Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   2   3   4   5   6   7   8   9   ...   43

13
deyil. Obyektiv elmi-tənqidin görkəmli nümunələrini yaratmış X.Təbrizi
öz ədəbi mülahizələrində, tərif və tənqidlərində, təəssübkeşliyə və
qərəzçiliyə düşmən olmuşdur. O, hələ təqribən 9 əsr bundan əvvəl
bədii əsərin forması ilə məzmunu arasındakı qarşılıqlı əlaqələri
inandırıcı surətdə təhlili etmiş, birinciliyi məzmuna verərək, formanı
ondan asılı hesab etmişdir ki, bu da təkcə Azərbaycan deyil, bütün
Yaxın Şərq ədəbi-nəzəri fikri tarixində poeziyaya yeni elmi baxış kimi
qiymətləndirilir.
Sovetlər birliyi dövründə bəzi tədqiqatçılar İslam dininin
Azərbaycan ədəbiyyatı və mədəniyyətinə zərbə vurduğunu, onun
inkişafına mane olduğunu iddia edirdilər. Lakin bu tamamilə yanlış və
səhv idi. Çünki məhz İslam dininin Azərbaycanda geniş yayılması və
təbliği sonra Azərbaycan ədəbiyyatının yeni, qüvvətli bir canlanma və
intibahına səbəb olmuşdu. Bədii fikirdə mürəkkəb və ziddiyyətli, lakin
tarixən zəruri və qanunauyğun bir tərəqqi prosesi başlamışdı. Bu,
qədim bir ədəbiyyatın ənənələrini süzgəcdən keçirib saf-çürük edən,
saflaşdıran güclü bir proses idi. Ədəbiyyat öz tarixi inkişafında yeni
mərhələyə qədəm basırdı.
İslam dininin Azərbaycanda vüsət tapması ilə şifahi şəkildə ifa
olunan mənzum və mənsur əsərlərin yazılı mətn halı, sonra isə daha
mürəkkəb təhkiyə formaları yaranır. Azəri türkcəsində yazılmış ən
qədim əsərlərdən biri «Dədə Qorqud» dastanıdır. Dastanın bəzi boyları
islamdan qabaq yazılsa da əsas hissəsi, yəni tarixi bir şəxsiyyət olub,
iki yüz on beş il ömür sürən və ahıl vaxtlarında İslam peyğəmbəri
Həzrəti Muhəmməd əleyhissəlamla görüşüb İslamı qəbul edən Dədə
Qorqudun təşəbbüsü ilə kütləvi şəkildə islamı qəbul edən oğuzlar
tərəfindən artıq müsəlman olduqlarından sonra yazılmışdır.
İslam intibahından ruhlanan, iç dünyaları ilə vəhdəti-vücud
fəlsəfəsinə sığınan Xaqani, Nizami, Həsənoğlu, Qazi Bürhanəddin,
Qazi Zərir, Nəsimi, Şeyx Qasim Ənvar, Şeyx Əlvan Şirazi, Həqiqi, Şah


14
İsmayıl Xətai, Xəlili Haşimi, Kişvəri, Matəmi, Süruri, Hamidi, Bəsiri,
Füzuli kimi şəxsiyyətlər yetişmişdir. Bu sənətkarların yaratdıqları, eyni
zamanda özlərindən sonra bizə ərməğan qoyub getdikləri xəzinəni
təhlil edən və ümumiyyətlə bədii yaradıcılığın spesifikası ilə əlaqədar
qiymətli mülahizələr söyləyən Xətib Təbrizi, Vahid Təbrizi, S.Əfşar bir
sıra ədəbiyyatşünaslar ədəbiyyat tariximizi yaratmaqla yanaşı, dünya
mədəniyyət və incəsənətinin əvəzedilməz inciləri sayıla bilər.
Ədəbi tənqid
Azərbaycan nəzəri-estetik fikrinin, ədəbi tənqidinin öz əksini
tapdığı ən zəngin qaynaqlardan biri bədii ədəbiyyatın, xüsusən də
poeziyanın özüdür. Klassik şairlərimizin müxtəlif münasibətlə söz
sənətinin təbiəti, mahiyyəti, sənətkarlıq məsələləri, orijinallıq, deyim
tərzi, mövzu təzəliyi, forma incəliyi və söz haqqında söylədikləri,
gəldikləri qənaətləri çox zəngindir. Poeziya dühalarımızın bu qəbildən
olan deyimləri tam bir estetik və tənqidi fikir sistemidir. Bu barədə
danışarkən gözlərimiz önündə canlanan ilk sima böyük Nizami
Gəncəvi, ilk mənbə isə onun ölməz «Xəmsə»sidir.
«Xəmsə»nin hələ ilk əsəri olan «Sirlər xəzinəsində Nizami
sənətkar şəxsiyyətini, yaradıcı insanın vüqarını çox yüksək
qiymətləndirir, ulu kəslər – ən uca rütbəli insanlar arasında
peyğəmbərlərdən sonra birinci yerdə «ərşin bülbülləri» hesab etdiyi
şairləri qoyurdu.
«Qızılmı, yoxsa sözmü daha qiymətlidir?» - sualına poemada
verilən cavab maraqlı olub, bütünlükdə poetik sözün qüdrəti haqqında
Nizaminin məhşur qənaətini ifadə edir:
Səncə köhnə qızılmı, təzə sözmü yaxşıdır?
Söz sərrafı söylədi: «Söz dünyanın naxışıdır».


15
Söz qasidi bələdsiz başa vurar yolları,
Söz hünər meydanıdır, yenər mərd oğulları.
1
«Xosrov və Şirin» romanında Nizami bədii yaradıcılığın həyati
qaynaqlarına, sənətdə varlığa, gerçəkliyə sədaqət məsələlərinə
toxunur və qətiyyətlə elan edirdi:
Doğru yazmağa var madam ki imkan,
Neçin gəlməlidir ortaya yalan?!
Sözün qiymətini saldı yalanlar,
Doğrunu danışan hörmətli olar.
Böyük şair sənətdə orijinallığı yüksək qiymətləndirir, özünün
kimsəni təkrar etmədiyini bildirəndən sonra göstərirdi ki, deyilmişlərin
təkrarından heç kəsə bir fayda yoxdur. O, həmkarlarını söz üzərində
dönə-dönə işləməyə, yaradıcılığa qarşı yüksək dərəcədə tələbkar
olmağa, yüz sözün yerində bir kəlmə qalanadək ifadəni cilalamağa
dəvət edirdi. Məna və fikir yükündən məhrum olan sözü puç hesab
edən Nizami «Leyli və Məcnun»da göstərirdi ki, ancaq məna ilə zəngin
olan hər beytin misrası dürrdür, bir misrası qızıl. Yenə bu ölməz
məhəbbət dastanında şair sənətin mahiyyətinə zidd olan qeyri-əxlaqi,
eybəcər atributların poeziyaya gətirilməsinin əleyhinə çıxır, belə hesab
edirdi ki:
Ayıblı sözlərin yazılmasından
Yaxşıdır, bir dəftər ağ qalsa inan!
Sənətdə həmişə yenilik, təzə söz, təravətli fikir mücahidi kimi
tanınan Nizami «Şərəfnamə»də nəinki öz müasirlərini, özündən sonra
gələn qələm sahiblərini də daim axtarışlar aparmağa dəvət etmiş,
yalnız belə olan təqdirdə yaradıcılıq aləmində təzə cığır açmağın
mümkünlüyünü təkidlə bildirmişdir:
1
«Сирляр хязиняси», Бакы, 1981, сящ. 48


16
Sözlər padşahının bir məsəli var:
Nə gözəl söyləmiş: «Axtaran tapar!»
1
Ölməz Füzuli poeziya sənətinin ən vacib məziyyətlərindən birini
onun elmiliyində görür və bu keyfiyyətdən məhrum olan əsərləri
sənətin dərgahından uzaq hesab edirdi. Onun ana dilində «Divan»ının
dibacəsindəki (müqəddimədəki) bu sözlər deyilənlərə sübutdur:
«Elmsiz şeir əsası yox divar olur və əsassız divar qayətdə (son
dərəcədə) bietibar olur».
2
Əlbəttə, elə başa düşülməsin ki, şeirlə elmin vəhdətinin
labüdlüyündən danışanda Füzuli sənət əsərindən elmin problemlərinin
həllini tələb edirdi. Böyük sənətkar öz şəxsi meyarına əsaslanaraq
belə hesab edirdi ki, poeziya yaratmaq dövrün yüksək intellektual
səviyyəsinə ucalmış istedad sahiblərinin işi olmalıdır: onu hər nadanın
at oynatdığı meydana çevirmək olmaz. Şeirin elmiliyi hər şeydən əvvəl,
onun sxolastikadan uzaq, xəlqi, həyati əsaslar üzərində inkişafı
deməkdir. Axı şairin digər qənaətinə görə, «ləfzi xalq arasında
işlənməyən»,  «xoşa gəlməyən» söz yaşamaq, təsir göstərmək
imkanından məhrumdur.
3
Füzuli sözə, söz sənətinin ən uca məqamı hesab etdiyi poeziyaya
çox yüksək qiymət verir, onun yoxdan var etmək qüdrətini incə bədii
deyimlərlə əsaslandırırdı:
Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz,
Gər çox istərsən Füzuli, izzətin az et sözü,
Kim çox olmaqdan qalıbdır çox əzizi xar söz.
Göründüyü kimi, bu qəzəldə şair eyni zamanda sənətdə ölçü hissi
məsələsini qoyur, xüsusən şeirdə az sözlə çox mətləb ifadə etməyi,
1
«Низаминин щикмят вя нясищятляри», Бакы, 1981, сящ. 67-80
1
Ясярляри, Ы ъилд, Бакы, 1958, сящ. 43
3
Ясярляри, ЫЫЫ ъилд, Бакы, 1958, сящ. 20


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə