Вәһһаби Мәзһәби


Həccin fəlsəfəsi haqda mütəfəkkirlərin nəzəriyyələri



Yüklə 1,5 Mb.
səhifə38/40
tarix19.07.2018
ölçüsü1,5 Mb.
#57090
1   ...   32   33   34   35   36   37   38   39   40

10. Həccin fəlsəfəsi haqda mütəfəkkirlərin nəzəriyyələri


İndi isə daha yaxşı olar, həccin fəlsəfəsi haqqında İslam mütəfəkkirlərinin nəzəriyyələrini söyləməklə bəhsi sona yetirək.

Biz burada üç müasir yazıçının nəzəriyyəsini qeyd etməklə kifayətlənirik. Yazıçılardan biri Ərəbistanda yerləşən “Kral Əbdül Əziz” universitetinin alimidir. İndi isə, onun bu haqda irəli sürdüyü nəzəriyyələr:

a) Fərid Vəcdi İslam ensiklopediyasının həcc maddəsində yazır:

Müsəlmanlara vacib olan həccin fəlsəfəsini bu kitabda yazmaqla qurtarmaz. Bizi düşündürən məsələ budur ki, əgər müsəlman ölkələrinin başçıları İslamda vəhdət və birlik yaratsalar və müsəlmanlar bundan faydalansalar, tamamilə nəticəni əldə etmək olar. Çünki on minlərlə insanın dünyanın müxtəlif yerlərindən bura toplaşması və qəlbləri özünə cəlb etdiyi bir yerdə deyilən sözlər, sözsüz ki, onlara təsir edəcək, hamı eyni əhval-ruhiyyə ilə öz vətənlərinə qayıdıb eşitdiklərini və öyrəndiklərini öz qardaşları arasında təbliğ edəcəkdir. Bu dəstəni bütün dünyadan toplanmış konfrans iştirakçılarına oxşatmaq olar. Konfrans qurtardıqdan sonra hamı öz ölkəsinə qayıdıb eşitdiklərini həmvətənlərinə çatdıracaq. Deyilən sözlər konfransda təsir etdiyi kimi, həmvətənlərə də elə təsir edəcək.2

b) “Əl-İbadətü fil-islam” kitabının müəllifi, misirli doktor Qərzavi yazır:

“Bu izdihamlı cəmiyyətin ən böyük nəticələrindən biri də budur ki, həcc İslam ümmətini keçmiş yuxudan oyatmaq üçün böyük bir vasitədir. Bu səbəbdən bəzi işğal olunmuş müsəlman ölkələrində din qardaşlarımızın Allah evinin ziyarətinə getməsinin qarşısı alınır. Çünki müsəlmanlar arasında hərakat başlansa, bu hərəkatın qarşısını ala bilməyəcəklərini daha yaxşı bilirlər.”

Doktor Qərzavi “Əd-Dinü vəl-həccü ələl məzahibil-ərbəəti” kitabında 51-ci səhifədə yazır:

“Həcc müsəlmanların və müxtəlif ölkələrdən və millətlərdən olan insanların bir-birini tanıması üçün ən böyük vasitədir. Çünki hamısı şəhid bayrağının altında yaşayır. Bu mərasimdə onların qəlbləri və sözləri bir olur. Elə bu zaman öz vəziyyətlərini və əyriliklərini islah edib düzəltmək üçün hərəkət edirlər.

“Kral Əbdül Əziz” universitetinin alimi doktor Məhəmməd Mübarək yazır:

Həcc müsəlmanların eyni səviyyədə Allaha ibadət etmək üçün toplandıqları ümumdunya konfransıdır. Lakin bu ibadət onları həyat tərzindən ayırmır, əksinə onları həyat yaşayışı ilə sığ bağlayır. Quran bu haqda buyurur:

Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahı zikr etsinlər...” (Həcc surəsi, 28)

Bu mənfəətdən əsas məqsəd müsəlmanların xeyrinə aid olan geniş bir mənanı əhatə edir.


Nəticə


Əgər, doğrudan da, həcc əməlinin belə bir mühüm mərasim olduğunu Quran, sünnə, müsəlmanların rəftarı və müasir alimlərin nəzəriyyələri təsdiq edirsə, nəyə görə biz bu mərasimdən faydalanmayaq?

Əgər həccin vasitəsilə qəlblər bir olub tovhid kəlməsi müsəlmanlar üçün bir yol seçirsə, nəyə görə bu yoldan istifadə edərək müsəlmanların düşmənlərinə cavab vermirik?

Əgər həccin iqtisadi, elmi-mədəni cəhətləri varsa, nəyə görə müsəlmanlar öz vəziyyətlərini və yaşayışlarını yüksək səviyyədə tənzimləməməlidirlər?

Nə üçün məzlumların səsini müsəlmanlar eşitməklə onlara kömək etməməlidirlər?

Nəyə görə həcc mərasimində zalimlər əleyhinə konfranslar təşkil edib onların batil olmalarını mübuta yetirməyək?

Nə vaxta qədər biz bu qədər imkanları əldən verib ziyan çəkməliyik?

Bu ümidlə ki, inşaallah, pərdə arxasından Hərəmeyni-Şərifeynə göz dikmiş xain və zalım adamlar məhv olacaqlar. Bununla da həccin əsas məqsədi, tarixi abidələri və təsiri üzə çıxacaq.


Sözlərin izahlı lüğəti.


BATİL: Doğru olmayan, həqiqətə zidd olan.

VƏQF: Savab bir iş üçün ayrılmış mülki yer və mal.

QÖVM: Qəbilə, tayfa, nəsl.

ƏQAİD: Əqidələr (Əqidə kəlməsinin cəmi).

ƏŞAİRİLƏR: Əhli-Sünnə məzhəbinin inandıqları əqidə yollarından biri.

ZƏRİH: Övliyaların və müqəddəslərin qəbirlərini əhatə edən dəmir çərçivə.

İLLƏT: Sübut, əsas, dəlil.

İCTİHAD: Çalışmaq və yüksək dərəcəli biliyə yiyələnməklə hökmü öz biliyi ilə əldə etmək.

KƏFFARƏ: Günahın bağışlanması üçün təyin olunmuş cəza.

KƏRAHƏT: Bəyənilməyən bir iş.

MƏKRUH: Haram olmayıb, ancaq çarə və imkan olduğu halda işlədilməsi məsləhət görülməyən şey.

MÜNAFİQ: İkiüzlü, ikitirəlik salan.

MÜŞRİK: Allaha şərik qoşan.

MÜFTİ: Fətva verən.

MƏHZƏRİNDƏ: Hüzurunda.

MƏĞFİRƏT: Bağışlanma.

MÜVƏHHİD: Təkallahlığa inanan.

RİCAL: Kişilər (kişi kəlməsinin cəmi). İslam dünyasında ictihad məqamına çatmaq üçün öyrənilən elmlərdən biridir. Bu elmin vasitəsi ilə hədisi rəvayət edənlərin şəxsiyyəti bəlli olur.

RİSALƏT: Peyğəmbərlik.

RAVİ: Rəvayət edən.

RƏVAFİZ: Dindən üz döndərənlər, rafizilər.

SÜNNƏ: Peyğəmbərin göstərişləri.

SƏHİH: Əhli-Sünnə məzhəbinin əsaslandığı altı mötəbər hədis kitabı.

SƏHİH: Düzgün, doğru.

SƏY: Həcc mərasimində Hacıların Səfa və Mərvə dağları arasında yerinə yetirdikləri əməllər.

SİFƏTDƏ TOVHİD: Allahın sifətlərinə təkallahlığa inanmaq.

TƏFSİR: Quran ayələrini izah və şərh etmək.

TƏVƏSSÜL: Müqəddəsləri və övliyaları vasitə qərar verməklə Allahdan hacət diləmək.

TƏQVA: İmanlı, günahdan çəkinmək.

TƏQDİS: Müqəddərs və pak hesab etmək.

TƏBƏRRÜK: Bərəkət istəmə, uğur.

TOVHİD: Bir olan Allaha inanmaq.

TƏSƏRRÜF: Yiyələnmək.

TABEİN: Peyğəmbəri görməyib, lakin Peyğəmbərin səhabələrini görən şəxslər.

ÜSUL ELMİ: Bu elm xüsusi qaydalar vasitəsilə şəriət hökmünü əldə etməyi sübuta yetirir.

FİQH: Şəriət məsələlərindən bəhs edən elm.

FƏQİH: Şəriət məsələlərini dərindən bilən alim.

FİTRƏT: İnsanın zatında olan hisslər, (namus, vicdan).

FELDƏ TOVHİD: Allaha ibadət edərkən təkallahlığa inanmaq.

FASİQ: Açıq-aşkar günah edən.

HƏDİS: Peyğəmbərin və imamların kəlamı.

HƏNBƏLİ: Əhli-Sünnə məzhəblərindən biri.

HİCRƏT: Başqa bir yerə köçmək. Məhəmməd (s) Peyğəmbərin Məkkədən Mədinəyə köçməsi və İslam tarixinin başlanğıcı.

ŞİRK: Çoxallahlılıq, bütpərəstlik.

ŞƏRİ: Şəriət qanununa müvafiq.

ŞƏFİ: Günahların bağışlanması üçün vasitəçi olan.





Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə