində 
meydana  gələn  arbitrajı  göstərmək  lazımdır.  Məsələn,  fərz  edək  ki,  müəyyən  bir  vaxtda  dolların 
manatla məzənnəsi Nyu-York və Bakı bazarlarında aşağıdakı kimidir: 
 
Bakı bazarı   
 
 
Nyu-York bazarı 
1 = 0, 84 qəpik   
 
       1 = 0, 85 qəpik 
 
Göstərilən misalda dolların manatla məzənnəsi Bakıda ucuz, Nyu-Yorkda isə bahadır. Arbitrajçı 
bu  məzənnə  fərqindən  dərhal  faydalanmağa  çalışır.  Bunun  üçün  o,  Bakı  bazarında  manatla  dolları 
satın  alır.  Və  bu  dolları  Nyu-York  bazarında  yenidən  manata  çevirir.  Bu  zaman,  o  məsrəflər  nəzərə 
alınmazsa, hər dollardan 1 qəpik qazanc əldə edir. Arbitrajçı əks əməliyyat da apara bilər, yəni, Nyu-
Yorkda dolları sataraq manat əldə edir və onu da Bakıda yenidən dollara çevirir. Belə arbitraj növünə 
«yer  arbitrajı» (space  arbitrage)  deyilir.  İki  müxtəlif  valyuta  ilə  əlaqədar  olduğu  üçün  ona  bəzən  «iki 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə