Вәһһаби Мәзһәби


On səkkizinci fəsil Məzar əhlinə nəzir etmək



Yüklə 1,5 Mb.
səhifə33/40
tarix19.07.2018
ölçüsü1,5 Mb.
#57090
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

On səkkizinci fəsil

Məzar əhlinə nəzir etmək


Dərdi və müşkülü olan insanlar nəzir edirlər ki, əgər müşkülləri həll olarsa, müəyyən məbləğdə pul övlayaların qəbri üzərində qoysunlar və yaxud bu qəbirləri ziyarət edənlər üçün qurbanlıq kəsib paylasınlar.

Bu adət-ənənə bütün dünya müsəlmanları arasında yayılmışdır, xüsusi ilə övliyaların qəbirləri olan yerlərdə buna çox ciddi şəkildə riayət olunur.

Vəhhabilər bu kimi nəzirləri düzgün hesab etmirlər və onların acıdil yazıçısı Abdulla Qasimi belə yazır:

“Şiələr Əliyə və onun övladlarına Allahlıq əqidəsi ilə inandıqlarına görə onların qəbirlərinə və qəbir sahiblərinə ibadət edirlər. Bu səbəbdən onların dəfn olunduqları yeri abadlaşdırır və dünyanın hər bir yerindən bu qəbirləri ziyarət etməyə tələsirlər. Qəbirlərin üzərində nəzir və qurbanlıq hədiyyə etməklə göz yaşı axıdırlar.”1

Bu acıdil yazıçının mədəniyyəti və ədəb-ərkanı yazdığı kitabın adından2 bəlli olduğuna görə yuxarıda qeyd etdiyi mələbi şiəyə aid edir. Halbuki vəhhabilərin kökü sayılan İbn Teymiyyə daha geniş olaraq bu məsələni müsəlmanlara aid edərək deyir:

“Hər kim peyğəmbərlərə və ilahi övliyalara bir şey nəzir etsə və qurbanlıq kəssə müşrik sayılır. Çünki müşriklər də öz bütləri üçün nəzir edir, qurbanlıq kəsirdilər və Allahdan başqasına ibadət edirdilər. Bu səbəbdən onlar kafir oldular.”3

Ustad və tələbə hər ikisi zahirə aldanmışlar.

Yəni müştərək əməllərdə ölçü zahirə hökm vermək deyildir, əksinə, ölçü niyyət və qəlbdir.

Əgər zahiri oxşarlıq bir işin hökmündə kifayət edirsə, onda həcc ibadətinin bir çox əməlləri bütpərəslərin əməllərinə oxşayır. Çünki, bütpərəslər də daşın, gilin ətrafında təvaf (fırlanıb) edib daşdan və taxtadan düzəldilmiş bütləri öpürdülər.

Buna oxşar işi biz də yerinə yetiririk, yəni daşdan və gildən tikilmiş Kəbə evinin ətrafında təvaf edib, Qara daşı öpürük və Minada qurbanlar kəsirik.

Bir-birinə oxşar müştərək işlərdə mühakimələrin əsas meyarı əməl, fikir, əqidə və niyyət şərt sayılır. İki əməl zahirdə bir-birinə oxşayırsa, bunların ikisinə də eyni gözlə baxıb mühakimə etmək olmaz.

Bu haqda “Sülhül-Əxvan” kitabının müəllifi öz kitabında bir neçə cümlə qeyd edib. Bunları nəql etməklə məsələni daha da aydınlaşdırmaq olar.

Bu sünni aliminin özü vəhhabilərin əqidələrini tənqid edənlərdən biridir. Qısa sözlə bu məsələni niyyət nöqteyi-nəzərindən araşdırıb deyir:

“Əgər nəzir etmədə məqsəd meyitə yaxın olmaqdırsa, şübhəsiz ki, bu əməl düzgün sayılmır. Əgər nəzir Allaha görə və Ona yaxın olmaq üçündürsə, bu nəzirdən insanlar fayda görürsə və savabını cənazəyə hədiyyə edirsə, bu nəzirin heç bir eybi yoxdur, gərək öz nəzirinə əməl etsin.”4

Əsl haqq söz alimin dediyi sözdür. Elə müsəlmanlar arasında da bu niyyətlə nəzir olunur. Bununla da müsəlmanların əməlləri ilə bütpərəstlərin əməlləri arasında fərq açıq-aşkar bəlli olur. Bütpərəstlər bütlərə yaxın olmaq üçün nəzirlər hədiyyə edib, heyvanlar kəsirdilər. Hətta onlar heyvanları bütlərin adı ilə kəsirdilər, onların əsas məqsədi və hədəfləri isə bütlərə yaxın olmaq idi. Lakin müsəlmanların hədəfi isə Allahın razılığını əldə etməklə savabı ölüyə hədiyyə etməkdir. Buna görə də, müsəlmanlar nəzir edərkən “Allah” kəlməsini işlədərək belə deyirlər:

“Əgər mənim işim həll olarsa, Allaha görə filan əməli yerinə yetirərəm.”

Yəni nəzir etməyin mahiyyəti Allaha yaxın olmaq, savabını isə qəbir sahibinə hədiyyə etməklə nəziri fəqirlər, imkansızlar arasında paylamaq və yaxud digər xeyriyyə işləri görməkdir. Belə olan halda, bu işi necə şirk-müşriklərin əməli adlandırmaq olar?

Bir sözlə, bu kimi nəzirlər Peyğəmbər və övliyaların adından bir növ sədəqə vermək sayılır və savabı yenə də onların özlərinə qayıdır. Heç bir İslam alimi ölülər adından sədəqə verməyi irad tutmur.

“Əgər hacətim yerinə yetirilsə, Allaha görə nəzir edirəm Peyğəmbərin adından qurbanlıq kəsim.”

Yəni məqsəd Allahın razılığını əldə edib Ona yaxın olmaqla yanaşı, savabını Peyğəmbərə hədiyyə etməkdir. Allahın göstərişinə itaət edərək Onun razılığını əldə edib, Ona yaxın olmaq üçün namaz qıldım və nəzir etdim.

İslam hədislərində bu haqda çoxlu rəvayətlər nəql olunub ki, bir neçəsini burada qeyd edirik:

1− Peyğəmbərin dostlarından Səd adlı bir nəfər ondan soruşdu:

− Anam vəfat edib, əgər o sağ olsaydı, sədəqə verərdi. Mən anamın yerinə sədəqə versəm, ona bir xeyri olar?

Peyğəmbər buyurdu:

− Bəli!

Səd dedi:



− Hansı sədəqənin daha çox xeyri var.

Peyğəmbər buyurdu:

− Su sədəqə etməyin daha çox xeyri var.

Səd bir quyu qazdı və dedi:

− Bu quyunu anama savabı olduğuna görə qazdım.1

2− Bir kişi Peyğəmbərin vaxtında Bəvanə adlı yerdə dəvə kəsməyi nəzir edir. Peyğəmbərin yanına gəlib onu bu işdən xəbərdar edir. Peyğəmbər buyurur:

“O yerdə cahiliyyət vaxtından qalmış ibadət etmək üçün büt varmı?”

Kişi: “Yox” − deyə cavab verdi.

Peyğəmbər buyurdu:

“O yerdə cahiliyyət dövründən qalan bayramlar keçirilirmi?”

Kişi dedi:

− Xeyr!


Peyğəmbər buyurdu:

− Onda öz nəzirinə əməl et! Çünki nəzir etmək iki yerdə düzgün deyil:

a) − Günah edib və Allaha itaət etməyəndə.2

b) −İnsanın malik olmadığı şeylərdə.3

3− Bir qadın Peyğəmbərə dedi:

− Nəzir etmişəm xüsusi bir yerdə heyvan kəsim.

Peyğəmbər buyurdu:

− Büt üçün nəzir etmisən?

Qadın dedi:

− Xeyr!


Peyğəmbər buyurdu:

− Öz nəzirinə əməl et!4

4− Məymunənin atası dedi:

− Bəvanə adlı yerdə əlli quyun kəsməyi nəzir etmişəm.

Peyğəmbər buyurdu:

− O yerdə büt varmı?

Dedi:

−Xeyr!


Peyğəmbər buyurdu:

− Öz əhdinə vəfa et!

Peyğəmbərin həmin yerlərdə keçmişdə və indiki zamanda bütlərin olması, bütlərə ibadət mərasimlərinin qeyd olunması haqda suallarında əsas məqsəd bu idi ki, adətən, belə yerlərdə bütlərə yaxın olmaq üçün hətta bütlərin adı ilə heyvan kəsilirdi. Halbuki qurbanlıq büt üçün yox, Allah üçün olmalıdır. Quranda haram olan əməllərdən biri də büt adından heyvan kəsməkdir.

“Daşlar (bütlər) üzərində kəsilmiş heyvanlar... sizə haramdır...”5

İnsanlar nəziri fəqir-füqəranın çox və işin asan olduğu ərazilərə əsasən təyin edirdilər.

Allah övliyalarına ziyarət edənlər daha yaxşı bilirdilər ki, Allahın razılığını əldə etmək üçün Ona görə nəzir edib qurbanlıq kəsmək lazımdır. Bunun isə qəbir sahiblərinə mənəvi, fəqirlərə, ziyarətgahlara maddi xeyri vardır.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə