Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə100/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   94   95   96   97   98   99   100   101   102

__________________Milli Kitabxana___________________ 

390 


 

Ş a h. Bəs biz vədə vermişik ki, axı bu günlərdə məclisi açaq, nəinki bilmərrə 

bağlayaq. 

Ə m i r  B a h a d ı r. Sənə qurban olum, fərman sənindir, ancaq məclisi əgər 

bir də açsaq, nə qədər ki, İranda molla var, yəni İranın yarısı, bir iğtişaş salarlar 

ki, Təbriz iğtişaşı onun yanında zarafat hesab olunar. Əgər mən qocanın bu 

sözlərinə inanmırsınızsa (ağzını qapıya tərəf tutub çağırır),  Şeyx Fəzlullah, ay 

Şeyx Fəzlullah! 

Ş e y x (daxil olur). Salaməleyküm! 

Ə m i r  (ona). Mollaların sözlərin şaha ərz elə. 

Ş e y x. Sənə fəda olum! İran əhalisinin yarısından ibarət olan bütün mollalar 

mənim vasitəmlə hüzuri-alinizdən istirham edirlər ki, məşrutə verməyəsiniz və 

məclisi açmayasınız. 

Ş a h (qol çəkir). Siz deyən olsun! 

Ə m i r  v ə Ş e y x. Allah mübarək eləsin, inşaallah! (gedirlər). 

Ş a h (öz-özünə). Qurtardım. 

By əsnada i n g i l i s və rus səfirləri daxil olur, şah onları qəbul edir. 

İ n g i l i s  s ə f i r i. Nə tövr oldu? 

Ş a h. Nə? 

R u s s ə f i r i. Məşrutə əhvalatı. 

Ş a h. Bu gün dəsti-xəttə qol çəkdim. Görəsən, hava nə tövrdür? Gərək ki, 

sizin Rusiyət indi çox soyuqdur. Amma sizin İngilis, gərək, bir az isti ola. 

S ə f i r l ə r. Bəli, Rusiya soyuqdur, amma İngilis istidir. Deməli, inşallah bu 

gün-sabah məclis açılar? 

Ş a h. Hansı məclis? 

S ə f ə r l ə r. Buyurdunuz ki, qol çəkibsiniz.... Dəsti-xətt veribsiz.... 

Ş a h. Bəli, dəsti-xəttə qol çəkdim, amma məclis açılmayacaqdır! Bizim şəriət 

elə şeyləri haram buyurubdur. Məşrutə, donuz əti, məclis, çaxır -- bunlar hamısı 

bizdə haramdır. 

S ə f i r l ə r. Mərənd alındığını zati-aliniz bilirmi? 

Ş a h. Xeyr, məgər Mərənd alınıbdır? 

S  ə f i r l ə r. Bəli, Xoy da alınıbdır, Culfa da, Səlmas da, qərəz bütün 

Azərbaycan əldən gedir. 

Ş a h. Qəribə əhvalat var imiş! Heç mən bilməmişəm! Daha nə var, nə yox? 

S  ə f i r l ə r. Əgər məclisi açmasanız, sizin işləriniz çox xarab olacaqdır. 

Bəlkə bütün İranı təhlükəyə salarsınız. Bizim məsləhətimiz odur ki, məclisi açıb,  




__________________Milli Kitabxana___________________ 

391 


 

İranı sakit edəsiniz, həm də qonşuların iştahasını artırmayasınız. 

Ş a h. Bəs axı məclis şəriətcə haramdır, mollalar qoymaz. 

S ə f i r l ə r. Əvvəla, Məhəmməd peyğəmbər heç bir yerdə deməyibdir ki, 

məşrutə və məclis haramdır. Və saniyən sizin şəriətinizdə var ki, əgər şərab bir 

naxoşluğa dərmandırsa, o halda şərab naxoş üçün halaldır.  İndi də sizin İran 

naxoşdur və bunun dərmanı məşrutədir. Ona görə biz əminik ki, şəriət buna yol 

verər. 


Ş a h. Görünür ki, siz bizim şəriəti də  əzbərləyibsiniz. Siz avropalılar çox 

qoçaqsınız. Xub, əmr edərəm ki, o dəsti-xətti camaata bildirməsinlər (səfirlər 

gedirlər). 

Ə m i r  B a h a d ı r (daxil olur). Sənə qurban olum, kafirlər nə deyirdilər? 

Ş a h. Deyirlər ki, gərək məclisi açasan. Mən də baxıram ki, açmasam onlar 

bizi lap təngə gətirəcəklər. 

Ə m i r (fikir edir və sonra bir qədər bərkdən). Görək kim kimi aldadacaqdır! 

(deyib əyilir və şahın qulağına sözlər pıçıldayır.) 

Ş a h (bir az fikirdən sonra). Xub, buyurunuz fərman yazılsın və məşrutənin 

verilməyəcəyi elan olunsun. 

 

K ü ç ə d ə ə h a l i: 



 

-- Ta bərk səre-kar in ... əst 

İran hələ ləng, ləng, ləngəst. 

 

 



"QUYRUQLU ULDUZ" 

 

(2 pərdəli komediya. Yaxud "Revizoru"u yamsılamaq) Əvvəlinci məclisdəki 

əfrad əhli-məclis. 

1) H a c ı Q ə m i ş -- tacirdir. 

2) C a h i l o ğ l u Q a t i l-- işi məlum deyildir. 

3) Ş ə r m i s a r b ə y -- bəydir. 

 

Pərdə qalxır 

 

Ş  ə r m i s a r b ə y (əlində rus qəzeti). Həzərat, sizi buraya çağırmaqda 



məqsədim sizə bir pis xəbər verməkdir. 

H a c ı Q ə m i ş (kənara). Pis xəbər verən, evin yıxılsın! 

 



__________________Milli Kitabxana___________________ 

392 


 

C a h i l o ğ l u Q a t i l. Nə pis xəbərdir! 

 Ş  ə r m i s a r b ə y. Göydə quyruqlu ulduz görünübdür. Budur qəzetdə 

yazıbdır. Haman bu ulduz bir neçə aydan sonra yerə düşüb, hər nə günahkar 

adam var, hamısını quyruğu ilə yandıracaqdır. 

H a c ı və Q a t i l (bir yerdə). Bəh, bəh!... Bunu bizə neyçün deyirsən? 

Ş ə r m i s a r  b ə y. Bəs kimə deyim? 

H a c ı və Q a t i l. O adama söylə ki, günah sahibidir, biz ki, əlhəmdülillah 

müsəlmanıq. 

  Ş ə r m i s a r b ə y (özü də şad olur) Əlbəttə, mən özüm də müsəlmanam və 

o ulduzun nə quyruğundan və nə başından qorxuram. Ancaq bunu sizə deməkdən 

məqsədim yenə  də, hərhalda xəbərdarlıqdır ki, bəli, o vaxt ulduz yerə düşəndə 

vahimə etməyəsiniz. 

H ac ı  Q ə m i ş . Ancaq mən bilmirəm ki, o ulduzun göydə durduğu halda 

yerdə nə işi var? 

Q a t i l. Necə? Yoxsa öz müsəlmanlığından arxayın deyilsən? 

H a c ı. Arxayın olmasaydım, mən də sənin kimi həccə getməzdim! Ulduzun 

yerə düşməsinin o tərəfi xoşagələn deyil ki, yerdə olan günahkarları yandırıb 

müştərilərimizi azaldacaqdır.... 

Ş ə r m i s a r b ə y. Bax, Hacı sən deyirsən ki, arxayın olmasaydım, həccə 

getməzdim. Sənin bu sözün, bağışla, ancaq məni bir qədər  şəkkə salır. Çünki 

mən, mən Şərmisar bəy öz müsəlmanlığımdan arxayınam ki, həccə getmirəm! 

Q a t i l. Əlbəttə! Mən özüm də o cürəyəm! Mən öz müsəlmanlığımdan 

arxayın olmasaydım, başlardım həccə getməyə, ehsan vərməyə, qurban 

kəsməyə.... 

  H a c ı. Şərmisar bəy, məgər sən öz müsəlmanlığından arxayınsan? 

Ş ə r m i s a r b ə y. Arxayınam! 

H a c ı. Bəs nə tövr arxayınsan ki, əlinə qazut alıb oxuyursan, halbuki haman 

qazutu çıxardan kafirlərdir və o kafirlərdir ki, quyruqlu ulduz gəlib onları 

yandıracaqdır. 

Q a t i l. Doğru deyir! 

Ş ə r m i s a r b ə y. Ha, ha, ha, ha!... Bəs, Hacı, sən burdan Məskova gedəndə 

nə üçün vaqona minirsən? Məgər bilmirsən ki, vaqonu çıxardanlar da kafirlərdir?  

Q a t i l. Bu da doğru deyir! 

H a c ı. Mənim  əlacım olsa, vaqona minmərəm. Amma sən nəinki qazut 

oxuyursan, hələ hətta çaxır da içirsən!  




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə