Вәһһаби Мәзһәби


On yeddinci fəsil Allahdan başqasına and içmək



Yüklə 1,5 Mb.
səhifə32/40
tarix19.07.2018
ölçüsü1,5 Mb.
#57090
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

On yeddinci fəsil

Allahdan başqasına and içmək


Vəhhabilərin diqqətini cəlb edən məsələlərdən biri də Allahdan başqasına and içməkdir.

Sənani adlı vəhhabi yazıçılarından biri “Təthirul-etiqad” adlı kitabında bu əməlin şirkə səbəb olduğunu açıqlayır.1 Əl-hədiyyətüs-sünniyyə kitabının müəllifi bunu kiçik şirk adlandırıb.2

Amma biz Allahın lütfü ilə təəssübkeşlikdən uzaq olan bir mühitdə bu məsələni araşdırırıq. Allahın kitabını, Peyğəmbərin və Əhli-beytin səhih sünnələrini bu yolda bir çıraq hesab edirik.

Allahdan başqasına and içməyə olan əsas və sübutlar


Birinci sübut: Quran hər bir müsəlmanın böyük əmanəti, diri nümunəsi və rəhbəri sayılır. Bu kitabda dəfələrlə Allahdan başqasına and içilmişdir. Bunların hamısını toplasaq, bəhs çox uzanar. Allah-taala təkcə “Şəms” surəsində məxluqlardan doqquzuna and içir. Bunlar aşağıdakılardan ibarətdir:

“Günəş, günəşin işığı, ay, gün, gecə, asiman, yer, insan nəfsi.”3

Həmçinin, “Naziat” surəsində üç,4 “Mürsəlat” surəsində iki,5 “Buruc”, “ət-Tariq”, “əl-Qəsəs”, “əl-Əsr” və “əl-Bələd” surələrində Özündən başqa sair məxluqlara and içir.

Bu ayələrin bəzisinə diqqət yetirin:

“And olsun əncirə və zeytuna,

Anda olsun Tur dağına,

And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə).”6

“And olsun səhərə,

And olsun sakitləşdirməkdə olan gecəyə.”7

“And olsun dan yerinə,

And olsun on gecəyə

And olsun cütə və təkə.”8

“And olsun Tur dağına

And olsun açıq dəri üzərinə yazılmış kitaba

“And olsun Beytül məmura” (Mələklərin ibadət etdiyi yer)

9And olsun yüksək tavana və dolub daşan dənizə.”

“(Ya Məhəmməd!) Canına and olsun ki, onlar məsləkləri (küfrləri) içində sərgərdan vəziyyətdə durub qaldılar.”10

Quranda bu qədər andlarla yanaşı, Allahdan başqasına and içmək necə haram və şirk sayıla bilər? Quran hidayət və nümunə Kitabıdır. Əgər bu əməl Allah bəndələrinə haram olsaydı, onda Quran ancaq Allaha and içər və Ondan başqasına and içməyin haram olduğunu bizlərə xəbərdarlıq edərdi. Qurandan xəbərsiz olan bəzi insanlar belə bəhanə gətirərək deyirlər:

“Mümküdür, Allahın gördüyü işi başqası görərsə, yaxşı alınmasın.”

Amma bu bəhanənin cavabı bəllidir:

Əgər doğrudan da, Allahdan başqasına and içmək şirk və məxluqu Allaha oxşatmaq sayılırsa, nə üçün Allah-taala belə bir şirk və yaxud kiçik şirk əməlin sahibinə çevrilir? Məgər Allahın Özünə şərik qoşması və başqalarını bu əməldən (şərik qoşmaqdan) çəkindirməsi düzgün sayılırmı?

İkinci sübut: Əziz Peyğəmbər bəzi yerlərdə Allahdan başqasına and içmişdir. O cümlədən:

1− Səhih-Müslimdən nəql olunan hədis:

“Bir kişi Peyğəmbərin yanına gəlib dedi:

−Ey Peyğəmbər, hansı sədəqənin savabı daha çoxdur?” Buyurdu: And olsun atana, xəbərdar olacaqsan. Bil və agah ol ki, sağlam mala həris (göz dikən vaxtı) olub fəqirlikdən qorxaraq gələcəkdə yaşamaq ümidində olan zaman sədəqə verməyin böyük savabı vardır.”1

2− Səhih-Müslimdən başqa bir hədis:

“Nəcd əhlindən bir kişi Peyğəmbərin hüzuruna gəlib ondan İslam dini haqqında soruşdu. Peyğəmbər (s) buyurdu:

− İslamın sütunu bunlardır:

1) Gündəlik beş vaxt namaz.

Kişi dedi:

− Bunlardan başqa namaz var?

Peyğəmbər buyurdu:

− Müstəhəb namazlar.

2) Mübarək Ramazan ayının orucluğu.

Kişi dedi:

− Bundan başqa oruc var?

Müstəhəb oruclar.

3) Zəkat vermək.

Kişi dedi:

−Bundan başqa zəkat var?

Peyğəmbər buyurdu:

− Müstəhəb zəkatlar.

O kişi Peyğəmbərin hüzurunu “Peyğəmbərin kəlamını nə azaldaram, nə də çoxaldaram” − deyə, tərk etdi.

Peyğəmbər buyurdu:

− And olsun onun atasına, düz desə, nicat tapar. And olsun onun atasına, düz desə, behiştə daxil olar.”2

3− Əhməd ibn Hənbəlin Müsnədindən hədis:

“And olsun canıma, əgər yaxşılığa dəvət edib pisliklərdən çəkindirmək istəyirsənsə, daha yaxşı olar ki, sükut edəsən.”3

And içmək haqqında çox hədislər söylənilmişdir. Bunların hamısını nəql etməklə söz uzanar.4 Əmirəlmöminin Əli ibn Əbu Talib İslam əxlaqının böyük nümunəsidir. O öz xütbə, məktub və kəlamlarında dəfələrlə öz canına and içir.5 Hətta, birinci xəlifə də öz sözləri qarşısında dayanan müxatəbin atasına and içərdi.6

Dörd məzhəb və Allahdan başqasına and içmə


Vəhhabilərin sübutlarına diqqət yetirməzdən əvvəl məzhəbin rəhbərlərinin fitvaları ilə xəbərdar olmaq lazımdır.7

− Hənəfilər “and olsun atana, and olsun həyatına” və bu kimi andları məkruh bilirlər.

− Şafeilər Allahdan başqasına and içməyi, əgər şərik qoşmaq və təzim niyyəti ilə olmasa, məkruh bilirlər.

Malikilər deyirlər:

Peyğəmbərə, Kəbəyə və bu kimi böyüklərə və müqəddəs yerlərə and içmək iki cürdür: Məkruh və haram. Lakin bu əməlin haram olduğu daha məşhurdur.

Hənbəlilər deyirlər:

− Allahdan başqasına və onun sifətlərinə and içmək haram olduğu halda Peyğəmbər və övliyalarına da and içmək qadağandır.

Biz bilirik ki, onlar bütün bu fitvalar ilə Quran, Peyğəmbər və ilahi övliyaların sünnəsi qarşısında ictihad etmişlər. Sünnə əhli ictihad qapısını üzlərinə bağladıqları üçün müasir alimlərin onların rəylərinə itaət etməkdən başqa bir çarəsi yoxdur.

Qəstəlanının “İrşadüs-sari” (c. 9, s. 358) kitabında and içməyin məkruh olduğunu Malikdən nəql etməsinə göz yumuruq. Belə bir andın haram olduğunu hənbəlilərə aid etmək əsassızdır. Çünki ibn Qüdamə Hənbəli fiqhi əsasında yazdığı “Əl-Müğni” kitabında deyir:

“Bizim əshabdan bəziləri deyirlər:

Allahın Rəsuluna and içmək elə bir andlardan sayılır ki, bu andı sındırmağın kəffarəsi vardır.”

Əhməd ibn Hənbəldən belə nəql olunur:

“Hər kim Allahın Rəsuluna and içib sonra bu andı sındırsa, boynuna kəffarə gəlir. Çünki Peyğəmbərin haqqı şəhadətin əsaslarından sayılır və buna görə Peyğəmbərə and içmək allaha and içmək deməkdir və hər ikisinin kəffarəsi vardır.”

Belə rəvayətlərdən məlum olur ki, dörd məzhəbin rəhbərləri and içməyin haram olmasına fitva verə bilməzlər.

Dörd məzhəbin fiqhlərinə nəzər yetirdikdən sonra vəhhabilər milyonlarla müsəlmanı kafir adlandırdılar. Nahaq qanlar tökməkdə1 əsaslandıqları iki hədisə nəzər salırıq:

Birinci hədis:

Allahın Rəsulu Ömərin atasının canına and içdiyini eşitdikdə buyurdu:

“Allah-taala sizi atalarınızın canına and içməkdən çəkindirib. Hər kim bunu etmək istəyirsə, Allaha and içsin və yaxud sakit otursun.”2



Birinci, Peyğəmbər onları bu illətə görə çəkindirib ki, onların ataları bütpərəst və müşrik olmuşlar. Belə adamların heç bir qiyməti və müqəddəsliyi olmadığına görə onlara and içməyə icazə verilməyib. Belə ki, başqa hədislərdə “atalara və tağuta (bütlərə) and içməyin” nəql olunub.3

İkinci, hökm zamanı (məhkəmədə) və yaxud düşmənçilik edərkən ataya and içmək nəhy olunub. Çünki İslam alimlərinin nəzərinə görə, düşmənçilik vaxtı Allaha və Onun zatına işarə olunan sifətlərdən başqa bir şeyə and içmək kifayət etmir.

Bu mənalara diqqət yetirməklə Peyğəmbərin müqəddəslərə və ilahi övliyalara and içməkdən çəkindirməyini necə başa düşmək olar? Halbuki Peyğəmbərin nəhyi xüsusi bir hala aiddir.

İkinci hədis:

“Bir kişi Ömərin oğlunun yanına gəlib dedi:

− Mən Kəbəyə and içirəm.

Ömərin oğlu dedi:

− Kəbənin Allahına and iç. Çünki Ömər atasına and içərkən Peyğəmbər buyurmuşdur:

−”Atana and içmə. Çünki Allahdan başqasına and içməyin heç bir günah və haram olmadığını sübuta yetirir. Amma bu hədisi başqa cür təşkil etmək lazımdır:

Hədis üç hissədən ibarətdir:

1. Bir kişi Ömərin oğlunun yanına gəlib Kəbəyə and içmək istəyirdi, lakin, o, kişini bu işdən çəkindirdi.

2. Ömər Peyğəmbərin yanında atasına (Xəttaba) and içdiyinə görə Peyğəmbər onu belə and içməkdən çəkindirdi və bunu şirk kimi qələmə verdi.

3. Ömərin oğlu Peyğəmbərin bu sözündən “Allahdan başqasına and içmək şirk sayılır” ictihad edib hökm verdi. Lakin Peyğəmbərin “Allahdan başqasına” sözündən əsas məqsədi müşrikə (Xəttaba) and içməkdir. Amma Ömərin oğlu Kəbəyə and içməyi də Peyğəmbərin bu kəlamına aid edir.

Peyğəmbərin və başqalarının Allahdan başqasına and içmələri haqqında olan rəvayətləri topladıqda, Peyğəmbərin “hər kim Allahdan başqasına and içsə müşrik sayılır” kəlamından belə bir mətləb əldə olunur:

O zaman and içmək şirk sayılır ki, haqqında and içilən şəxs müşrik olsun, yəni müşrikin haqqına and içmək şirk sayılır. Lakin müsəlmanın, Kəbənin, Quranın, peyğəmbərlərin və s. müqəddəs yerlərin haqqına and içmək isə şirk sayılmır.

Ömərin oğlu Peyğəmbərin kəlamının əhatə dairəsinin geniş olduğunu bilib. İctihad edərək hökm vermişdir.

Bu hökm onun özü üçün əsas və hüccət ola bilər, başqaları üçün isə əsas ola bilməz.

Müşrikə and içmək buna görə şirk sayılır ki, belə bir and həqiqətdə müşrikin əməlini və getdiyi yolu tədsiq etmək deməkdir.

Bu hədisin birinci təhlili və burada əsas xətaya yol verən Ömərin oğludur. Çünki o, Peyğəmbərin kəlamından ictihad edib müqəddəslərə and içməkdən çəkindirmişdir. İndi bəhs edəcəyimiz ikinci təhlil isə birincidən daha da açıq və aşkardır.

İkinci təhlil

Peyğəmbərin bu kəlamı “Allahdan başqasına and içmək şirk sayılır” müşriklərə yox, Lat və Üzza1 kimi tağutlara aiddir. Kəbə kimi müqəddəs yerlərə and içmək isə, istisnadır. Ömərin oğlu ictihad etməklə bütlərə aid olan qanunu iki yerdə (müşrikə və Kəbəyə and içməyə) tətbiq etmişdir. Çünki Peyğəmbərin kəlamında belə bir məqsəd güdülmür. Buna başqa bir hədis şəhadət verir:

“Hər kim Lat və Üzza kimi bütlərə and içsə, tez − La ilahə illəllah − deməlidir...” (Sünəni-Nəsai, c. 7, s. 7).

Müsəlmanların zehnində hələ də cahiliyyət dövrünün izləri qaldığına bu hədis şəhadət verir. Özlərindən asılı olmayaraq müsəlmanlar bəzi vaxtlar tağutlara da and içirdilər.

Peyğəmbər bu pis əməli zehnlərdən silmək üçün hökm verdi. Lakin Ömərin oğlu bu hökmü müşrikə və müqəddəslərə and içməyə də tətbiq etdi. Halbuki Peyğəmbərin kəlamı müqəddəslərə və müşriklərə and içmək haqqında deyildi. Buna aşağıdakı hədisləri dəlil gətirmək olar:

1. Hənbəlilərin imamı Əhməd ibn Hənbəl “Müsnəd” kitabının 2-ci cild 34-cü səhifəsində ikinci hədisi başqa formada nəql edir. Bu da Ömərin oğlunun belə hökm verdiyini bildirir.

İndi isə hədisin mətni ilə tanış olaq:

“Ömər atasına and içərkən Allahın Rəsulu onu bu işdən çəkindirərək buyururdu:

Hər kim Allahdan başqa bir şeyə and içsə, şirk etmiş olur.”

2. Yenə Əhməd ibn Hənbəl “Müsnəd” kitabının 2-ci cild 67-ci səhifəsində bu hədisi Ömərin andı olmadan nəql edir:

“Hər kim Allahdan başqasına and içsə, o kəs bu barədə nalayiq söz işlətmiş olur və yaxud Peyğəmbər o kəsin haqqında ağır söz deyir: Məsələn: O kəs bu əməli ilə şirk edib.”


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə