ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə8/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   4   5   6   7   8   9   10   11   ...   106

 
21 
həvanı tərk etməkdən başqa bir şey deyildir.”
1
  
v) Səhabə və tabeinlərin rəyi. 
“Müxtəlif  mənbələrdə  Allahın  kitabı  və  Peyğəmbərin  (s)  sünnəsindən 
sonra  səhabələrin  nəzəri  Əhməd  ibn  Hənbəlin  etimad  etdiyi  dəlillər 
sırasında qeyd olunur. O, səhabələrin nəzərini qiyas və rəydən irəli hesab 
edir.  Əgər  Əhməd  səhabələrin  hamısından,  yaxud  təklikdə  birindən  hər 
hansı  bir  hökmü  tapsaydı  və  onun  qarşısında  səhabədən  bir  müxalif 
tapmasaydı  bu  halda  onu  itaət  edilməsi  lazım  olan  hökm  hesab  edirdi. 
Səhabələrin  ixtilaf  etdiyi  hallarda  isə  bəzi  hənbəli  alimlərinin  dediyinə 
görə Əhməd Allahın kitabına və Peyğəmbər (s.ə.v.v) sünnəsinə ən yaxın 
olan  nəzəriyyəni  seçir  və  səhabələrin  nəzəriyyələrindən  xaricə  çıxmırdı. 
Hansının  seçilməsinin  çətin  olduğu  halda  isə,  heç  birinə  üstünlük 
vermədən hər iki nəzəriyyəni irəli çəkirdi. Əhmədin ehtiyatlı davranması 
hətta bir səhabədən iki müxtəlif rəvayət nəql olunduğu halda belə, gözə 
çarpır.  İbn  Qəyyim  inanır  ki,  Əhməd  ibn  Hənbəl  səhabələrin  ixtilaflı 
olduğu  halda  dörd  xəlifənin  nəzərini  sair  səhabələrdən  üstün  hesab 
edirdi.”
2
  
q) İcma. 
Ümumiyyətlə,  mövcud  məlumatlara  əsasən  Əhməd  ibn  Hənbəlin 
səhabə  və  tabeinin  icma  və  fikir  birliyindən  necə  bəhrələnməsini  belə 
bəyan  etmək  olar:  Səhabələrin  icması  ixtilaf  barədə  agahlığın  olmaması 
mənasına götürüldükdə Əhmədin nəzərində buna görö mötəbər sayılır ki, 
səhabənin nəzəri höccətdir, nəinki icma qeyd olunan mənada səhabənin 
sözünə  höcciyyət  vermiş  olsun.  Amma  tabein  və  onlardan  sonrakı 
nəsillərə  gəldikdə  isə,  belə demək olar  ki,  Əhməd  ibn  Hənbəlin  tutduğu 
üslub o zaman əshabi-hədisin fəqihlərinin arasında mövcud olan üslubla 
əşhər (ən məşhur) nəzəriyyəyə tabe olmaq idi. Yalnız “Qərineyi sarifə” 
mövcud  olan  hal  istisna  olunur.  İcma  iddiası  etmək  onun  nəzərində 
cəsarətli bir söz və ehtiyatdan uzaq nəzər kimi cilvələnirdi.”
3
  
2. 
QEYRİ-NƏQLİ YOLLAR 
“Böyük İslam Enskilopediyası” kitabında bu barədə belə qeyd olunur: 
“Şübhəsiz, Əhməd ibn Hənbəl əshabi-rəy fəqihləri ilə müqayisədə qiyası 
və ictihad rəyindən daha az və məhdud səviyyədə istifadə edir və ondan 
istifadə  edilməsini  nəqli  dəlillərdən  istifadə  etməklə  məhdudlaşdırırdı. 
Həqiqətdə o, qiyas və rəydən  yalnız o zaman istifadə edirdi ki, sabit bir 
məna, yaxud səhabədən bir nəzəriyyə, yaxud zəif və ya mürsəl bir hədis 
                                                 
1
 Həmin mənbə 
2
 Həmin mənbə, səh.729 
3
 Həmin mənbə 


 
22 
tapılmırdı. Suallara cavab vermək üçün – “istishab”, “məsalihi-mürsələ”, 
“zəraye” və s. kimi üslublar da Əhmədin fiqhində çox çətin araşdırılmalı 
olan  məsələ  olduğundan  başqa  bir  çarə  də  olmurdu.  Amma,  bunlar 
hənbəli  fiqhində  nəzərə  çarpacaq  dərəcədə  istifadə  olunmuşdur.  Bu 
mühüm  məsələyə  də  işarə  etmək  lazımdır  ki,  Əhmədin  fiqhində”
1
  * 
ibadət  bölməsində  əsl  və  ilkin  qayda  onun  batil  olması,  müamilə 
bölməsində isə əsl və ilkin qayda onun səhih olmasıdır. Bu, o deməkdir 
ki,  Əhməd  ibadətlə  əlaqədar  məsələlərdə  şəriət  sahibinin  əmrləri  ilə 
uyğun  olanlardan  başqasını  səhih  hesab  etmir  və  onun  barəsində  son 
dərəcə  ehtiyat  edirdi.  Onun  xüsusi  hallarından  biri  kimi,  hökmlər 
barəsində  ehtiyatdan  uzaq  olması,  orucun  yeməklə  və  içməklə  batil 
edilməsi  zamanı  kəffarənin  lazım  olmaması  və  qəzasının  kifayət 
edilməsini  qeyd  etmək  olar.  İlk  nəzərdə  qeyri-təəbbüdi  işlər  olan 
müamilələr barəsində Əhmədin müqabilində (nəhyin gəlib çatdığı hallar 
istisna olmaqla) ilkin nəzəriyyənin səhih olduğu əsas götürülür.”
2
  
 
 
 
 
ƏHMƏD İBN HƏNBƏLİN FİQHİNİN TARİXİ İNKİŞAFI VƏ 
YAYILMASI 
Bu  məsələ  ilə  əlaqədar  “Böyük  İslam  Enskilopediyası”  kitabında  belə 
qeyd olunur: 
“Əhməd  ibn  Hənbəl  əsas  etibarı  ilə  onun  öz  rəylərinin  yazılmasını 
xoşlamırdı. Bu işi onun şagirdlərindən bir neçəsi, o cümlədən, Əbdüllah 
ibn  Əhməd  və  Hənbəl  ibn  İshaq  aşkar  şəkildə  xatırlatmışdır.  O,  tam 
ciddiyyətlə  inanırdı  ki,  kitab  yazarkən  şəxsi  nəzəri,  hədislərə  qatmadan 
yazmaq  lazımdır.  Fiqhi  kitabların  yazılması  tamamilə  adi  bir  iş  olan 
dövrlərdə  Əhməd  qeyd  olunan  səbəblər  üzündən  nə  özü  fiqh  sahəsində 
kitab  yazmağa  başladı, nə  də  şagirdlərinə  onun  öz  nəzarəti  altında  kitab 
yazmağa  icazə  verdi.  Bununla  belə,  Əhmədin  istəyinin  əksinə  olaraq 
                                                 
1
 * İbn Hənbəl öz dini əqidələrini Qur`anın və hədislərin zahirini heç bir yozum və 
təfsir  olmadan  götürür,  hər  növ  təzə  mətləbdən  və  kəlami  bəhsdən  uzaq  olurdu.  Buna 
görə  də  Hənbəli  məzhəbinin  fəqihləri  və  mütəkəllimləri  ibn  Hənbəldən  sonra  İslam 
məzhəbləri  arasında  ən  çox  sünnətə  riayət  edən  yenilikliklə  və  dini  əqidələrdə 
istidlallarla  müxalif  idilər.  İbn  Teymiyyə,  onun  şagirdi  ibn  Qəyyim  Coziyyə  və  ondan 
sonra  vəhhabilərin  rəisi Məhəmməd ibn  Əbdül-Vəhhab Hənbəli  məzhəbinin təəssübçü 
dini təfəkkürü və sünnətə yönələn üslubuna tabe oldu. 
“Münazirati imam Fəxr Razi” kitabından, Yusif Fəzailin tərcüməsi, səh.206 
2
 “Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.129-130  


 
23 
onun  şagirdlərinin  yazdığı  əsərlər  yalnız  hənbəli  fiqhinin  sonrakı 
nəsillərə  nəql  olunması  üçün  bir  vasitə  idi.  Ümumi  halda  “Məsaili 
Əhməd”  adlandırılan  əsərlərdən  Əbu  Davud  Sicistaninin  yazdığı 
“Məsaili Əhməd”, həmçinin Əbdüllah ibn Əhməd ibn Hənbəlin də həmin 
adda yazdığı başqa bir kitabı qeyd etmək olar. İshaq ibn Mənsur Kusəcin 
öz dostu ibn Rahvəyhlə bir yerdə yazdığı “Məsaili-Əhməd” kitabını qeyd 
etmək olar. 
“Məsaili-Əhməd”  adlı  kitablardan  əlavə,  bəzən  Əhməd  ibn  Hənbəlin 
şagirdləri onun fiqhi rəylərini özlərinin yazdığı başqa kitablarda da irəli 
çəkmişlər.  İbn  Nədim  onun  şagirdlərindən  olan  Əbu  Bəkir  Əsrəmin  bir 
əsərinə işarə etmişdir ki, onda fiqhi sünnələri Əhmədin məzhəbi əsasında 
və hədisdən olan şahidləri zikr etməklə bir yerə toplamışdır. 
Əhməd  ibn  Hənbəlin  fiqhi  təlimləri  onun  öz  həyatı  dövründə  əshabi-
hədis  məzhəbinin  yayıldığı  məntəqələrdə  çox  diqqət  mərkəzində  idi. 
Üçüncü hicri əsrinin ortalarında Əhmədin rəyləri ibn Rahveyin rəyləri ilə 
yanaşı,  əshabi-hədisin  nəzərində  özünəlayiq  əhəmiyyətə  malik  idi. 
Üçüncü  hicri  əsrin  axırlarında  və  dördüncü  əsrin  əvvələrində  “Əhməd 
fiqhinin  yeniləşdiricisi” ünvanı ilə tanınan Əbu Bəkr Xəllal “Əl-camiul-
ulum Əhməd ibn Hənbəl” adlı bir kitab yazaraq onda həmin vaxta qədər 
müxtəlif kitablarda “Məsaili-Əhməd” barəsində yazılan təlimləri bir yerə 
toplamışdı. Ondan bir qədər sonra onun müasiri Əbul Qasim Xərqi “Əl-
müxtəsər”  adlı  bir  kitab  yazmaqla  Hənbəli  fiqhini  sırf  şəkildə  fiqhi 
əsərlərin yazılması mərhələsinə daxil etdi. 
IV hicri əsrinin ikinci yarısında Əhməd ibn Hənbəlin ardıcılları onların 
ən mühüm mərkəzləri olan  Bağdaddan  əlavə Cəzirədə,  Xəzər dənizinin 
qərb və cənub məntəqələrində, Xuzistanda və Misirdə də çox yayılmışdı. 
Amma  ilk  dərəcəli  fiqhi  məzhəblər  sırasında  Əhmədin  məzhəbinin  adı 
çəkilmədən yalnız üç əsas məzhəblə əlaqədar mənbələr IV hicri əsrində 
çox  gözə  dəyir.  Bəzən  də  Davud  Zahirinin  məzhəbinin  artırılması  ilə 
dörd  məzhəbdən  söhbət  gedir.  V  hicri  əsrində  üç  məzhəblə  yanaşı 
Əhməd  və  Davudun  məzhəbləri  də  ikinci  dərəcəli  məzhəblər  adı  ilə 
tanınırdı. 
Şübhəsiz,  bu  barədə  “Əhməd  fəqih  deyil,  yalnız  mühəddisdir”  sözü 
barəsindəki  qədim  mübahisələr  müxaliflərin  arasında  V  hicri-qəməri 
əsrinə qədər davam etdi. Hətta Əbul-Vəfa ibn Əqili (513-cü h.q) şiddətli 
etiraza  vadar  etmişdir.  Hənbəlilərin  rəyasət  və  cəmiyyət  səhnəsində 
nüfuzları  genişləndiyi  üçün  VI  hicri  əsrinin  birinci  yarısından  etibarən 
Əhməd  ibn  Hənbəl  müxtəlif  İslam  ölkələrində  əhli-sünnə  immalarının 
dördüncüsü  kimi  təsdiq  edildi.  Bunun  əks-sədası  Vəzir  ibn  Hübeyrənin 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə