ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,53 Mb.
səhifə4/60
tarix15.03.2018
ölçüsü5,53 Mb.
#32065
1   2   3   4   5   6   7   8   9   ...   60

Əhli-hədisin tarixinə bir baxIş


Əvvəldə qeyd olunduğu kimi, Əshabi-hədis Hicaz əhli idi. Onların da müqabilində əhli-hədis ilə müxalif olan İranın və İraqın əhli-rəy səhabələri dayanırdı. Bununla belə əshabi-hədis Hicazda qalmamış, tədricən İran və İraqa nüfuz edərək digər qrupların müqabilində özlərini sünnülərin rəsmi nümayəndəsi kimi təqdim edə bilmişlər.

Əhməd ibn Hənbəlin rəhbərliyindən qabaq sünnülər əqidə üsul məsələləri baxımından eyni fikirdə deyildilər müxtəlif qruplara bölünmüşdülər. Əhli-hədisin mühəddisləri müxtəlif üsullara tabe idilər, lakin onların arasında mürciə, nasibi, xarici, qədəri, cühəmi şiə çox idi hamılıqla əhli-hədis kimi tanınaraq bu ünvan altında müəyyən məqam mövqeyə malik idilər.2

Həqiqətdə əhli-hədis öz daxilində məhdud cərəyanlara şamil olan sünnü məzhəbini vahid bir etiqada malik olan firqə şəklinə saldı.

Bu cərəyanı təşkil edənlər əsas etibarı ilə ikinci hicri əsrinin ortalarından üçüncü hicri əsrinə qədərki dövrdə Mədinədə Bağdadda yaşayan bir sıra mühəddislərdən ibarət idi. Onların tanınmış şəxsiyyətlərindən ibn Mübarək (181-ci ildə vəfat edib), Nəim ibn Həmmad Mərvəzi (228-ci ildə vəfat edib), ibn Rahvəyh (238-ci ildə vəfat edib), Osman ibn Səid Darəmi (280-ci ildə vəfat edib) onların hamısından da mühüm Əhməd ibn Hənbəldir (241-ci ildə vəfat edib) . Onların bu firqə barəsində yazdıqları kitablardanƏrrəddu ələl-cuhəmiyyəti vəz-zənadiqəKitabus-sünnəni qeyd etmək olar.3

Bu firqə əqidə fiqhdə hədisə meyl edir, nəql olunan rəvayətləri qəbul edir, əqlin rolunu hər bir halda inkar edir, rəy ilə zidd mövqedə dayanır mövcud hədislərdə hər növ irad tutulması ilə müxalif idilər.1Həqiqətdə əhli-hədisin ilkin nəsli fiqhi istinbatlardan da uzaq gəzir əsas etibarı ilə özlərinimühəddiskimi qələmə verirdilər. Bu məsələ Əhməd ibn Hənbəlin barəsində tamamilə doğrudur. Zamanın keçməsi ilə əhli-hədis öz nəzəriyyələrində Hənbəli oldular. Əlbəttə, əhli-hədis müstəqil bir qrup şəklində yalnız dördüncü əsrə qədər davam gətirə bildi. Beşinci əsrdən etibarən sair sünnü qurpları tərəfindən təzyiqlərə məruz qaldılar. Əşairə, mürciə, hətta mötəzilə özünə məxsus olan əhli-hədis nəzəriyyələrindən müəyyən qədər ayrılaraq özünə yeni bir sima aldı. Sünnülərin arasındakı çəkişmələr v əsrə qədər əsasən kəlami məsələlərlə əlaqədar idi. Amma tədricən fiqhi yönə malik olan çəkişmələrə çevrildi. Sonralar da İbn Teymiyyə İbn Qəyyimin şagirdlərindən bir neçəsinin tutduğu yoldan əlavə əhli-hədisin Ərəbistana hakim olduğu son dövrlərə qədər heç kəs onların ifratçı nəzərlərini qəbul etmədi.”2

III hicri əsrində əhli-hədisin əqidəsində iki məsələ daha çox əhəmiyyət kəsb edirdi: Onların biri hədisləri qeydsiz-şərtsiz qəbul etmək, digəri isə hər növ ictihad olsa belə, əql şəxsi rəydən uzaq olmaqdır.3* Hədislər barəsində yalnız özlərinin etimad etdikləri mühəddislərin nəql etdikləri rəvayətləri qəbul edirdilər. Şiəliyə, yaxud mötəziləçiliyə azacıq meyli olan rəvayətlərə əsla etimad etmirdilər. “Hənbəlilər bu işdə diqqətli olmaq üçün rical elmində geniş səviyyəli təhqiqata başladılar. Özləri ilə müxalif olanların hamısınıhədislərin zəifliyi”, “nəql etmədə zəiflikqondarma olmasıilə müttəhim etdilər. Onlar kufəli ravilərə həmin meyllərə malik olmasına görə etinasız yanaşır oranıDarul-Hərbil-Hədisadlandırırdılar. Əhli-hədisin digər bir əqidəsi budur ki, Peyğəmbəri-Əkrəmin (s) səhabələrinin hamısı, heç bir istisna olmadan tam ədalətli hesab olunmalıdır. Onların hamısı adildir onların heç birinə tənə vurmaq olmaz.”1

Sonrakı bölmədə Vəhhabiliyin ideoloji rəhbərləri (Əhməd ibn Hənbəl, Əhməd İbn Teymiyyə və sairə...) barəsində söhbət olunacaqdır.

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə