Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

27
romantik əsərlər yaradan, İstanbulda ali təhsil alan, Anadolu şairləri və
ədəbi-mədəni mühitinin nümayəndələri ilə dostluq edən, Füzulini sənət
ideyalı hesab edən dahi sənətkar Hüseyn Cavidin və yaxud özünün də
dəfələrlə qeyd etdiyi kimi böyük Nizami Gəncəvidən bəhrələnən gözəl
şair
Səməd
Vurğunun
Puşkindən

yaxud
Lermontovdan
bəhrələnməsini söyləmək nə qədər mənasız və gülünc görünür.
Məsələ burasında idi ki, bütün mənəvi təsisat, əxlaq, ideologiya
və institutları ilə birlikdə orta əsrlərdə feodalizmin əleyhinə Yaxın
Şərqdə, o cümlədən Azərbaycanda maarifçilik hərəkatı başlanmışdı.
Bu hərəkat, şübhəsiz ki, islam ehkamları çərçivəsi daxilində həyata
keçirilirdi. Azərbaycan ədəbi mühitinin təcrübəsində müşahidə
etdiyimiz maraqlı xüsusiyyət maarifçiliyin intibah əlamətləri ilə də
zənginləşməsi, belə bir sintez və birləşmə iki mənəvi mədəniyyət
tipinin və mərhələsinin birləşməsindən irəli gəlirdi.
Yaxın şərq xalqlarına məxsus spesifik müstəqil bir
maarifçilik hərəkatı ilə yanaşı, müstəqil bir intibah
mədəniyyəti
Məlumdur ki, Qərbdə «Orta əsrlər» intibahın, bizdə isə
maarifçiliyin başlanması ilə qurtarır. Bizim milli maarifçi ədəbiyyatın öz
dəqiq tarixi hüdudları vardır və o, ədəbi fikir xəritəsində «Orta əsrlərin»
bitdiyi bir sərhəddə, tam yeni bir estetik ərazi kimi başlayır. İndiki əsrə
qədər gəlib çıxan «yeni dövr ədəbiyyatı» da elə bu ərazinin və
sərhədin davamıdır. Bizim ədəbiyyatşünaslığımızda erkən maarifçilik
ünsürləri hələ XIX əsrdən əvvəllərdə də müşahidə və təsdiq edilir.
Lakin bu hələ köhnə sərhədlər daxilində, əvvəlki ədəbi-fəlsəfi fikrin
daxilində, əvvəlki ədəbi-fəlsəfi fikrin bətnində yeni ünsür və


28
rüşeymlərin yaranması dövrü idi. Bu yeniliyin müstəqil estetik vahid
kimi sərhədləri isə XIX əsrin əvvəllərindən başlayır. Həm də bizim
ənənəvi romantik poeziyada orta əsrlərin bir zaman çərçivəsinin
pozulması üçün əvvəlcə coğrafi çərçivənin saf və xalis Şərq bədii
inkişafının rəmzi kimi regional ədəbi qitənin Asiyanın sərhədlərinin
pozulması lazım gəlirdi. Qərblə mədəni izolədən tamamilə xilas olan
bədii proses, əsəasən bir region daxilində, lokal inkişaf dövründən
ümumdünya ədəbiyyatın və ədəbi əlaqələrinin ən fəal və intensiv
yaranması epoxasına daxil olur. Bədii fikrin bu vaxta qədərki şərq tarixi
isə bizə məlum tip və mərhələ təsnifinin ənənəvi Avropa modelinə
uyğun gəlmir: antik dövr, orta əsrlər, maarifçilik və XIX əsr-ədəbi tarixi
inkişaf mərhələrinin belə bir ardıcıllığının eyni, identik təkrarına Şərqdə
təsadüf eləmirik.
Hər halda iki mümkün ehtimaldan birini qəbul etmək lazım gəlir:
1. Şərqdə İntibah mədəniyyəti tarixən və funksiyaca birləşərək,
vəhdətdə, sintezdə təzahür edir.
2. İntibah dövrü ilə Orta əsrlər dövrü arasında münasibətlərin
Qərbin mədəni inkişaf tarixində özünü göstərən sosioloji və estetik
məzmunu öz tipoloji təsdiqini və realizəsini Şərqdə tapa bilmir.
Şərq intibahı orta əsrlərdən kənar da yox, zamanca ta əvvəldən
axıra qədər orta əsrlərin öz əhatəsi daxililində baş verən bir hərəkat
kimi formalaşır və Şərq intibahını şərtləndirən obyektiv-tarixi əsaslar
bilavasitə kapitalistlər, xalis və müstəqil burjua ictimai münasibətləri ilə
bağlanmır.
Şərq mütəfəkkirləri Avropa mütəfəkkirlərinə qətiyyən bənzəmirdi.
Şərq mütəfəkkirləri sözə böyük qiymət verir, mənasını uca tutur, şeirin
mənşəyinə dini-idealist baxımdan yanaşırdılar. Məsələn, Füzulinin
vəhdəti-vücuda dayanan təlqiləri, ilhamının mənbəyini təşkil edən
Lihuti qəzəlləri və şah əsəri olan «Leyli və Məcnun»u müqəddəs tutub
tərənnüm etdiyi ilahi eşq və ya əflatuni eşqdir. Şairin duyğuları ilə


29
fəlsəfi-sufiyanə mahiyyətli fikirləri tərbiyəvi bir-birilə çox həmahəng bir
tərzdə qovuşmuşdur. Füzulinin əqidəsinə görə,  «şair ilahi bir vergiyə
məzhər olmasa, eybsiz şeir yaza bilməz». Fəqət bu ilahi vergini elm ilə
bəzəmək və kamilləşdirmək lazımdır.
Yaxın və Orta Şərq, o cümlədən Azərbaycan «orta əsrlər» adlı on
əsrə yaxın sürəkli, mürəkkəb və zəngin bir ədəbi mərhələ keçmişdir.
Avropa ədəbi-mədəni fikrinin tarixində «orta əsrlər» o vaxta qədər
davam edir ki, sənətin ideya-fəlsəfi mahiyyətinə xalis mistik
təsəvvürlərin təsiri real-fərdi təcrübə müşahidələrindən hələ çox
güclüdür. Təsadüfi deyil ki, Qərbi Avropa ölkələrinin yazılı
ədəbiyyatında həmin dövrün əsas janrları dramlardır. Məsələn, faciə
və komediyanın antik tipi, yaxud Şərq orta əsrlərinin mənzum roman
tipi Avropa orta əsrlərində yoxdur. Halbuki klassik romantik poeziyanın
«Xəmsə» tipli orta əsr nümunəsi Şərqdə heç bir mistik sxemə, əsatir
çərçivəsinə sığmır.
İntibah təfəkkürü tərzinin qələbələrinə biz Şekspirdən əvvəl
Nizamidə rast gəlirik.  «Əkinçilik şahlıqdan da yaxşıdır!» ideyasını
«Faust»dan
qabaq
«İsgəndərnamə»də
oxuyuruq.
İntibah
dünyagörüşünün bir çox əsas xüsusiyyətlərini Nizamidə tapmaq olar –
xəlqilik və demokratizm, humanizm və əqlə hörmət, böyük hərfli İnsan
axtarışı!
Bütün «Xəmsə»də əsl əmək kultu və əməkçi insana alqış
təranəsi vardır. Sonralar ən dahi realistləri düşündürə biləcək şeylər
Nizamini də düşündürüb: cəmiyyət ziddiyyətləri, ictimai ədalət
problemi, dövlət quruluşu, tragik sevgi, əxlaq mətləbləri. İnsanın həm
şəxsi, həm də ictimai səadət sorağında şair bizə hətta ideal cəmiyyət
quruluşu təqdim edir! Şah hüzuruna kəfən geyib gedən qocanın,
Sultan Səncəri ittiham edən qarının,  «Yeddi gözəl»dəki yeddi
məhbusun şikayəti, şah zülmündən məmnun qalan iki bayquşun
söhbətləri – şairin vətəndaşlıq fəallığı ilə faş etdiyi bütün bu ictimai


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə