ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,53 Mb.
səhifə3/60
tarix15.03.2018
ölçüsü5,53 Mb.
#32065
1   2   3   4   5   6   7   8   9   ...   60

Əshabi-Rəy


Doktor Xosrovşahi əshabi-rəyi belə izah edir:

Əshabi-rəy İraq əhli olub İmam Əbu Hənifə Nöman ibn Sabit ibn Mərziban Kufi Farisinin ardıcıllarıdır (80-ci hicri ilində Kufədə dünyaya gəlmiş 150-ci hicri ilində elə orada vəfat etmişdir). O, İmam Sadiqin (ə) şagirdlərindən idi fiqhi məsələləri istinbat edirdi. Fiqh sahəsində çoxlu kitablar yazmışdı. Əbu Yusif Yəqub ibn Məhəmməd Qazi (182-ci ildə vəfat edib), Məhəmməd ibn Həsən Şeybani (189-cu ildə vəfat edib), Cəfər ibn Hüzeyr (158-ci ildə vəfat edib), Əbumut onun şagirdlərindən idi. Bu firqəyə ona göröəshabi-rəyadı vermişlər ki, hər hansı bir məsələni müəyyən qədər müqayisə etməklə əldə edir, bəzi hallarda da aşkar qiyası (müqayisəni) əhkamdan irəli keçirirdilər. Amma Əbu Hənifə əslən iranlı olmaqla İraqın mərcəyi idi əksər hallarda deyirdi ki, “bu mənim rəyimdir əldə etdiyim rəylərin ən yaxşısıdır. Hər kəs başqa bir rəy göstərsə mən yenə öz rəyimdə sabit qalaram...” Bu öz məzhəbinicəliyyxəfiyyqiyas (müqayisə), eləcə əhkamların mənalarını istinbat etmək əsasında təşkil etdi. Buna görə onun səhabələrinə əshabi-qiyas (müqayisə səhabələri) deyilir. Əbu Hənifə deyirdi: “Mənim elmim rəy ilədir rəy qüdrət tələb edən işlərin ən yaxşısıdır1.

Əshabi-hədis


Əshabi-hədis Hicaz əhli olub Malik ibn Ənəsin ardıcıllarıdır (179-cu ildə vəfat edib). Məhəmməd ibn İdris Şafei (204- ildə vəfat edib), Süfyan Suri Əhməd ibn Hənbəl (241-ci ildə vəfat edib), Davud ibn Əli ibn Məhəmməd İsfəhani Malik ibn Ənəsin ardıcıllarındandır.2 Onların əhli-hədis adlanmasının səbəbi hədis əldə edərək rəvayətləri tərtibə salmaları nəss (aşkar, heç bir yerə yozula bilməyən) əsasında olan hökmlərə malik olmaları, əsər xəbəri tapmağa qadir olduqları vaxta qədərxəfiyycəliyyqiyası (müqayisəni) inkar etmələridir.3 Şafei deyir: “Mənim məzhəbim xəbəri əhatə edən məzhəbdir.” Məşhur alimlərdən olan Şatibi deyir: “Nəsslərin sözləri bütün əhkamları ifadə edir qiyasa ehtiyac yoxdur.”4

Əshabi-hədis beş firqədən ibarətdir:

Şafeiyyə___3._Malikiyyə___4._Əşəriyyə___5._Hənbəliyyə'>1. Davudiyyə

2. Şafeiyyə

3. Malikiyyə

4. Əşəriyyə

5. Hənbəliyyə
Davudiyyə. Bu firqə Davud ibn Əli İsfəhaninin ardıcıllarına deyilir. Onlar “əhli-zahir” də adlanırlar. Çünki, onlar rəvayətlərin və hədislərin zahiri mənalarına inanır və ona əməl edərək qiyası inkar edirdilər.

Şafeiyyə. Əbdüllah ibn İdris Şafeinin ardıcıllarına deyilir. Şafei Suriyanın Qəzzə şəhərində Əbu Hənifənin vəfat etdiyi ildə (150-ci h.q ilində) dünyaya gəlmiş 204- h.q ilində (819-cu miladi ilində) Məmunun xilafəti dövründə vəfat etmişdir. O, İmam Əli ibn Musa Rizanın (ə) müasiri idi.”1

O, sünnülərin dörd məzhəblərindən birinin imamı və Şafei məzhəbinin müftisi idi. Onun ardıcılları üsuli-dində və tövhiddə bu məzhəbdən istifadə edirlər. Onların əqidələrinə görə imanın düzlüyünün üç şərti vardır:

a) Dildə iqrar etmək. b) Qəlbdə təsdiq etmək. v) Ərkanla (əzalarla) əməl etmək (əlbəttə, şiələr bu üç şərti qəbul edirlər) . Qeyd etmək lazımdır ki, onların arasında əsaslı fərqlər vardır. “Şafeilərin əqidələri ümumiyətlə Şimali Afrikada, müəyyən qədər Misirdə, Cənubi Ərəbistanda, Malaya Seylon müsəlmanları arasında yayılıb.”2

Malikiyyə. Onlar Malik ibn Ənəs ibn Malikin, yəni İmam Əbu Əbdillah Malik ibn Ənəs ibn Əbi Amir ibn Ürvə Əl-haris ibn Nəmianın ardıcıllarıdır.3Bəyanül-ədyankitabının müəllifinin yazdığına görə o, İraqın imamı Müvəttəəkitabının sahibi idi. Onun məzhəbinin Yəməndə daha çox ardıcılları vardır. “Vəfəyatul-əyankitabının müəllifi yazır: «O, Mədinənin imamlarından idi. Onu dövrün alimlərindən biri hesab etmişlər. İmam Əbu Əbdillah qiraəti Nafe ibn Əbu Nəimdən, elmi isə Rəbiədən öyrənmişdi. Bu məzhəb ardıcılları ümumi halda Şeyxeynin (Əbu Bəkrlə Ömərin) vilayətinə inanır, Həzrət Əlini (ə) isə dördüncü xəlifə hesab edirlər4.

Malik ibn Ənəs İslamın əvvəllərindəki müsəlmanların sözlərinə, əməl rəftarlarına əhəmiyyət verirdi. Hətta əgər Mədinə əhalisinin ona uyğun əməl etmədiyi bir hədis tapsaydı o da bir söz deməzdi.5 O, 179-cu h.q ilində Harun Ər-Rəşidin xilafəti dövründə vəfat etmişdir.

Əşəriyyə. Əbu Musa Əşərinin nəvələrindən olan Əli ibn İsmail Əşərinin ardıcıllarına deyilir. İbn Xülləkan özününVəfəyatkitabında bu tayfanın əqidəsi barəsində belə yazır: “Onların bəziləri inanırdılar ki, Qurandakı möcüzələr məqsədin həyata keçirilməsi üçündür. O həm deyirdi ki, imamət nəsb təyin edilmə yolu ilə deyil, ixttiyar ittifaqla həyata keçir. Quranı da qədim hesab edirdi...”1

Hənbəlilər. Əhməd ibn Hənbəlin ardıcıllarına deyilir. Sonrakı bölmədə onun barəsində geniş şəkildə söhbət olunacaqdır.

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə