Вәһһаби Мәзһәби


On doqquzuncu fəsil Övliyaları köməyə çağırmaq



Yüklə 1,5 Mb.
səhifə34/40
tarix19.07.2018
ölçüsü1,5 Mb.
#57090
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

On doqquzuncu fəsil

Övliyaları köməyə çağırmaq


Vəhhabilərlə başqa İslami məzhəblər arasında olan ixtilaflı məsələlərdən biri də çətinliyə düşdükdə övliyaları köməyə çağırmaqdır.

Peyğəmbərlərin və ilahi övliyaların məzarları kənarında və yaxud başqa yerlərdə köməyə çağırmaq İslami tayfalar arasında yayılmış əməllərdən biridir. Bu əməli şirk və İslamın ziddinə olan əməl kimi hesab etmirlər. Lakin vəhhabilər bu məsələni şiddətlə inkar edib müxaliflərə qarşı iddia etdikləri məsələlərə heç bir aidiyyəti olmayan ayələri şüar edərək deyirlər:

“Şübhəsiz ki, məscidlər Allaha məxsusdur.

Allahdan başqa heç kəsə ibadət etməyin.”1

Vəhhabilərin əsaslandığı ayələrlə əziz oxucunun yaxından tanış olması üçün biz burada ayələri qeyd edirik və sonradan bunların hamısını şərh edəcəyik. Vəhhabilər bu ayədən (Cinn, 18) əlavə digər ayələri də dəlil və sübut gətirirlər:

“Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməz).”2

“Siz Ondan başqa tapındıqlarınız isə nə Sizə, nə özlərinə bir köməklik edə bilər.”3

“Sizin Ondan qeyri ibadət etdikləriniz bir çərdək qabığına belə sahib deyillər.”4

“Allahdan başqa ibadət etdiyiniz bütlər də Sizin kimi bəndələrdir.”5

“De: (Allahdan) başqa tanrı güman etdiklərinizi (köməyə) çağırın. Onlar Sizi nə möhnətdən qurtarmağa, nə də onu dəyişməyə (Sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) qadir deyillər.”6

“Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır.”7

“Allahdan başqa sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə ibadət etmə.”8

“Əgər Siz onları çağırsanız, onlar Sizin çağırışınızı eşitməzlər” /Fatir surəsi, 14/.

“Allahı qoyub Qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?!”9

Bu ayələrdən vəhhabilər belə nəticə çıxarırlar ki, övliyaları ölümlərindən sonra köməyə çağırmaq onlara ibadət və sitayiş etmək sayılır.

Yəni əgər bir nəfər Peyğəmbərin qəbri kənarından və yaxud uzaq bir yerdən “Ya Məhəmməd!” desə, bu çağırmaq və kömək istəmək Peyğəmbərə ibadət və sitayiş sayılır.

Sənani Kəşfül-irtiyabdan (səh. 274) nəql edərək Tənzihül-etiqad kitabında deyir:

“Quran Allahdan başqasını çağırmağı ibadət bilir. Çünki Allah-taala buyurur: “Mənə dua edin. Mən də Sizin dualarınızı qəbul edim.” Elə buna görə də hər kim Peyğəmbəri və övliyaları çağırıb “Mənim haqqımda şəfaət et”, “Səndən şəfaət istəyirəm”, “Borclarımı verməkdə mənə kömək et”, “Xəstəmə şəfa ver” − kimi sözlərlə ondan kömək istəsə, bu şəxs övliyalara ibadət etmiş sayılır. İbadətin həqiqəti çağırmaqdan başqa bir şey ola bilməz. Nəticədə isə bu kimi çağırışlar Allahdan başqasına ibadət etmək və şirk adlanır. Çünki Allahın birliyinə inanmaq Ondan başqasına ibadət etməmək deməkdir. Elə bütpərəstlər də ondan başqasına ibadət etdiklərinə görə müşrik adlanırdılar.”

Cavab:

Şəksiz-şübhəsiz “dua” kəlməsi ərəb lüğətində çağırmaq, “ibadət” kəlməsi isə sitayiş etmək mənasındadır. Heç vaxt bu iki kəlməni eyni mənada işlətmək olmaz. Yəni dua etməyi və çağırmağı ibadət adlandırmaq olmaz. Çünki:



Birinci. Ouranda “çağırmaq” kəlməsi bir çox yerlərdə işlənib və bu kəlmədən məqsəd “ibadət” sayılmır:

“Dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yolla) dəvət etdim.”10

“(Şeytan dedi) Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz.”2

Şeytan onları çağırmaqla onlara ibadət etmiş sayılırmı? Əgər ibadət sayılsa da, şeytana qulaq asanlar tərəfindən ibadət sayılır, nəinki şeytan tərəfindən.

Bu ayələrdə və onlarla bu kimi ayələrdə dəvət, çağırmaq kəlməsi ibadət və sitayiş mənasında işlənməyib. Buna görə də bu səbəbdən dəvətin ibadətlə eyni mənada olduğunu iddia etmək olmaz. əgər bir nəfər Peyğəmbəri və yaxud övliyaları çağırırsa, bunun heç bir eybi yoxdur. Çünki dəvət və çağırışın mənası ibadətdən daha genişdir.3

İkinci. Bu ayələr toplusunda (vəhhabilərin əsaslandığı ayələrdə) çağırış tam dəvət mənasında ola bilməz, ola bilsin ki, bu ayələrdə dəvət ibadət mənasında işlənsin. Çünki bu ayələr bütləri kiçik Allah adlandıran, ilahi işlər görən və bütləri işlərində müstəqil bilən bütpərəstlər haqqında nazil olub. Sözsüz ki, Allah ünvanı ilə hər bir canlı və cansızın müqabilində təvazökarlıq edib bunları kiçik və yaxud böyük Allah adlandırıb, şəfaət və bağışlanmaq sahibi bilmək ibadət sayılacaq. Əlbəttə, bütpərəstlər bütləri şəfaət sahibi adlandırmaqla bunların müqabilində təvazökarlıq ibadəti edirlilər. Bu bütləri dünya və axirət işlərində müstəqil bilirlər. Hamıya məlumdur ki, bu cansız əşyalardan belə bir şərtlərlə hacət istəmək ibadət və sitayiş sayılır. Daha açıq desək, onlar bütlərə Allah kimi inanıb, bunlardan kömək istəyirdilər.

“Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Allahın əmri gəldikdə onlara heç bir fayda vermədi...”4

Buna görə də vəhhabilərin əsas gətirdikləri ayələrin bizim bəhsimizə heç bir aiddiyəti yoxdur.

Bəndə başqa bir bəndədən hacət istəyirsə və o bəndəni Allah, rəbb, dünya və axirət işlərində müstəqil bilmirsə, əksinə, onu Allahın əziz bəndəsi, nübüvvət və imamət məqamına seçilmiş bəndəsi hesab edirsə, belə bir hacət diləməyin heç bir eybi yoxdur. Çünki Allah özü bu şəxslərin (Peyğəmbər, imamlar və övliyalar) dualarının qəbul edilməsinə vədə veribdir.

“Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.”5

Üçüncü. Ayələrin özü dəvətin çağırış mənasında yox, ibadət mənasında olduğuna şəhadət verir.

Buna görə də ayələrin birində dəvət kəlməsindən sonra ibadət kəlməsi işlənib:

“Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarını qəbul edim! (Mənə ibadət edin-sizi mükafatlandıraram).

Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” 6

Yəni bütpərəstlər Allah sifətində tanıdıqları bütlərdən kömək istəyirdilər və bu bütlərin müqabilində ah-nalə edirdilər.

Səcdə edənlərin ağası imam Zeynəl-Abidin (ə.s) öz duasında belə buyurur:

“(İlahi) çağırmağı ibadət və bu əməli tərk etməyi təkəbbürlük və ümidsizlik adlandırdın. Bu əməli tərk edənlərə (ibadət etməyənlərə) zəlil olaraq Cəhənnəm atəşinə daxil olmağı vədə verdin.”7

Bəzi vaxtlar eyni mənası olan iki ayədə birində ibadət, digərində isə çağırmaq sözü işlənir.

“De: “Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz...”8

Buna oxşar başqa bir ayədə buyurur:

“De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərimi çağıracağıq...”9

Fatir surəsinin 13-cü ayəsində buyurur:

“Sizin ondan qeyri çağırdıqlarınız (ibadət etdikləriniz) bir çərdək qabığına belə malik deyillər.”

Bu ayədə ibadət mənasında “çağırmaq” kəlməsi işlənib. Lakin elə bu mənada olan başqa bir ayədə ibadət sözü işlənmişdir.

“Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər...”1

Bəzi vaxtlar bir ayədə hər iki kəlmə eyni mənada işlənib.

“De: “Sizin Allahdan qeyri çağırdığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir.”

Mumin surəsinin 66-cı ayəsi də elə bu məzmundadır.

Əziz oxucu! Əgər “ibadət” və “dəvət, çağırmaq” kəlmələri haqqında daha çox ayələrlə tanış olmaq istəyirsinizsə, “əl-Möcəmul-müfəhris” kitabına müraciət edə bilərsiniz. Bununla da mənanın bir ayədə ibadət, digər ayədə isə dəvət və çağırmaq mənasında işləndiyinin şahidi olarsınız. Lakin vəhhabilərin sübut və əsas gətirdikləri ayələrdə dəvət kəlməsi çağırmaq mənasında yox, ibadət mənasında işlənib.

Siz əgər dəvət və ibadət sözləri olan ayələrin toplusuna diqqət yetirsəniz, bütün müvəhhidlər tərəfindən böyük Allahın Malikliyinə, İlahiliyinə, Rəbbliyinə... etiraf etdiyinin və yaxud bütpərəstlərin bütləri kiçik Allah, şəfaət sahibi adlandırdıqlarının şahidi olarsınız. Belə olan sürətdə, ilahi övliyalardan kömək istəyib onları çağırmağa qarşı vəhhabilərin əsas gətirdikləri ayələr (Halbuki ayələrin bu bəhsə heç bir aidiyyəti yoxdur) doğrudan da çox təəccüblüdür!


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə