Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   2   3   4   5   6   7   8   9   ...   43

17
bədii əsərdə sözün meydanını dar, fikrin meydanını vüsətli görmək
istədiyini elan edirdi.
Estetik qənaətlərin poeziya əsasında inikası Azərbaycan
ədəbiyyatında uzun müddət davam edən, bu gün də özünü ara-sıra
büruzə verən bir ənənədir. Nəsimi (XIII-XIV əsrlər), Saib (XVII əsr),
Qövsi (XVII-XVIII əsrlər), S.Ə.Şirvani (XIX əsr) və digər şairlərimizin
yaradıcılığında poeziyanın forma xüsusiyyəti hansı şəkildə olmalıdır
ifadəsinə tez-tez rast gəlmək olar. XIX əsrdə Azərbaycanda bir
tərəfdən poetikanın müxtəlif məsələləri M.Ş.Vazeh, S.Ə.Şirvani kimi
dövrün müqtədir şairlərinin əsərlərində qaldırılır, digər tərəfdən
M.F.Axundovun yaradıcılıq timsalında Azərbaycanda ilk professional
ədəbi tənqidin yaranması prosesi başlayır.
Bədii
ədəbiyyat
haqqında
elm,
ədəbiyyat
nəzəriyyəsi,
ədəbiyyatşünaslığın bölmələrindən olan, qədim dünya yazıçıları
Aristotelin «Poetika», Horatsinin «Poeziya sənəti haqqında», yaxud
«Pizonlara məktub» əsərləri ilə məhşur olan poetika elmi tarixin
müxtəlif dövlərində müxtəlif vəzifələrlə gah müstəqil elm, gah fəlsəfə
və yaxud estetikanın bir hissəsi kimi fəaliyyət göstərərkən göründüyü
kimi, Azərbaycanda da hələ qədim dövrlərdən bizim sənətçilər poetika
yaradıcılının spesifikasını təyin etməklə bədii əsərin quruluşunu, onun
ideya-estetik məzmununu, kompozisiya və süjetini, surətlər sistemini,
şeir və nəsr dilinin xüsusiyyətlərini öyrənməklə, ədəbi prosesin
qanunauyğunluqlarının, ədəbi metodların, ədəbi növlərin orijinal
şəkildə nəzəriyyəsini yaratmışlar.
Ədəbiyyatşünaslıq qədim yunan alimi Aristotelin vaxtından bizim
zəmanəmizə qədər böyük
inkişaf
yolu keçmiş,
Azərbaycan
ədəbiyyatçılarının yaradıcılıq axtarışı ilə əlaqədar daha da inkişaf
etmiş və zənginləşmişdir. Azərbaycan ədəbi-mədəni mühitindəki
tendensiyalar klassik ədəbi ənənə ilə çox bağlı olmuşdur, bütün dövrlər
üçün zəruri olan qanunauyğunluq, eləcə də ərəb mədəniyyətinin özü


18
ilə gətirib gəldiyi bir sıra nümunələr, məsələn yunancadan tərcümə
olunmuş elmi, ədəbi və fəlsəfi əsərlər, eyni zamanda Qurani-Kərim
işığında yazılmış olduqca möhtəşəm sənət inciləri və s. onlardan
öyrənmək və bəhrələnmək əlamətlərini İslamdan Antik dövrə dönüş
səviyyəsində
geriyə
qayıtmağın
faktları

hadisələri
kimi
qiymətləndirmək doğru olar. Qeyd etmək lazımdır ki, orta əsrlərin Şərq
mühitində
böyük
poeziya
klassiklərinin
yarıdıcılığında
islam
ideologiyasının tərənnümü, xoşbəxt cəmiyyət, bərabərlik, ədalət
axtarışları, bütün səmavi dinlərə ehtiram və insan tərbiyəsi təlimi, eyni
zamanda humanizmin poetik təsdiqi öz əksini tapmışdır. Bu ideoloji və
etik-əxlaqi təlimləri Azərbaycanda orta əsrlərin bütün davamı boyu
izləmək mümkündür. Azərbaycanda daha sonrakı əsrlərin klassik
poetik fəlsəfəsində də islam dininin təsiri açıq-aşkar görünməkdədir.
Bilavasitə Azərbaycan poeziyasının mövqeyi dini və elmi bir təlim kimi
öz bəhrəsini vermişdir.
Təsadüfi deyil ki, Azərbaycan klassikləri öz əsərlərini münacatla
başlamış, bu münacatlarda Allahın qüdrət və ülviyyəti, kainatın yoxdan
var edilməsi, ilahi ehkamlar və s. tərənnüm edilmişdir. Dahi şairimiz
Nizami Gəncəvinin «Xəmsə»sində münacatın klassik, məzmun və
formaca çox mükəmməl, gözəl nümunələrinə rast gəlinir.  «Leyli və
Məcnun» dastanındakı münacatdan bir parçaya (tərcümə Səməd
Vurğunundur) nəzər salaq:
Ey adı ən gözəl başlanğıc olan,
Adınla başlanır yazdığım dastan.
Sən, ey xatirəsi könlümə həmdəm,
Adın düşməmişdir dilimdən bir dəm.
Bütün varlıqları özün yaratdın
Bağlı qapılara açardır adın.
…Ey bütün varlığın həyat təməli,
Yetməz dərgahına bir insan əli,


19
Sənin tərifindir «təbarəkallah»
Alqış camalına, feyzinə, Allah!
İran alimi doktor Əhməd Əhmədi münacatı ilahi dərgahına
mənəvi yaxınlaşma üçün bir vasitə olmaqla yanaşı, şairin din, fəlsəfə,
üslubiyyat, ürfan və şeir meydanında hünər və sənətkarlıq nümayiş
etdirmək üçün ən yaxşı zəmin hesab etmişdir. Çox təəssüflər olsun ki,
Sovetlər birliyi dövründə klassiklərimizin əksər əsərləri münacat
hissəsi çıxarılaraq çap olunmuş və bu da ateizm təbliğatı aparan bir
sıra tədqiqatçıların əlinə demək olar ki, bütün klassiklərimizi ateist kimi
qələmə verməyə əsas vermişdir. Lakin onların bu uydurma təbliğatı
nəinki islam dinini gözdən salmadı, əksinə bir sıra həqiqətləri meydana
çıxardı. Müqəddəs Qurani-kərim Həzrəti-Muhəmməd səlləllahu əleyhi
və alihi vəssələmin ən böyük möcüzələrindən olub öz dili və dini
ehkamları ilə indi də get-gedə daha çox bəşər övladının ağlını və
qəlbini fəth edir. Təsadüfi deyil ki, görkəmli alman şairi Göte Qurani-
Kərimin fəzilətlərindən danışaraq yazmışdır ki, Biz elm və mədəniyyət
istiqamətində irəlilədikcə, yersiz təəssüb və cəhalət pərdəsini
yırtdıqca, müqəddəs Quranın hökmlərinin əzəməti qarşısında artıq
heyrətlənirik.
Bununla belə qənaətə gəlmək olur ki, nəinki Şərq klassikləri,
hətta bəzi Avropa sənətkarları da xalis etiqadca İslam dininin
ehkamlarına tabe olmuş, Qurani-kərimdən bəhrələnmiş bəşər ədəbi-
ictimai fikrinə böyük töhfələr vermişlər. Bunu da qeyd etmək lazımdır
ki, qədim yunan fəlsəfəsi Avropadan əvvəl öz rolunu Şərqdə
oynamışdır,
Şərq
humanizmi
Orta
əsrlərə
qədərki
bəşər
mədəniyyətinin nailiyyətləri ilə hazırlanan, eyni zamanda sonralar
İslam dininin gətirdiyi mədəniyyət və yüksək əxlaqi təlimi ilə mənəvi bir
zəmində ucala bilmişdir. Bütün bunlar sənət əsərlərində estetik


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə